Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   24   25   26   27   28   29   30   31   ...   68

57 
 
dövlətinin  Rusiyanın  təkliflərinin  heç  biri  ilə  razılaşmaması  idi.  Digər  tərəfdən, 
Abbas  Mirzə  fürsətdən  istifadə  edib  öz  ordusundakı  yeni  düzən  və  disiplini 
düşmənin elçisinə göstərmək istəyirdi. Səfir Təbrizin bir neçə ağaclığında sadə bir 
törənlə qarşılanmadı. Qırx top, səksən süvari və səkkiz min piyadə ilə qarşılandı.
32
 
Şahzadə,  Təbrizdəki  sarayında  elçini  qəbul  etdi.  Bu  saray  Şahzadəyə 
bağışlanan  Təbriz  əyanlarından  birinə  mənsub  idi.  Şahzadənin  bir  neçə  addım 
arxasında  artıq  çox  yaşlanmış  Qaimməqam  görünməkdə  idi.  Elçi,  Şahzadəyə 
İmperatorun  öz  dəst-xətti  ilə  yazılmış  məktubu  verdi.  Heyət,  Şahzadəni  tərk 
etdiyində,  Abbas  Mirzə  olduğu  yerdə  durdu  və  sadəcə,  əlləri  ilə  vida  əlaməti 
göstərib əl sallayaraq, onları yola saldı. Yermolov heç bir şeyi qaçırmadan diqqətə 
alırdı.  Çünkü  o,  Moskvaya  yazdığı  raportlarında  “Abbas  Mirzə  reformlarında 
başarılı  olur  və  güclənirsə  Rusiyaya  qarşı  savaş  açacaq”  kimi  öngörülərdə 
bulunmuşdu.  Abbas  Mirzə  Yermolovun  gəlişi  üçün  topların  atəş  edib  və  gözlə 
görünə  biləcək  bəlli  hədəflərin  vurulmasını  istəmişdi.  Özü  də  topçu  olan 
Yermolov, Abbas Mirzənin topçularının bu qədər dəqiq olduqlarına görə duyduğu 
şaşqınlığını gizlədə bilmirdi. 
Dukutezbovun verdiyi bilgilərə görə o zaman Şahzadənin  yanında bulunan 
Hind  ordusuna  mənsub  ingilislər  də  varmış.  O,  bu  adamların  adını  bu  şəkildə 
yazmaqdadır:  Albay  Lindsi,  Albay  Mekintaş,  Minbaşı  Hart,  Yüzbaşı  Vilak
*
  və 
Doktor Karmək. Rusiya heyəti bunlarla daha yaxın münasibət qurmağa çalışdı. 
1814-cü  il  İngiltərə-Qacariyyə  anlaşmasına  görə  Hindistan  ordusuna 
mənsub  albaylar  Şahzadənin  yanında  bulunmalı  və  təcrübələrini  ordunun  eyitimi 
üçün  səfərbər  etməli  idilər.  Şahzadə  bu  albayları  daima  yanında  bulundururdu. 
Ancaq  Vilak  həm  də  bunun  ötəsində  öz  dövlətinə  daha  başarılı  olduğunu,  başqa 
işlərin  də  öhdəsindən  gələ  biləcəyini  göstərmək  istəyirdi.  Bu  üzdən  də  Hind 
ordusundan  gəlmiş  heyətin  geri  dönüşü  üçün  hər  tür  çaba  göstərməkdə  idi  və 
sonunda  da  bu işi başardı.  Vilakın  Abbas  Mirzə  ilə  yaxşı  münasibəti  yox idi.  Bu 
illər ərzində Şahzadə Vilak heyətindən Şərq dilləri uzmanı olan Dromond Kəmpil 
adında  bir  doktorla  dostluq  münasibəti  qurmuşdu.  Eləcə  də  Ker  Porterlə  yaxın 
münasibəti var idi. Ker Porter boş vaxtlarında rəssamlıqla məşğul olurdu. 
Ker  Porter  1820-ci  ildə  Şahzadənin  yanında  Təbrizdən  Tehrana  yolçuluq 
etmişdi. Uzun yolçuluq onları bir az bir-birinə yaxınlaşdırmışdı. O, öz xatirələrində 
bu  səfərlə  ilgili  geniş  bilgi  verməkdədir.  Yol  boyunca  Şahzadə  Napoleonun 
devrilməsindən  duyduğu  rahatsızlığı  etiraf  etmişdi.  Ker  Porter  bu  yolçuluq 
əsnasında Şahzadənin bəzi törələrə qarşı duyduğu nifrəti də öyrənmişdi. Özəlliklə 
Şahzadə  bəzi  böyük  vəzifəli  şəxslərin  qarşısında  heyvan  qurban  kəsmə  törəsinə 
nifrət  edirmiş.  Şahzadə  vardığı  yerlərdə  qurban  kəsməni  yasaqlamasına  qarşı, 
                                                           
32
Ker Kurper, “Persia səfəri”, 2-ci cild. 
*
Vilakın  qardaşı  İngiltərənin  nümayəndəsi  olaraq  Fətəli  Şahın  yanında  bulunmaqda  idi.  Sonrakı 
səhifələrdə onun haqqında bilgi veriləcəkdir. 
 


58 
 
yolboyunca ona hədiyyə edilən təmiz bal və bəzi incə qabları böyük zövqlə qəbul 
edirdi.  Ker  Porter  Şahzadənin  Təbrizdəki  sarayında  Doktor  Dulafos  adında  bir 
yabançı  ilə  də  tanış  olur.  Lakin  bir  çox  dünya  ölkələrini  gəzmiş  bu  yabançının 
milliyyəti  haqqında  bilgi  verməməkdədir.  Uzun  yolçuluqdan  dolayı  ortaya  çıxan 
yorğunluq  yolçuluğun  düzənini  pozmuşdu.  Karvanın  çox  önündə  yürüyən 
Şahzadənin  qadınları  bir  sürəliyinə  başqa  yolçularla  bərabər  yolçuluq  etmək 
zorunda qaldılar. Onlar dörd xanım idi. Gözəl atlar üstündə, zərrin paltarlar geymiş 
bu  qadınların  surətləri  də  örtülmüşdü.  Çox  qısa  sürəliyinə  bərabər  yürüyən 
yolçuluqdan sonra təkrar onlar önə varıb və gərəkən məsafəni aldılar. Şahzadə elə 
bir  tutum  izləməkdə  idi  ki,  kimsə  onun  ailəsi  haqda  intriqa  qaynağı  olacaq  bilgi 
edinəməsin.  Bu  səbəbdən  də  o  günə  qədər  kimsə  Ker  Porter  qədər  onun  ailəsi 
haqda  bu  qədər  bilgi  edinəməmişdi.  Sultaniyyəyə  çatdılar.  Sultaniyyədə  Şahzadə, 
Ker  Porterə  bu  yer  haqda  bilgi  verdi  ki,  bu  əski  şəhər  təqribən  beş  yüz  il  öncə 
Xudabəndə  adı  ilə  bilinən  Sultan  Ulcayto  tərəfindən  təsis  edilmiş,  lakin  bütün 
cəhtlərə  rəğmən  bu  şəhər  torpağa  batmış,  yox  olmuş  və  ondan  sadəcə,  bəsit 
görüntülər  miras  qalmışdır.  Ker  Porterin  verdiyi  bilgilərdən  anlaşılır  ki,  o  zaman 
Zəngan möhkəm qalalarla çevrələnımş kiçik bir şəhər imiş. Porter, Abbas Mirzənin 
qardaşlarının  ona  qarşı  olan  həsədləri  haqda  da  bilgi  verməkdədir.  Xəmsə
*
nin 
elbayı  (varisi)  Abbas  Mirzənin  kiçik  qardaşlarından  biri  olan  Abdulla  Mirzə  idi. 
Baxmayaraq  ki,  Abbas  Mirzənin  vəliəhd  olduğunu  bilirdi  və  kural  icabı  vəliəhd 
burdan  keçərkən  onun  istiqbalına  varmalı  idi,  lakin  Abbas  Mirzəni  qarşılamasın 
deyə,  Xəmsəni  tərk  edib,  Tehrana  getmişdi.  Bu  da  Şahzadəyə  qarşı  böyük  bir 
həqarət sayılırdı. Abbas Mirzə bu həqarətə etinasız qalmadı. Zənganda bulunduğu 
müddətcə heç bir hədiyyəni qəbul etmədi və lazım olan şeyləri özü aldırtdı. 
Ancaq  Qəzvində  böyük  bir  istiqbal  törəni  gerçəkləşdi.  Qəzvinin  elbayı 
Əlinağı  Mirzə  böyük  bir  törənlə  böyük  qardaşının  istiqbalına  vardı.  İki  qardaşın 
görüş  zamanı  bir-birlərinə  göstərdikləri  ilgi  onların  qarşılıqlı  səmimiyyətlərini 
ortaya qoymaqda idi. 
Kərəc,  Tehranın  qırx  ağaclığında  və  eyni  adlı  bir  çayın  kənarında 
yerləşmişdi. Fətəli Şah səltənətinin ilk illərində burada böyük bir şəhər yapdırmaq 
istəmişdi.  Lakin  sonradan  bu  istəyindən  vaz  keçmişdi.  Bu  gün  Kərəcdə  Qacar 
dönəminə  aid  olan  əsərlərdən  sadəcə,  Süleymaniyyə  sarayının  qalıqları 
qalmaqdadır. 
Süleymaniyyəyə  çatdıqlarında  Abbas  Mirzə  çox  dalğın  görünürdü.  Ker 
Porter,  Abbas  Mirzənin  belə  əndişəli  görünməsinin  səbəbini  Doktor  Dulafusdan 
sorur.  Məlum  olur  ki,  Şahzadənin  əndişəli  görünməsinə  səbəb  olan  onun  özəl 
həkimi  Doktor  Kəmpilin  ağır  xəstə  oluşu  imiş.  Bir  neçə  Doğu  dillərini  bilən 
Doktor Kəmpil ağır xəstələnmiş və ölüm yatağında yatmaqda idi. Doktor Dulafus 
və Ker Porter Kəmpili yaxından görüb halını bilmək üçün onun ziyarətinə getdilər. 
                                                           
*
 Xəmsə Əraka yaxın kiçik bir əyalət idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə