43
SAVAġLARIN DAVAMINA GĠRĠġ
1809-cu il mart ayının 12-də Ser Harford Conz və Qacariyyə arasında bir
anlaşma imzalandı. Qacariyyə tərəfindən bu anlaşmaya imza atan Sədr-i Əzəm
(başvəzir) Motəməd-üd Dövlə və Əmin-üd Dövlə adında başqa bir vəzir idi. Bu
anlaşmaya görə İngiltərə Rusiya qarşısında Qacariyyəyə maddi yardım etməyi
üzərinə götürürdü. Bu maddi yardım yalnız İngiltərə ilə Rusiyanın qarşı
durmalarının sürəcəyi zamana qədər davam edəcəkdi. Yəni Rusiya ilə İngiltərə
arasında barış aktı imzalandığında bu anlaşma öz-özünə ibtal ediləcəkdi.
İngiltərə dövlətinin nümayəndəsi ilə Con Molkolm arasında böyük bir
anlaşmazlıq və rəqabət var idi. Lakin bu iki ingilis məmuru ölkələrinin mənafesi
üçün bir arada hərəkət etmək zorundaydılar.
1812-ci ildə İngiltərənin yeni səfiri Ser Qor Ozli Qacariyyəyə gəldi. Mart
ayının 14-də birinci anlaşmanın davamı və təkmilləşdiricisi olan ikinci müqaviləni
də Qacar dövləti ilə bağladılar.
Qacariyyə və Rusiya arasında savaş davam edirdi. Ancaq 1809-1812 illər
arasında önəmli hərbi dəyişiklik olmamışdı. Avropa savaşında məşğul olan Rusiya
Qafqazda sadəcə, Abbas Mirzənin ordusunun irəliləməsini durduracaq miqdarda
güc saxlamışdı.
1812-ci il yay ayının əvvəlində İngiltərə və Rusiya arasında barış anlaşması
imzalandı. Bu zaman İngiltərənin Tehrandakı səfiri Qor Ozli Təbrizə getdi. Belə
bir sual ortaya çıxır ki, nədən belə kritik dönəmlərdə səfirlər müzakirələri
Tehranda
yürütmək yerinə Təbrizə gedirdilər. Şah bir çox xarici siyasətin məsuliyyətini
Abbas Mirzəyə buraxmışdı. Özəlliklə Rusiya məsələsi ilə ilgili danışıqların çoxunu
Abbas Mirzə yürütməkdə idi. Bu səbəbdən də Təbriz Tehrandan daha çox xarici
qonaqları qəbul etməkdə idi.
ON ĠL SÜRƏN SAVAġLAR
(davamı)
Ağır xərc aparan savaşlardan Şah bezmişdi. Səbirsizliklə barış anlaşmasının
imzalanmasını gözləyirdi. Ancaq savaş bölgədə qaçınılmaz bir durum halına
gəlmişdi. Hələ də rusların adı gələndə yoxsul kəndlilər qorxularından təndirdə,
tövlədə və bu kimi yerlərdə gizlənirdilər. Ancaq Sisyanovun xofu ortadan
qaldırıldıqdan sonra insanlarda bir az arxayınlıq yaranmışdı. Lakin yenə də hər kəs
barışdan yana idi.
Abbas Mirzə anlamışdı ki, barış olarsa, onun çox sevdiyi torpaqlar əldən
gedəcəkdir. Tehran da bu torpaqların qarşılığı olan barış planı ilə psixoloji olaraq
razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə bu torpaqları qorumaq üçün
yol axtarırdı. Onun intizamsız və savaş texnolojisindən məhrum olan ordusu
Rusiyaya qarşı bu torpaqları qoruya biləcək kapasitədə deyildi. Şahzadə bunun
44
fərqində idi. Bu üzdən də dərin bir kədər içini sarmışdı. 1809-1812-ci illər arasında
önəmli tarixi savaşlar olmadı. Ancaq hər tərəf daima savaşa hazırlıqlı durumdaydı.
Şahzadə, İngiltərənin yardımını etimadla, güvənərək qəbul etmədi. Çünkü
İngiltərənin Hindistanı necə işğal etməsi haqda, xüsusən Fransa heyətindən bilgi
almışdı. Öncə Hindistana yardım amacı ilə gəlmiş, sonra tacirlərini oraya sövq
etmiş, yavaş-yavaş ölkənin bütün hərbi və iqtisadi mərkəzlərini ələ keçirdikdən
sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan
ingilis zabitlərlə ehtiyatla davranır, onlara hörmət edir, bilgilərindən ordusunun
yararlanmasını sağlayırdı. Lakin James Morierin (Cemz Moryer) də ifadə etdiyi
kimi, Şahzadə hər zaman fransız təmsilçilərin təəssübünü saxlayırmış.
Azərbaycanın başkəndi o zaman başqa şəhərlərə və bölgələrə hakim olan
ümidsizlikdən və gərginlikdən bixəbər idi. Təbriz müxtəlif milliyyətlərin və
insanların ticarət əməllərinə səhnə olmuşdu. Çoxu poloniyalı, rus ordusundan
qaçan və əsir alınanlar Təbrizə gətirilmiş və onlardan bir alay oluşdurulmuşdu.
Abbas Mirzə əsirlər vasitəsi ilə də rus ordusundakı texnikanı öz ordusuna intiqal
etdirməkdə idi.
Con Molkolm 1808-ci ildə qələmə aldığı bir məktubda Azərbaycan
ordusunda Drouville (Druvill) adında birinin olduğunu da rişxəndlə yazmaqdadır.
Gerçəkdən uzun zaman Şahzadənin müşavirliyini yapan bu Qaspar Druvil
kim idi? Bu şəxs Fətəli Şahın belə hörmətini qazanmış və sarayda da xidmətlər
etmişdi.
1817-ci ildə Təbrizə səfər edən Ker Porter adında bir ingilis diplomat bu
şəhərdə Qaspar Pruvilin xatirələrini, not dəftərini tapır. Bu diplomat Druvilin,
Şahzadənin ordusunda süvari alayının komandanı olduğunu eşitmişdi. Onun
eşitdiyinə görə bu şəxs fransız olmuş, Azərbaycanda dünyaya gəlmişdir. Lakin
davam edir ki, bu söylənən doğru olmaya bilər
24
.
Druvil illər sonra öz xatirələrini yazdığı zaman Çarın xidmətində idi. Rus
ordusunda albay (polkovnik) rütbəsinə sahib idi. Druvil yazdığı xatirələrində
Abbas Mirzənin xarakteri, cəsarəti və bəsirəti haqda geniş bilgi verməkdədir.
Şahzadənin özəl həyatı həmişə dumanlıq içində olmuşdur. Druvil xatirələrində
yazır ki, bir çox Qacar şahzadələrinin, hətta Şahın özəl yaşamları ilə bağlı bəzi
hadisələrə tanıq olmuşdur, lakin Abbas Mirzənin özəl həyatı haqda heç bir şey
bilmədiyini qeyd edir, çünkü heç bir hadisəyə şahid olmamışdır. Bəzi söyləntilərə
görə Abbas Mirzənin dörd qadını varmış ki, buna da şəriət izn verməkdədir. Lakin
Druvilin yazdığına görə Abbas Mirzənin sevgisini qazanan sadəcə, bir qadın
olmuşdur. O da Təbriz civarından olan sadə bir bəzirganın qızı imiş. Druvilin bu
yazdıqları inanılır kimi görünməkdədir. Çünkü Abbas Mirzə kimi bir xarakter
saray intriqasından uzaq olan bir qadınla daha rahat ola bilərmiş. Bu bilgilərin
24
Ker Porter “Travels
in Georgia, Persia, etc”, 2-ci cild, s. 587.