Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

61 
 
Abbas  Mirzə  savaşa  girmək  üçün  atasından  izn  istədi.  Abbas  Mirzə 
Azərbaycan  ordusuna  hücum  əmri  verdi.  Osmanlı  paşası  bu  miqyasda  həmləni 
gözləmirdi.  Abbas  Mirzənin  ordusu  qısa
 
sürədə  Səlmasın  civarını  Osmanlılardan 
boşaltdi.  Öz  hücumunu  davam  edən  Şahzadə  Van  və  Çaldıranı  da  ələ  keçirdi. 
Özəlliklə  Çaldıranda  Osmanlı  ordusu  böyük  məğlubiyyətə  uğradı,  bir  çox  əsir 
alındı  və  iki  qəbzə  top  da  ələ  keçirildi.  Savaş  əsnasında  Şiə  din  xadimlərinin 
anlaşaraq verdikləri fətvalar ortaya çıxdı. Din xadimlərincə  müsəlmanlar arasında 
savaş  olmamalı  idi.  Bu  savaş  davam  edərsə  İslamın  düşmənləri  bu  durumdan 
yararlana  bilərdi.  Din  xadimləri  tərəfindən  gələn  bu  yoğun  barış  istəkləri  üzərinə 
Abbas  Mirzə  bütün  Osmanlı  əsirlərini  heç  qarşılıq  istəmədən  sərbəst  buraxdı. 
Lakin  Şahzadənin  bu  davranışı  sərəsgəriyə
**
yə  təsir  etmədi.  Paşa  bir  tərəfdən 
Torpaq qalanı ələ keçirmək istərkən, digər tərəfdən, də Ərzurumda güc birikdirirdi. 
Bütün  yaxın  şəhərlərdən  Paşa  üçün  yardım  gəlirdi.  Çox  keçmədən  bəlli  oldu  ki, 
Məhəmməd Paşa əlli min nəfərlik bir ordu təşkil etmiş və böyük hücuma hazırlaşır. 
Abbas  Mirzənin  Xoyda  barındırdığı  ordusunun  sayı  çox  deyildi.  Verilərə 
görə  Şahzadənin  Xoydakı  ordusunun  miqdarı  on  mindən  artıq  deyilmiş.  Abbas 
Mirzə Təbrizdən və başqa yerlərdən yardıma gələn ordunu bəkləmədən bu ordunun 
komutanlığını üstlənib hücuma  başladı.  Çox böyük bir sürətlə  Osmanlı sınırlarını 
basıb  keçdi.  Şahzadə,  savaşı  Osmanlı  torpaqlarında  davam  etmək  istəyirdi. 
Özəlliklə  Ərzuruma  gəlməkdə  olan  Osmanlı  birlikləri  bu  şəhərə  çatmadan 
Ərzurumu  ələ  keçirmək  istəyirdi.  Şahzadə,  Osmanlı ordusunun  həm texniki,  həm 
düzən  və  həm  də  kəmiyyət  olaraq  Qacar  ordusundan  daha  üstün  olduğunu 
bilməkdə  idi.  Bu  üstünlüyü  sürətli  bir  əməliyyatla  ortadan  qaldırmaq  istəyirdi. 
Şahzadənin  ordusu  gündə  otuz  ağac  irəli  gedirdi.  Bu  da  Fransa  heyətindən  miras   
qalan  təlimatın  məhsulu  idi.  Bu  savaş  Abbas  Mirzənin  planladığı  kimi  yürüdü. 
Şahzadə  bu  savaşda  qalib  oldu.  İngilis  tarixçilərin  yazdığına  görə  durum  belə 
olunca Osmanlı tərəfi barış təklifində bulunmuş. Osmanlı tərəfindən önərilən barış 
planının ilkin  maddəsində  Abbas  Mirzənin Osmanlı torpaqlarını tərk etməsi qeyd 
olunurdu. Abbas Mirzə hər an rusların hücumunu göz  önündə bulundurduğu üçün 
bu təklifı qəbul edib və geri çəkildi. Abbas Mirzə savaşın davam etməsindən yana 
deyildi. Çünkü savaş davam etdikcə rusların qarşısında savunma gücü də azalırdı. 
Abbas  Mirzə  özünü  və  ordusunu  məğlub  olduğu  savaşın  intiqamını  ruslardan 
almaq  üçün  hazırlayırdı.  Barış  anlaşması  1823-cü  ildə  “Ərzurum  müqaviləsi”  ilə 
sonuclandı.  Bu  müqaviləyə  görə  hər  iki  tərəf  bir-birlərinin  sınırlarını  rəsmən 
tanıyırdılar. 
1821-1823-cü  illər  Osmanlı-Qacar  savaşının  ayrıntıları  haqda  Abbas 
Mirzədən  qalan  bir  neçə  məktub  bilgi  verməkdədir.  Bir  Azərbaycan  ordusu 
əsgərinin  ən  az  üç  Osmanlı  əsgəri  ilə  savaşdığı  bu  savaşın  ayrıntıları  haqda  ən 
                                                           
**
 Sərəsgəriyə Osmanlıda sınır şəhərlərin vali paşalarına verilən ləqəbdir. 
 


62 
 
mötəbər bilgi sadəcə, Şahzadənin ömrünün sonlarında  yazdığı bir neçə  məktubda 
əyan  olmaqdadır.  Bu  məktublar  da  olmasaydı  Azərbaycan  ordusunun  necə  və  nə 
şəkildə  qalib  gəldiyi  sirlər  dumanlığında  qalacaqdı.  Abbas  Mirzədən  miras  qalan 
otuz  məktubdan  ancaq  üçü  bu  savaş  haqqında  ipucları  verməkdədir.  Bu 
məktubların bəziləri tam savaş meydanında yazılmış bir psixolojini andırmaqdadır. 
Şahzadə,  Çobanoğlu  adında  bir  savaş  meydanından  ad  çəkməkdədir  ki,  bu  ad 
sadəcə, Abbas Mirzənin  məktublarında və bir də General Paskeviçin xatirələrində 
qeyd  olunmaqdadır.  Başqa  heç  bir  qaynaqda  bu  ada  rastlanılmamaqdadır.  Abbas 
Mirzə,  oğlu  Məhəmməd  Mirzəyə  yazdığı  məktubunda  Çobanoğlu  savaş 
meydanındakı  zəfərini  Laçın  Xan  ləqəbli  bir  komutana  borclu  olduğunu  yazır.
33
    
Laçın Xan ləqəbli bu Azərbaycan ordusu komutanlarından olan bir nəfər adının və 
kimliyinin  gizlin  qalmasını  və  yalnız  ləqəbinin  bəlli  olmasını  Abbas  Mirzədən 
xahiş  etmişdir!  Ancaq  Abbas  Mirzə  öz  məktublarında  bu  komutanını  o  qədər 
önəmsəyir, onun haqqında  o  qədər qürurla  danışır ki,  belə  bir şəxsiyyətin  tarixdə 
məchul  qalması  adamı  heyrətləndirir.  Bu  böyük  insan  kim  imiş  ki,  heç  şöhrət 
arxasınca olmadan Azərbaycan üçün bu qədər fədakarlıq etmiş, baş komutandan da 
istəmiş  ki,  onun  adı  gizlin  qalsın  və  yalnız  lazım  gəldikdə  ləqəbi  tələffüz  edilsin. 
Tarix  bu  tür  şəxsiyyətlərə  az  rastlamışdır.  Böyük  bir  imperatorluğun,  Osmanlı 
ordusunu məğlub edən bir komutan adının çəkilməsini istəməmişdir! 
Bu şəxsiyyətin kimliyi haqqında təsbit və təsəvvürdə buluna bilməmiz üçün 
19-cu  əsrin  əvvəllərindəki  olayları  incələməmiz  lazım  olacaq.  Yəni  Şərqi 
Gürcüstanın Rusiyaya ilhaq edildiyi zamanlara dönməmiz gərəkəcək. 
Birinci Erklinin oğlu Şahzadə Aleksandr Mirzə öz qardaşı oğlu Təhmurəslə 
Qacar  dövlətinin  ərazisində  yaşaya  bilmələri  üçün  Fətəli  Şahın  iznini  almışdı. 
Onlar  Qarabağ  savaşı  zamanı  Təbrizdə  yaşayırdılar.  Şahzadə  ilə  çox  yaxın 
münasibətdəydilər.  Bu  mühacirlərin  yalnız  olduqlarını  və  ya  Abbas  Mirzənin 
sarayında özlərini utanqac qonaq kimi aparmalarını, məğlub və aşağılıq kompleksi 
içində  olduqlarını  düşünmək  yanlışdır.  Tərsinə,  Baqratiyon  şahzadələri  öz  ailə 
üzvləri  ilə  bərabər  tərəfdarlarını  da  gətirmişdilər.  Bunların  bir  neçə  yüz  süvari 
oluşdura biləcək imkanları varmış. 
Keçən  səhifələrdə  də  gördüyümüz  kimi,  Şah  və  Abbas  Mirzə  Şərqi 
Gürcüstandakı  xalq  ayaqlanmaları  qiyamlara  çox  ümid  edirdilər.  Gürcüstandan 
Qacariyyəyə ilk mühacirət Qacar-Rusiya savaşı zamanı başladı. 
İllər  keçdi  və  Qacariyyə  zəfər  qazanmaq  yerinə  böyük  məğlubiyyətlərə 
məruz qaldı. Gülüstan müqaviləsi də imzalandı. Lakin Abbas Mirzənin Baqratiyon 
şahzadələrinə  qarşı  olan  hörməti  heç  azalmadı.  20  il  boyunca  Təbrizdə  yaşayan 
Baqratiyon  şahzadələri  artıq  Azərbaycan  kimliyinə  alışmış  və  Azərbaycanın  bir 
                                                           
33
“Əhvalat  və  dəst  xətthaye  Abbas  Mirzə”  (Abbas  Mirzənin  əhvalatı  və  əl  yazıları).  Bu  məktublar 
Tehranın Milli Kitabxanasında saxlanmaqdadır. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə