Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

70 
 
öz mülklərinə dönəcəklər. Fətəli Şah tərəfindən təsdiqlənən savaş planında hər bir 
xan  öz  dəstələri  ilə  ruslara  qalmış  mülkləri  doğrultusunda  hücuma  başlayacaqdı. 
Bu üzdən də  Mirmustafa  Xanın  oğlu Mirhəsən Xan Ərdəbildən Lənkərana  doğru 
hərəkətə  başladı.  Söhrab  Xan  Gürcinin  də  iki  alayı  ona  yardım  amacı  ilə 
görəvləndirildi.  Şahzadə  Şeyx-ül  Məluk  iki  top  alayı  ilə  Ərakdan  Muğana  tərəf 
hərəkət  etdi.  O,  Mustafa  Şirvaniyə,  Hüseyn  Xan  və  Hacı  Xana  ilhaq  olmalı  idi. 
Mustafa  Şirvani,  Hüseyn  Xan  və  Hacı  Xan  Şəki  xanının  oğullarıydı.  Onların  da 
atalarının mülkü ruslar tərəfindən işğal edilmişdi. 
Quba,  Bakı,  Şuşa  xanlıqları  üçün  də  bu  şəkildə  planlar  hazırlandı.  Sərdar 
Hüseyn  Xan,  Aleksandr  Mirzə  ilə  əməkdaşlıq  etmək  mükəlləfiyyətində  idi.  O, 
Şorgöl
*
  nahiyəsindən  Tiflisə  doğru  getməli  və  Ları
**
  qalasında  onlarla  birləşməli 
idi. 
Abbas Mirzə artıq savaşın qapıda olduğunu görürdü. Lakin din xadimlərinin 
ordunun içində çığır-bağır salaraq cəhad çağrılarında bulunmaları onu çox rahatsız 
edirdi.  Çünkü  bu  tür  davranış  Azərbaycan  ordusunun  nizam-intizamını  pozurdu. 
Abbas Mirzə öz əsgərlərinə və onların eyitim səviyyəsinə din xadimlərindən daha 
çox  inanırdı.  Şahzadəyə  görə  din  görəvlilərinin  bu  tür  təbliğatları  orduda  heç  bir 
ruh yüksəkliyi yarada bilmir, tərsinə ordunun disiplinini pozmaqda idi. Şahzadə din 
xadimlərinin  söylədikləri  bu  boş  lafların  düşmənin  texnolojisinə  qarşı  təsirsiz 
olacağı  inancında  idi.  Bu  üzdən  də  avropalı  bir  hərbi  mütəxəssis  onun  üçün  ölkə 
mollalarının  hamısından  dəyərli,  önəmli  idi.  Digər  tərəfdən,  Şahın  Azərbaycan 
ordusuna müdaxilə etməsi Abbas Mirzəni çox incidirdi. Şah, Abbas Mirzəyə qarşı 
açıq  şəkildə  düşmənlik  edən  oğulları;  Şeyx-ül  Müluk  Mirzə  və  İsmayıl  Mirzəni 
Azərbaycan  ordusunun  yardımına  göndərdi.  Abbas  Mirzə  bilirdi  ki,  onlar  onu 
                                                           
*
 Şorgöl Güney Azərbaycanın Muğan mahalının Xoruzlu bölgəsində bir kəndin adıdır. (Bəlkə də burada 
nəzərdə  tutulan  başqa  bir  Şorgöldür)  Buradakı  Şorgölün  eyni  yer  olduğu  sanılmaqdadır.  Şorgöl 
tərcüməçinin dünyaya gəlib boya-başa çatdığı Limli kəndinin qonşusu sayılır. Şorgölün çevrələrində bu 
kəndlər  yerləşməkdədir:  Şorgöl,  Yanbulaq,  Balabəyli,  Məstalbəyli,  Üçbulaq,  Hamar  kəndi, 
Nəzərəlibulağı, Tomar, İdəli, Aşağı Dəmirçili, Yuxarı Dəmirçili, Siyabkəndi, Milli kəndi, Qulamhüseyn 
kəndi,  Pencallı,  Sümüklü,  Xəmməd,  Təkbulaq,  Tıbılğa,  Ocaq  qışlaq,  İncilli,  Çanaq,  Qaraxanbəyli, 
Zeyvə,  Poladlı,  Bərzənd,  Kolan  kəndi,  Şah  təpəsi  (Rəvayətə  görə  Nadir  Şah  bu  kənddə  başına  tac 
qoyduğu üçün kəndin adı Şah təpəsi olaraq qalmış. Burada bir təpə vardır ki, bu təpəni bu düz yerdə 
torba  ilə  torpaq  daşıyaraq  salmışlar.  Nadir  Şah  bu  təpənin  başına  çıxaraq  başına  tac  qoymuşdur), 
Onbirbəylər, Binə. Bu kəndlərin çoxu Biləsuvara, Germiyə tabedir. Bu arada kiçik bir şəhər olan Germi 
haqqında  da  burada  bilgi  vermənin  faydası  var.  Germi  XI  əsrdə  Böyük  Səlcuqlar  zamanında 
Azərbaycanda  fəal  bir  bəylik  olmuşdur.  Anadolu  fəth  edildikdən  sonra  bu  ərazilərə  axın  etmiş  və 
Germiyan bəyliyi olaraq kiçik bir dövlət qurmuşlar. Osman Bəyin dövləti gücləndikdən sonra Germiyan 
kimi bir çox bəylik Osmanlı yönətiminə qatılmış və siyasi yaşamlarına son verilmişdir. Bu gün Güney 
Azərbaycanın Muğan ovalığında mövcud olan Germi şəhəri adını bu türk boyundan almışdır. (G.C.) 
**
Ları  adında  bir  kənd  Xiyav  (Meşkin)  şəhərinin  yanında  vardır.  Bu  gün  bu  kənd  bol  üzümü  ilə 
məşhurdur. Lakin buradakı Ları Xiyava yaxın olan kənd kimi görünməməkdədir. Çünkü Xiyava yaxın 
olan Ları Gürcüstan yolunun üstündə deyildir. Digər tərəfdən, o zamankı savaşlar Xiyavın yaxınlarında 
olmamışdır. Burada adı keçən Ları yəqin ki, Quzey Azərbaycanda yerləşməkdədir. 
 


71 
 
kontrol  etmək  məqsədi  ilə  göndərilmişlər.  Abbas  Mirzə  bilirdi  ki,  uzun  müddət 
sarayda  ona  qarşı  edilən  intriqalar  və  fitnələr  artıq  öz  nəticəsini  verməkdədir. 
Azərbaycan  ordusu  səviyyəsində  eyitilməmiş  bu  alaylar  yardım  yerinə  Abbas 
Mirzənin  ordusunun  savaş  qabiliyyətini  düşürür  və  ümumi  bir  inzibatsızlıq 
yaratmaqdaydılar.  Şah,  ölkənin  bütün  ordularını  sınıra  yerləşdirib  sonra  da  özü 
Ərdəbildə savaşın gedişinə nəzarət etmək istəyirdi. 
Rusların zülmündən bezmiş işğal edilmiş torpaqların sakinləri öz əski zalım 
xanlarını  gördüklərində  sevinir  və  onları  qardaşları  kimi  bağırlarına  basırdılar. 
Yalnız bu insanların ruslara qarşı hərəkətlənməsi sınır bölgələrində sayları az olan 
rus  ordusunun  fərarına  səbəb  olurdu.  Sınır  postlar  rus  əsgərlərindən  bu  şəkildə 
boşalmışdı. Lakin bunlar çox rahat əldə edilən cüzi zəfərlər idi. Bu xəbərləri eşidən 
bir çox xanlarda və  Şahda böyük zəfər umudu yaranırdı. Lakin Abbas Mirzə çox 
əndişəli idi. Çünkü o bilirdi ki, bu zəfərlər savaşsız əldə edilmişdir. Rus ordusunun 
texnoloji  üstünlüyündən  xəbərdar  idi.  Şahzadə  savaşın  zamansız  başlanmasından 
rahatsız idi. Bu savaş onu zəfərə götürəcək savaşa bənzəmirdi. Çünkü onun orduda 
və Azərbaycanın ekonomik həyatında gerçəkləşdirmək istədiyi islahatlar yarımçıq 
qalmış, sonuca varmamışdı. 
Abbas Mirzənin iki oğlu Cahangir Mirzə və Bəhram Mirzə də öz alayları ilə 
bu savaşa qatılacaqdılar. Ruslar özlərini toparlayıb və böyük bir hücuma başladılar. 
Rusların bu hücumundan hər kəs zərər gördü. Ruslar Araz çayını keçmək istəyirdi, 
lakin qarşısında  Azərbaycan  ordusunu  görüb  güclü dirənişlə  rastlanırdı.  Bu arada 
rusların dəqiq top atəşləri Azərbaycan ordusuna və digər ağır ziyan verməkdə idi. 
Rusların ən önəmli gücləri Arazın üç ağaclığında yerləşən Kərsi adında bir  
yerdə idi. Rusların iki alayı temmuz ayında kəşfiyyat
 
xarakterli əməliyyata başladı. 
Onlar  bütün  Qarabağda  partizan  savaşları  edən  birimlərlə  qarşılaşacaqlarını 
sanırdılar,  lakin  qarşılarında  Azərbaycan
 
ordusunu  gördülər.  Azərbaycan  ordusu 
olduğunu da topların səsindən anladılar. Bu şəkildə səliqəli top savaşı və intizamlı 
ordu bütün Qacariyyədə Azərbaycan ordusuna məxsus idi. Bunlar Abbas Mirzənin 
ordudakı reformlarının və modernizasiyonunun ürünü idi. 
Azərbaycan  ordusunun  topxanası  düşmənin  irtibat  sistemini  pozmuş  və 
arxadan  gələn  yardımı  əngəlləmişdi.  Azərbaycan  topxanası  düşmənin  arxa 
cəbhəsindəki  hədəfləri  tam  isabətlə  atəş  altına  almışdı.  Bu  da  rus  piyadaları  ilə 
savaşda  üstünlüyün  Azərbaycan  ordusunda  olmasını  sağlamaqda  idi.  Digər 
şahzadələr  də  Fətəli  Şahın  dirək  komandanlığı  altında  müxtəlif  yerlərdə  savaşa 
başlamışdılar. 
Ogünkü savaşda Azərbaycan ordusu irəliləməyə başladı. Abbas Mirzə əmr 
etmişdi  ki,  əsirlərlə  pis  davranılmasın.  Lakin  bir  neçə  Azərbaycan  ordusu 
mənsubları həyəcana qapılıb rusların başını kəsmişdilər. Abbas Mirzə qəti şəkildə 
bildirdi ki, bundan sonra kim əsir başı kəsəcək olsa güllələnəcəkdir. Eyni gün min 
rus əsgəri əsir alındi. Bu savaş uzun sürmədi. Çünkü rus birlikləri də bu tərəflərdə 
az idi. Bu  ərazilər rahat  ələ keçirildi.  Abbas Mirzə ilk kəz olaraq oğullarını da bu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə