Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə4/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

14

Müəllifl ik hüququ ideyalara, metodlara, proseslərə, sistemlərə, 

üsullara, konsepsiyalara, kəşfl ərə, riyazi anlayışlara və ya 

faktlara şamil edilmir.



Müəllifl ik hüququnun obyekti olmayan əsərlər hansılardır? 

Rəsmi sənədlər (qanunlar, məhkəmə  qərarları, 

qanunvericilik, inzibati və  məhkəmə xarakterli digər 

mətnlər), həmçinin onların rəsmi tərcümələri;

Dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, 

himnlər, ordenlər, pul nişanları, digər dövlət rəmzləri və 

nişanları);

Xalq yaradıcılığı (folklor) nümunələri;

Günün yenilikləri, müxtəlif hadisə  və faktlar barədə 

informasiya xarakterli məlumatlar.

     

Müəllifl ik hüququnun qüvvədə olma müddəti

Müəllifl ik  hüququ  əsər yaradıldığ

ı

 andan yaranır və 



“Müəllifl ik hüququ və  əlaqəli hüquqlar haqqında” Azərbaycan 

Respublikasının Qanununda nəzərdə tutulan hallar istisna 

olmaqla müəllifi n bütün həyatı boyu və onun ölümündən sonra 

70 il müddətində qüvvədə qalır.

Müəllifl ik  hüquqlarının qüvvədə olduğu müddətdə  əsərə 

müstəsna müəllifl ik  hüquqlarının sahibləri onu Azərbaycan 

Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan 

keçirə bilərlər.




15

Beynəlxalq müəllif-hüquq qanunvericiliyi

Hər bir qanunvericilik sistemi əsas etibarı ilə milli olur. 

İnzibati idarəçiliyi Müəllif Hüquqları Agentliyi tərəfi ndən 

həyata keçirilən və  əqli mülkiyyətin  ən mühüm sahəsi olan 

müəllifl 

ik hüququ və  əlaqəli hüquqlarla bağlı  məsələləri 

tənzimləyən “Müəllifl ik hüququ və əlaqəli  hüquqlar haqqında” 

Azərbaycan Respublikasının Qanunu qorunmanı yalnız milli 

səviyyədə təmin edir. Buna baxmayaraq, müəllif hüquqlarının 

qorunmasını beynəlxalq səviyyədə  tənzimləyən bir sıra 

beynəlxalq konvensiyalar mövcuddur (məs. “Ədəbi və  bədii 

Əlaqəli  hüquqlar nədir?

Əlaqəli hüquqlar müəllifl ik  hüquqları ilə  təmasda olan, 

yəni müəllifl ik  hüquqlarından törəmə hüquqlardır və qorunma 

müddəti nisbətən məhduddur: əlaqəli hüquqlar 50 il qorunur.   

 

Əlaqəli hüquqlar aşağıdakılara şamil olunur:



ifaçılara (artistlərə 

və musiqiçilərə ifalarına 

münasibətdə);

fonoqram istehsalçılarına (audio-video disklərində 

səsyazmalarına münasibətdə);

efi r  yayımı  təşkilatlarına (onların radio və televiziya 

verilişlərinə münasibətdə).

əlaqəli hüquqların əsas xüsusiyyəti müəllifl ik hüququn-

dan törəməsi və ondan asılılığıdır, bu səbəbdən əlaqəli 

hüquqlar müəllifl ik hüququna riayət etməklə tanınır.

əlaqəli hüquqların yaranması  və  həyata keçirilməsi 

üçün hər hansı formal qayda tələb olunmur.

fonoqram istehsalçısının və (və ya) ifaçının öz 

hüquqlarını bildirməsi üçün əlaqəli hüquqları qoruma 

nişanından istifadə etmək hüququ vardır; bu nişan 

fonoqramın hər nüsxəsində  və (və ya) onun içinə 

qoyulduğu qutuda göstərilir və üç ünsürdən ibarət olur:

dairəyə alınmış p latın hərfi  - p; 

əlaqəli hüquqların sahibinin adı; 



16

əsərlərin mühafi zəsi haqqında Bern Konvensiyası, “İfaçıların, 

fonoqram istehsalçılarının və yayım təşkilatlarının hüquqlarının 

mühafi zəsi haqqında” Roma Konvensiyası və s.). 

     

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar 

(bunları bəzən “yığım cəmiyyətləri” adlandırırlar) 

“Müəllifl 

ik hüququ və  əlaqəli hüquqlar haqqında” 

Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəllifl ər 

və əlaqəli hüquqların sahibləri özlərinin əmlak hüquqlarını fərdi 

qaydada həyata keçirə bilmədikdə (kütləvi ifa, o cümlədən 

radio və televiziyada; mexaniki, maqnit və s. yazılma üsulu ilə 

surətçıxarma, reprosurətçıxarma və başqa hallar) onların əmlak 

hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar yaradıla 

bilər. Bu cür təşkilatlar müəllifl ər və əlaqəli hüquqların sahibləri 

tərəfi ndən yaradılır.  

Əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların 

kommersiya fəaliyyəti ilə məşğul ola bilməzlər.  

Belə  təşkilatlara  əmlak hüquqlarını kollektiv əsasda idarə 

etmək səlahiyyətini bilavasitə müəllifl ik hüququnun və  əlaqəli 

hüquqların sahibləri könüllü olaraq yazılı müqavilələr əsasında 

və ya bu təşkilatlara üzv olmaqla verirlər.

Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış  əmlak 

hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar  Müəllif 

Hüquqları Agentliyində akkreditasiyadan keçirilir  keçirilir və 

müəllif-hüquq qanunvericiliyi baxımından onların fəaliyyətinə 

Agentlik tərəfi ndən nəzarət olunur.



Unutmayın ki:

Müəllifi n  və ya müəllifl ik  hüquqlarının digər sahibinin 

razılığı olmadan və müəllif qonorarı ödəmədən  fi ziki  şəxsin 

qanuni dərc edilmiş  əsərdən, gəlir götürmədən ancaq şəxsi 

məqsədlər üçün bir nüsxə hazırlanmasına yol verilir. Lakin 

memarlıq əsərinin bina və ona oxşar tikili formasında surətinin

həmçinin məlumat bazalarının və ya onların əsas hissələrinin 

surətinin, kompüter proqramlarının (kompyuter proqramından 

istifadə ilə bağlı qanunvericilikdə  nəzərdə tutulan hallar 



17

istisna olmaqla), kitabların (bütövlükdə), not mətnlərinin və 

təsviri sənət  əsərlərinin orijinallarının reprosurətinin və ya 

müəllifi n maraqlarını əsassız olaraq məhdudlaşdıran hər hansı 

surətçıxarmaya icazə verilmir. 

Şəxsi məqsədlər üçün audiovizual əsərin və fonoqramın 

gəlir götürmədən surəti çıxarılarkən, audiovizual əsərə 

münasibətdə müəllifl ərin, ifaçıların və audiovizual əsər 

istehsalçılarının, fonoqrama münasibətdə isə ifaçıların və 

fonoqram istehsalçılarının qonorar almaq hüququ vardır.

Müstəsna müəllifl ik  hüquqlarının sahibinin əsərə öz 

hüquqlarını bildirməsi üçün əsərin hər bir nüsxəsində göstərilən 

üç ünsürdən istifadə etmək hüququ vardır: dairəyə alınmış © 

işarəsi, hüquq sahibinin adı və əsərin ilk dəfə dərc edildiyi il.

Tərcümələr, ədəbi əsərin kinofi lm şəklində ekranlaşdırılması 

və ya musiqili aranjeman kimi törəmə əsərlər (məs. hər hansı 

məşhur əsərin digər ifaçı tərəfi ndən yeni üslubda ifa edilməsi) 

də müəllifl ik hüququ ilə qorunur.

Sərbəst giriş üçün daim açıq olan yerlərdə qoyulmuş 

memarlıq, fotoqrafi ya,  təsviri sənət  əsərlərinin surətinin 

çıxarılmasına (məs. heykəlin fotoşəklinin çəkilməsi) icazə 

verilir. 

Əgər proqram təminatı birdən çox kompyuterdə istifadə 

edilirsə, bu zaman hər bir kompyuter üçün lisenziya tələb 

olunur.

Qanuni dərc edilmiş əsərlərdən qısa parçaları elmi, tədris 



və digər məqsədlər üçün sitat şəklində istifadə etməyə, habelə 

məhkəmə və inzibati işlərin aparılması üçün lazım olan həcmdə 

əsərlərin surətinin çıxarılmasına icazə verilir. Bu halda müəllifi n 

razılığı  tələb olunmur və qonorar ödənilmir. Lakin istifadə 

zamanı  əsərin müəllifi nin  adı  və götürülmə  mənbəyi mütləq 

göstərilməlidir. 




Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə