Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

47 
 
Morieri qəbul etmiş. Abbas Mirzə çadırda bir keçə üstündə oturmuşdu. James daxil 
oldu  və  əlindəki  diplomat  çantasını  açdı.  Bu  çanta  içində  Şahzadənin  gözü 
Osmanlı-Rusiya  anlaşması  adında  bir  sənədi  müşahidə  etdi.  Abbas  Mirzə 
yardımçısı Heydərəliyə dışarıya çıxmasını işarə etdi. Bu sənədləri diqqətlə oxumaq 
istəyirdi. James həm də Robert Qordanın yazdığı bir məktubu da Şahzadəyə verdi. 
Bu  məktubda  qeyd  olunurdu  ki,  o,  Qarabağa,  Gəncəyə,  Şuşaya  getməyi  də 
başarmış  və  rusların  bu  bölgədəki  durumları  haqda  bilgi  əldə  edə  bilmişdir.  Bu 
arada  Şahzadə  bağırmış  ki,  “Rusları  mən  tanıyıram,  elə  davranarlar  ki, 
olduqlarından  daha  güclü  görünsünlər,  insanları  şaşırdıb  özlərini  güclü 
göstərsinlər”
26

*** 
Temmuz  ayının  sonlarında  Şahzadə  bölgənin  durumu  ilə  ilgili  dəqiq  bilgi 
əldə  edə  bilmişdi.  Bu  bilgiyə  görə  Qarabağın  bəzi  bölgələrini  işğal  edən  General 
Kutlerovski  Lənkəranı  işğal  etmək  istəyirdi.  Bir  neçə  ay  öncə  Lənkəran  Abbas 
Mirzənin  birlikləri  tərəfindən  ruslardan  geri  alınmışdı.  Bu  üzdən  də  Şahzadə, 
ordusunu  Arazın  sahillərinə  doğru  sövq  etməyə  başladı.  Ağtəpə  adında  bir  yerdə 
oturaq saldı. İngilis səfiri bilirdi ki, Abbas Mirzənin keçən bahardakı kiçik zəfərləri 
onu məğrur etmiş və yeni savaş üçün can atmaqdadır. Səfir Tehrana gedib bir sürə 
qaldıqdan  sonra  təkrar  Şahzadəni  görmək  üçün  Ağtəpəyə  gəldi.  Abbas  Mirzənin 
ordusunun içində  ingilis zabitlər də  görəv almaqdaydı.  İngilis  səfirliyinə  ayrılmış 
çadırlar ordunun yerləşdiyi yerdən iki ağac uzaqda idi. Səfir Ağtəpədə bulunduğu 
müddət içində Şahzadənin diqqətini inzibati məsələlərə yönəltməyə çalışdı. Orduda 
modern  hiyerarşinin  olmasının  vacibliyi  üzərinə  deyindi.  Abbas  Mirzə  diqqətlə 
qulaq  asır  və  etirazı  olduğu  yerlərdə  də  susaraq  dinləməyi  tərcih  edirdi.  Ser  Qor 
Ozli Şahzadəni bir rus elçisini Ağtəpədə qəbul etməyə ikna etdi. Bu elçi General 
Verdov idi. O, sülh müzakirəsinin ayrıntıları haqda Şahzadə ilə danışacaqdı. Abbas 
Mirzə Verdovun gəlməsini qəbul etsə də, ancaq içindəki  məxfi etirazları  üzündən 
oxunmaqda idi. Görüş baş tutdu. Ancaq bu görüşdə Verdov Qacariyyə tərəfindən 
uyqulanan  protokola  təslim  olmayacağını  duyurdu.  Məsələn,  Abbas  Mirzə  ilə 
görüşdə çəkmələrini çıxarmayacağını bildirdi. Buna qarşılıq olaraq Abbas Mirzə də 
onu  qarşılamaq  üçün  heç  bir  şey  etmədi.  Gərgin  bir  ortamda  təsirsiz  sözlər 
danışılırdı. Verdov getdikdən sonra Abbas Mirzə çox qızdı və protokolu hazırlayan 
öz  xidmətçisini  suçlu  bildi.  Ona  əlli  zərbə  şallaq  vurulmasına  əmr  etdi.  Abbas 
Mirzənin  yaxınları  bu  günə  qədər  onun  bu  şəkildə  davranmasına  şahid 
olmamışdılar. Ancaq ruslar  tərəfindən hazırlanan barış planı onu çox qızdırmışdı. 
Həm  Rusiya,  həm  İngiltərə  və  həm  də  Tehran  Şahzadəni  bu  barış  andlaşmasını 
imzalamağa məcbur edirdi. 
                                                           
26
 James Morier, “İkinci səfər”. 
 


48 
 
İlkin  müzakirə  başladığı  üçün  İngiltərə  bunun  davam  etməsini  istəyirdi. 
Lakin  nə  Abbas  Mirzə,  nə  də  rus  Generalı  Arazı  keçib  digərinin  yanına  getmək 
istəmirdilər.  Bu  üzdən  də  heyətlərin  danışıqları  aparması  planlaşdırıldı.  Şahzadə 
heyətini  Qaimməqam  təmsil  edirdi.  Ser  Qor  Ozlini  də  James  Morier  təmsil 
etməkdə  idi.  Yaşlı  vəzir  xeyli  söhbətdən  sonra  gördü  ki,  anlaşmaq  çox  çətin 
məsələdir.  Çünkü  rusların  torpaq  tələbi  istəklərinə  Abbas  Mirzə  kəsinliklə  rədd 
cavabı  verməkdə  idi.  Morier  yazır  ki,  durumun  belə  olduğunu  görən  vəzir 
Qaimməqam təklif etdi ki  şirin şərbət  yerinə acı qəhvə  versinlər.  Abbas  Mirzənin 
heyəti geri döndükdən sonra hər kəsi bir tür əsəbilik sarmışdı. O anda ingilis səfiri 
ölkəsinin  Rusiya  ilə  bağladığı  sülh  müqaviləsindən  xəbər  tutmuşdu.  Bu  da 
İngiltərənin Qacar dövlətini Rusiya qarşısında savunmayacağı anlamında idi. Səfir 
açıq  şəkildə  Abbas  Mirzəyə  dedi  ki,  Rusiyaya  qarşı  keçirəcəyiniz  hər  hansı  bir 
hərbi əməliyyatda ingilis zabitləri iştirak etməyəcək. İki ingilis albayı (albay Lindsi 
və  albay  Kristi)  Abbas  Mirzənin  yanında  qalmaq  üçün  Böyük  Elçidən  istəkdə 
bulunmuşlar.  Bəziləri  bu  iki  albayın  belə  davranmalarını  onların  görəv  sürəsi 
içində aldıqları yüksək maaşa bağlayırlar. Albay (polkovnik) Kristi Azərbaycanda 
güləş yarışlarına qatılırkən güləşdiyi adamın ölümünə səbəb olmuşdu. Lakin ölən 
adamın  ailəsinə  hər  tür  yardım  etmişdi  ki,  bəlkə  günahını  yuya  bilsin.  Bu  iki 
albayın  dışında  ingilis  heyəti  səfirlə  bərabər  Ağtəpəni  tərk  etdilər.  Səfir  bu  iki 
albayın qalmasına nədən izn vermiş əcəba? Bəlkə Rusiya-İngiltərə arasındakı barış 
anlaşmasından tam əmin olmadığına görə imiş. Bəlli deyil. Lakin bilinən o ki, səfir 
Rusiyanın  Xəzərdəki  donanmalarının  komandanı  Vezlaqov  tərəfindən  barış 
anlaşması haqda dəqiq bilgi əldə etmişdi. 
*** 
Abbas  Mirzə  çox  gərgin  ruh  halları  keçirməkdə  idi.  Ser  Qor  Ozlinin 
davranışı onu çox incitmişdi. Bu üzdən mədəniyyətlərinə və texnolojilərinə heyran 
qaldığı  batılılarla  dostluq  mümkün  deyildir  düşüncəsinə  varmışdı.  Abbas  Mirzə 
Böyük  Elçinin  söylədiyi  çağdaş  hiyerarşi  və  gizlilik  haqqındakı  sözlərini 
xatırlayırdı.  Abbas  Mirzə  öz  qüsurunu  etiraf  edirdi.  Bütün  hücumları  haqqında 
nədən ruslar öncədən bilgili olduqları haqqında özünü suçlayırdı. Abbas Mirzə çox 
önəmli  kəşfiyyat  və  həmlə  toplantılarına  gərəkdiyindən  artıq  adam  toplayırdı. 
Dışarıya  sızan  bilgilər  ruslara  çatırdı.  Həmlələr  olmadan  öncə  ruslar  bütün 
alayların  komutanları  haqqında  bilgi  əldə  edə  bilirdi.  Abbas  Mirzə  böyük  bir 
təərrüz  edəcəyini  gizlətmirdi.  Çünkü  bu  böyük  hücum  və  savaş  duyğusu  orduya 
moral verməkdə idi. 
General Kutlerovski casusları vasitəsi ilə Abbas Mirzənin ordusu haqda hər 
tür  veriləri  dəyərləndirmiş,  oktyabrın  31-də  çaydan  keçərək  Abbas  Mirzənin 
ordusunu basmış və çox qısa  sürə içində iki tərəfdən ordunu mühasirəyə almışdı. 
Kutlerovskinin bu gözlənilməz həmləsi haqda bir-biri ilə uyğun gəlməyən müxtəlif 
rəvayətlər  söylənməkdədir.  Qacar  vaqiənəvisləri  həmləni  qəfil  bir  hücum  olaraq 
yazmışlar.  Lakin  ingilis  şahidləri  başqa  tür  bilgi  verməkdədi.  Şahzadənin  özəl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə