Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə45/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   41   42   43   44   45   46   47   48   ...   95

Ki̇fayət  Ağayeva
138
feminin və maskulin kateqoriyalara görə bölünür. Məsələn, tibb 
bacısı, müəllim qadın peşəsi kimi təqdim olunduğu halda, həkim, 
polis, poçt işçisi, pilot, sürücü, dülgər və hərbçilər çox vaxt kişi 
peşəsi kimi təqdim olunur. Bu da ixtisas və peşələr haqqında ste-
reotipləşmiş təsəvvürə təkan verir və qadınlar özəl, kişilər ictimai 
sferanın nümayəndəsi kimi təqdim olunur. Bildiyimiz kimi, tibb 
bacıları  və  müəllimlər  o  qədər  də  yüksək  maaş  almırlar  və  bu 
sahələr kişilər üçün cəlbedici deyildir (UNESCO).
Təhsilin idarəçilik strukturunda qadınlar azdır. Dövlət təh-
sil ocaqlarında çalışanların əksəriyyətinin qadınlardan ibarət olma-
sına rəğmən, idarəçilikdə hələ də qadınlar 30 % civarındadırlar. 
Beləliklə, qadınlar işləyir - icra edir, kişlər qərar qəbul edirlər.
Bütün patriarxal cəmiyyətlərdə olduğu kimi, Amerikada da 
liderlik deyəndə ənənəvi düşüncə ilə kişi nəzərdə tutulur. Lider-
liklə əlaqəli tədqiqat aparan Şimali Karolina Universiteti tədqiqat 
hədəflərində  olan  kollecin  kollektivini  şərti  olaraq  dörd  qrupa 
bölürlər.  Qruplar  kursun  iki  professoru  (biri  kişi,  digəri  qadın) 
arasında bölünür. Sonda, tələbələrə final qiymətləndirmədə pro-
fessorları  genderinə  görə  dəyərləndirmək  tapşırığı  verilir.  Kişi 
professora daha yüksək qiymətlər verilir, çünki tələbələr inanırlar 
ki, kişi professor qadın professordan daha elmli, daha bacarıqlı 
olmalıdır (U.S. Department of Education, 2015).  
 Amerika təhsil ocaqlarında çalışanların əksəriyyətinin qadın 
olması belə bir nəticə çixarmağa imkan yaradır ki, liderlik pos-
tunda da qadınların sayı buna uyğun çox olmalıdır. Qeyd etdi-
yimiz kimi, dövlət məktəblərində müəllimlərin əksəriyyəti qadın 
olsa da, yüksək postlarda onların sayı azdır. 2014-cü ildə ağdərili 
qadın təhsil işçilərinin 18 %-i, qaradərili qadınların 1 %-i və digər 
irq və etnik qrupların cəmi 1 %-i təhsilin yüksək postlarındadır 
(Finnan L., et al., 2015). Orta məktəbin yuxarı siniflərində də ça-
lışanların çoxu qadınlardır və onların uğurları kişi müəllimlərdən 
daha çoxdur. Burada da liderlikdə kişi müəllimlər üstünlük təşkil 
edir; onların sayı tam ştatda olan kişi müəllimlərin sayından azdır. 


ABŞ-da gender m
əsələləri
139
Qadınların həm kolleclərdə, həm də universitetlərdə tam ştatda 
saylarının az olması onların karyerada irəliləmə imkanlarını məh-
dudlaşdırır. Elə kişilərin yüksək postlarda olma səbəblərindən ən 
əsası da budur (Hammond, R. (Ed.), 2015: 18). 2012-ci ildə icma 
və  qadın  kollecləri  də  daxil  olmaqla,  kollec  və  universitetlərin 
üst  qatlarında  cəmi  26%  qadın  var.  Düzdür  qadın  kolleclərinin 
prezidentləri qadınlardır (American Council on Education, 2012). 
ABŞ-da təhsil. Gender və İrq/Etniklik, 2014
Sıra
Etnik mənşələr
Kişilər
Qadınlar
1.
Amerika hinduları və 
Alyaska    mənşəlilər    
1.2%
0.3%
2.
Asiyalılar
0.0%
0.1%
3.
Qaradərili  və  ya  Afro-
Amerikalılar  
0.6%
1.0%
4.
İspan-Latın mənşəlilər   
0.5%
0.2%
5.
Yerli  Havay  adalılar  və 
ya Sakit Okean sakinləri    
0.1%
0.0%
6.
Ağdərililər (qeyri-
ispanlar)
75.0%
18.5%
7.
Digərləri
0.6%
0.3%
8.
İrq/etnik mənşəyi 
məlum olmayanlar  
0.6%
0.2%
9.
 Cəmi 
78.7%
20.5%
[Finnan, L., (Eds.), 2015].  
Təhsil müəssisələrinin idarəçiliyində irqi və etnik müxtəlif-
liklərin  nümayəndələrinə  çox  az  hallarda  təsadüf  olunur,  bura-
da yüksək vəzifəli qeyri-ağdərili qadın görmək nadir hadisədir. 
Kollec və universitetlərdə illərlə işləyən qaradərili qadın işçilərin 


Ki̇fayət  Ağayeva
140
yüksək vəzifələrdə olması təsadüfi haldır (Oguntoyinbo, L., 2014). 
2006-cı ildə kollec prezidentlərin yalnız 4 %-ini qeyri-ağdərili qa-
dınların təşkil etməsinə baxmayaraq, 2011-ci ildə kollec prezident-
lərin 17 %-i qeyri-ağdərili qadınlar idi. Kollec və universitetlərdə 
qeyri-ağdərili qadınların arasında 11 % müəllim, 11 % professor 
yardımçısı, 4 % professor çalışırdı. Onların sayı 2010-cu ildə hiss-
ediləcək dərəcədə artdı, qeyri-ağdərili qadınların 13 %-i özəl ali 
məktəb idarə heyətinin üzvü, 23 %-i isə dövlət ali məktəb idarə 
heyətinin üzvü idi (Colorado Women’s College, 2013).   
Hələ  1990-cı  illərdə  akademik  sahələrdə  araşdırma  aparan 
tədqiqatçılar  yaxın  gələcəkdə  təhsil  müəssisələrində  qadınların 
daha  yüksək  vəzifələrdə  çalışmaları  barədə  proqnoz  verirdilər. 
Yeni əsrdə qadınların həyatında yeni dönəmın başlanması, kişilə-
rin  dominantlıq  etdiyi  sahələrə  qadınların  daxil  olması  ehtimal 
olunurdu.  Hətta  qadınların  bu  pillələrdə  uğurla  irəliləmələri  və 
vacib  postların  pillələrində  uğurlu  addımlar  atacaqları  təxmin 
olunurdu.    
Kollec  məzunlarının  57  %-i  qadınlardır  və  PhD  dərəcəsini 
qazananların çox hissəsini də qadınlar təşkil edir (States News 
Service,  2009).  Düzdür,  hələ  də  təhsil  müəssisələrində  yüksək 
postlarda kişilərin dominantlıq etdikləri sahələr mövcuddur. Hət-
ta bu gün də administrativ təmsilçilikdə bütün sahələrdə qadınla-
rın faizi kişilərlə müqayisədə aşağıdır. Hələ də yüksək prestijli, 
daha çox maaşlı vəzifələr kişilər tərəfindən zəbt edilmişdir. Hələ 
də yüksək postlarda irqi, etnik azlıq nümayəndələrinin sayı çox 
azdır (U.S. Department of Education-National Center for Educa-
tion Statistics, 2013). 
Qadınlar ABŞ kollec və universitetlərində administratorların 
40 %-ini təşkil edir və bunların 84 %-i ağdərili qadınlardır. Kollec 
və universitetlərdə daimi ştatda  olan qadınlar cəmi 33.2 %-dir. 
Qurumlarda və ya şöbələrdə prestij yüksəldikcə, qadınların faizi 
azalır. Məsələn, doktorluq dərəcəsi verən institutlarda ştatın 27.4 
%-i, ikiillik kolleclərdə isə 45,9 %-i qadınlardan ibarətdir.    


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə