Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə27/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   23   24   25   26   27   28   29   30   ...   95

Ki̇fayət  Ağayeva
82
leyimizdir” ifadəsi öz təsdiqini tapmır. Buna biz digər genderləri 
nəzərdən keçirəndən sonra daha çox əmin ola bilərik. 
Digər genderlər. Bu günə qədər biz genderi dixotamik ka-
teqoriya  kimi  müzakirə  edirdik,  lakin  məlum  olur  ki,  genderin 
mahiyyətinin  bu  şəkildə  təsvir  etmək  yanlışdır.  Bəzi  cəmiyyət-
lərdə hətta üç, dörd gender mövcuddur. Buna Asiya, Sakit Oke-
an sahillərinin cənubunda və Şimali Amerikada yaşamış berda-
kilər  yaxşı  misaldır.  Berdakilər  əks  cinsin  gender  davranışına 
yiyələnən fərdlərdirlər. Qadınların da arasında berdakilərin olma-
sına baxmayaraq, təəssüf ki, ən əsas tədqiqatlar kişilərin arasında 
olan  berdakilərlə  aparılmışdır.   
Berdakilər  əks  cinsin  yaşadığı  kimi  yaşayır,  onların  işlədi-
yi kimi işləyir, onların geyindiyi kimi geyinirlər. Bununla belə, 
onlar hər iki cinsin nümayəndələrinin yerinə yetirdiyi işləri gö-
rürlər (Roscoe, W, 1991). Mohaveler (etnik qrup) cəmiyyətlərin-
dəki qadın və kişilərə qarışıq gender tipi kimi yaşamalarına icazə 
verirlər. Qız oyuncaqları ilə oynayan və onlar kimi geyinən oğ-
lanların yeniyətməlik dövründə əlihəliyi qəbul etmə imkanı olur. 
Əlihələr  qadın  adını  qəbul  edirlər,  icmalarındakı  qadınlar  kimi 
üzlərini boyayırlar, qadın işlərini yerinə yetirirlər və kişilərlə ev-
lənirlər. Onlar bunların hamısını teatr şəklində - rituallar etməklə 
edirlər. Reallıqda, bu ondan o yana getmirdi (Martin M.K., and 
 B.Voorhies ,  1975).    
Mohave  qadını  da  kişi  həyat tərzini özünə yaxın  bilirsə və 
onlar kimi yaşamaq istəyirsə, onlar üçün heç bir problem yaran-
mır. Bunu qəbul edən qızlara hvamilər deyirlər. Hvamilər kişilər 
kimi yaşayır, ov ovlayır, fermerlik edir, şamanizmlə məşğul olur, 
müharibə zamanı hətta liderlik pozisiyasında da ola bilirlər. Bəzi 
qadınlar övlad dünyaya gətirəndən sonra hvamilik edirlər. Bu cə-
miyyətlərdə nə hvamilik, nə də əlihəlik qeyri-normal, deviant he-
sab olunur.  
Antropoloq Vil  Roskou  Zuni  berdakilər  (Amerika  indusla-
rı onları İlamana adlandırırlar) barəsində geniş araşdırma apar-


ABŞ-da gender m
əsələləri
83
mışdı. Onun fikrincə, bu insanların genderi qarışıq olsa da, on-
lar bəzi tədqiqatçıların hesab etdikləri kimi nə transvestit, nə də 
transseksualdırlar. Onların belə geyimləri bu tayfaların ritualla-
rına görədir. Berdakilər də homoseksual deyillər. Genderin belə 
təşkili fərdin identifikasiyasının və davranışının coğrafiyasını ge-
nişləndirir. Roskou qeyd edir ki, berdaki statusunda utanacaq bir 
şey yoxdur, çünki onlar öz cəmiyyətlərində neqativ deviant anla-
mında qəbul olunmurlar. Bununla da, Zuni konsepsiyasına görə 
onu demək olar ki, kimsə genderi ilə birlikdə döğulmur, gender 
bütün həyat boyu qazanılır, inkişaf edir və dəyişir. Faktiki olaraq, 
altı yaşına qədər uşaqda gender mühüm atribut hesab olunmur və 
hər iki cinsin uşaqlarına “oğlan”, “qız” kimi deyil sadəcə, “uşaq” 
kimi münasibət göstərilir. 
Zuni fəlsəfəsinə görə birinin kişi, qadın və ya berdaki statusu 
onun mədəniyyətinin məhsulu, sosializasiyanın nəticəsidir, gen-
der rolları, bir və ya bir neçə gender təcrübəsinin adaptasiyasıdır. 
Bütün bunlar zunilər üçün arzuolunandır.  
Feminist alimlər təəssüflə qeyd edirlər ki, berdakilərin təka-
mülü  və  genderin  geniş  konsepsiyası  imkanı  onların  “ağlar”ın 
mədəniyyətlərinə qarışmasından sonra tədricən yoxa çıxdı. İkinci 
dünya müharibəsinin sonuna qədər berdakilər mövcud idi, lakin 
yerli amerikalıların onları lağa qoyması və berdaki olmaqlarına 
görə utandırması onların tam yoxa çıxmasına səbəb oldu. Onlara 
edilən təzyiqə davam gətirməyən berdakilərberdaki olmaqlarını 
gizlətdilər və öz hisslərini daxillərində boğdular. Roskou araşdır-
ma apararkən, Şimali Amerika cəmiyyətlərinin içərisində berda-
kizmi yenidən kəşf etdi. 
Belə qarışıq gender nümunələrinə Tahitian mədəniyyətində, 
Oman müsəlmanlarının, Hindistanın Hicras tayfalarının arasında 
da təsadüf etmək olar (Nanda, S., 1972). Müəllif iddia edir ki, 
genderə stabil sosial kateqoriyadansa, proses kimi yanaşmaq daha 
düzgün olardı. Fərd bütün həyatı boyu gender dəyişikliyinə mə-
ruz qalır. Huada maskulin insanların yüksək statusu vardır, lakin 


Ki̇fayət  Ağayeva
84
onlara görə onlar zəifdirlər. Burada feminin insanlar zəif olmasa-
lar da, çirkaba bulanmışlar. Uşaq anadan olanda qadın, dünyaya 
gələcək  körpəsinə  femininliyi  ötürə  bilir.  Beləliklə,  çoxlu  uşaq 
dünyaya gətirən qadının çirkabı azalır və uşaqların sayı artıqca o 
paklaşır. Üç uşaqdan sonra o artıq çirkaba bulanmış hesab olun-
mur. Qadın müzakirələrdə və rituallarda iştirak edə bilər və kişiyə 
aid olan yüksək status və gücə sahib ola bilər. 
Hua kişisi oğlan uşaqların doğum rituallarında iştirak etdik-
cə, tədricən maskulinliyini itirir. Bundan sonra kişilər fiziki ola-
raq  zəif  olmasalar  da  pak  hesab  olunmurlar. Tarlada  cavan  gə-
linlə birlikdə işləyən yaşlı kişinin sosial gücü azalır. Gender bir 
şəxsdən digərinə ötürülür və beləliklə də, gender bir ömür boyu 
inkişaf edir, dəyişir və əks cinsin xarakterini qəbul edir (Gailey, 
C.W.,  1987).  Araşdırılan  nümunələrdə  genderin  iki  deyil,  çox 
sayda, həm də kriativ olması faktı məlum olur.   
Gender, təkamül və mədəniyyət. Bu fəsildə biz genderi tə-
kamül perspektivindən araşdırmağa çalışdıq. Ovçu kişi nəzəriy-
yəsinə görə, gender bərabərsizliyi və asimmetriyası maskulinlik 
və femininliklə bağlıdır. Onlara görə, müasir Qərb industrial cə-
miyyətləri tarix və mədəniyyətlərə görə universaldır. Bunu ona 
görə belə hesab edirlər ki, keçmişdə hamiləlik və analıq qayğı-
ları ucbatından qidanın təşkilində və özünümüdafiə məsələsində 
qadın  kişidən  asılı  olmuşdur.  Qadınlar  evə  çox  bağlı  olmuşlar, 
kişilər müdafiə və qida əldəetmə imkanına görə ictimai sferada 
daha üstün olmuşlar. Kişilərin birgə kooperativ ov ovlamağı on-
lara dili yaradıb inkişaf etdirmək və maddi texnologiyanı kəşf et-
mək imkanı vermişdir. 
Kişi  ovçu  nəzəriyyəsinin  əksinə  olaraq,  feministlər  iddia 
edirlər ki, yuxarıda verilən üç mənbə (arxeoloji qazıntılar, prima-
tologiya, antropoloji araşdırmalar), əsasən də, müasir ovçu-yığıcı 
cəmiyyətləri onlara yeni alternativ nəzəriyyə təqdim etmək im-
kanı verir. Hər iki nəzəriyyədə kifayət qədər çatışmazlıqlar gözə 
dəysə də, təqdim olunan alternativ nəzəriyyə tarixi, keçmişimizi 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə