Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə34/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   30   31   32   33   34   35   36   37   ...   95

Ki̇fayət  Ağayeva
104
Lakin aparılan araşdırmaların nəticələrinə görə, qadın və ya kişi 
beynində bəzi fərqliliklər olmasına rəğmən, qadın və kişi beyninə 
tamamilə fərqli demək səhvdir.
Qadın və kişi beyinlərinin strukturu üzərində aparılan tədqiqat-
lar  davam  edir  və  yenilənir,  lakin  onların  davranışındakı  cinsi 
fərqlərin əhəmiyyəti ətrafındakı mübahisələr səngimir. Yaxınlarda 
istehsal olunan yeni texnologiyaların inkişafı imkan verir ki, bey-
nin strukturu daha mükəmməl öyrənilsin. MRT (maqnit rezonans 
təsvir) aparatı beyin fəaliyyətini və beyinlə bağlı digər məsələlə-
rin dərindən öyrənməsinə imkan açır. Alimlər bu aparatın köməyi 
ilə qadın və kişi beynini müqayisə edirlər və beynin quruluşuna 
mədəni amillərin təsir edə bilməsi faktorunu araşdırırlar. Gorman 
bu barədə çox maraqlı bir fikir söyləyir. Şübhəsiz hər bir hadisə 
və öyrənmə aktı beynin biokimyasına və fiziologiyasına təsir edir. 
Beləliklə, sonda heç kəs bilmir ki, təbiət (cins anlamında) harada 
qurtarır və inkişafa olan qayğı (gender anlamında) harada başlayır, 
çünki  onların  hər  ikisi  bir-biri  ilə  çox  əlaqəlidirlər  (Gorman  C., 
1992). Bununla müəllif təbii amillərlə sonradan qazanılan amillə-
rin bir-biri ilə olan əlaqəsini nəzərdə tutur. 
Premenstrual sindrom (PMS). Səhiyyənin gender aspek-
tindən təhlili zamanı bir çox maraqlı məqamlara təsadüf olunur. 
Bunlardan  biri  də  premenstrual  sindromdur  (PMS).  Aparılan 
sosioloji  tədqiqatlar  göstərir  ki,  biososial  hadisə  hesab  olu-
nan PMS qadının cəmiyyətdəki statusuna arzuolunmaz təsirlər 
göstərə  bilər. 
Son araşdırmalarda tədqiqatçılar premenstrual sindroma bio-
loji hadisə kimi deyil, biososial hadisə kimi qiymət verirlər. Niyə 
görə PMS bioloji hadisəlikdən daha geniş anlama gəlib çıxmış-
dır? Yəqin ki, PMS mədəni dəyərlərdən, həmçinin sosial amillər-
dən təsirlənə bildiyinə görə belə hesab olunur. 
Əvvəllər də bu sindrom haqqında tibbi ədəbiyyatlarda bəzi 
yazılar gedirdi, lakin 1980-ci illərdə ilk dəfə PMS geniş mənada 
KİV-də müzakirəyə çıxarıldı. Buna səbəb bəzi Amerika və  Avropa 


ABŞ-da gender m
əsələləri
105
məhkəmələrində bir neçə ölüm hadisəsini törədən qadınların bu 
sindroma  görə  ağır  cəzadan  yaxa  qurtararaq  bəraət  qazana  bil-
məsi faktı oldu. Qadınları müdafiə edən vəkillər həmin hadisəni 
törədən  zaman  onların  PMS-dən  əziyyət  çəkmələrini  arqument 
kimi məhkəməyə təqdim etdilər və qadınları qəsdən adam öldür-
mə maddəsi cəzasından, çox yüngül bir cəza almalarına qədər (ic-
bari iş) müdafiə edə bildilər. 
Bu hadisələr ictimaiyyəti bərk narahat etdi və alimlər bu ha-
disəni tədqiq etmək qərarına gəldilər. Gələcəkdə də bu sindromdan 
hakimlərin, xüsusilə də qadın hakimlərin bəraət formasında geniş 
istifadə edəcəklərindən ehtiyatlanan kişi tədqiqatçılar bu sindromu 
hərtərəfli araşdırdılar. Bəzi kişi tədqiqatçıları hətta bu faktı qadın-
lara qarşı da istifadə etdilər və ümumiyyətlə, qadınların təbiətən 
yüksək vəzifələr üçün uyğun olmadıqları haqqında iddialar irəli 
sürdülər. Onlar belə bir misal çəkirdilər ki, bundan sonra heç kəs 
ayda bir dəfə cinayət xislətli qadınlara etibar edə bilməz. 
Əgər sənin bankda investisiyan varsa, sən istəməzsən ki, ban-
kın  prezidenti  ayda  bir  dəfə  hormonlardan  əziyyət  çəkən  birisi 
olsun. ... Bu fiziki və psixoloji tutmalar qadınların potensialını 
məhdudlaşdırır (Parlee M.B., 1983). 
Bu feminist alimləri bərk qəzəbləndirdi. Feminist həkimlərdən 
biri onlara belə cavab verdi: Düşünmürəm ki, PMS qədər qadınları 
geri salan nə isə ola bilsin... Hesab etsək ki, qadınlar fizioloji sə-
bəbdən ayda bir dəfə cinayətkar olurlar, bu elə birdəfəlik qadınlara 
təbiətən cinayətkar adı vermək deməkdir (Glass R., 1982). 
Amerika  və Avropada  PMS-ə  görə,  bəraət  qazanmağa  nail 
olan cinayət hadisələrindən bir onillik sonra PMS haqqında yazı-
lar azaldı. Hadisələr haqqında söhbətlər azalsa da, bundan biznes 
üçün  istifadə  halları  genişləndi. ABŞ-da  yüzlərlə  PMS-lə  bağlı 
klinika fəaliyyətə başladı və müalicə üçün saysız-hesabsız dər-
manlar, tibbi ləvazimatlar satışa buraxıldı (Chisler, J.C. and K.B. 
Levy, 1990). PMS-lə yanaşı hormonla bağlı digər sindromlar da 
diqqəti cəlb etməyə başladı. Müxtəlif suallar meydana çıxır. PMS 


Ki̇fayət  Ağayeva
106
nədir? Buna səbəb nədir? Bunun qadının şəxsi keyfiyyətlərinə və 
davranışına real təsiri nə dərəcədədir? 
PMS, adətən, səksəninci illərin xəstəliyi adlansa da, əslində 
bu yeni bir xəstəlik deyildir (Eagan, A, 1983). 1931-ci ildə Dr. 
Robert T.Frank PMS-ə aşağıdakı kimi tərif vermişdir: “7-10 gün 
aybaşıdan əvvəl inanılmaz gərginlik və narahatlıq, əsəbiliyə səbəb 
olma ... və axmaq və yaramaz hərəkət etməklə özündə rahatlıq 
tapmaq” (Vrazo F., 1983). 1950-ci illərdə Dr. Katarina Dalton da 
öz əsərlərində PMS-dən bəhs edir. Müəllif iddia edir ki, aybaşı-
nın premenstrual mərhələsində qadınlar etibarsız, məsuliyyətsiz, 
aqressivliyə meyilli, hətta zalım və intihar məqsədli ola bilirlər. 
Onun və digərlərinin iddiasına görə 20 %-dən 100 %-ə qədər qa-
dın PMS-dən əziyyət çəkir, bunlardan 20-40 %-in əqli və ya fiziki 
qabiliyyəti aşağı düşür (Fausto-Sterling A., 1985). Bəzi tədqiqat-
çılar isə bunun faizinin az, təxminən 10 % olduğunu yazırdılar. 
PMS-in dəqiq tərifini bir çox alim və tədqiqatçılar verməyə 
çalışmışlar.  Bəzilərinə  görə,  bu,  sadəcə  menstrual  nizamsızlıq-
dır və bəzilərinə görə, bunun 150 simptomu vardır ki, bunlardan 
ən  əsasları  aşağıdakılardır:  başağrı,  ürəkbulanma,  şor  və  şirin 
yeməklərə güclü meyl, üzün dərisində sızanaqların əmələ gəlmə-
si, depressiya və əsəbilik (Golub S., 1992). 
PMS-in  tədqiqatında  alimlər  ciddi  metodoloji  çətinliklərlə 
üzləşirlər. Araşdırmalar zamanı premenstrual simptomların təyin 
edilməsində  qadınların  dediklərinə  əsaslanırlar.  Bəzi  qadınla-
rın adi halda, aybaşıdan əvvəlki dövrdə yadlarına bu simptom-
lar  düşmədiyi  halda,  onlara  bu  dövrü  xatırladanda  hökmən  bu 
əlamətlərin onlarda baş verdiyini iddia edirlər. Bəzi araşdırmalar 
göstərir ki, sosial və psixoloji faktorların da PMS simptomların 
təəssüratına öz təsiri vardır. Bir çox alimlərin fikrincə, bəzi mə-
dəniyyətlərdə aybaşıya olan münasibət qadının özünün buna olan 
reaksiyasına böyük təsir göstərir. Uzun illər aybaşı qadının hə-
yatında  neqativ  bir  hadisə  kimi  qiymətləndirilmişdir.  Qadınları 
inandırmışdılar ki, onlar aybaşı zamanı davranışlarına məhdudiy-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə