Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

51 
 
qalmışdı.  Bu  anlaşmaya  görə  Qacar  dövləti  Arazın  quzeyindəki  torpaqlardan  vaz 
keçir və  Bakı,  Gəncə, Dərbənd, Şirvan, Qarabağ ruslara  verilirdi.  Eləcə  də  Qacar 
dövləti Gürcüstanın işlərinə qarışmamağı üzərinə götürürdü. 
 
REFORMĠST ABBAS MĠRZƏ 
 
GĠRĠġ 
 
1815-ci  ildən  etibarən,  yəni  Napoleonun  tarix  səhnəsindən  dışlanmasından 
sonra,  artıq  İngiltərə  Hindistan  müstəmləkəsi  haqda  heç  bir  əndişəyə 
qapılmamaqda  idi.  Bu  üzdən  də  Qacariyyə  İngiltərə  üçün  əski  önəmini  itirmişdi. 
Napoleonun  Qacariyyəni  üs  kimi  kullanıb  və  Hindistana  həmlə  edəcəyi  daima 
İngiltərəni  rahatsız  etməkdə  idi.  Bu  səbəbdən  də  İngiltərə  Qacariyyə  ilə  ittifaqa 
önəm  verir  və  onu  Fransanın  müttəfıqi  olmaqdan  kənar  tutmağa  çalışırdı. 
Napoleonun  Fransadakı  siyasi  həyatına  son  verilməsi  Azərbaycanın  da  aqibətini 
olumsuz yöndə etkiləməkdə idi. 
Hindistandan  arxayın  olan  İngiltərə  başqa  yerlərə  göz  tikməyə  başlamışdı. 
İngiltərə  Hindistan  kimi  zəngin  ekonomik  qaynaqlı  ölkəni  qorumaq  üçün  onun 
ətrafındakı  əraziləri  də  işğal  etmək  istəyirdi.  Bu  şəkildə  gələcəkdə  də  Hindistanı 
hər  hansı  bir  gücün  qarşısında  onun  sınırlarının  çox  ötəsində  qorumuş  olurdu.  Bu 
üzdən də Xorasanın böyük bir bölümünü işğal etməyi planlayırdı. 
Bu  arada  İngiltərənin  Qacariyyəyə  qarşı  laqeydliyi  Rusiyanın  işğalçılıq 
meylini daha  da  artırmışdı.  Bu səbəbdən də  Abbas  Mirzə  istəməsə  belə,  İngiltərə 
ilə  olan  anlaşmaların  ayaqda  durmasından,  keçərliliyini  qorumasından  yana  idi. 
Özəlliklə  Hind ordusunda  görəv  yapmış ingilis zabitləri öz  yanında  bulundurmaq 
istəyirdi.  Ancaq  İngiltərə  Abbas  Mirzənin  bu  istəklərinə  soyuq  yanaşırdı,  çünkü 
anlaşmada  üzərinə  götürdüyü  maddələri  həyata  keçirməmək  istəyirdi.  İngiltərə 
Qacariyyə ilə bağladığı müqavilədən boyun qaçırmağa çalışırdı. O sıralarda Rusiya 
imperatoru  Aleksandr  Qacariyyə  ilə  savaş  planlarını  tasarlamaqda  idi.  Qafqazın 
hakimi  general  Yermolov  da  Qacariyyəyə  qarşı  bəzi  sınır  təxribatı  yapmaqda  idi. 
Özəlliklə Abbas Mirzənin reformları Yermolovu çox qızdırmaqda idi. Savaş 1826-
cı  ildən  öncə  başlamayacaqdı.  Bu  illər  ərzində  Abbas  Mirzə  bəzi  reformlarını 
həyata  keçirməklə  uğraşdı.  Sadəcə,  1821-1823-cü  illəri  arasında  Osmanlı  ilə  olan 
bəzi anlaşmazlıqlar onun reform hərəkətini əngəlləmişdi. 
 
REFORMĠST ABBAS MĠRZƏ 
 
“Padşahın ikinci oğlu Abbas Mirzə İngiltərənin yardımı ilə uğurlu islahatlar 
həyata  keçirməkdədir.  Yüksək  orqanizasionlu  birliklər  oluşdurmuşdur.  Topxanası 
qüsursuzdur  və  böyük  bir  sürətlə  də  gəlişməkdədir.  Təbrizdə  bir  dəmir  əritmə 
mərkəzi  yapdırmışdır.  Ayrıca  bir  silah  ürətim  mərkəzi  də  çalışmaqdadır.  Savaş 


52 
 
qalaları  Avropa  modelinə  uyğun  yapılmaqdadır.  Azərbaycanın  mədənlərini 
kullanıma  hazır  etmişdir.  Abbas  Mirzə  atasının  xəsisliyi  üzündən  maddi  basqı 
altındadır. Ancaq özü sadə yaşamı tərcih etdiyi üçün şəxsi gəlirinin çoxunu orduya 
və başqa sosial xidmətlərə həsr etməkdədir...” 
Bu sözləri yazan davam edir: 
“Reformlar  davam  edir.  Belə  getsə  yaxın  gələcəkdə  Qacar  dövləti  Avropa 
piyadələri  səviyyəsində  hərbi  orqanizasiyon  oluşduracaq”
29
.  Bu  raportu  yazan 
Abbas Mirzənin dostudurmu, əcəba? 
Əksinə,  bu  raportu  yazan  Abbas  Mirzənin  düşməni  və  Qafqazın  hakimi 
General  Yermolovdur.  Qacar  dövlətinin  özünü  savuna  bilməsini  mümkün  edəcək 
bu  reformlar  Yermolovu  rahatsız  etməkdə  idi.  Yermolov  bu  reform  sürəcini 
durdurmaq  üçün  Abbas  Mirzənin  düşmən  qardaşı  Məhəmmədəli  Mirzə 
(Dövlətşahi)  ilə  ilişkiyə  girməyi  düşündü.  Məhəmmədəli  Mirzə  yaxşının  pisin 
fərqinə varmadan Abbas Mirzəyə qarşı düşmənçilik edirdi. Nə olursa olsun Abbas 
Mirzənin  bütün  hərəkətlərinə  qarşı  idi.  Dövlətşahi  Abbas  Mirzənin  yenilikçi 
tutumunu  sevməyən  bütün  din  adamlarını,  narazı  xanları  öz  ətrafına  toplamış  və 
Qacar soyuna  mənsubiyyət duyğusundan da daha üstün hədəf təqib edirdi. Çünkü 
bu duyğudan  yola  çıxacaq olsaydı,  Qacar soyundan olmayan xanları  və  mollaları 
öz müttəfiqinə dönüşdürə bilməzdi. 
Abbas  Mirzənin  şahzadəlik  məsələsi  Ağaməhəmməd  Xan  Qacardan  miras 
qalan Qacar Yasasına görə dəyişilməz bir durum olduğu üçün Yermolovun Abbas 
Mirzəni  devirmə  planları  baş  tutmurdu.  Əyyaşlıqla  və  digər  bu  kimi  zövqlərlə 
başını  qatmış  yaşlı  Fətəli  Şah  isə  ölümündən  sonra  nə  olacağı  haqda  heç 
düşünmürdü. Dövlətinin özündən sonrakı taleyi ilə ilgili bir planı yox idi. Bəziləri 
belə söyləyirdilər ki, Şah, “tac-taxt onu əldə edə bilənin olacaqdır”, - demişdir. Şah 
artıq çox yaşlanmışdı və  hər an ölə bilərdi. Bu da Rusiyanı çox rahatsız etməkdə 
idi.  Çünkü  Şahın  ölümündən  sonra  Abbas  Mirzə  tac-taxta  sahib  olsaydı,  durum 
dəyişilə  bilərdi.  Abbas  Mirzə  ölkənin  digər  yerlərində  olan,  özəlliklə  də 
Məhəmmədəli  Mirzənin  əmrindəki  ordunu  da  Rusiya  ilə  savaşa  sövq  edib,  əldən 
gedən  torpaqları  geri  qaytara  bilərdi.  Yermolov  bütün  bu  oluşumu  əngəlləmək 
üçün  bir  plan  gəlişdirmişdi.  Plana  görə  Rusiyanın  Gürcüstanda  olan  birlikləri 
İrəvanı işğal edəcəkdi. Bu işğalı durdurmaq üçün Abbas Mirzə birliklərini savaşa 
sövq  etmək  məcburiyyətində  qalacaqdı.  Bu  fürsətdən  istifadə  edərək  başkəndə 
dönüş  yolunu  qapatacaqdı  və  digər  tərəfdən,  də  Məhəmmədəli  Mirzənin  şahlığa 
gedən  yolunu  din  xadimlərinin  və  digər  Abbas  Mirzə  düşmənlərinin  yardımı  ilə 
açacaqdı.  Yermolov  Abbas  Mirzədən  birdəfəlik  qurtulmaq  üçün  belə  bir  plan 
tasarlamışdı.
30
 
                                                           
29
 Marşal Prens Paskeviç, müəllif: Prens  Esçer Batov, Sanpetersburq, 1890. 
30
 Eyni qaynaq. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə