Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə36/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   32   33   34   35   36   37   38   39   ...   95

Ki̇fayət  Ağayeva
110
miyyətlə, müəllif sosial mühit stresslərinin (maliyyə və ailədəki 
çətinliklər, uşağın atası ilə olan problemlər, ailədə uşaqların say 
amili və s.) əhəmiyyətini xüsusi olaraq qeyd edirdi. Bəzən plansız 
hamiləlik, ana olmağa hazır olmamaq, kəbindən kənar uşağın dün-
yaya gəlməsi zamanı yaxınların dəstəyini görməmək kimi səbəb-
lər də gənc anaların postpartum depressiya sindromuna mübtəla 
olmasına səbəb ola bilər. Analığa hazırlıq dövrü zəif olur və gənc 
anaya dəstək çox aşağı səviyyədə olur. Bunu yalnız aşağıdakı si-
tuasiya ilə müqayisə etmək olar. Hər hansı bir çox məsuliyyətli 
sahədə işləmək üçün heç bir treyninqi, təcrübəsi olmayan bir işçi 
götürürlər və həmin işçidən keyfiyyətli iş tələb edirlər. Sözsüz, bu 
vəziyyət həmin işçiyə neqativ təsirsiz ötüşməyəcəkdir. 
Biologiya  ilə  mədəniyyətin  təması. Yuxarıda  bəhs  olunan 
məsələlərdən aydın olur ki, sosial və bioloji amillər daima təmas-
dadır. Əlbəttə, fərdin inkişafında biologiya əvvəl gəlir və sonra 
təcrübə və mühit öz işini görür. İnsan bütün ömrü boyu  davamlı 
və  transformativ  dəyişikliklərə  məruz  qalır  və  fərdin  davranışı 
nəinki  mühiti  dəyişməyə,  həmçinin  özünün  biologiya  və  fizio-
logiyasını da dəyişməyə qadirdir. Bu fəsildə öyrəndiklərimiz bun-
ları bir daha təsdiq edir. 
Bununla da feminist alimlər bioloji determinizmi sosial kons-
truksionizmlə əvəz etməyə səy göstərirlər. Ümumiyyətlə, bioloji 
və  ya  sosioloji  amillərə  ayrı-ayrılıqda  diqqət  yetirmək  hekayə-
nin yarısını anlamağa bərabərdir. Yəni bioloji varlıq olan insan 
hər  zaman  genderin  davamlı  konstruksiyasının  bir  hissəsi  kimi 
öyrənilməlidir. Mədəniyyət və fərdi davranış biologiya və fizio-
logiyaya təsir etmə gücünə malikdir və bunun əksi də mümkün-
dür. Bəzi alimlərin qadın və kişilərin davranış və şəxsiyyətlərin-
dəki  fərqlərini  bioloji  baza  ilə  əsaslandırılması  cəhdləri  sadəcə 
hipotezadır. Bioloji fərqlərin mövcud olması o demək deyil ki, 
bir cinsin davranışı və ya xüsusiyyəti o birisindən ya əskikdir, ya 
da artıqdır. Bəli, kişi və qadınlar bir çox məqamlarda fərqlidirlər, 
bunu kimsə inkar etmir; yalnız bu o anlama gəlmir ki, birinin bu 


ABŞ-da gender m
əsələləri
111
fərqlər fövqində digərinin əleyhinə diskriminasiya edilməsi təbii 
haldır. Bu, ən azı sosial ədalətsizlikdir. 
Gender cinsin sosiomədəni kateqoriyası kimi. Müasir ədə-
biyyatlarda gender mövzuları yetərli şəkildə işlənilsə də, bu sahə-
də alimlər bir çox məsələlərdə ümumi məxrəcə gələ bilmirlər, bu, 
xüsusilə, genderin funksional təyinatında ciddi hiss olunur. Tibbi 
sosiologiyanın orta məxrəcli nəzəriyyəsi də, təyinatı da çox zəruri 
məsələdir, təcrübədə gender yanaşmanın tətbiqinin nə dərəcədə 
effektli ola bilməsi bu məsələdən çox asılıdır. 
Cinslərin  münasibəti  məsələsində  genderə  sosial  konstrukt 
kimi əsas vermə bioloji determinizmin təkzibi deməkdir. Bioloji 
determinizm o yanaşmanı təklif edir ki, cəmiyyətdə cinslər arasın-
dakı münasibət bioloji cinsə mənsub xüsusiyyətlərdən irəli gəlir. 
Bioloji determinizmə görə düzənlənən davranış normal və təbii 
hesab oluna bilər. Beləliklə, sosial qrupların cinslərarası münasi-
bəti bioloji prinsiplərin fərqinə görədir. Sosiumun gender struktu-
runun mürəkkəbləşməsi, müasir sivilizasiyanın sosial strukturun 
industrializm pilləsindən postindustrializm sosial strukturu pillə-
sinə transformasiya etməsi xüsusiyyətlərinə görədir. Belə olanda, 
sivilizasiya bütün fərdlərin əlaqələrini xarakterizə edə bilən cə-
miyyətin özəl sosial təşkilatı kimi anlaşılır. 
Bu günə qədərki feminist konsepsiya gender təbabətinin ye-
ganə konsepsiyası olduğuna görə bu konsepsiyadan daha ətraflı 
bəhs olundu. Feminist konsepsiyanı səhiyyənin humanist konsep-
siyası adlandırsaq, yanılmarıq. Yəqin ki, səhiyyəyə münasibətin 
əsasında insan təbiətinin vəhdəti və bu münasibətin kökündə də 
hökmən gender yanaşmaları olmalıdır. Feministlərə görə, səhiy-
yənin əsasında gender fərqləri durmalıdır, bunları daha da kon-
kretləşdirəndə bioloji cinsin əhəmiyyəti azalır və aksent, əsasən, 
sosiallığın  üzərinə  düşür.  Cəmiyyətin  gender  stratifikasiyasının 
situasiyaya  görə  dəyişkənliyinin  modifikasiyası  üçün  müəyyən 
edilmiş parametrlər mövcuddur. Onlar gender spesifikasının real-
laşmasının institusional tələbləri ilə təyin olunur. 


Ki̇fayət  Ağayeva
112
 Feminist alimlər çoxdan o fikirlə yaşayırlar ki, anlamaq üçün 
zəruri olan hər bir şey müasir elmi kateqoriyalarla izah olunma-
lıdır.  Elmi  biliklər  üçün  sirr  olan  başqa  bir  dünya  da  mövcud-
dur  ki,  bu,  fərdlər  üçün  xarakterik  olan  hisslər,  emosiyalar,  si-
yasi  həvəslər  dünyasıdır.  Xəstəlik  –  insan  orqanizmin  təkcə  fi-
ziki halı deyil, o, həmçinin, sosial fenomendir. Müxtəlif mədəni 
ənənələr də orqanizm üçün xarakterik olan həm normal, həm də 
xəstə hal kimi qiymətləndirilə bilər. Avropa tərbiyəsi görmüş in-
sanlar, adətən, fizioloji sağlamlığı orqanizmin vəziyyətinə görə 
təyin edirlər və onlar sosial öhdəliklərini də bu vəziyyətin köməyi 
ilə yerinə yetirə bilirlər. Xəstəlik orqanizmin müəyyən vəziyyəti 
kimi şərh olunur və xəstəlik zamanı fizioloji tarazlıq və cismin 
harmoniyası pozulur. Genderin mürəkkəb strukturu tibbdə qadı-
nın gender statusuna baxışın xarakterini təyin edir. Sosial rolların 
necə icra olunması bu və ya digər mənada insanın sağlam və ya 
xəstə olması halı ilə çox əlaqəlidir. Əlbəttə, fizioloji xüsusiyyət-
lər də yuxarıda qeyd olunan sosial rolların ifasında mühüm əhə-
miyyət kəsb edir. Əsas diqqət əlbəttə, sosial epidemiologiyanın 
üzərinə qoyulmalıdır, çünki bu tibbdə insanların fizioloji xüsu-
siyyətləri və bacarıqları ilə bilavasitə əlaqəsi olan qadın və kişinin 
gender statusunun formalaşması sahəsidir. Sosial epidemiologiya 
anlayışı  kifayət  qədər  genişdir,  çünki  o  tibb  elminin  kateqorial 
sahəsinə aiddir və bu da tibbin sosiologiyasında əsas bir anlayış 
kimi istifadə olunur. Bundan çıxış edərək, qadının tibbdə gender 
statusunun  fizioloji  əsaslarını  nəzərdən  keçirmək  olar.  Bununla 
da, qadın patalogiyasını bir tərəfə qoyub, o xüsusiyyətlərə nəzər 
salınmalıdır ki, fizioloji təbiət spesifik sosial effektləri təyin edə 
bilir. Bu mənada həm tibbdə, həm də sosial münasibətdə qadın və 
kişi arasında prinsipal fərq menstruasiya və menopauzadır. Prob-
lemin kəskinliyi onunla izah olunur ki, həm menstruasiya, həm də 
menopauzaya, adətən, tibbi elmin maraq dairəsi kimi baxılmışdır, 
bu fizioloji hadisənin sosial effekti tədqiq olunmamışdır. 
Feminist  alimlər  genderə  cinsin  sosiomədəni  kateqoriyası 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə