Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

49 
 
həkimi  olan  ingilis  Doktor  Karmək  öz  gözləri  ilə  macəraya  şahid  olmuşdur. 
Karmək,  General  Kutlerovskinin  hücumunu  iki  qismə  ayırır:  birinci  mərhələ  31 
oktyabr  səhər  erkəndən  başlamışdır.  Bu  mərhələdə  savaşın  taleyi  bəlli  deyildi. 
İkinci  mərhələ  gecənin  qaranlığında  başlamış  və  Şahzadənin  tam  məğlubiyyətinə 
səbəb  olmuşdur.  Drouvillenin  (Druvil)  yazdığı  üçüncü  rəvayət  isə  Karməkin 
söylədiklərinə  bənzəməkdədir.  Məsələnin  aydınlanması  üçün  Druvilin  bu  olayla 
bağlı yazdığını olduğu kimi gətiririk: 
“Nəzərə  almaq  lazımdır  ki,  Abbas  Mirzənin  inzibatlı  ordusu  kiçik  bir 
alaydan  oluşmaqda  idi.  Fərari  ruslardan,  əsirlərdən  ibarət  olan  bu  inzibatlı  ordu 
böyük  bir  cəsarətlə  ruslarla  savaşdılar.  Lakin  bu  inzibatlı  ordu  çox  az  idi  və 
disiplinsiz  ordu  qarşısında  yox  kimi  görünürdü.  Çoğunluğu  oluşduran  ordunun 
modern savaş sistemindən bixəbər olduqları bəlli idi.  Abbas  Mirzənin ordusu top 
atəşinə  məruz  qaldığında  bu  inzibatsızlıq  daha  da  çoxaldı.  Süvarilərlə  piyadələr   
bir-birinə girdilər. Rus ordusunun topları yaxın təpələri ələ keçirib, orada yerləşib 
və dəqiq atəşə başladıqdan sonra vəziyyət daha da pisləşdi. Şahzadə atı ilə ordunun 
ortasında  bağırıb  onlara  cəsarət  vermək  istəyirdi.  Lakin  Şahzadənin  səsi  top 
güllələrinin  gurultusu  içində  eşidilmirdi.  Abbas  Mirzə  özünü  yaxınında  olan 
topxanasına  çatdırıb,  atəş  əmri  verdi.  Lakin  bu  atəşlər  artıq  əsərsiz  idi.  Belə 
anlaşılır ki, ordunun qəflətən hücuma məruz qalması üzündən hər kəs özünü itirmiş 
və topları doğru kullanma imkanı da əldən çıxmışdır. Birinci həmlə iki saat sürdü. 
Düşmən  topları  susduqdan  həmən  sonra  Abbas  Mirzə  komutanları  və  iki  ingilis 
albayı  ilə  təcili  bir  toplantı  keçirdi.  İngilis  albaylar  geri  çəkilməyi  təklif  etdilər. 
Onların  planları  ilə  bu  geri  çəkilmə  baş  tutsa  idi  ən  az  itki  ilə  düşmənin  növbəti 
hücumundan qurtula bilərdilər. Ancaq Abbas Mirzə bu təklifı qəbul etmədi. Gecə 
boyunca  Abbas Mirzə komutanlara ordunu savaşır duruma gətirmələrini əmr etdi. 
Səhərə yaxın təpənin başına bir top çıxarmağı başardılar.  Albay (polkovnik) Kristi 
öz  alayına  düzən  verməyi  başarmışdı.  Kristi  topu  elə  yerləşdirdi  ki,  mərmiləri 
təsirli  olsun  və  hədəfə  isabət  etsin.  Gecənin  qaranlığı  bitmədən  təkrar  savaş 
başladı. Şahzadənin atı aldığı güllə  yarasından öldü. Şahzadənin yanında bulunan 
yardımçılarından  biri  atını  Şahzadəyə  verdi.  Ətrafdakı  bir  neçə  çadır  və  ev  atəş 
içində idi. Albay Linsinin bu savaşda aktiv olmadığı görünür. Ancaq Kristi ruslara 
qarşı top atəşi ilə qarşılıq verirdi. Kristi arxasından ağır yaralandı. Əsgərləri onu bir 
ağaca  söykəyib  yarasını  bağladılar.  Qısa  sürədən  sonra  hər  tərəf  Rus  ordusu 
tərəfindən mühasirə edilmişdi. Kazaklar Kristini əsir aldılar. Ancaq görəndə ki, o, 
Azərbaycan  ordusunda  savaşan  bir  ingilisdir  güllə  ilə  dəlik-deşik  etdilər.  Rus 
ordusundan  fərar  etmiş  çoxu  poloniyalı  və  gürcü  olan  alay  müntəzəm  savaşlarına 
davam  etməkdəydilər.  Onların  çoxu  öldülər,  ancaq  təslim  olmadılar.  Sonradan 
barış imzalandıgı zaman diri qalanları yenə də Abbas Mirzənin xidmətində oldular. 
Artıq Abbas Mirzənin ordusu bir-biri ilə irtibatsız dağınıq dəstələr halına gəlmişdi. 
Aslanduzda  24  saat  davam  edən  bu  savaş  minlərcə  insanın  canını  almışdı.  Öz 


50 
 
işlərinin  nəticəsindən  əmin  olan  ruslar  atəşi  durdurdular.  Abbas  Mirzə  geri 
çəkilmək məcburiyyətində qalmışdı”
27
 
*** 
Savaş  bir  il  daha  davam  edəcəkdi.  Lənkəran  qalasını  yerli  xanlıq  Abbas 
Mirzənin  birimlərinin  himayəsi  ilə  qorumaqda  idi.  1813-cü  il  yanvar  ayında 
Kutlerovski  Lənkəranı  işğal  etdi.  Rusların  bu  qədər  dayatmalarına  rəğmən  Abbas 
Mirzə  hələ  də  sülhü  qəbul  etmirdi.  Təbrizdə  böyük  bir  təlaşla  çalışır,  silah 
ürətirdilər.  Topxana  əksikliklərini  ortadan  qaldırdılar.  Yenidən  bir  ordu 
oluşdurmuşdular. Baharın başlarında hücuma başlayan Şahzadə Arazın sahillərində 
ruslara böyük zərbə endirib Rus ordusunu bölgədən uzaqlaşdırmağı bacardı. 
Yayın  əvvəllərində  Şah  Azərbaycan  ordusuna  moral  vermək  üçün  Ucana 
gəldi.  Yeni  və  geniş  bir  hücum  üçün  hazırlıq  gedirdi,  ancaq  Xorasandan  olumsuz 
xəbərlər  gəlirdi.  Türkmən  xanları  mərkəzə  qarşı  baş  qaldırmışdılar.  Fətəli  Şah 
Azərbaycanı  tərk  etdi  və  sülhün  əldə  edilməsi  üçün  bəzi  tapşırıqlar  verdi.  Bir  il 
öncə olduğu kimi ingilis səfiri ara buluculuq rolunu üstləndi. Ancaq Abbas Mirzə 
ilə  əvvəlki  kimi  davranmırdı.  Onun  nəzərində  Abbas  Mirzə  Aslanduz  savaşının 
məğlub komandanı kimi görünürdü.  Səfirin bu tür davranışları Abbas Mirzəyə pis 
təsir  edirdi.  Əcəba,  səfir  bu  davranışı  ilə  Aslanduzda  ölən  Albay  Kristinin 
intiqamınımı  alırdı?  Ser  Qor  Ozli,  Albay  Arsini  Arazın  o  tayına  məmuriyyətə 
göndərdi.  Albay  Arsin  Qafqaza  gedib  və  oranın  hakimi  ilə  danışmalı  idi. 
Qacariyyə-Rusiya arasında barış  məsələsi söz konusu idi.  Qafqazlara aid olan  hər 
tür  barış  planı  Abbas  Mirzəni  rahatsız  edirdi.  İlk  kəz  olaraq  bir  yabançı  elçi  ilə 
yüksək  səslə,  bağıraraq  danışırdı.  Səfirə  sordu  ki,  bəlkə  İngiltərə-Rusiya  barış 
anlaşmasında  Rusiyanın  Azərbaycanı  işğal  etməsinə  yardımçı  olmanızı  da 
boynunuza  götürmüşsünüz?!  Özünü  kontrol  edə  bilməyən  Şahzadə  elçinin  üstünə 
bağıraraq  dedi:  “Albay  Arsini  Qafqaz  hökmdarına  göndərməkdə  israr  etsəniz, 
gözətçilərə əmr edəcəyəm sınırdan keçdiyində ona atəş açsınlar”
28

Səfir ona anlatmağa çalışdı ki, bu tür davranışı ilə ölkəsinə altından çıxması 
zor  olan  xəsarətlər  yetirə  bilər.  Bu  o  demək  idi  ki,  belə  bir  hadisə  baş  verərsə 
İngiltərənin  Hindistandakı  ordusu  Bəsrə  körfəzindən  hücuma  başlaya  bilər.  Səfir 
çox diplomatik  və  üstü qapalı şəkildə  Şahzadəni təhdid edirdi.  Şahzadə  ölkəsinin 
geri  qalmışlığının  utancını  yaşayarcasına  təslim  olmaq  zorunda  qalmışdı.  Səfir 
soyuq davranışı ilə Abbas Mirzəni tərk etdi. Onun arabuluculuğu artıq təşrifatdan 
ötəyə keçmirdi. Barış planı hazırlanmış və Şah da razılığını bildirmişdi. 1813-cü il 
oktyabrın  21-də,  yəni  Aslanduz  hadisəsinin  üstündən  bir  il  keçməsinə  on  gün 
qalanda  Qarabağın  Gülüstan  kəndində  barış  aktı  imzalandı.  Abbas  Mirzə  bütün 
qəzəbinə  və  iradəsinə  rəğmən  “Gülüstan”  müqaviləsinə  qol  çəkmək  zorunda 
                                                           
27
 Drouville (Druvil) Gaspard, Voyage en perse pendant les annees 1812 et 1813-02 vol. St. Petersburg, 
1819. 
28
 James Morier “İkinci səfər”. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə