Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə11/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   7   8   9   10   11   12   13   14   ...   95

Ki̇fayət  Ağayeva
32
rolu daha böyükdür. Bu, o demək deyil ki, Amerikada yaşayan 
bütün kişilər maskulinliklə bağlı sadaladığımız bütün deyilən xü-
susiyyətlərə malikdirlər.    
Maskulinliyin ən əsas xüsusiyyətlərindən biri də ailənin tə-
minatçısı olub ailənin maddi tələblərini yerinə yetirə bilməkdir. 
Heç də kişilərin hamısı xəstələnməməkdən, yaxşı gəlirli iş tapa 
bilməməkdən  sığorta  olunmamışlar.  Bir  çox  ailələrdə  hətta  hər 
iki valideynin işləməsinə baxmayaraq, yenə də ehtiyacı ödəyəcək 
qədər pul qazana bilməyən ailələr vardır.   
Ona görə də ideal femininlik olmadığı kimi, ideal maskulin-
lik də yoxdur. Ümumiyyətlə, cəmiyyətdə dixotamik şəkildə təlqin 
olunan  femininlik/maskulinlik  xüsusiyyətləri  mütləq  dərəcədə 
yoxdur. Belə tələblərə cavab verməyən qadın və kişilər cəmiyyət 
tərəfindən məqbul qəbul olunmur.
Gender rolları və əlaqələr. Gender rolları o rollardır ki, fərd 
öz genderinə uyğun sosial fəaliyyət göstərir. Bunlar da müxtəlif 
sosial, mədəni və tarixi kontekstlərdə fərqli olurlar və müxtəlif 
cəmiyyət,  mədəniyyət,  sinif,  yaş  dövrünə  görə  dəyişə  bilərlər. 
Gender – spesifik rol və öhdəliklərə, resurslara olan əlyetərliklə, 
qlobal iqtisadiyyatın  təsiri və digər yerli amillərlə (ekoloji şərait) 
şərtlənir.  
Gender rolları mədəniyyət və cəmiyyət daxilində hüquq, öh-
dəlik qadın və kişilərin bir-birilərinə olan münasibətlərində for-
malaşan identifikasiya aspektləridir. Qadın və kişilər müxtəlif si-
tuasiya və şəraitlərə müxtəlif cür reaksiya verirlər, əlbəttə, bunlar 
bioloji xüsusiyyətlərə görə deyil, onlara təlqin olunmuş sosial və 
mədəni rollara görədir; ona görə də onların bilik və bacarıqları 
fərqlidir. Dünya bərqərar olduğu gündən cəmiyyətdə qadınla kişi 
arasında  diferensiasiya  mövcuddur  və  hər  bir  genderin  özünün 
spesifik həyat tərzi, öhdəliyi və funksional sferası formalaşmış-
dır.  Gender  münasibətlərini  məhdudlaşdırmaqda  cəmiyyətdəki 
sosio-mədəni normalar böyük rol oynayır. Bu normalar sosio-mə-
dəni mühitdə qadın və kişilərə bir-biriləri ilə münasibət qurmasına 


ABŞ-da gender m
əsələləri
33
yol göstərir və nəticədə bu gender-əsaslı gücün üzə çıxmasına gə-
tirib çıxarır. Bu ailə daxilində daha aydın görünür, məsələn, ailədə 
çox vaxt qərar verən və ailə təminatçısı kişi, ailənin və uşaqların 
qayğısına qalan isə qadın olur. Belə güc bölgüsü kişi tərəfkeşliyi 
ilə müşayiət olunur, çünki kişinin həm maddi, həm hüquqi, həm 
də sosial rolu daha üstün olur. Nəzərdə tutulan atributlar, rollar və 
sosio-mədəni  normalar  davranış  sxemini  dizayn  etməyə  gətirib 
çıxarır. Bu normalara riayət etməyənlər cəmiyyətin standartları-
na uyğun gəlmir və deviant (anormal) kimi görünür. Əksəriyyət 
cəmiyyətlərdə ailə sistemləri belə gender rollarına əsaslanan ox-
şar strukturun üzərində qurulur və nəzərdə tutulmuş bu strukturlu 
rollar ailə qurumunda ailə üzvlərini öz öhdəliklərini ciddi şəkildə 
yerinə yetirməyə məcbur edirlər.    
Gender rolları cəmiyyət və mədəniyyətə uyğun da ola bilər, 
fərdi də ola bilər. Bütün bunlar cəmiyyət kontekstində qadın və 
kişiləri necə düşünmək, necə danışmaq, necə geyinmək və necə 
əlaqə saxlamaq üçün tənzimləyir. Müxtəlif sosial qurumların in-
sanlara  təlqin  etdikləri  normalar  gender  rollarının  formalaşma 
prosesinə əhəmiyyətli şəkildə təsir edir. Müxtəlif sosial agentlər 
– valideyn, müəllim, tay-tuş, şəxsi təcrübə, incəsənət, dil, din və 
s. gender rollarını təlqin edir və gücləndirir. Düzdür, sadalanan-
lardan ən cox valideynlərin təsiri olur. Gender rolları bir qrup in-
san  tərəfindən  mənimsənilir  və  həmin  qrup  buna  assimilyasiya 
olur və cəmiyyət də bu qrupun təsirinə məruz qalır. Ümumilikdə, 
cəmiyyətdə qadın və kişi müxtəlif amillərin təsiri altında olur. Bu 
amillər  regionun,  mədəniyyətin,  coğrafi  şəraitin,  iqlimin,  tarixi 
dövrün, ideologiyanın və təcrübələrin təsiri ilə dəyişir.   
Siyasi azadlıq uğrunda mübarizə və feminist hərəkat
Struktural funksionalizm (və ya fuksionalizm) və gender 
rolları.  Funksionalistlər  cəmiyyəti  həmrəyliklə  stabilliyi  əldə 
saxlaya  bilən  bir  kompleks  sistem  kimi  görürlər.  Bu  yanaşma-
ya görə, cəmiyyət sosial sistem kimi strukturlardan ibarətdir və 
bu  strukturların  öz  funksiyaları  var.  Bu  yanaşma  ilə  cəmiyyətə 


Ki̇fayət  Ağayeva
34
makro  səviyyəli  bir  istiqamətdə  baxılır  və  cəmiyyəti  bütövlük-
də formalaşdıran sosial strukturlara diqqət yetirilir. Bu nəzəriy-
yəyə görə ki, gender bərabərsizliyində pis bir şey yoxdur və bu, 
əməyin bölünməsi üçün effektiv bir yol kimi mövcuddur. Belə ki, 
əhalinin bir qismi müəyyən bir işi yerinə yetirmək üçün məsuliy-
yət daşıyırsa, digər qismi də başqa bir işi yerinə yetirmək üçün 
məsuliyyət  daşıyır.  Feministlərə  görə,  funksionalistlər  qadının 
ailə daxilində istismar olunmasına laqeyd qalırlar. 
Funksionalistlərə görə, gender rolları əməyin bölünməsi zə-
rurətindən  formalaşmışdır,  çünki  əməyin  genderə  görə  düzgün 
bölünməsi stabil ailə və stabil cəmiyyətin təməlini qoyur. Elə bu 
səbəbdən də, qızlar və oğlanlar özlərinə uyğun işləri görə-görə 
gender  rollarına  sahib  olurlar  və  həyata  baxışlarını  formalaşdı-
rırlar. Oğlanlara məqsədyönlü şəkildə instrumental rollara sahib 
olma təlqin olunur və onlar cəmiyyətin ictimai strukturuna kök-
lənərək  tərbiyə  olunurlar.  Qızlar  isə  daha  ekspressiv  olurlar  və 
digərlərinə qarşı emosiyalarını aydın ifadə edirlər. 1950-ci illərdə 
Parsonz və Şrill ailələrin stabil qalmasında kişilərin “instrumental 
rolu”nu (çörək pulu qazanmaq) və qadınların “ekspressiv rolu-
nu” (ailəni bir arada saxlamaq) yüksək qiymətləndirirlər. Hər iki 
valideyn işləmək məcburiyyətində qalarsa, onların arasında rəqa-
bət yaranar və ailədə nizam və stabillik pozular. Əməyin genderə 
görə bölünməsi hər zaman mövcud olmuşdur və onlara görə bun-
dan təbii heç bir şey ola bilməz (Parsons T., 1955: 23).
Bir çox hallarda, funksionalistlər gender rolları, gender bə-
rabərliyi haqqında irəli sürdükləri fikirləri əsaslandıra bilmirlər. 
Onların gender bərabərliyi haqqında iddiaları 1950-ci illərin re-
allıqlarına əsaslanırdı və gender bərabərliyinin fuksionalist pers-
pektivi elə o zamanların məhsulu idi. Onların fikirlərindən fərqli 
olaraq, həmin dövrdə də reallıq ondan ibarət idi ki, çoxsaylı qa-
dın həm ailə qayğıları ilə məşğul olurdu, həm də ödənişli işlərdə 
çalışırdılar. İş tapa bilmədiklərinə görə evdə oturan kişilər də bu 
müddətdə  uşaqlarına  qayğı  göstərir,  ev  işlərində  ailə  üzvlərinə 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə