Azad Yazarlar Ocağının kitabxanası


SAVAġLARIN DAVAMINA GĠRĠġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

43 
 
SAVAġLARIN DAVAMINA GĠRĠġ 
 
1809-cu  il  mart  ayının  12-də  Ser  Harford  Conz  və  Qacariyyə  arasında  bir 
anlaşma  imzalandı.  Qacariyyə  tərəfindən  bu  anlaşmaya  imza  atan  Sədr-i  Əzəm 
(başvəzir)  Motəməd-üd  Dövlə  və  Əmin-üd  Dövlə  adında  başqa  bir  vəzir  idi.  Bu 
anlaşmaya  görə  İngiltərə  Rusiya  qarşısında  Qacariyyəyə  maddi  yardım  etməyi 
üzərinə  götürürdü.  Bu  maddi  yardım  yalnız  İngiltərə  ilə  Rusiyanın  qarşı 
durmalarının  sürəcəyi  zamana  qədər  davam  edəcəkdi.  Yəni  Rusiya  ilə  İngiltərə 
arasında barış aktı imzalandığında bu anlaşma öz-özünə ibtal ediləcəkdi. 
İngiltərə  dövlətinin  nümayəndəsi  ilə  Con  Molkolm  arasında  böyük  bir 
anlaşmazlıq  və  rəqabət  var  idi.  Lakin  bu  iki  ingilis  məmuru  ölkələrinin  mənafesi 
üçün bir arada hərəkət etmək zorundaydılar. 
1812-ci  ildə  İngiltərənin  yeni  səfiri  Ser  Qor  Ozli  Qacariyyəyə  gəldi.  Mart 
ayının 14-də birinci anlaşmanın davamı və təkmilləşdiricisi olan ikinci müqaviləni 
də Qacar dövləti ilə bağladılar. 
Qacariyyə  və  Rusiya  arasında  savaş  davam  edirdi.  Ancaq    1809-1812  illər 
arasında önəmli hərbi dəyişiklik olmamışdı. Avropa savaşında məşğul olan Rusiya  
Qafqazda  sadəcə,  Abbas  Mirzənin  ordusunun  irəliləməsini  durduracaq  miqdarda 
güc saxlamışdı. 
1812-ci il yay ayının əvvəlində İngiltərə və Rusiya arasında barış anlaşması 
imzalandı.  Bu  zaman  İngiltərənin  Tehrandakı  səfiri  Qor  Ozli  Təbrizə  getdi.  Belə 
bir sual ortaya çıxır ki, nədən belə kritik dönəmlərdə səfirlər müzakirələri Tehranda 
yürütmək  yerinə  Təbrizə  gedirdilər.  Şah  bir  çox  xarici  siyasətin  məsuliyyətini 
Abbas Mirzəyə buraxmışdı. Özəlliklə Rusiya məsələsi ilə ilgili danışıqların çoxunu 
Abbas  Mirzə  yürütməkdə  idi.  Bu  səbəbdən  də  Təbriz  Tehrandan  daha  çox  xarici 
qonaqları qəbul etməkdə idi. 
 
ON ĠL SÜRƏN SAVAġLAR 
(davamı) 
 
Ağır xərc aparan savaşlardan Şah bezmişdi. Səbirsizliklə barış anlaşmasının 
imzalanmasını  gözləyirdi.  Ancaq  savaş  bölgədə  qaçınılmaz  bir  durum  halına 
gəlmişdi.  Hələ  də  rusların  adı  gələndə  yoxsul  kəndlilər  qorxularından  təndirdə, 
tövlədə  və  bu  kimi  yerlərdə  gizlənirdilər.  Ancaq  Sisyanovun  xofu  ortadan 
qaldırıldıqdan sonra insanlarda bir az arxayınlıq yaranmışdı. Lakin yenə də hər kəs 
barışdan yana idi. 
Abbas  Mirzə  anlamışdı  ki,  barış  olarsa,  onun  çox  sevdiyi  torpaqlar  əldən 
gedəcəkdir. Tehran da bu torpaqların qarşılığı olan barış planı ilə psixoloji olaraq 
razılaşmış kimi görünürdü. Bu üzdən də Abbas Mirzə bu torpaqları qorumaq üçün 
yol  axtarırdı.  Onun  intizamsız  və  savaş  texnolojisindən  məhrum  olan  ordusu 
Rusiyaya  qarşı  bu  torpaqları  qoruya  biləcək  kapasitədə  deyildi.  Şahzadə  bunun 


44 
 
fərqində idi. Bu üzdən də dərin bir kədər içini sarmışdı. 1809-1812-ci illər arasında 
önəmli tarixi savaşlar olmadı. Ancaq hər tərəf daima savaşa hazırlıqlı durumdaydı. 
Şahzadə,  İngiltərənin  yardımını  etimadla,  güvənərək  qəbul  etmədi.  Çünkü 
İngiltərənin  Hindistanı  necə  işğal  etməsi  haqda,  xüsusən  Fransa  heyətindən  bilgi 
almışdı.  Öncə  Hindistana  yardım  amacı  ilə  gəlmiş,  sonra  tacirlərini  oraya  sövq 
etmiş,  yavaş-yavaş  ölkənin  bütün  hərbi  və  iqtisadi  mərkəzlərini  ələ  keçirdikdən 
sonra da açıq işğala keçmişdir. Bütün bunlara baxmayaraq onun xidmətində çalışan 
ingilis  zabitlərlə  ehtiyatla  davranır,  onlara  hörmət  edir,  bilgilərindən  ordusunun 
yararlanmasını  sağlayırdı.  Lakin  James  Morierin  (Cemz  Moryer)  də  ifadə  etdiyi 
kimi, Şahzadə hər zaman fransız təmsilçilərin təəssübünü saxlayırmış. 
Azərbaycanın  başkəndi  o  zaman  başqa  şəhərlərə  və  bölgələrə  hakim  olan 
ümidsizlikdən  və  gərginlikdən  bixəbər  idi.  Təbriz  müxtəlif  milliyyətlərin  və 
insanların  ticarət  əməllərinə  səhnə  olmuşdu.  Çoxu  poloniyalı,  rus  ordusundan 
qaçan  və  əsir  alınanlar  Təbrizə  gətirilmiş  və  onlardan  bir  alay  oluşdurulmuşdu. 
Abbas  Mirzə  əsirlər  vasitəsi  ilə  də  rus  ordusundakı  texnikanı  öz  ordusuna  intiqal 
etdirməkdə idi. 
Con  Molkolm  1808-ci  ildə  qələmə  aldığı  bir  məktubda  Azərbaycan 
ordusunda Drouville (Druvill) adında birinin olduğunu da rişxəndlə yazmaqdadır. 
Gerçəkdən  uzun  zaman  Şahzadənin  müşavirliyini  yapan  bu  Qaspar  Druvil 
kim  idi?  Bu  şəxs  Fətəli  Şahın  belə  hörmətini  qazanmış  və  sarayda  da  xidmətlər 
etmişdi. 
1817-ci  ildə  Təbrizə  səfər  edən  Ker  Porter  adında  bir  ingilis  diplomat  bu 
şəhərdə  Qaspar  Pruvilin  xatirələrini,  not  dəftərini  tapır.  Bu  diplomat  Druvilin, 
Şahzadənin  ordusunda  süvari  alayının  komandanı  olduğunu  eşitmişdi.  Onun 
eşitdiyinə  görə  bu  şəxs  fransız  olmuş,  Azərbaycanda  dünyaya  gəlmişdir.  Lakin 
davam edir ki, bu söylənən doğru olmaya bilər
24

Druvil  illər  sonra  öz  xatirələrini  yazdığı  zaman  Çarın  xidmətində  idi.  Rus 
ordusunda  albay  (polkovnik)  rütbəsinə  sahib  idi.  Druvil  yazdığı  xatirələrində 
Abbas  Mirzənin  xarakteri,  cəsarəti  və  bəsirəti  haqda  geniş  bilgi  verməkdədir. 
Şahzadənin  özəl  həyatı  həmişə  dumanlıq  içində  olmuşdur.  Druvil  xatirələrində 
yazır  ki,  bir  çox  Qacar  şahzadələrinin,  hətta  Şahın  özəl  yaşamları  ilə  bağlı  bəzi 
hadisələrə  tanıq  olmuşdur,  lakin  Abbas  Mirzənin  özəl  həyatı  haqda  heç  bir  şey 
bilmədiyini qeyd edir, çünkü heç bir hadisəyə şahid olmamışdır. Bəzi söyləntilərə 
görə Abbas Mirzənin dörd qadını varmış ki, buna da şəriət izn verməkdədir. Lakin 
Druvilin  yazdığına  görə  Abbas  Mirzənin  sevgisini  qazanan  sadəcə,  bir  qadın 
olmuşdur.  O  da Təbriz  civarından olan sadə  bir bəzirganın qızı imiş. Druvilin bu 
yazdıqları  inanılır  kimi  görünməkdədir.  Çünkü  Abbas  Mirzə  kimi  bir  xarakter 
saray  intriqasından  uzaq  olan  bir  qadınla  daha  rahat  ola  bilərmiş.  Bu  bilgilərin 
                                                           
24
 Ker Porter “Travels in Georgia, Persia, etc”, 2-ci cild, s. 587. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə