Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə19/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   15   16   17   18   19   20   21   22   ...   95

Ki̇fayət  Ağayeva
56
daxili zorakılıq radikal feminizmin əsas hədəfləridir. Ailədə qa-
dın haqqının olmaması, cəmiyyətdə qadınlar üçün  mövcud olan 
köləlik sistemi bütün feministlərin ən çox müzakirə etdiyi möv-
zular  olmuşdur.  
Radikal feminizm elə bir hərəkatdır ki, onlar gender bərabər-
sizliyinin kökünün cəmiyyətdəki seksizmlə əlaqəli olmasına ina-
nırlar və ona görə də onlar gender anlayışının tamamən aradan 
qaldırılmasının tərəfdarıdırlar. Bu mümkündürmü?
Radikal  feministlər  dəyişikliklər  də  təklif  edirlər,  belə  ki, 
onların iddiasına görə, qadının bətni daxilində deyil, texnologi-
yanın gücü sayəsində uşaq yaradıb dünyaya gətirmək mümkün-
dür. Bununla da, dünyaya uşaq gətirmək istəyən qadının analıq 
məzuniyyətinə  ehtiyacı  qalmayacaqdır.  Beləliklə,  qadınlar  işə 
götürüləndə bu səbəbə görə kişilərlə rəqabətdə uduzmayacaqlar. 
Faktiki olaraq, radikal feministlər bütün ənənəvi ailə sisteminin 
seksist olduğunu iddia edirlər. Kişilər evdən kənarda işləyib pul 
qazanırlar, qadınlar evdə uşaqlara qayğı göstərir və məişət işləri 
ilə məşğul olurlar. Radikal feministlər qeyd edirlər ki, belə ənənə-
vi dixotomiya kişilərin qadınlardan güclü olmasına gətirib çıxarır 
və bu səbəbdən də radikal feministlər ənənəvi ailə modelini qəbul 
etmirlər.  Radikal  feminizm,  tamamilə  gender  anlayışını  aradan 
qaldırmağın  tərəfdarıdır.
Kultural feminizm. Kultural feminizm, feminizmin elə bir 
qoludur ki, burada müasir cəmiyyətdə maskulin davranışa deyil, 
feminin davranışa üstünlük vermək tövsiyə olunur. 
Bununla  kultural  feministlər  nəyi  nəzərdə  tuturlar?  Onlara 
görə müasir dünyada kişilər aqressiv və rəqabətcildirlər. Müasir 
dünyada bu keyfiyyətlər daima təbliğ edilir. Bu gün biznesdə uğur 
qazanan kişilərin hamısında bu keyfiyyətlər müşahidə  olunur. Bu 
keyfiyyətlər yüksək çinli məmurlarda, senatorlarda və hətta pre-
zidentlərdə də təsadüf edilir. Ola bilsin ki, rəqabət qabiliyyəti və 
aqressivlik bəzi kontekstlərdə faydalıdır, lakin kultural feminist-
lər iddia edirlər ki, insanlara bu keyfiyyətləri aşılamaqla onlara 


ABŞ-da gender m
əsələləri
57
neqativ hislər ötürülür və nəticədə cinayətlərin – qətllərin, məişət 
zorakılığının sayı artır.   
Kultural  feministlər  iddia  edirlər  ki,  aqressiv  kişi  davranışı 
əvəzinə ənənəvi qadın davranışları tətbiq olunsa, cəmiyyət bun-
dan  udar.  Bununla  hansı  xüsusiyyətlər    nəzərdə  tutulur?  Bunlar 
xeyirxahlıq, qayğıkeşlik və əməkdaşlıqdır. İnsanlar bu keyfiyyət-
lərə üstünlük versələr, cəmiyyət daha fərqli olar. Bütün qurumlar-
da (ailə, məktəb, səhiyyə və s.) proqres olar. Kultural feministlər 
əmindirlər  ki,  feminin  keyfiyyətlər  dünyanı  pislikdən  xilas  edə 
bilər.  
  Feminizmin gender bərabərsizliyini aradan qaldırmaq üçün 
irəli sürdüyü  ən əsas arqument ondan ibarətdir ki, qadını kişi is-
tismarından azad etmək lazımdır, çünki qadın zəif olduğuna görə 
deyil, sosial və mədəni amillərə görə kişi istismarına məruz qalır. 
Bunu düzəltməkdən ötrü ilk növbədə, qadınlara da kişilərin sahib 
olduğu hüquq və imkanlar verilməlidir. Bunlar olarsa, qadınlar da 
kişilərin əldə etdiyi eyni üstünlüklərə sahib ola bilərlər.  
Feminizmin vəd etdiyi imtiyazlar. Feminizmin əldə etdiyi 
nailiyyətlər içərisində ən uğurlusu qadınların təhsildə bərabərliyə 
sahib olmalarıdır. Müasir dövrdə ABŞ-da qadınlar nəinki kişilə-
rin təhsil aldığı bütün qurumlarda eyni hüquqa malikdirlər, həm-
çinin onların təhsil ocaqlarındakı bütün ehtiyacları dövlət tərəfin-
dən ödənilir və kişilər üçün əlyetər olan hər bir imkan onlar üçün 
də eyni cür nəzərdə tutulmuşdur. Beləliklə, feminizm bir faktı hər 
zaman əlində əsas götürür ki, qadın və kişilər eyni cür bərabər 
hüquq  və  imtiyazlara  sahib  olmalıdırlar.  Buradan  belə  çıxır  ki, 
qadın və kişilər düşdükləri situasiyalardan asılı olmayaraq, eyni 
şərtlərlə yarışmalıdır, eyni sahədə, eyni səviyyədə olmağı bacar-
malıdırlar. Düzdür, feminizmin müxtəlif qolları mövcuddur, onla-
rın prinsipləri fərqlidir, lakin onları birləşdirən bir ideya mövcud-
dur -  gender bərabərliyi onların strategiyalarının mərkəzi xəttidir. 
Qadınların istismarı probleminin izahı təkcə qadınların bərabər 
hüquqa  və  ya  resurslara  olan  məhdud  əlyetərliyi  deyil.  Təkcə 


Ki̇fayət  Ağayeva
58
bunları aradan qaldırmaqla gender bərabərsızliyi problemini həll 
etmək  olmaz.  Qadınların  istismarının  kökündə  olan  səbəbləri 
tapmaq lazımdır. Ümumiyyətlə, qadın və kişilərin münasibətinə 
nəzər yetirdikdə hökmən ona patriarxallıq perspektivindən yanaş-
maq lazımdır. Bu, elə bir sistemdir ki, bu sistemdə qadınlar kişilər 
tərəfindən istismar olunurlar, ailənin malı, mülkü, sərvəti və hətta 
qadının produktiv və reproduktiv imkanları da kişi nəzarəti altın-
da olur. Patriarxallıq konseptinə görə, qadınlara sistemli şəkildə 
zülm edilməsinə bəraət qazandırılır və patriarxallıq elə qadınlar 
üzərində həyata keçirilən kişi nəzarəti kimi başa düşülür. Siyasət-
çilərə elə gəlir ki, qadınlara da kişilərin mənsub olduğu hüquq və 
imkanlar verilsə, bərabərlik təmin olunar. Əslində, əsas məsələ 
sistemdəki  təzyiqdir.  Bu  vaxta  qədərki  tədqiqatlarda  da  patri-
arxallıqla başqa sistemlərin arasındakı əlaqəyə diqqət edilmişdir, 
çünki bu sistemdəki proseslərdə qadınlar hər zaman təzyiqə mə-
ruz qalırlar.   
Qadınların  tarixi  dəyərlərinin  işıqlandırılması  bəşəriyyətin 
yarı tarixinin canlandırılmasıdır. Cəmiyyətin hansı inkişafından 
söz  açmaq  olar  ki,  hələ  bu  gün  də  əhalinin  yarısından  çoxunu 
təşkil edən qadınların yaradıcılıq və təcrübəsinin üstündən xətt 
çəkməyə cəhd göstərənlərin sayı kifayət qədərdir. Əgər biz bəşər 
tarixinin öyrənilməsinin əhəmiyyətini dərk ediriksə, genderləra-
rası münasibətlərin tarixinin öyrənilməsinin vacibliyini də dərk 
etməliyik.
Müxtəlif  prizmalardan  qadın  yaradıcılığının  işıqlandırılma-
sı faktına diqqət yetirərkən aydın olur ki, bu iş lazımi səviyyə-
də  aparılmamışdır.  Bəzi  məqamlar  oxuculara  hələ  də  qaranlıq 
qalmışdır. Əslində, elmin bütün sahələrində qadınlar öz sözləri-
ni demişlər, istər tarix elmində, istər ictimai elmlərdə, istərsə də 
digər sahələrdə onlar əhəmiyyətli dərəcədə yaradıcılıqla məşğul 
olublar. Bütün bunlara nəzər salmaqda məqsəd müxtəlif cəmiyyət 
və müxtəlif dövrlərdə gender rolların diapazonuna aydınlıq gətir-
mək, onun əhəmiyyətini dərk etmək, onların hansı funksiya daşı-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə