Az ərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan diLLƏr universiteti Kİfayət ağayeva abş-da gender



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə24/95
tarix15.07.2018
ölçüsü2,72 Mb.
#56094
1   ...   20   21   22   23   24   25   26   27   ...   95

Ki̇fayət  Ağayeva
72
lızləri bizə onların insanlara çox yaxın olmaları barədə düşünmə 
imkanı verir. Əbəttə, yadımızdan çıxartmamalıyıq ki, biz milyon 
il bundan əvvəlki əcdadlarımızdan söhbət edirik. Lakin onların 
bugünkü  davranışları  əcdadlarımızın  davranışı  haqqında  azacıq 
da olsa, bilgilərimizə işıq sala bilər. 
Əlbəttə, bu yanaşmada da kifayət qədər problemlər mövcud-
dur. “Bu sahədə  aparılan araşdırmalar zamanı bunlar insan davra-
nışı prizmasından həyata keçirilmişdir. Ona görə də bu araşdırmalar 
ehtimal edilən kimi olmaya da bilər”. İkincisi, primatlar çeşid-çe-
şiddir və onlar həm anatomik, həm də davranış nöqteyi-nəzərindən 
fərqli ola bilərlər. Bu çeşidlərin sayı 200-dən çoxdur və bunların 
dişi cinslərinin 40 %-i ya dominantdır, ya da bərabərdir (Wright, 
P.C.,  1993:  134).  Bəzi  alimlər  hesab  edirlər  ki,  insanlar  təkamül 
prosesindən keçdikləri kimi, primatlar da bu prosesdən keçmişlər. 
Bu günə qədər bu barədə aparılan tədqiqatlar kişi tədqiqatçı-
lar tərəfindən aparılmışdır. Aparılan araşdırmalar səthi olmuşdur 
və yalnız bir neçə növ primatın üzərində aparılmışdır (babon, ma-
kaka, vervet və sairə). Bu primatlarda erkək dominantlığı müşa-
hidə  olunur,  lakin başqa  primatlar arasında aparılan tədqiqatlar 
göstərir ki, bu heç də hər zaman belə deyildir. Təxminən 200 növ 
primat qruplarında aparılan araşdırmalardan bəlli olur ki, hər on 
primatdan altısında erkəklə dişi ya bərabər, ya da dişi üstünlüyü 
ilə müşayiət olunur (Yenə orada).  
Bildiyimiz  kimi,  şimpanzelər  ünsiyyət  sevəndirlər  və  qrup 
şəklində  yaşayırlar.  Qrupun  lideri  bədən  ölçüsünə  görə  olmur. 
Prioritetlik  qidanın  təşkilində  aktiv  iştirakla  ölçülür. 
Həm erkək, həm də dişi şimpanzelər qidanın təşkilində işti-
rak edirlər. Əvvəlki illərin yazılarının əksinə olaraq, şimpanzelər 
nə ətyeyəndirlər, nə də yalnız tərəvəzlə qidalanandırlar. Onların 
arasında vegetarian da yoxdur. Onların qidasının 95 %-ini meyvə 
və  tərəvəz  təşkil  edir.  Onlar  əti  ovla  əldə  edirlər.  Beş-altı  şim-
panze birlikdə kiçik heyvanlara pusqu qurur və ov edirlər. Əldə 
etdikləri ovu aralarında bölürlər. 


ABŞ-da gender m
əsələləri
73
Yuxarıda deyilənlərdən hansı nəticəni çıxarmaq olar? Təəs-
süf ki, əldə etdiyimiz bilgilər bizə təxmini və məhdud məlumatlar 
verir. 
Genderin  qərbsayağı  konstruksiyası  universaldırmı? 
Müasir  preindustrial  cəmiyyətlər.  Genderin  qərbsayağı  kons-
truksiyasına görə kişilər hər zaman dominant, qadınlar tabeçilik 
statusunda  olmuşlar.  Bununla  onlar  demək  istəyirlər  ki,  kişilər 
hər yerdə və hər zaman qadınlardan üstün olmuşlar, kişilərin ye-
rinə yetirdikləri iş daha mühüm və ya daha dəyərli olmuşdur. Heç 
də  təəccüblü  deyildir,  çünki  bu  nəzəriyyə  əsasən  Qərb  kişi  an-
tropoloqların təqdim etdiyi nəzəriyyədir və bu da onların bütün 
cəmiyyətlərə  özlərinin  mədəniyyəti  prizmasından  baxmalarının 
nəticəsidir.  Kişi  dominantlığını  əsas  götürərək  onlar  qadınların 
roluna önəm verməmiş və ya kişi informasiyasına istinad etmiş-
lər (Rogers, S.C., 1978: 145). Bu zaman sualı bir də təkrar edirik: 
Qərb  gender  konstruksiyası  universaldırmı? 
Təxminən 1930-cu illərdə antropoloqların pioneri hesab olu-
nan Marqaret Mid bu suala cavab verməyə çalışmışdı. O tədqiqa-
tını Yeni Gveniyanın üç primitiv cəmiyyətində apardığı araşdır-
malara əsaslandıraraq etmişdi. Midin müşahidə etdiyi cəmiyyətdə 
kişilər utancaq və qayğıkeş, qadınlar aqressiv və rəqabət aparan 
idilər (M.Mead., 1935). M.Midin bu barədə yazdığı əsər çap olu-
nandan sonra genderin qarışıq cəmiyyətlərdə tədqiqi dəb halına 
gəldi və bu, bir çox feminist tədqiqatçını bu istiqamətdə tədqiqat 
aparmağa həvəsləndirdi. Qərbin təqdim etdiyi mövcud gender və 
ya gender bərabərsizliyi konstruksiyasına bu tədqiqatlar yaxşı ca-
vab idi. Əslində, o dövrün ədəbiyyatlarında gender sözünə təsa-
düf olunmur, sadəcə bu araşdırmalarda bizim bu gün anladığımız 
genderdən bəhs edilirdi.
Hər bir cəmiyyətdə əməyin genderə (başqa amillər də əsas gö-
türülə bilər) görə bölünməsi mövcuddur, lakin bir cəmiyyət üçün 
kişi işi hesab olunan bir iş, digər cəmiyyət üçün qadın işi hesab 
oluna bilir. Bu mədəniyyətdən mədəniyyətə dəyişə bilir. Məsələn, 


Ki̇fayət  Ağayeva
74
bir cəmiyyətdə qadın ev tikir, digərində bu sırf kişi işidir. Bir çox 
cəmiyyətlərdə qadınlar adətən yemək bişirirlər, lakin cəmiyyət-
lər də vardır ki, bu kişilərin cavabdehliyindədir. Tədqiqatçı bu üç 
primitiv cəmiyyətdə gender rollarını araşdırır və əməyin genderə 
görə bölünməsini cədvəl şəklində təqdim edir. Fakt budur ki, aşa-
ğıda verilən cədvəldə az işlər mövcuddur ki, orada qadın və ya 
kişi hansısa işi yerinə yetirməkdən tam təcrid olunsun. Qadınla-
rın yerinə yetirə bilməkdən tamamilə təcrid olunduğu iş böyük 
dəniz heyvanlarının ovudur. Az da olsa, cəmiyyət mövcuddur ki, 
orada qadınlar metal əritmə ilə məşğul olurlar. Məsələn, Aqta Fil-
lipində qadınlar maral ovlayır və ya vəhşi qabanları oxla, bıçaqla 
öldürürlər. Nadır də olsa, elə tayfalar var ki, orada qadınlar me-
talqayırmada, dülgərlikdə və böyük heyvanların ovu prosesində 
iştirak  edirlər  (Estioko-Griffin,  1987).  Lakin  qadınlar  ovçuluq 
fəaliyyətlərində nizə, yay, ox, iri dəyənəklərdən istifadə etmirlər. 
Bəzi tədqiqatçılara görə, fiziki zorakılıq üzərində hələ də kişi mo-
nopoliyası vardır. Bəzilərinə görə, qadınların da arasında döyüşçü 
və əsgərlər vardır. Qadınların da kişilər qədər aqressiv ola bilməsi 
faktları məlumdur. Əgər rəqabət varsa, hətta qadınlar söyüş sö-
yürlər (Lepowsky M.,1994:202).  
Xüsusi  diqqət  qabaqcıl  texnologiyadan  xəbəri  olmayan  cə-
miyyətlərin üzərinə qoyulur ki, bu cəmiyyət yalnız ovçüluq və 
yığıcılıqla (preindustrial cəmiyyətlər) güzəranlarını keçindirirlər. 
Antropoloqların  ehtimallarına  görə,  bugünkü  preindustrial  cə-
miyyətlər əvvəlki cəmiyyətlərin sosial təşkili üçün dəqiq model 
olmaya  bilər.  Bu  cəmiyyətlər  də  sosial  və  ətraf  mühit  dəyişik-
liyinə məruz qalıblar, lakin onlar son 600 il ərzində Avropa və 
Amerika  istismarına  tuş  gəlməmişlər  (Leacock,  E.,  1989:363). 
Belə cəmiyyətlər bizə bugünkü yüksək texnologiyası olan cəmiy-
yətlərin  gender  konstruksiyasına  alternativ  ola  bilər  və  bu  çox 
dəyərli araşdırma hesab edilə bilər. 
Müasir preindustrial cəmiyyətlərdə gender münasibətlə-
ri.  Bildiyimiz  kimi,  preindustrial  cəmiyyətlər  ovçuluq-yığıcılıq 


Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə