Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə44/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   40   41   42   43   44   45   46   47   ...   95

ABŞ-da gender m
əsələləri
135
luq dərəcəsi almaq sahəsində irəliləmişlər. Təhsil Departamenti-
nin məlumatına görə qadınlar 1978-ci ildən başlayaraq bakalavr 
dərəcəsini, 1982-ci ildən bəri maqistr dərəcəsini, 2009-cu ildən 
sonra isə doktorluq dərəcəsini almaqda xeyli irəliləmişlər. Demək 
olar  ki,  qadınlar  bütün  sahələrdə  PhD  dərəcəsi  almaqda  faizlə 
irəli çıxmışlar. Təkcə riyaziyyat sahəsində bu artım (29.2%-dan 
28.4%-ə enmişdir) o qədər də ürəkaçan olmamışdır. Riyaziyyat 
və kompüter elmləri, Təbiət elmləri və Fiziki elmlər sahəsində 
maqistr  və  bakalavr  pillələrində  də  qadınların  təmşilçilik  faizi 
aşağı  düşmüşdür. 
Tələbə-müəllim  münasibətində  gender  stereotipləri. 
Müəllimlər oğlan tələbələrdən daha çox dərs soruşurlar; oğlanla-
rın dərslərdə fəal olmaqlarına şərait yaradırlar. Belə qeyri-mütə-
nasib yanaşmaya kolleclərdə də təsadüf edilir. Tələbələrin yarısı 
dərs zamanı müəllimlə daha az ünsiyyət qurmaq istəyir, bu sa-
kit tələbələrin əksəriyyəti də (təxminən üçdə biri) qızlar olurlar. 
Audi toriyadakı oğlan tələbələrlə qız tələbələr arasında serqreqa-
siya olur və müəllimlər səs-küylü oğlan tələbələrin diqqətini dər-
sə cəlb etmək üçün daha çox cəhd göstərirlər. 
Dərs  zamanı  gender-mənşəli  diskriminasiya  aşağıdakı  kimi 
olur:   
*   Yuxarıda qeyd olunduğu kimi müəllimlər oğlan tələbələrı 
qız tələbələrdən daha çox danışdırır, onlar öz aralarında 
danışanda müəllimlər onlara az irad bildirir, onların şərh-
lərinə daha çox önəm verirlər.   
*   Müəllimlər qadınların sosial və ya professional rolların-
dan nümunə gətirəndə  gender-stereotipləşmiş misallara 
üstünlük  verirlər.  
*   Oğlan tələbələrə “kişilər”, qız tələbələrə “qızlar” deyə mü-
raciət edirlər.    
*     Qızların fiziki görünüşünə, oğlanların intellektual qabil-
yyətlərinə şərhlər verilir.  


Ki̇fayət  Ağayeva
136
Tədris ocaqlarında rol modellərin və mentorların (tələbə məs-
ləhətçisi) arasında qadınların az olması və ya heç olmaması yuxa-
rida qeyd edilən problemlərin meydana çıxmasına şərait yaradır. 
Dərsliklər. Dərsliklərdə kişilərin xeyrinə gender tərəfkeşliyi, 
gender stereotipləri, qadınların az təbliğ olunması, daima diqqətin 
“qəhrəman kişi” üzərinə yönəlməsinə təsadüf olunur. Dərsliklər-
də həmçinin etnik azlıqların həyatı ilə bağlı tarixi məqamlara az 
yer verilir və ya bu məsələlərə heç toxunulmurdu. Bir afro-ame-
rikalı qız demişkən “on iki il məktəbdə oxudum, özüm haqqında 
heç bir şey öyrənmədim” (American Association of University 
Women, 1992: 61).  
Dərsliklərdə dolayısı ilə qızlara daha uğurlu gələcək karyera 
planlarından imtina etmək təlqin olunurdu və bunun onlar üçün 
çox çətin olması fikri beyinlərinə yeridilirdi.  
Müəllimlər  məktəblərdəki  dərsliklər  vasitəsilə  şagirdlərə 
gender ismarıclarını ötürürlər. Fənnindən asılı olmayaraq, ibtidai 
siniflərdə istər ingilis dili, istər oxu dərsi olsun, qız-qadınlar dərs-
liklərdə lazımi şəkildə təqdim olunmurlar. Son dövrlərdə dərslik-
lərin dilinin gender neytral olması istiqamətində müəyyən işlər 
aparılsa  da,  dərsliklərdə  qız-qadınlardan  az  bəhs  olunur,  onlar 
köməkçi qismində, tabeçi statusunda təqdim olunurlar. Beləlik-
lə də, kitablarda kişilərin xeyrinə tarazlıq pozulur (oğlanlar ma-
cəra axtaran, qızların xilaskarı qismində, qadınlar kişilərə qayğı 
göstərən,  onlardan  kömək  uman,  onlar  üçün  işləyən  icraçı  qis-
mində  təqdim  olunurlar).  
İbtifai  sinif  üçün  tərtib  edilən  dərsliklərə  nəzər  salınanda, 
orada qadınların çox az olduğu nəzərə çarpır. Universitet Qadın-
ları Amerika Assosiasiyası (UQAA) hesab edir ki, bu çox ciddi, 
təxirəsalınmaz və çözülmək üçün vacib problemdir. “Fənnindən 
asılı olmayaraq (ingilis dili, oxu, tarix, təbiət elmləri və sairə), 
qadınlar, xüsusən də azlıqlardan olan qadınlar bu dərsliklərdə yox 
dərəcəsindədir. Tarixin bəzi səhifələrində afro-amerika qadınla-
rının aktiv iştirakına baxmayaraq, tarix kitablarında onların adı 


ABŞ-da gender m
əsələləri
137
ümumiyyətlə yoxdur, onların adı yalnız ənənəvi tarixi kontekstdə 
çəkilir (Vətəndaş Müharibəsi, qaradərililərin vətəndaş hüquqları 
hərəkatı, qadınların sufrajist hərəkatı və s.) ya da onlar məşhur 
kişi qəhrəmanların həyat yoldaşı kimi təqdim olunurlar”.    
Amerika  feminist  alimi  Elein  Şovalter  iddia  edir  ki,  qadın 
və kişilərin mənsub olduqları həyatların konteksti fərqli olduğu 
kimi onların yazıb-oxumaları da fərqlidir. Müəllif qeyd edir ki, 
bunun belə olması səbəbsiz deyildir, bütün bunlar dərsliklərdən 
qaynaqlanır, çünki dərsliklərdə qadınlar çox vaxt daha görünməz, 
tabeçilik statusunda, kişilər daha cəsur, dominant statusda təqdim 
olunurlar. Bəzən dərsliklərdə olmayanda da dərs deyən müəllim-
lər dərsin təqdimatını gender tərəfkeşliyi prizmasından interpre-
tasiya edirlər (Tierney, Helen., 2008: 555).  
İllər  keçsə  də,  uşaq  kitablarında  kişilər  qayğıkeş,  tərbiyə 
verən  kimi  deyil,  əmr  edən,  çörək  qazanan,  ailənin  müdafiəçi-
si kimi təsvir olunur. Artıq real həyatda evdə qalan, təkcə ərinə 
və uşağına qayğı göstərməklə kifayətlənən qadınlara az təsadüf 
olunur,  onlar  ərləri  ilə  bərabər  işləyir,  pul  qazanır  və  axşamlar 
onlarla eyni saatda evə dönürlər. Hazırda evdə qalıb ödənişli işdə 
çalışmayan qadın tapmaq çox çətindir və uşaqların qayğı prose-
sində kişilər də iştirak edirlər. Bütün bunlara baxmayaraq, hələ də 
hekayə kitablarında pul qazanan, ov ovlayan, baliq tutan, evdə az 
vaxt keçirən ənənəvi kişilər daha çox təsvir olunurlar. Hekayələr-
də evdə oturmayan qadınlardan bəhs olunsa da, evə dönən kişilər-
dən bəhs olunmur.   
Təhsil  Tədqiqatı  və  Təlimi  Milli  Şurası  hələ  1982-ci  ildən 
dərsliklərdəki gender tərəfkeşliyinin ləğv edilməsi və dərsliklərdə 
gender neytral mövqenin saxlanılmasını israrla tələb edirdi. Düz-
dür, əvvəlki illərlə müqayisədə bunun qarşısı nisbətən alınmışdır, 
lakin  hələ  də  dərsliklərdə  gender  diskriminasiyası  mövcuddur 
(Blumberg, Rae Lesser 2007:12).
Tədqiqatçıların araşdırmalarına görə məktəblilərin dərsliklə-
rində ən azı 30-dan çox peşə təqdim olunur. Adətən verilən peşələr 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə