Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə26/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   22   23   24   25   26   27   28   29   ...   95

ABŞ-da gender m
əsələləri
79
kimoslar başqa tələbatlarını digər cəmiyyətlərə ət və balıq verib 
özlərinə lazım olanı almaqla ödəyirlər. Qadınlar onlardan asılıdır-
lar və bu səbəbdən də kişilərin işi daha prestijli və mühüm hesab  
olunur. Lakin bu cəmiyyətdəki qadınlar heç də gücsüz deyillər və 
ya onların gördükləri işlər az əhəmiyyətli hesab olunmur. Qadın-
lar  özlərini  qorumağı  bacarırlar,  şamanlıqla  məşğuldurlar,  yaşlı 
qadınlar siyasi hərbi məsləhətçi qismində çıxış edə bilərlər. Qa-
dınlar geyim, ov və balıqçılıq üçün lazım olan ləvazimatları ha-
zırlayırlar (Yenə orada). Nəticədə, “kişilərin mövcud olması üçün 
qadınların  bu  vərdişləri  önəmlidir  və  bu,  kişilər  tərəfindən  də 
belə qəbul edilmişdir… Nə daha yaxşıdır (və ya önəmlidir), yaxşı 
ovçu və ya yaxşı geyim hazırlayan? Bu, eskimoslar üçün mənasız 
sualdır; hər ikisi mühümdür”.
Birinci model gender tamamlayıcı olduğu üçün digər ovçu-
luq-yığıcılıq  cəmiyyətlərinə  nisbətən  az  eqalitar  hesab  olunur. 
Kung kolluqlarında yaşayan cəmiyyətin 60 %-dən 80 %-ə qədəri 
öz  ərzaq  tədarüklərini  yığıcılığın  hesabına  yerinə  yetirirlər.  Bu 
cəmiyyətin Kalahara səhrasında yaşayan sakinləri ikinci modelə 
uyğun gəlir. Lakin cəmiyyət ovçuluqla əldə olunan ərzaqdan az 
asılıdır, dediyimiz kimi onlar əsasən öz ərzaq tədarüklərini yığı-
cılığın hesabına yerinə yetirirlər. Bu cəmiyyətin qadınları kollar 
haqqında müstəsna bilgilərə malikdirlər. Yığıcılığın uğurlu olma-
sı onların bitkilər haqqında bilgilərindən çox asılıdır. Onlar hansı 
bitkinin  yeməli  olub-olmamasıni  çox  yaxşı  bilirlər  (Draper,  P., 
1975: 103). Əlavə olaraq onu da qeyd etmək lazımdır ki, onlar 
təkcə bitkilər haqqında deyil, həmçinin ovçuluq üçün mühüm he-
sab  olunan  digər  bilgilərə  də  malikdirlər.  Onlar  ov  heyvanları-
nın ayaq izləri ilə onların növünü, hansı istiqamətə və nə zaman 
getməsini də təyin edə bilirlər. Kişilərin hər zaman qadın məs-
ləhətinə ehtiyacı olur. Hətta suların yerini də qadınlar çox yaxşı 
bilirlər (Yenə oarada) 
Kunqda da əmək genderə görə bölünür, lakin qadın və kişilərə 
bir-birilərinin işlərini yerinə yetirməyi kimsə qadağan etmir. Ki-


Ki̇fayət  Ağayeva
80
şilər heç bir utancaqlıq hissi keçirmədən “qadın işi hesab olunan” 
tapşırığı yerinə yetirirlər. Burada ümumiyyətlə, aqressivlik yaxşı 
qarşılanmır. Onlar deyirlər ki, biz oğlanlarımıza uşaq vaxtından 
insanları deyil, heyvanları öldürməyi öyrətmişik. Burada bir cins 
digərindən artıq qiymətləndirilmir.  
Altıncı tip modeldə Zair Mbuti piqmilər kollektiv fəaliyyətə 
üstünlük verirlər. Aqta fillipinlilər də bu modelə daxildirlər. Aqta 
qadınları və kişiləri bıçaq, ox və nizədən istifadə etməklə ov edir-
lər. Onlar hətta dənizin dərinliyində iri balıqları nizə ilə ovlayırlar 
ki, bu da xüsusi fiziki dözümlülük tələb edir (Estioko-Griffin, A., 
1987). Bu cəmiyyət, yuxarıda deyildiyi kimi, ən eqalitar cəmiy-
yət hesab olunur. Bu cəmiyyətdəki kooperativ əməkdaşlıq, yük-
sək eqalitar gender rollarından xəbər verir. 
Bir  şeyi  də  qeyd  etmək  lazımdır  ki,  eqalitar  gender  müna-
sibətləri təkcə ovçu-yığıcı cəmiyyətlər üçün xarakterik deyildir. 
Eqalitar münasibətlərin mövcud olduğu digər cəmiyyətlər də var-
dır. Lepovskinin qeyd etdiyi bağbançılıqla məşğul olan digər cə-
miyyətlər (Papua Yeni Qveniyanın Cənubi-Şərqində balaca adada 
yaşayan Vanatinai xalqı) də vardır ki, əməyin bölgüsü və digər 
sosial əlaqələr yüksək eqalitarlıqla müşayiət olunur. Vanatinainın 
həm kişiləri, həm də qadınları əkib-becərirlər, ailəyə birgə qayğı 
göstərirlər.  Düzdür,  nizə  ilə  ov  ovlamağın  üzərində  kişi  mono-
poliyası  vardır,  qadın  kiçik  heyvanları  tələyə  salmaqla  ov  edir. 
Uşaqların qayğısına qalmaq məsuliyyətini qadınlar daşısalar da, 
kişilər də bu işi məmnuniyyətlə görürlər. Hər iki cinsin nümayən-
dələri magiya ilə, hərbi fəaliyyətlə məşğul olur, sülh və icmanın 
qərarlarının qəbul edilməsi prosesində, dənizdə bahalı məmulat-
ların tapılması ekspedisiyasında iştirak edir. Qısası, Vanatinai cə-
miyyətində eqalitar gender rolları bu xalq üçün təəccüblü deyildir. 
Bu  cəmiyyətlər  üçün  bir  necə  maraqlı  məqam  da  xarakte-
rikdir. Birincisi, genderin müasir Qərb konstruksiyası universal 
deyildir. Aparılan tədqiqatlardan aydın olur ki, qarışıq mədəniy-
yətlərdə gender münasibətləri çeşid-çeşiddir, bəzilərində bu mü-


ABŞ-da gender m
əsələləri
81
nasibətlər tam eqalitardır. Nəzərə alsaq ki, bu cəmiyyətlər bizim 
əcdadlarımızın yaşadığı cəmiyyətlərə bənzər şəkildə yaşayırlar, o 
zaman şahid oluruq ki, onların gender münasibətləri Qərbin bizə 
təqdim etdiyi modeldən çox fərqlidir. Burada müşahidə olunan-
larla Kişi Ovçu cəmiyyəti haqqında yazılanlar heç bir halda düz 
gəlmir. Əksinə, buradan belə nəticəyə gəlmək olar ki, onlar koo-
perativ şəkildə yaşamışlar.
İkinci əsas məsələ ondan ibarət idi ki, əməyin genderə görə 
bölünməsi heç də gender bərabərsizliyinə gətirib çıxarmır. Bu-
rada əsas onların gördükləri işin qiyməti idi, burada bu işi hansı 
genderin yerinə yetirməsinin əhəmiyyəti yox idi. Qadın və kişilər 
müxtəlif  tapşırıqları  yerinə  yetirmək  üçün  cavabdeh  idilər.  Bu-
radakı qadınlar da kişilər qədər qərar qəbuletmə və iqtisadiyyat 
prosesində iştirak edə bilirdilər. “Buradakı sinifsiz cəmiyyətlərdə 
diferensial dəyərə translyasiya olunan diferensiasya problemi yox 
idi” (O’Kelly, G.G., and L.S.Carney, 1986). 
Üçüncü və dördüncü əsas məqam qadınların dünyaya uşaq 
gətirə bilməsi ilə əlaqədardır. Bir az əvvəl qeyd edilmişdi ki, qa-
dınların reproduktiv funksiyası onları qida əldə edə bilmə imka-
nından məhrum edir (struktural funsionalistlərə görə). Lakin bir 
şey aydındır ki, qadınlar ona görə bir çox funksiyalardan avtoma-
tik xaric  olunmuşlar ki, onlar uşaqlara qayğı göstərirlər, əksinə, 
kişilər avtomatik uşağa baxmaq imkanından ona görə xaric olun-
mamışlar ki, onlar bunu qadınlar qədər yaxşı bacarmırlar.     
Araşdırılan preindustrial cəmiyyətlərdə qadınlar uşaq dünya-
ya  gətirmə  və  uşağa  qayğı  göstərməyə  görə  digər  vəzifələrdən 
azad olunmamışlar. Əksinə, qadınların uşağa baxa bilmə, onları 
böyütmə, onlara qəyyumluq edə bilmə bacarığı onların statusları-
nı daha da yüksəltmişdir.
Buradan belə nəticə çıxır ki, “kişi işi” və ya “qadın işi”ni bi-
oloji amillərdən daha çox, qeyri-bioloji amillər - mühit resursları, 
qrupun ölçüsü, iqtisadiyyat və ideologiya təyin edir.
Bununla da, Ziqmund Freydin dediyi “anatomiya bizim ta-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə