Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

53 
 
Ordusunu  modern  disiplinə  tabe  edən,  Azərbaycanda  böyük  reformlar 
gerçəkləşdirən  Abbas  Mirzə,  savaş  nə  qədər  gec  başlarsa,  o  qədər  ölkəsinin 
xeyrinədir  deyə  düşünürdü.  Çünkü  gün  keçdikcə  müxtəlif  sahələrdə  reformlar 
gerçəkləşdirir və güclənirdi. Bütün bu güclənməni böyük savaşın başlanacağı gün 
üçün hazırlıq kimi anlayırdı. Yermolov da belə anlayırdı. 
Ruslar  tərəfindən  işğal  edilən  ərazilərin  xanları  öncə  ruslarla  bir  şəkildə 
anlaşacaqlarını sanırdılar. Lakin rusların onların hər tür muxtar hərəkətlərinə qarşı 
sərt  tutumu  nədəni  ilə  bu  xanlar  Təbriz  dərbarına  sığınmışdılar.  Abbas  Mirzə 
bunlara Azərbaycanın müxtəlif yerlərində torpaq verərək dəstəyini əsirgəməmişdi. 
Lakin  sonradan  bu  xanların  arzuları  böyüməyə  başladı.  Tehrandakı  saray 
intriqalarına  qatılıb  və  Şahzadəyə  qarşı  çıxmağa  başladılar.  1825-ci  ilə  qədər 
xanlar, Şahzadənin düşmənlərinə, xüsusən onun əsas düşmənləri olan qardaşlarına 
çox  böyük  yardım  etdilər.  Abbas  Mirzənin  reformlarını  öz  mənafelərinə  qarşı 
görən hər kəs bu düşmənlərin cərgəsində idi. Mollalardan tutmuş vəzirlərə, xanlara 
və  Şahzadənin  qardaşlarına  qədər  geniş  bir  kütlə  Abbas  Mirzənin  qərbləşmə 
hərəkətinə  qarşı  idilər.  Həftədə  bir  kəz  rəiyyətlərin  şikayətlərini  dinləyən  Abbas 
Mirzə düşmənlərinin ona qarşı nə kimi planlar hazırladıqlarını anlamışdı. 
1815-1825-ci  illər  Şahzadənin  ən  verimli  və  mutlu  illəri  idi.  O  illərdə 
Təbrizin küçələrində, bazarlarında görünən insanların davranışlarında mutluluq və 
güvən  sezilməkdə  idi.  O  illərdə  Təbriz  Tehrandan  daha  əhəmiyyətli  görünməkdə 
idi.  Çünkü  Təbriz  tacirlər  üçün  daha  güvənilir  və  para  qazandıran  şəhərə 
dönüşmüşdü. Bütün bunların səbəbkarı olaraq Şahzadəni görən Azərbaycan əhalisi 
Şahzadəyə  öz  doğma  padşahları  kimi  baxırdılar.  Təbrizin  bir  neçə  məhəlləsində 
yeni  hamamlar  təsis  edilmiş,  şəhərə  içməli  su  çəkilmiş,  İstanbula  mal  aparan 
tacirlərin  gecələmələri  üçün  yeni  Karvansaralar  tikilmiş  və  onların  güvənliyi  ilə 
ilgili  hər  tür  önləmlər  alınmış,  imkanlar  sağlanmışdı.  Abbas  Mirzə  özəl  həkimi 
ingilis  Karmək  vasitəsi  ilə  Təbrizdə  ilk  kəz  su  çiçəyi  xəstəliyinin  tədavisi  üçün 
mərkəz təsis etmişdi. Bu da Azərbaycan çocuqlarının sağlığı üçün
 
atılan ilk böyük 
addım idi.  Abbas Mirzənin  sağlıq alanındakı reformları,  özəlliklə  Tehrandakı baş 
mollaları  rahatsız  edir  və  bu  tətbiqatdan  küfr  qoxusu  gəlir  deyə  Şahı  uyarırdılar. 
Lakin  Abbas  Mirzə  düşlədiyi  gəlişmiş  Azərbaycanı  gerçəkləşdirmək  üçün  bu 
reformların  miqyasını  genişlətmək  zorunda  idi.  Bu  səbəbdən  də  Azərbaycan 
əyanlarının  oğullarını  təhsil  almaq  üçün  Avropaya  göndərdi.  Hər  tür  yeniliyə 
qapalı olan qaranlıq ruhlu ortama və Tehranın əngəlləmələrinə qarşı Abbas Mirzə 
böyük bir özənlə islahatlara durmadan davam edirdi. Bəzi təsisatların yapılmasına 
özü şəxsən  nəzarət edirdi.  İlk kəz  olaraq  Abbas Mirzə  Azərbaycanda  kitab  yayın 
mərkəzi (çapxana) təsis etdirdi. Daş üsulu çapxana təsis edildikdən sonra həm yeni 
iş  mərkəzinin  açılması,  həm  də  müxtəlif  kitabların  çap  edilməsi  baxımından 
Azərbaycanın 
başkəndi  Təbriz  öz  tarixi  statusunu  dəyişdirməkdə  və 
modernləşməkdə  idi.  Abbas  Mirzənin  bu  reformları  Təbrizi  mədəni  dünyanın  bir 
parçası  etməkdə  idi.  Bütün  bu  yeniliklər  həm  mənafeləri,  həm  də  cəhalətləri 


54 
 
üzündən  xürafi  ənənələrə  bağlı  olan  böyük  mollalar  ordusunu,  xanları,  feodalları 
əsəbiləşdirməkdə idi. 
1820-ci  ildə  Xoy  yeni  tarixi  bir  hadisəyə  şahid  oldu.  Şəhərin  meydanında   
fəaliyyətə  başlayan  bir  yun  makinası  hər  kəsi  heyrətləndirmişdi.  Təkbaşına  20 
kişinin işini görən bu makinanın Xoyda fəaliyyətə başlaması Batı həyat tərzinin, iş 
və  işçi  məfhumunun  şəhərdə  anlaşılmasına  yardımçı  olmaqda  idi.  Bu  makinanın 
ürətdiyi  ilk  başlarda  yalnız  keçədən  ibarət  idi.  Lakin  bu  da  həm  köçərilərin 
ehtiyaclarını  bərtərəf  etməkdə,  həm  də  şəhəri  ticarət  mərkəzinə  çevirmə 
baxımından  çox  önəmli  idi.  O  günün  ehtiyacları  açısından  baxıldığında  bu  tür 
işlərin  nə  qədər  önəmli  olduğu  anlaşıla  bilər.  Abbas  Mirzə  böyük  bir  sevinclə 
ətrafındakılara  deyirdi ki,  bir gün gələcək, artıq bu tür şeyləri idxal  etməyəcəyik. 
Azərbaycan  öz  istehsal  imkanları  ilə  bütün  Şərqin  ehtiyaclarını  təmin  edəcək.  Bu 
sözlər onun  hərbçi  olmasına  rəğmən bir ekonomist düşüncəyə  sahib olduğunu da 
göstərir.  Tehranın  ona  qarşı  xəsisliyinə,  əngəlləmələrinə,  intriqalarına  qarşılıq 
olaraq Şahzadə biricik qurtuluş yolu kimi Azərbaycanın iqtisadi, tekniki baxımdan 
qalxınmasını  planlayırdı.  Abbas  Mirzə  ağlında  daşıdığı  böyük  savaşı  başlamadan 
öncə  güclü  ekonomisi,  əhalisinin  çoxu  savadlı  və  Avropada  təlim  almış 
mütəxəssislərdən  bərxurdar  olan  olan  bir  Azərbaycan,  düşünən,  düşündürən, 
xurafatdan arınmış fərqli bir Azərbaycan ölkəsi yaratmaq istəyirdi. Hər bir açılışda 
Şahzadə  özü  iştirak  edirdi.  Lakin  bu  açılışlardakı  izdihamlarda  Tehrandan  dəstək 
alan  bəzi  insanlar  da  bu  reformlara  qarşı  şüarlarla  bağırmaqdan  geri  qalmırdılar. 
Bunlar  kafir  işləridir,  din  əldən  gedir  deyə  bağıranları  Abbas  Mirzə  sərt  şəkildə 
cəzalandıra  bilmirdi.  Çünkü  onlar  böyük  şəbəkə  olaraq  Tehran  mollaları  və 
Şahzadənin  qardaşları  ilə  irtibatda  olan  insanlardı.  Şahzadə  onları  susdurmaqla 
yetinirdi.  Özəlliklə  Azərbaycan  din  alimlərinin,  din  xadimlərinin  də  təsirindən 
yararlanırdı. Lakin heç bir şəkildə din xadimlərinə  güvənmirdi. İstər azərbaycanlı 
olsun,  istər  başqa  yerli.  Çünkü  o  bilirdi  ki,  din  xadimlərinin  dəyişilməsi  mümkün 
olmayan  qaranlıq  qafaları  elmə,  bilgiyə  və  yeniliyə  qarşıdır.  Ən  önəmli 
reformlardan  biri  də  Azərbaycanın  şəhərləri  və  kəndləri  arasında  itizamlı  post 
şəbəkələrini  qurması  idi.  Bu  yeni  şəbəkədə  çaparlara  gərəkən  bütün  ehtiyaclar 
nəzərə  alınmışdı.  Mehmanxana  kimi  istirahət  evləri,  münasib  yeməklər,  çaparlıq 
üçün  uyğun  atlar  və  digər  bu  kimi  ehtiyaclar  reformlara  nəzarət  edən  heyət 
tərəfindən  yoxlanılmış  və  Şahzadəyə  bilgi  verilmişdi.  Rəiyyətlərin  toyuğunu, 
yumurtasını vergi olaraq zorla alan kənd ağaları Abbas Mirzənin təhdidi üzərinə bu 
işlərindən  vaz  keçmişdilər.  Vaz  keçmişdilər,  ancaq  reform  düşmənləri  cərgəsinə 
qatılmışdılar. Şahzadə Azərbaycanın sınırları ötəsində də hörmət qazanmışdı. Bəzi 
böyük  şəxsiyyətlər  və  ölkədə  karizması  olan  bir  çox  insan  da  ona  dəstək  verirdi. 
Bunlardan  ən  önəmlisi  tarixi  kitab  olan  “Maaser-e  Sultani”nin  (Padşahanə 
xatirələr)  müəllifi  idi.  Keçən  səhifələrdə  bu  şəxs  haqqında  bilgi  verilmişdir.  Bu 
şəxs Dənbəli xanidanı soyundan idi. 
*** 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə