Az broshur indd



Yüklə 243,52 Kb.
Pdf görüntüsü
səhifə6/10
tarix11.04.2018
ölçüsü243,52 Kb.
#37877
1   2   3   4   5   6   7   8   9   10

22

Nə qorunmalıdır?

Əsər

İfa, fonoqram və 



yayım təşkilatının 

verilişi


Qeydiyyat üçün 

rüsumlar(AZN)

● əsərin 

qeydiyyatı üçün - 

5 AZN; 

● əsərdən 



istifadə ilə bağlı 

hüquqların (əmlak 

hüquqlarının) 

tam və ya 

qismən verilməsi 

haqqında 

müqavilənin 

qeydiyyatı üçün - 

7 AZN

● əlaqəli hüquqlar 



obyektinin 

qeydiyyatı üçün - 

5 AZN; 

● əlaqəli hüquqlar 



obyektindən 

istifadə ilə bağlı 

hüquqların (əmlak 

hüquqlarının) 

tam və ya 

qismən verilməsi 

haqqında 

müqavilənin 

qeydiyyatı üçün - 

7 AZN



23

İnteqral sxem 

topologiyası

Məlumat toplusu

Folklor nümunəsi

● topologiyaya 

əmlak hüququnun 

vərəsəlik üzrə 

keçməsinin 

qeydiyyatı və qey-

diyyat haqqında 

şəhadətnamənin 

verilməsi üçün-5 

AZN; 


● topologi-

yaya əmlak 

hüquqlarının 

verilməsi 

haqqında 

müqavilənin 

qeydiyyatı və qey-

diyyat haqqında 

şəhadətnamənin 

verilməsi üçün-7 

AZN

● məlumat 



toplusunun rəsmi 

qeydiyyatı üçün-5 

AZN; 

 ● məlumat 



toplusuna 

hüquqların tam 

və ya qismən 

verilməsi 

haqqında 

müqavilənin 

rəsmi qeydiyyatı 

üçün-7 AZN 




24

Patentlər

İxtiralar, faydalı modellər və  sənaye nümunələri nə üçün 

qorunmalıdır?

Patentlər texnologiyanın bütün sahələrində elmi tədqiqatlar 

və  tərəqqi üçün mükafat və  təşviqat vasitələri sayılır. Onlar 

texniki innovasiya üçün əlverişli zəmin yaratmaqla bərabər, 

texniki biliklərin inkişafına və yayılmasına da öz töhfəsini verir. 

Patentlər müəssisənin innovasiya sahəsindəki qüdrətinin sübu-

tu sayılır və güclü rəqabət mövcud olan bazarlarda üstünlük 

əldə etmək üçün ehtiyatla istifadə edilə bilər. 

Azərbaycanda patentlər ixtiralar, sənaye nümunələri və faydalı 

modellər üçün verilir.



Praktiki üstünlüklər hansılardır?

Patent onun sahibinə xüsusi icazə olmadan patentdə təsvir 

edilən ixtiradan üçüncü şəxslərin kommersiya (məs. istehsal, 

tətbiq, istifadə, satış, satış üçün təklif və ya idxal) məqsədi ilə 

istifadə etməsinin qarşısını almaq hüququ verir. Patent sa-

hibi patenti satmaq və ya onu lisenziyalaşdırmaq yolu ilə öz 

hüquqlarını digər şəxsə ötürə bilər. 

İxtira nədir?

Hüquqi baxımdan ixtira texnologiyadan istifadə etməklə hər 

hansı texniki problemi həll etmək üçün bir vasitədir.

Patentləşdirilə bilməyən obyektlər hansılardır?

İdeyalar, konsepsiyalar, kəşfl ər, elmi nəzəriyyələr və riyazi 

həllər, bədii konstruktiv həll variantlarının nəticələri (sənaye 

nümunələri), işgüzar metodlar, oyun qaydaları, lotereya 

sistemləri, tədris metodları və iş planları, informasiyanın təqdim 

edilməsi metodları,  şərti simvollar, qrafi k  cədvəllər, qaydalar, 

diaqnostika prosedurları, terapiya və  cərrahiyyə prosedurları 

(insanlar və ya heyvanlara münasibətdə istifadə edilməsindən 

asılı olmayaraq), bitki növləri, heyvan cinsləri və  əsasən bitki 



25

və ya heyvanları çoxaltmaq üçün istifadə edilən bioloji əsaslı 

prosedurlar patentləşdirilə bilməz. Nəhayət, istifadə edilən 

zaman ictimai qayda-qanuna və ya mənəviyyata zidd olan 

hər hansı ixtira, misal üçün, müəyyən biotexnoloji ixtiralar 

patentləşdirilə bilməz.

Estetik ixtiralar öz təyinatına görə texnoloji həll variantları 

sayılmır və müəllifl ik hüquqları altında müdafi ə oluna bilər. Bu 

baxımdan kompüter proqramları müəllifl ik hüquqları altında qo-

runur; belə ki, kompüter proqramına əsaslanan ixtiralar (məs. 

elektron idarəetmə sükanı) patentləşdirilə bilər.

Mühafi zə üçün tələblər 

İxtiraların patentləşdirilə bilməsi üçün üç tələb yerinə 

yetirilməlidir:

Yenilik: İxtira yalnız o zaman yeni sayılır ki, o artıq məlum 

olan texnika səviyyəsindən məlum deyil. Dünyanın istənilən 

nöqtəsində, hər hansı formada ictimaiyyətin istifadəsinə verilmiş 

istənilən ixtira bilikləri, patent üçün ərizə qeydə alınandan əvvəl 

prototip hesab edilir. İxtiraya patent almaq üçün ərizə qeydə 

alınandan  əvvəl dünyanın istənilən nöqtəsində, hər hansı 

formada ictimaiyyətə müyəssər olan biliklər mövcud bilgilər 

məcmusu hesab edilir.



Sənayedə tətbiq edilən: İxtira sənaye baxımından tətbiq 

oluna bilən, işə salınması mümkün və təkrar istehsala yararlı 

olmalıdır.

İxtira səviyyəsi:  İxtira müasir elm və texnikadan aşkar 

şəkildə  çıxarılmamalıdır.  İxtiraçılıq səviyyəsinin xüsusiyyətləri 

həll variantının sadə, məhsulun spesifi k  özəlliklərinin 

gözlənilməz olması  və ya kütləvi fərziyyələrin (məs. “bu alət 

müəyyən  əməliyyatı yerinə yetirə bilməz”) tam əksini sübuta 

yetirməsidir.

 

Qorunma müddəti

İxtiralar patent almaq üçün ərizə  təqdim olunan tarixdən 




26

başlayaraq 20 il ərzində qorunur. Qorunmanın ilkin müddəti 

3 ildir, daha sonra illik xidmət haqlarını (“yenilənmə haqları”) 

ödəmək lazım gələcək.



Azərbaycan Respublikasında patentin əldə olunması

 

üçün 



qeydiyyat

Patentin qeydiyyatı üçün http://www.azstand.gov.az in-

ternet səhifəsindən anket-ərizənin nümunəsini yükləmək və 

ya onu birbaşa Patent şöbəsindən  əldə edərək doldurmaq 

müraciət edilməlidir.  Ərizəyə ixtira haqqında məlumat,  ən azı 

bir  ədəd ixtira formulu və müvafi q  təsvirlər daxil edilməlidir. 

Bütün texniki sənədlər Azərbaycan dilində olmalıdır. 

Ərizə Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət 

Komitəsinə təqdim edilməlidir. Patent ərizəsi qeydə alındıqdan 

sonra 12 ay ərzində  rəsmi bülletendə  dərc edilir və patent 

verilikdən sonra sözügedən qurum tərəfi ndən təkrar dərc edilir.

Beynəlxalq qeydiyyat

Digər ölkələrdə patent əldə etmək üçün 2 yol var:



Azərbaycandakı yerli patent bürosuna idarəsinə bilavasitə 

ərizə verməklə

Bilməlisiniz ki, qanunvericilik, ərizə formalları, ekspertiza 

və mühafi zə sənədinin verilməsi prosedurları ölkələr arasında 

fərqlidir.



Avrasiya ərizələri 

Avrasiya patenti almaq üçün Patent şöbəsi vasitəsi ilə 



İxtira yenidirmi və ixtiraçı öz səviyyəsini göstərirmi?

Milli patent əldə etmək üçün müraciət edildikdən sonra, 

Siz öz ixtiranızın yeni və patentləşdirilməyə yararlı olmasını 

müəyyən etmək üçün axtarışın aparılmasını xahiş edə 

bilərsiniz. Patent axtarışları haqqında daha ətrafl ı  məlumatı 

http://www.azstand.gov.az internet səhifəsindən  əldə etmək 

mümkündür.



Yüklə 243,52 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə