Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə41/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   37   38   39   40   41   42   43   44   ...   95

Ki̇fayət  Ağayeva
126
oğlan uşaqlarını məktəbə gec qoyurlar. Araşdırmalara görə, həm 
bağça yaşlarında, həm də ibtidai siniflərdə qız şagirdlərin qiymət 
göstəriciləri oğlan şagirdlərin qiymət göstəricilərindən daha yük-
sək  olur.  Oğlanlar  oxu  dərslərinə  görə  qızlardan  geri  qalır,  oğ-
lanlarda antisosial davranış, diqqət pozğunluğu, disleksiya, zəif 
nitq  qabiliyyəti,  kəkələmə  kimi  hallar  daha  tez-tez  müşahidə 
olunur. Oğlan uşaqlarının aşağı siniflərdə emosional və davranış 
problemləri onlara sonrakı təhsil illərində də problemlər yaradır 
 (Halpern D.F.,1997). Qızlar isə əksinə, həm sosial vərdişlərə, həm 
də sinifdəki davranışlarına görə üstünlüklərə malikdirlər. Qızlar-
dan fərqli olaraq oğlanlar nizam-intizama tabe olmaq istəmir və 
öyrənmə proseslərində daha az pozitiv oriyentasiyaya sahib olur-
lar  (Zill & West, 2001). Valideyn və müəllimlərin dediyinə görə, 
oğlanlar qızlar qədər diqqətli və səbrli ola bilmirlər. Öyrənmə ori-
yentasiyasında və sosial vərdişlərdəki bu üstünlüklər qızlara təh-
silin digər sahələrində də nailiyyət qazanmalarına imkan yaradır. 
Yeniyetməlik dövründə də qızlar məktəbdə qarşılarına qoyduqları 
məqsədlərə çatmaq üçün daha çox cəhd göstərirlər (Downey & 
Vogt Yuan, 2005).   
Bu  dövrdə  qızlar  həmçinin  qeyri-koqnitiv  vərdişlərdə 
(diqqətlilik  və  təşkilati  vərdişlər)  uğurlar  əldə  edirlər.  Qızların 
intizamlılıq, liderlik keyfiyyətləri və məktəb həyatına olan ma-
raqları sonralar da onlarda akademik uğur əldə etmək vərdişlərini 
təkmilləşdirir.  
Sosioloqlar bu fərqlilikləri izah edərkən bioloji amillərin ro-
lunu istisna etmir, lakin sosial və iqtisadi amillərə daha çox üstün-
lük verirlər. Qızlarda nitq səlisdir, riyazi hesablamalar yaxşıdır, 
əşyaları  qoyduqları  yeri  yadlarında  dəqiq  saxlayırlar.  Oğlanlar 
şifahi testlərdə, riyazi söz problemlərini həll etməkdə və həndə-
si fiqurların yadda saxlamaqda qızlardan daha yaxşıdırlar. Əksər 
hallarda,  bir  çox  akademik  vərdişlərdə  hər  iki  gender  eyni  cür 
qabiliyyətə  malikdir.  Tədqiqatçıların  gəldikləri  nəticələrə  görə, 
çox vaxt qız və oğlanların təhsildəki fərqli göstəriciləri onların 


ABŞ-da gender m
əsələləri
127
bioloji fərqlərinə görə deyil, onlara olan investisya (vaxt və ma-
liyyə) fərqinə görə olduğu iddia olunur. Bu həmçinin cəmiyyətdə 
hələ də mövcud olan inanc, gözlənti və stereotiplərə görədir. Hələ 
də cəmiyyətdə ənənəyə görə qız və oğlan üçün nəzərdə tutulan 
fənlər, vərdişlər, gözləntilər fərqlidir. Hələ də oğlanların akade-
mik uğuruna, qızların ailə məsələlərindəki fəaliyyətinə daha çox 
önəm verən valideynlər var.   
İbtidai  siniflərdə  müəllim  şagird  münasibətlərindəki 
fərqlər. İbtidai sinif müəllimlərindən şagirdlərlə necə rəftar et-
mələri barədə soruşanda, onlar sinif uşaqların cinsinə önəm ver-
mədiklərini söyləyirlər. Bu, reallıqda da belədir? Tədqiqat göstə-
rir ki, bu, təcrübədə belə deyildir və müəllimlər şagirdlərlə cins-
lərinə uyğun   rəftar edirlər.  
Oğlan  şagirdlər  müəllimlərlə  daha  tez-tez  təmasda  olurlar. 
Onlar qızlarla müqayisədə müəllimin diqqətini daha çox öz üzə-
rilərinə çəkirlər. Bəzən müəllimlər dərsdə çox da fəal olmayan 
oğlanlara daha tez-tez sual verirlər. 
Əlbəttə, müəllimlərin oğlanlarla daha tez-tez təmasa keçmə-
sindən əlavə, onların ünsiyyətinin məzmunu da cinsə görə fərqlə-
nir, müəllimlər oğlanlara düzgün cavabı tapmağa daha çox kömək 
edirlər  və  onları  bu  istiqamətdə  həvəsləndirirlər.  Qeyd  edildiyi 
kimi, müəllimlər akademik uğuruna görə daha çox oğlanları, sə-
liqəliliyinə görə qızları tərifləyirlər.   
Sinifdə müəllim-şagird ünsiyyətinə nəzər salsaq, qız və oğ-
lan  şagirdlərə  olan  münasibətdə,  davranışda  fərqi  görmək  olar. 
Burada ən azı iki halda fərq gözə dəyir: müəllim-şagird ünsiyyə-
tinin intensivliyində və ünsiyyətin məzmununda. Araşdırmalarda 
ünsiyyət prosesindəki intensivlik nəzərə alınsa, müəllimlərin qız 
tələbələrə  nisbətən  oğlan  tələbələrlə  daha  tez-tez  ünsiyyət  qur-
duqlarının şahidi olarıq. Qızlar onlara nisbətən utancaq və qətiy-
yətsiz olduqları üçün bu aktivlik gözə dəymir.     
Müəllimlər oğlanlara olan iradlarını birbaşa bildirirlər, lakin 
qızlara iradlarını dolayısı ilə eşitdirirlər. Əlbəttə, bu kimi situasi-


Ki̇fayət  Ağayeva
128
yalarda irqi amillər də rol oynayır. Cinsindən asılı olmayaraq, ağ 
dərili şagirdlər elmi nailiyyətlərinə, qeyri-ağdərili tələbələr sosial 
davranışlarına görə təriflənirlər. Qeyri-ağdərili qızlar isə, qayğı-
keşliklərinə, nizamlı olduqlarına görə təriflənirlər.     
Oğlanların müəllimlərlə pozitiv intellektual ünsiyyəti olma-
sına baxmayaraq, onlar müəllimlərin qəzəbinə tez-tez düçar olur-
lar. İbtidai siniflərdə müəllimlər oğlanların intizamlı olması üçün 
daha çox çalışırlar. Onların qəzəblərinə tuş gələndə oğlanlar daha 
sərt və insanların gözü qarşısında cəzalanırlar. Oğlanların neqativ 
davranışı onların qiymətlərinə də təsir edir, bəzən onlar qızlardan 
daha aşağı qiymətlər alırlar.  
  Müəllimin gender tərəfkeşliyi şagirdi qiymətləndirməyə də 
təsirsiz ötüşmür. Eyni akademik biliyə malik olan şagirlərin dav-
ranışına görə qiymətlərində fərqlilik olur. Özünün yaxşı davra-
nışı ilə hörmət qazanan şagirdin (bu çox zaman qız şagird olur) 
qiyməti  daha  yüksək,  neqativ  davranışı  ilə  müəllimləri  zinhara 
gətirən şagirdin (bu çox zaman oğlan şagird olur) qiyməti daha 
aşağı olur.     
Şagirdlərin genderinə uyğun davranışı bəzən müəllimin rəf-
tarından da asılı olur. Oğlanların ideal şagird olmamalarına bax-
mayaraq, müəllimlər onlara daha çox kömək edir, diqqət ayırır, 
tərifləyir, tənqid edir. Müəllimlər oğlanların geyimlərinə az irad 
tutduqları halda, qızların geyimlərinə və görünüşlərinə daha çox 
irad tuturlar.    
Məktəb:  yeniyetməlik  dövrü.  Məktəbin  orta  siniflərində 
oxuyan şagirdlər həyatlarının çətin dövrünü yaşayırlar. İbtidai si-
niflərlə müqayisədə bu dövr uşaqların nisbətən çətin dövrü hesab 
olunur.  Valideynlər,  müəllimlər  təsdiq  edərlər  ki,  yeniyetməlik 
dövrü  insan  həyatında  ən  çox  stressli  bir  dövrdür.  Orqanizmdə 
gedən dəyişikliklər yeniyetmələrin xarakterinə də təsir edir.
Bu  dövrdə  qızların  davranışı  oğlanların  davranışından  çox 
fərqlənir. Bu yaşda olan əksəriyyət oğlanlar üçün idmanda olan 
nailiyyətlər önəm kəsb edir, onlar idman vasitəsilə çox tez məş-


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə