Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə32/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   28   29   30   31   32   33   34   35   ...   95

Ki̇fayət  Ağayeva
98
yançağına bənzəyir, döşləri böyük olur, cinsiyyət orqanları böyü-
mür, sperma hasil etmirlər, səsləri dəyişib kobudlaşmır, normal 
erkəklərdə olan kimi onların üzlərində və digər lazımi yerlərin-
də tüklər əmələ gəlmir. İnsanlarla münasibət qurmaqda çətinlik 
çəkirlər, utancaq olurlar, qadınlarla münasibət qurmaqda maraqlı 
deyillər. XXY xromosomlu erkəklər XY xromosomlu erkəklərdən 
emosional və sosial xarakterlərinə görə kəskin fərqlənirlər. 
Maraqlı  sindromlardan  biri  də  XYY  xromosomu  ilə  doğulan 
erkəklərdir. Bu insanların vücudu çox böyük olduğuna görə bəzən 
onları asanlıqla kriminal aləmin insanları hesab edirlər. Bu insan-
lar  XY  xromosomu  ilə  doğulan  erkəklərdən  fiziki  cəhətdən  çox 
böyük olduqlarına görə nəzər-diqqəti öz üzərilərinə tez çəkirlər. 
Fəslin əvvəlində qeyd edildiyi kimi, Y xromosomu, əsasən, seks 
hormonu olan testesteronu ifraz edir, testesteron hormonu hər za-
man aqressivliklə assosiasiya olunur. Bu ikinci əlavə Y xromoso-
mun olması belə bir hipotezaya əsas verir ki, bu tip insanlar daha 
aqressiv ola bilərlər. Hətta belə güman olunur ki, bu insanlar daha 
çox cinayət törədə bilərlər. Aparılan tədqiqatlar göstərir ki, bu xro-
mosomla doğulan erkəklər xırda cinayətlərə meyilli olsalar da, gü-
man edildiyi kimi normal XY xromosomu ilə doğulanlardan çox 
aqressiv deyillər. Bildiyimiz kimi, bu anomaliya halları kasıblar 
arasında daha çox təsadüf olunur, bunun da səbəbi qeyri-düzgün qi-
dalanma, vitamin çatışmamazlığı, adekvat qayğı ilə əhatə olunma-
malarıdır. Onların boylarının hündür olması onlara daha təhlükəli 
görünüş verir. Əlbəttə, bunlara olan münasibətdə sosial tərəfkeşlik 
də öz işini görür. Cəmiyyətdə formalaşan fikrə görə aşağı sinfin 
nümayəndələri arasında cinayət hallarına daha çox təsadüf olunur. 
XYY erkəklərin intellektual səviyyələrinin aşağı olması da ehtimal 
olunan iddialardandır. O zaman bütün bu hipotezalar bizə bioloji 
və sosioloji əlaqələrin güclü olmasından xəbər verirmi? Biz sadə-
cə, təkcə bioloji determinizmə etibar edə bilmərik. 
Çox nadir hal sayıla bilən sindromlardan biri də psevdoher-
mafroditizmdir.  Psevdohermafroditizm  sindromlu  fərdlər  o  in-


ABŞ-da gender m
əsələləri
99
sanlar hesab olunurlar ki, onların cinsi diferensiasiyası qarışıq və 
ya natamamdır. Onlarda həm yumurtalıq, həm də xaya olsa da, 
onlar nə funksional sperma, nə də yumurta hasil etmə qabiliyyə-
tinə  malikdirlər. 
Money və Ehrhardt (1972) belə bir maraqlı məqamı da müşa-
hidə etmişlər. Xromosomu və fiziki quruluşu normal olan iki əkiz 
oğlan sünnət olunurkən onlardan birinin cinsiyyət orqanı tama-
milə zədələnir. Valideynləri onu bu vəziyyətdən çıxarmaq üçün 
cərraha müraciət edirlər və on yeddi aylıq oğlan cərrah tərəfindən 
rekonstruksiya  olunur. Cərrahi əməliyyatdan sonra həkim oğlana 
ömürlük hormon müalicəsi tövsiyə edir. Həmin oğlan qız kimi 
böyüdülür və qız kimi uğurlu sosializasiya olur. Təbii, o, qız ge-
yimləri geyinir, qız oyuncaqları ilə oynayır və əkiz tayından fərqli 
olaraq çox təmiz, səliqəli gəzib-dolanır və anasına ev işlərində 
yardım  edir.  Daha  sonralar,  bu  məqamla  digər  tədqiqatçılar  da 
maraqlanmağa başlayırlar və onun üzərində müşahidə aparırlar. 
On  üç  yaşına  çatanda  bu  yeniyetmə  ciddi  problemlərlə  üzləşir, 
belə ki, o ciddi emosional problemlər yaşayır, maskulin görkəm 
alan  yeniyetmə  tay-tuşları  tərəfindən  cırnadılır.  Cırnatmalardan 
bezən yeniyetmə yenidən cərrahi əməliyyat olunur və bu dəfə də 
erkək olmağa üstünlük verir (Diamond M.A., 1982). 
Bu hadisəni müşahidə edən tədqiqatçılar gender identifika-
siyasının  bioloji  köklərinin  güclü  olması  faktını  vurğulayırlar. 
Bunu da qeyd etmək yerinə düşərdi ki, fərdin identifikasiyası bi-
oloji və sosioloji amillərin bir-birinə olan təsirindən də çox ası-
lıdır. Yetkinlik yaşında əkiz tayının görünüşünün maskulin for-
maya düşməsi, tay-tuşların onunla deviant (hamı kimi olmamaq, 
qeyri-normal hesab edilmə) kimi rəftar etmələri və onun psixoloji 
stres keçirməsi belə təsirdən doğan bir məqamdır. Bu onun öz qız 
tay-tuşlarından fərqli yetkinlik dövrü yaşaması, aybaşı olmaması 
ilə də izah oluna bilər. Valideynləri on üç yaşlı yeniyetməyə hələ 
də uşaqlıqda sünnətlə bağlı başına gələn xoşagəlməz hadisə barə-
də bir kəlmə söyləməmişdilər. Beləliklə, gender identifikasiyası-


Ki̇fayət  Ağayeva
100
nın inkişafının bioloji və ya sosioloji amillərlə əlaqəsi bizə çox 
şey deməyə imkan verir. 
Bəs bu prenatal xətalar bizə gender haqqında nələr söyləməyə 
imkan verir? Yuxarıda müzakirə olunan prenatal xətalar az tədqiq 
olunduğundan, həmçinin çox nadir hallarda təsadüf edilən xətalar 
olduğundan bu barədə ümumiləşdirmələr aparmaq çətindir. Təd-
qiqatçılar hər zaman kiçik qeyri-tipik qruplarla tədqiqat aparmış 
və  onların  verdiyi  informasiyaya  əsaslanmışlar.  Məsələn, AGS 
sindromlu qızlarla aparılan tədqiqat o qədər də obyektiv hesab 
edilə bilməz, çünki onlar artıq klinikalarda bu tip qızlarla yaxın-
dan tanış idilər və onlarla normal qızların fərqləri haqqında müəy-
yən bilgilərə malik idilər. 
Bütün bu və digər çətinliklərə baxmayaraq, bu tədqiqat bizə 
xromosom və hormonların genderlə əlaqəsi barədə mühüm dərs 
verir. Tədqiqatçılara görə maskulin və feminin kimi inkişaf üçün 
XY  və  ya  XX  xromosomların  olub-olmamasının  əhəmiyyəti 
yoxdur və bundan asılı olmayaraq, gender identikliyi tamamilə 
müstəqildir. Tədqiqatçılar bir daha əminliklə qeyd edirlər ki, nə 
cins  (təkcə  dişi-erkək  kimi  bölünmür),  nə  də  gender  (təkcə  fe-
minin-maskulin kimi bölünmür) dixotomik deyildir. Cinsdən da-
nışanda xromosom cinsi, hormonal cins, qonadal və ya genital 
cins  də  bura  şamil  olunmalıdır.  Bəzi  fərdlərdə  dişi  və  erkəklik 
kateqoriyası daimi olsa da, tədqiqat bunların bəzən qeyri-daimi 
olduğunu da sübut edir. Cinsin dixotomik münasibətli, birxəttli 
xarakterindən bəhs olundu. Maskulinlik və femininlik adlandırı-
lan gender özündə geniş spektrli, bütün həyat boyu dəyişikliklərə 
məruz qalan münasibət, davranış və sosial gözləntiləri ehtiva edir. 
Sözsüz, bizim qadın və kişi kimi kim olmağımızda biologiya rol 
oynayır,  fərdin  cinsindəki  komponentlər  (xromosom,  hormon, 
gonad və genitallar) fərdin genderi ilə hər zaman üst-üstə düşmür 
(məsələn, XX xromosomu ilə dünyaya gələn dişi hər zaman fe-
minin, XY xromosomu ilə dünyaya gələn erkək hər zaman mas-
kulin  olmur).  Tədqiqatların  göstərdiyi  kimi,  daha  önəmli  olan 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə