Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə39/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   35   36   37   38   39   40   41   42   ...   95

Ki̇fayət  Ağayeva
120
Məktəbdə dərs deyən müəllimlər ya normal məktəb, ya da 
müəllimlik  kolleclərini  bitirmişdilər.  1821-ci  ildə  Troy  Qadın 
Seminariyası açıldı. 1832-ci ilə qədər qadınlara kişilərlə bərabər 
eyni kollecə getməyə icazə verilmirdi. İlk belə kollec Ohayodakı 
Oberlin kolleci oldu ki, burada qızlar oğlanlarla eyni yerdə təhsil 
ala bilərdilər və hətta ilk dəfə qaradərili amerikalılara da bu kol-
lecdə təhsil almaq imkanı verildi. 1847-ci illə 1872-ci illər ərzin-
də 97 belə Amerika kolleci vətəndaşların istifadəsinə verilmişdi 
(Leach,W., 1980). Hələ də Harvard, Yeil və Prinston kimi prestijli 
universitetlər qadınlara təhsil almağa icazə vermirdi. Bundan ötrü 
onlar bir sıra səbəblər ortaya qoyurdular:
1) təbiətən qadınların intellektual səviyyələri aşağı olur;
2) qadınlar fiziki cəhətdən zərifdirlər, belə yerlərdə təhsil al-
maq onların orqanizminə təsir edər və onlar dünyaya sağlam uşaq 
gətirə bilməzlər;
3) burada təhsil alan qadınlar onlarla birlikdə oxuyan kişilə-
rin fikrini dağıdar;
4) kollecdə oxumaq onları nəzakətsiz, vulqar və kobud edə 
bilər.
Yeil və Prinston Universitetlərində 1969-cu ilə qədər qızlara 
təhsil almağa icazə verilmirdi (Howe, F., 1984). 
Oğlan və qızların birlikdə oxuduqları kolleclərdə onların fərq-
li statusları var idi. Liberal Oberlin kollecində təhsil alan qızların 
yığıncaqlarda danışmaq hüquqları yox idi. Bundan əlavə, burada 
təhsil alan qızlar özlərindən əlavə, onlarla birlikdə təhsil alan oğ-
lanların  da  işlərini  görməli  idilər,  belə  ki,  oğlanların  paltarlarını 
yumalı, yeməklərini hazırlamalı və otaqlarını yığışdırmalı idilər. 
Qızlarla oğlanların aldığı təhsil sahələri də fərqli olurdu. Oğlanlar 
mühəndislik, təbii və fiziki elmlər, biznes, hüquq və tibb sferala-
rında təhsil aldıqları halda, qızlar ev iqtisadiyyatçısı, tibb bacısı və 
ibtidai sinif müəllimi kimi sahələrdə təhsil alırdılar (Yenə orada)
Düzdür, qızların arasında az da olsa, qeyri-ənənəvi sahələr-
də  təhsil  alanlar  var  idi.  İlk  qız  kolleci  1834-cü  ildə  təsis  olu-


ABŞ-da gender m
əsələləri
121
nan Viton (Wheaton) kolleci oldu və daha sonralar 1880-cı illər-
də elit “Yeddi Baçı” (Mount Holyoke, Vassar, Wellesley, Smith, 
 Radcliffe, Bryn Mawr və Barnard) kollecləri açıldı. Bu kollec-
lərin məzunları sonradan ABŞ qadınların həyatında mühüm rol 
oynadılar. Onların fəaliyyəti təkcə ailədə deyil, ictimai sferada da 
kifayət qədər fəal idi (Schwager, S., 1987:362). Bu kolleci bitirən 
qadınlar sonradan sufrajist hərəkat da daxil olmaqla, bütün sosial 
islahat hərəkatının önündə getdilər. 
XX əsrdə qadın və kişilər təhsildə. Bildiyimiz kimi, XX əs-
rin əvvəllərində ABŞ-a çoxsaylı Avropalı miqrantlar gəldi. Miq-
rantların  arasında  yoxsulluq,  alkoqol  və  narkomaniyaya  meyil-
lilik problemləri var idi. Bunu aradan qaldırmağın  yeganə yolu 
onlara təhsil vermək idi. Bundan əlavə sənayeləşmənin inkişafı 
da təhsillilərə olan ehtiyacı artırırdı. Bu səbəbdən də, təhsil ocaq-
ların sayı artmağa başladı. 
Hələ də Amerika cəmiyyətində belə bir fikir movcud idi ki, 
təhsil əsasən kişilər üçün vacibdir, qadınlara təhsil bir yerə qədər 
vermək lazımdır. Təhsilin üst qatlarında bu fikri dəstəkləyən in-
sanlar var idi və ilk fürsətdə qadınları kollec və universitetlərdən 
xaric etmək üçün fürsət axtarırdılar. Qızları kollec və universitet-
lərdən uzaqlaşdırmaqla, oğlanlar üçün vakansiya hazırlayırdılar. 
1930-cu illərdə təhsil 16 yaşa qədər məcburi idi. 1980-ci illərə 
qədər əhalinin yarısını təşkil edən qadınların sayı heç də univer-
sitet tələbələrin yarısını təşkil etmirdi. Məsələn, 1930-cu illərdə 
doktoranturada oxuyan qızların sayında artım (18%) hiss edilsə 
də, 1960-ci illərdə bu 10 %-ə, 1970-ci illərdə bu 13 %-ə qədər 
aşağı düşdü. 1980-ci illərdə doktorantlıq pilləsini başa vuran qa-
dınlar 29.8 %, 1990-cı illərdə isə 36.2 % idi (Commission on Pro-
fessionals in Science and Technology 1992, U.S. Department of 
Commerce 1991, 1985, and 1975, Graham, 1978).
Qadınların  təhsildə  əldə  etdikləri  nailiyyətlərin  obyektiv 
səbəbləri var idi. Bunlardan ən əsası feminist hərəkat və qadın 
hüquqları uğrunda mübarizədən əldə edilən uğurların sayəsində 


Ki̇fayət  Ağayeva
122
idi. I Dünya Müharibəsi dövründə kişilər müharibəyə getdikləri 
üçün kollec və universitetlərdə vakansiyalar yarandı və qadınlar 
da bu boşluqdan yararlandılar. Daha sonra 1930-cu illərin dep-
ressiya dövrü həm qadınların, həm də kişilərin (daha çox) təhsil-
dən uzaqlaşmasına səbəb oldu. II Dünya Müharibəsi dövründə də 
kolleclərə və universitetlərə daxil olan qadınların sayında artım 
oldu. Lakin müharibə bitən kimi yenə də KİV-də qadınların ye-
rinin ailə və uşaqların yanı olması fikri təbliğ olunmağa başladı. 
Digər tərəfdən də, müharibədə iştirak edən kişilərə universitetlərə 
rahat daxil olmaq üçün verilən imtiyaz (GI) onlara universitetdəki 
“qanuni” yerlərini tutmaqda yardım etdi. 
Qraham oz əsərində o illərin qadınları haqqında belə yazır: 
1940-cı və 1950-ci illərin qadınlarını professional aləmdən kə-
narlaşdırdılar və yeni dəyərlər qəbul olundu. Onlar cavan yaşla-
rında ailə qururdular və dünyaya bir neçə uşaq gətirirdilər. Uşaq 
doğumu pik nöqtəyə çatmışdı və qadınlar ilk evliliyinə 20 yaşla-
rında başlayırdılar (Graham, P.A., 1987).  
O dövrlərdə kollec və ya universitetlərdə təhsil alan evli, ailə-
li qadınlar kişilərı qıcıqlandırırdı və onlar qadınların “evə dön-
mələri” üçün hər cür cəhd göstərirdilər. Universitetdə oxuyan qa-
dınları oradan çıxarmaq üçün bəhanə axtarırdılar və ilk fürsətdə 
onları qovub yerinə kişiləri qəbul edirdilər. Maraqlı bir faktı da 
qeyd etmək lazımdır ki, bu dövrdə kollec və universitetə daxil 
olan  qaradərili  qadınların  sayında  yüksək  artım  müşahidə  olu-
nurdu. Kollec və universitetlərdə o dövrdə təhsil alan qara dərili 
kişilərlə müqayisədə qaradərili qadınların say faizi daha yüksək 
idi. Qaradərililərin təhsil aldığı kolleclərdə qadınlar 62,4 % idi. 
Bu qadınların hamısı ailədə ilk kollec təhsili alan şəxslər idilər. 
Maqistr pilləsində də vəziyyət qaradərili qadınların xeyrinə idi. 
Onların sayı maqistr pilləsini bitirən qaradərili kişilərin sayından 
çox idi, lakin sonradan qadınlarda bu istək azaldı və say faizi aşa-
ğı düşdü (Giddings, P., 1984).   


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə