Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə42/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   38   39   40   41   42   43   44   45   ...   95

ABŞ-da gender m
əsələləri
129
hurlaşmaq istəyirlər. Lakin qızlar üçün bu şəkildə prestij və pop-
yularlıq maraqlı deyil, bu onlara qeyri-feminin gəlir. Onlar üçün 
bu yaşda ən maraqlı məşğuliyyət tanınmış bir oğlanla dostluq et-
məkdir. “Qız yaraşıqlı, nüfuzlu, səriştəli, cəlbedici ola bilər, lakin 
onun yanında oğlan sevgilisi yoxdursa, onun sosial qiymətləndi-
rilməsi ürəkaçan olmayacaqdır” (Lott, B., 1987:71).  
Yuxarı siniflərdə qızlar da gələcəklərini planlaşdırır, lakin oğ-
lanlar  gələcək  planlarında  daha  qətiyyətli  olurlar.  Uzun  illərdir 
tədqiqatçılar on beş-on altı yaşlı  qızların özünə əminlik hissinin 
aşağı olması faktı ilə maraqlanırlar və bunun səbəbini tapmağa 
çalışırlar.  Matina  Hornerə  (1972)  görə,  qadınlar  gələcəkdə  qa-
zanacaqları  uğurdan  qorxurlar,  çünki  onlar  oğlanlarla  rəqabətə 
girməkdən  çəkinirlər.  Elmdə  böyük  uğur  qazanmaq  uzun  illər 
cəmiyyət  tərəfindən  qeyri-feminin  xüsusiyyət  hesab  olunmuş-
dur. Akademik uğur qazanmaq cəmiyyət tərəfindən kişilərə aid 
xüsusiyyət kimi qəbul olunmuşdur. Hətta qızlar elmdə uğur əldə 
etsələr də, onlarda belə bir inam var idi ki, uzun illər kişi dominant-
lığı ilə müşayiət olunan bir çox karyera sahələrində onlara yer ta-
pılmayacaq və onlar gələcəkdə çətinliklərlə üzləşəcəklər (Horner. 
M,S.,  2010).  Necə  deyərlər,  ambisiyalı  qızları  həvəsdən  salmaq 
üçün onlara heç bir zaman “görünməz tavan”ı qıra bilməyəcəkləri 
fikri təlqin olunur. Qızlara uşaqlıqdan bəri bir fikir təbliğ olunur 
ki, oğlanlar təbiətən intellektual səviyyəli olurlar, heç bir zəhmə-
tin, cəhdin sayəsində qızlar onlara çata bilməzlər. Həm valideyn-
lər, həm də müəllimlər oğlanların uğur qazanmamasını “talesizlik” 
kimi qiymətləndirirlər. Onlar həmçinin zəkalı oğlanların yalnız ağ-
dərili, orta və elit sinfin təbəqəsində olması fikrini də təbliğ edirlər. 
Onların fikrincə, heç vaxt qaradərili amerikalı ağdərili amerikalı 
qədər istedadlı ola bilməz. Beləliklə, bu fikirlərdə  klassizm,  ra-
sizm, seksizm kimi neqativ elementlər yer alır. 
Məktəbin təşkilatı fəaliyyətində də şagirdlərə gender isma-
rıcı verirlər. Bir çox kişi müəllimlər, bəzən qadın müəllimlər də 
müəyyən məktəb fəaliyyətlərində cinsi separatçılığa yol verirlər. 


Ki̇fayət  Ağayeva
130
Məsələn,  komandaların  təşkil  olunmasında  oğlan  və  qızlar  ay-
rı-ayrı düzülürlər və cinslərinə uyğun tapşırıqları yerinə yetirirlər.   
Bu, nələrə səbəb olur? Cinsi separatçılıqla müşayiət olunan 
fəaliyyət oğlan və qızların birlikdə fəaliyyət göstərməsinə mane 
olur, bununla da onlar əks cinsin maraq və fəaliyyətindən xəbərsiz 
olurlar. İkincisi, cinsi separatçılıq onlara yalnız öz cinslərindən 
olan insanlarla işləmək vərdişi verir və böyüyəndə digər cinsin 
də  nümayəndələri  olan  qarışıq  qruplardan  ibarət  kollektivlərdə 
işləmək onlara çətin gəlir. Cinsi separatçılıq gender stereotipləş-
məsinə səbəb olur və bu da cinslərin özlərinə uyğun işgörmə qa-
biliyyətini inkişaf etdirdiyi halda, qeyri-ənənəvi işləri görə bilmə 
qabiliyyətini  aşağı  salır.  Sonda,  uşaqlar  məktəbin  onlara  təbliğ 
etdiyi kimi, mənsub olduqları genderlərə uyğun ismarıclar alırlar.  
Qadınlar təhsildə: kollec və universitetlər. Təəccüblü deyil 
ki, qızlara məxsus özünüqiymətləndirmə xüsusiyyəti məktəbdən 
kollec  və  universitetlərə  qədər  davam  edir.  Oğlan  həmyaşıdla-
rından da yüksək akademik nailiyyətlər əldə edən kollecdəki qa-
dınlar özlərinə inam məsələsində hələ də oradakı kişilərlə müqa-
yisədə kompleksli hisslər yaşayırlar. Özlərinə belə yanaşma on-
lara kollecdə özünü göstərməklərinə və gələcək karyeralarındakı 
planlarına mane olur. Onlar üçün əsas gələcək, ailə ilə bağlı olan 
gələcəkdir. 
  Amerikalılar son 40 il ərzində təhsilə daha çox önəm ver-
məyə  başlamışlar.      1970-ci  illərlə  müqayisə  edəndə  tam  orta 
məktəbi bitirib kolleclərdə oxuyan tələbələrin sayı xeyli artmış-
dır. Demək olar ki, 25 yaşdan yuxarı gənclərin yarısından çoxu 
tam  orta  məktəbi  bitirəndən  sonra  təhsillərini  davam  etdirirlər. 
Bu  illərdə  bakalavr  dərəcəsini  alanların  sayı  11  %-dən  30  %-ə 
qədər yüksəlmişdir. Demək olar ki, hər üç gəncdən biri bakalavr 
təhsillidir. Bu rəqəm təkcə ağdərili amerikalılar üçün keçərli de-
yildir, bu, amerikalıların bütün zümrələrində gözə dəyən faktdır. 
Statistikalara dərin nəzər salsaq, başqa bir maraqlı məqama rast 
gələrik: belə ki, təhsildə feminizasiya prosesi gedir (NCAA Re-


ABŞ-da gender m
əsələləri
131
search Staff, 2010: 5). Əksər hallarda qadın və kişilər hələ də 
elmin  müxtəlif  qütblərindədir.
Qadın  və  kişilər  ali  təhsilin  üç  pilləsində.  Bakalavr  və 
maqistr  dərəcələrində  qadınların  təmsilçiliyi  50  %-dən  yuxarı 
olsa da, doktorluq dərəcəsində bu faiz xeyli aşağıdır, hər üç dok-
torluq  dərəcəsi  alanların  biri  qadındır.  
1978-ci ildən bəri ABŞ universitetlərinə daxil olan qadınların 
say faizində artım hiss olunmağa başladı. 1982-ci ildə ilk dəfə 
bakalavr dərəcəsini alan qadınların sayı kişiləri üstələyir. Bir son-
rakı beş ildə, yəni 1987-ci ildə maqistr dərəcəsi alan qadınların 
sayı ilk dəfə kişilərdən artıq olur. Nəhayət, 2006-cı ildə doktorluq 
dərəcəsi alan qadınların sayı kişilərin sayını ötüb keçir. 2013-cü 
ildə Təhsil Departamentin verdiyi məlumata görə bakalavr dərə-
cəsi alan qadınlar 56.7 %, maqistr dərəcəsi alan qadınlar 59.9 %, 
doktorluq dərəcəsi alan qadınlar 51.6 % idi. 2014-cü ildə baka-
lavr dərəcəsi alan qadınlar 60 % idi.
 Əlbəttə, bu məsələlərdə irqi amilləri diqqətdən kənar qoymaq 
olmaz. Federal Büronun verdiyi məlumata görə, 1995-2015-ci il-
lər ərzində 25-29 yaş arası bakalavr dərəcəsi alan gənclərin faizi 
29-dan 43-ə qədər artmışdır. Qaradərililərin arasında bu 15 %-dən 
21%-ə, ispan mənşəlilərin arasında 9%-dən 16%-ə qədər artmışdır. 
2015-ci ildə asiyalı və Sakit Okean mənşəli amerikalıların arasında 
bakalavr dərəcəsini alanların sayı xeyli yüksəlmişdi.    
 Sfera və genderinə görə bakalavr pilləsi, 2014
Sfera
Kişi
Qadın
İncəsənət və humanitar elmlər
44.6%
54.4%
Biologiya  və  kənd  təsərrüfatı 
elmləri
46.4%
53.6%
Biznes
55.1%
44.9%
Təhsil
25.4%
74.6%


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə