Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə40/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   36   37   38   39   40   41   42   43   ...   95

ABŞ-da gender m
əsələləri
123
1970-ci illərdən başlayaraq təhsil sistemində önəmli dəyişik-
liklər baş verdi və rasizm, seksizm elementlərini aradan qaldır-
maq üçün dövlət səviyyəsində işlər görüldü. Əlbəttə, 1960-70-ci 
illərin  vətəndaş  hüquqları  hərəkatı  və  feminist  hərəkatın  da  bu 
məsələlərin müsbət həllində rolu çox idi. 1972-ci ildə yuxarıda 
deyilən elementləri aradan qaldırmaq üçün Təhsilə Düzəliş Aktı, 
IX maddə də qəbul olundu. Federal fonddan maliyyələşdirilən hər 
bir təhsil qurumu gender zəminində olan diskriminasiyanı aradan 
qaldırmalı idi. Bütün bunlarla yanaşı qadın və kişilərin təhsil təc-
rübəsi fərqli şəkildə davam edir və bərabərsizlik elementləri yenə 
də gözə dəyir. 
Məktəbdə nəyi öyrədirlər? Məktəbdə və məktəb proqram-
larında elmlə yanaşı, gender normaları da daxil olmaqla, funda-
mental mədəni dəyərlər öyrədilməlidir. 
Yuxarıda  qeyd  etdiyimiz  kimi,  təhsildə  (o  zaman  da,  indi 
də)  iki  növ  kurikulum  mövcuddur: Açıq  kurikulumla  müəllim-
lərin sırf dərs materialları vasitəsilə  tədris olunduğu halda, gizli 
kurikulumun dolayısı ilə tədris və təlqin etdiyi təlim, tərbiyədir. 
Birincinin  vasitəsilə  dərslər  öyrədilir,  təhlil  edilir,  möhkəmlən-
dirilir, yəni şagirdlərə elmin sirrləri öyrədilir. İkincisinin vasitə-
silə isə əxlaq qaydaları diktə olunur, sosial rollar, ənənəvi gender 
rolları  aşılanır. Tədris  tənqidçilərinə  görə,  gizli  kurikulum  hələ 
də ənənəvi gender rollarını dəstəkləyir, gender rollarına düzgün 
əməl  etməyən  qızlar  tədris  zamanı  sıxışdırılır  və  onlar  hələ  də 
“əsl qız necə olmalıdır” söhbətini dinləməyə məcbur olurlar. Yəni 
qeyd etdiyimiz kimi, tədris prosesində mahiyyətcə eyni hərəkəti 
edən oğlan və qız şagirdlərlə fərqli şəkildə rəftar olunur. 
Aparılan tədqiqatlardan məlum olur ki, qız və oğlan şagird-
lər  üçün  təhsildəki  fərqli  imkanlar  uşaq  bağçasından  da  əvvəl 
başlayır və orta məktəbi bitirənə qədər davam edir. Cəmiyyətin 
bütün sferalarında olduğu kimi, təhsildə də qanunla bərabərsiz-
lik aradan qaldırılmışdır. 1972-ci ildə qəbul olunan IX Maddəyə 
görə dövlətdən maliyyələşən bütün təhsil ocaqlarında gender dis-


Ki̇fayət  Ağayeva
124
kriminasiyasına son qoymaq haqqında qanun qəbul olunmuşdur. 
Hələ ibtidai siniflərdən qız və oğlanlar üçün təhsil təcrübəsi fərq-
li  başlanır,  daha  doğrusu,  qız  və  oğlanlar  qeyri-bərabər  şərtlər-
lə təhsil-təlim alırlar. Bu struktural səviyyədə müşahidə olunur. 
Ənənəvi irqi və sinfi bərabərsizliklə yanaşı gender bərabərsizliyi 
də qeyd olunur. Bu yuxarıda qeyd olunduğu kimi gizli kuriku-
lumla həyata keçirilir. 
 Bu, bəzən mikro-bərabərsizlik kimi qiymətləndirilir, gender 
əsaslı ayrı-seçkiliyə yol verilir, qızların irəli sürdüyü fikrə etina-
sızlıq göstərilir, oğlanların təşəbbüsü ilə irəli sürülən bir çox ide-
yalar daha pozitiv qarşılanır.
 Tələbə-müəllim münasibətində bəzi gender bərabərsizlikləri 
gözə dəyir.
 Məktəbə daxil olduğu ilk andan ta məktəbi bitirənə qədər 
oğlan  şagirdlər  müəllimlərdən  daha  çox  diqqət  görürlər. 
  Mütəxəssislərin  qeyd  etdiyinə  görə,  qızlar  dərslərdə  sakit 
oturduqları üçün onlara dəfələrlə az irad tuturlar. Qızlar demək 
istədikləri sözü əl qaldırıb icazə istəməklə edirlər, oğlanlar yer-
lərindən söz ata bilirlər. Həmin hərəkət qız şagirdlər tərəfindən 
edildikdə ciddi iradlarla qarşılaşırlar. Müəllimlər əksər hallarda 
oğlanlara  sadəcə  ‘okay’  deməklə  iradlarını  bildirmiş  olurlar. 
Müəllimlər  şagirdlərin  dərs  buraxmamasında  maraqlıdırlar, 
çünki hər gün dərsə gələn şagirdın özünə inamı və öyrənmə qabi-
liyyəti yüksək olur. Texniki vasitələrlə öyrədilən dərslər (hər han-
sı bir cihaz, teleskop, mikroskop və sairə) oğlanlara daha maraqlı 
olur, qızlar bu cihazların istifadəsində çətinlik çəkirlər, müəllim-
lərdən kömək istəyirlər, oğlanlar isə bir neçə düyməni səhv-düz 
basmaqla texniki vasitəni işə salırlar. Belə dərslərdə oğlanlar daha 
fəal olurlar və təşəbbüsü ələ alırlar. 
Formal və qeyri-formal kurikulumda yer alan bərabərsizlik-
lərə aşağıdakı misalları göstərmək olar.
Dərsliklər elə bil kişi dünyasının təzahürüdür. Dərsliklərdə-
ki şəkillərin əksəriyyətində oğlan və kişiləri görmək olar. Qəh-


ABŞ-da gender m
əsələləri
125
rəmanlıq hekayələrində baş rolda kişilər, köməkçi rolda qadınlar 
təqdim olunur. Hətta müasir elmlərdən bəhs edən dərsliklərdə də 
insan deyəndə kişi nəzərdə tutulur. Vacib şərtlərdən biri də dərs-
liklərin gender-neytral dilli, multikultural olmasıdır.
Bir məsələni də qeyd etmək lazımdır ki, qızlar təkcə dərs-
liklərdə  görünməz  deyillər,  onlar  məktəbin  digər  məkanlarında 
da görünməzdirlər. Bu kimi halları laboratoriyalarda, idman zal-
larında,  əmək-peşə  təhsili  keçirilən  emalatxanalarda  müşahidə 
etməmək mümkün deyildir. Bu məşğələlər zamanı da oğlan şa-
girdlər çox aktiv olur, təlim prosesində qızlara nisbətən oğlanların 
göstərdikləri nəticələr daha yuxarı olur. 
Məktəblilərin  sayında  da  genderə  görə  fərq  faizi  müşahidə 
olunur. Bağçaya qədər 54% oğlan, 46% qız, ibtidai və natamam 
orta  məktəbdə  51%  oğlan,  49%  qız,  natamam  orta  məktəbdən 
sonrakı dövrdə 43% oğlan, 57% qız şagird təhsil alır (Common 
Core of Data, 2009-10; Digest of Education Statistics). 
Məktəblərdə  tədris  prosesində,  xüsusilə  də  aşağı  siniflərdə 
qızların  say  faizi  daha  yüksəkdir,  lakin  strukturun  üst  qatların-
da  oğlanların  say  faizi  yüksəlməyə  başlayır.  İbtidai  məktəblər-
də müəllimlərin 87 %-i qadın müəllimlərdir və onlara köməkçi 
statusunda çalışan işçilərin 90%-i də qadınlardır. Lakin qeyd et-
diyimiz kimi məktəbin idarə heyətində qadınların təmsili 40-45 
%-dən yuxarı qalxmır (US Department of Commerce, Bureau of 
the Census, 2014). 
  Vətəndaş Hüquqları Təşkilatının göstəricilərinə görə qız və 
oğlan tələbələrin təhsildəki maraq dairələri də fərqlidir. Oğlanlar 
texnologiya, mühəndislik, fizika, riyaziyyatla bağlı elmlərə daha 
maraqlı olduqları halda, qızlar dil, ədəbiyyat, tarix və kompüterlə 
əlaqəli elmlərə daha çox həvəs göstərirlər.     
Təhsildə qız və oğlanlar: ibtidai siniflər. ABŞ-da əksəriy-
yət uşaqlar rəsmi olaraq 5 yaşından məktəb həyatına başlayırlar, 
uşaq baxçalarında olanlar (bu 10 %-dən yuxarı olmur) bir il gec 
başlaya bilər. Bu hallar adətən zəngin ailələrdə olur və çox vaxt 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə