Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə33/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   29   30   31   32   33   34   35   36   ...   95

ABŞ-da gender m
əsələləri
101
valideyn lərimiz və cəmiyyətin cinsimizə uyğun bizi tərbiyə edib 
böyütmələridir. 
Şübhəsiz, xromosom və hormonların genderə olan təsiri bu 
kimi kiçik bir müzakirəyə sığa bilməz, çünki, bu mövzu çox bö-
yük bir elmi tədqiqatın mövzusudur. 
Qadın  beyni,  kişi  beyni  və  gender  rolları.  Kişilər  qadın-
lardan fərqlidirlər. Onları bəşəriyyətin eyni növünün üzvü kimi 
ümumiləşdirmək mümkündür, lakin onların eyni bacarıq, vərdiş 
və ya davranış sahibi olmalarını iddia etmək, cəmiyyətin bioloji 
və elmi yalanlara əsaslandığını iddia etmək deməkdir. 
Cinslər fərqlidir, çünki onların beyinləri müxtəlifdir. Həyatın 
ən əsas administrativ və emosional orqanı olan beyin kişi və qa-
dınlarda müxtəlif şəkildə konstruksiya olunmuşdur; bu informa-
siyanı müxtəlif cür istiqamətləndirir ki, bu da müxtəlif anlama, 
prioritet və davranışla nəticələnir (Moir A., and Jessel D., 1989). 
Kişi və qadın beyninin fərqli olması anlayışı yeni bir fikir de-
yil. XIX əsrdə alimlər belə hesab edirdilər ki, kişilərlə qadınların 
intellektual səviyyəsi ona görə fərqlidir ki, kişilərin beyinlərinin 
çəkisi  qadınların  beyinlərinin  çəkisindən  daha  ağırdır.  Bu  mən-
tiqə  əsaslanmaqla  belə  bir  maraqlı  məqam  ortaya  çıxdı  ki,  əgər 
bu, həqiqətən belədirsə, o zaman fildən intellektual səviyyəli canlı 
ola bilməz. Bundan sonrakı müzakirələrdə beynin çəkisi məsələsi 
bir müddət gündəmdən çıxdı. Sonralar yenidən belə bir iddia irəli 
sürüldü ki, beynin çəkisi əsas deyil, beynin bədən çəkisinə uyğun 
proporsional bölünmüş çəkisi daha məntiqli hesablama ola bilər. 
Sübut olunanda ki, bu proporsional bölümdə hesablama qadınların 
xeyrinədir, bu hipotezanın ömrü çox olmadı (Harrington A., 1987). 
Yuxarıdakı sitata nəzər salanda biz bu iddianın yoxa çıxmadı-
ğının, yalnız formasının dəyişdiyinin şahidi oluruq. Bu gün başqa 
iddialar  ortaya  qoyulsa  da,  qadınla  kişi  beyinin  çəkisinin  onla-
rın intellektual səviyyələrinə heç bir dəxli yoxdur, söhbət qadınla 
kişilərin beyinlərinin strukturundan getməlidir. Amerika alimləri 
sübut etmişlər ki, beynin strukturunun kişi və qadınlarda fərqli-


Ki̇fayət  Ağayeva
102
liyi, onların davranışlarının və hətta seksual oriyentasiyalarının 
fərqliliyinə gətirib çıxaran ən əsas amildir. 
1970-80-ci illərdə beyin strukturunun və funksiyasının cinsi 
fərqlərə təsir etməsi ehtimalı barədə gedən uzun-uzadı diskussiya-
lar o nəticəyə gətirib çıxartdı ki, buna səbəb beynin lateralizasiya 
(asimmetriya) fenomenidir. 1960-cı illərin sonunda Dr. Roger Spe-
ri və onun həmkarları epilepsiya xəstəliyindən əziyyət çəkən pa-
sientlərlə işləyərkən belə nəticəyə gəlmişdilər ki, beynin sağ və sol 
hemisferası fərqli funksiya və vəzifələr üçündür (Sperry R., 1982). 
Bu  spesializasiya  hemisferik  asimmetriyaya  və  ya  beyin  latera-
lizasiyasına yönəldilmişdir. Bu tədqiqatlardan aydın oldu ki, sol 
hemisfera (bədənin sağ tərəfinə nəzarət edir) əsasən, nitqə nəzarət 
etdiyi halda, sağ hemisfera başqa funksiyalarla yanaşı, ən əsas, vi-
zual-görmə qabiliyyətinə nəzarət edir. Düzdür, qadın və kişi bey-
nin fərqliliyi məsələsindəki bu tapıntıdan da öz fikirlərini əsaslan-
dırmağa və sui-istifadə etməyə çalışan bir çox alimlər tapıldı. 
Beyin lateralizasiyası və davranış fərqləri arasında əlaqə ilə 
bağlı  hipoteza  bir  çox  həlli  çətin  olan  və  ziddiyyətlərə  gətirib 
çıxaran  yeni  diskussiyalar  üçün  zəmin  oldu.  Beyin  insan  orqa-
nizmin sona qədər öyrənilməmiş orqanıdır. 1992-ci ildə alimlər 
sübut etdilər ki, genlər spesifik beyin hüceyrələrinin funksiyala-
rını təyin etməyə qabil deyillər. Alimlər onu da sübut etdilər ki, 
beynin neyronları daha asanlıqla təsirə məruz qala bilir və bədə-
nin hər hansı bir hissəsindəki dəyişikliklərə görə öz iş qabiliyyət-
lərini tənzimləyirlər (Walsh C., and C.L.Cepko, 1992). Sonradan 
bəzi alimlər sübut etməyə çalışdılar ki, qadınlarda lateralizasiya 
kişilərə nisbətən azdır (yəni heç bir hemisfera dominant deyildir). 
Digər alimlər sübut etməyə çalışdılar ki, qadınların beyinlərində 
lateralizasiya daha çoxdur və onlarda sol hemisfera dominantdır. 
Bu məsələlərə müxtəlif baxışlar mövcud idi. 
Son  tədqiqatlarda  vurğu  hipotalamusun  (seksual  yetişkən-
likdə hormonların hasil olunmasına nəzarət edən beyin hissəciyi) 
üzərinə  qoyulmuşdur.  Əlbəttə,  bu  tədqiqatların  əksəriyyəti  hey-


ABŞ-da gender m
əsələləri
103
vanlar üzərində aparılmışdır. Siçovullarla aparılan tədqiqat zamanı 
aydın olmuşdur ki, dölun inkişafı zamanı testesteronun ifrazının 
olub-olmaması  hipotalamusun  hüceyrə  quruluşuna  təsir  edir  və 
beynin funksiyasında erkək və ya dişi xarakterliyinə səbəb olur. 
Bunun gender əsaslı davranışına təsir edə bilmə qabiliyyəti haqda 
olan  saysız-hesabsız  ehtimallara  baxmayaraq,  bunun  insan  bey-
ninə təsiri hələ də qeyri-aydın olaraq qalır (Kemper T.D., 1990). 
Beyindəki əsas kallosum (beynin iki hemisferasını birləşdirən 
toxuma kütləsi və sinir lifləri) qadınlarda kişilərə nisbətən 23% 
çoxdur (Allen L.S., and R.A. Gorski 1992). Əsas kallosumun fai-
zinin qadınlarda çox olması onlardakı iki hemisfera arasında daha 
çox əlaqə qurma, ünsiyyət qabilliyyətinə təkan verməsinə səbəb 
ola bilər. Bəlkə də, qadınların beyni zədələnəndə kişilərə nisbətən 
tez sağalması faktı elə bununla əlaqədardır. Əlbəttə, bu da hipo-
tezadır (Witelson, S.F. 1989). Bəzi tədqiqatçılara görə, bu, qadın 
və kişilərdə fərqli nitq və vizual-görmə qabilliyyətinin olmasına 
səbəb ola bilər. Tədqiqatlara görə, məsələn, qadınlar sözləri oxu-
yanda hər iki hemisferanın köməyindən istifadə etdikləri halda, 
kişilər yalnız sol hemisferadan istifadə edirlər. Beləliklə, qadınla-
rın beyinlərindəki bu iki hemisfera arasında olan böyük kommu-
nikasiya onların verbal qabiliyyətini asanlaşdıra və onların visual 
qabiliyyətlərini ləngidə bilər. 
Müşahidə  oluna  bilən  sinir  əlaqələrindəki  fərqlər  yetkinlik 
dövründə  özünü  göstərməyə  başlayır.  13  yaşına  qədər  qızlarla 
oğlanların beyinləri arasında az fərq olduğu halda, 14-17 yaş ara-
sında  onların  beyinlərində  dəyişikliklər  formalaşmağa  başlayır. 
Filadelfiyadakı Pensilvaniya Universitetinin Psixologiya Profes-
soru Ragini Vermaya görə qadınların və kişilərin bəzi məsələlər-
də bir-birindən üstün olmasının səbəbi beyindəki bu sinir əlaqələ-
ri arasındakı fiziki fərqlər kimi müşahidə edilir.
Kembric  Universitetində  aparılan  bir  araşdırmaya  görə  82 
nəfər üzərində aparılan bir testdə, kişilərin 17 %-i qadın beyninə, 
qadınların isə 17 %-i kişi beyninə sahib olduğu məlum olmuşdur. 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə