Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

41 
 
Şahzadə  hələ  diplomasinin  incəlikləri  haqda  bilgi  sahibi  deyildi.  Harda  öz 
istəyini  gizlin  saxlayıb  və  harda  açıq  tərzdə  deməsi  haqda  hələ  təcrübə  əldə 
etməmişdi.  Bu  səbəbdən  də  Azərbaycanın  bir  bölümündən  vaz  keçməsini  istəyən 
Qudeviçin  məktubunu cırıb,  o şəkildə  də  atasına  göndərdi.  Lakin  nə  olursa  olsun 
barışın  sağlanmasından  yana  olan  General  Gardan  kağızın  cırıqlarını  bir-birinə 
yapışdırıb,  oxunar  hala  gətirib  və  Şaha  çatmasını  sağladı.  General  Gardan, 
Qudeviçə  çox  nəzakətli  biçimdə  bir  məktub  yazaraq  qeyd  etdi  ki,  Fətəli  Şahın 
Fransanın  müttəfiqi  olması  unudulmamalıdır.  Bu  səbəbdən  də  Qacar  dövlətinə 
qarşı  Rusiyanın  genış  çaplı  hərbi  əməliyyatı  Napoleon  tərəfindən  xoşgörü  ilə 
qarşılanmayacaqdır.  Gardan  məktubunu  Qudeviçə  göndərmədən  əvvəl  Abbas 
Mirzəyə bir çapar göndərdi və onun barışa qarşı heç bir davranışda bulunmamasını 
rica  etdi.  Bu  arada  Şahzadə  əsas  hərbi  üssü  olan  Xoya  çəkilmişdi.  Abbas  Mirzə 
burada  savaş  üçün  hazırlıq  işləri  görürdü.  Ancaq  atası  ona  bir  məktub  yazaraq 
Xoydan  kənara  çıxmaması  konusunda  onu  uyardı.  Gardan,  Şahın  barışdan  yana 
olmasını  dəstəkləyirdi.  Çünkü  ona  görə  Qacar  ordusu  hələ  gərəkən  səviyyədə 
eyitilməmiş  və  savaş  çıxacağı  təqdirdə  ruslara  qarşı  başarılı  ola  bilməyəcəyi 
qənaətində idi. Abbas Mirzə bütün hallarda atasının əmrini yerinə gətirirdi. Bu, öz 
iradəsinə və istəyinə qarşı olsa belə yenə də atasından gələn əmri tətbiq edirdi. 
Şahzadənin müdaxiləsi olmadan savaş başladı. Bir il öncədən İrəvana hakim 
təyin  edilən  Hüseyn  Xanın  ordusu  ruslar  tərəfindən  saldırıya  uğradı.  Sonra  da 
ruslar İrəvanın yaxınlığında bir kəndi işğal etdilər. Savaş yanlısı olan Abbas Mirzə 
üçün artıq savaşa başlama bəhanəsi yaranmışdı. Atasına xəbər göndərdi ki, Xoydan 
Araza doğru hərəkətə başlamış və Naxçıvanda yerləşməyi planlamışdır. 
Eyni  zamanda  Tehrana  xəbər  gəldi  ki,  Sent  James  sarayının  fövqəladə 
nümayəndəsi Ser Ford Conzlərigz Buşəhrə gəlmişdir. Bu adam 20 il öncə bütün öz 
şərqşünaslıq bilgilərini və var-dövlətini ölkəsinin ixtiyarına buraxmışdı. 20 il əvvəl 
Zəndiyyə  əmirləri  tərəfindən  səmimiyyətlə  qəbul  edilmiş  və  İngiltərənin  Bəsrə 
körfəzində ticarət mərkəzləri açma istəyi yönündə başarılı işlər
 
görmüşdü. O, sakit 
və səbirli xasiyyəti dolayısıyla Con Molkolmdan çox fərqlənirdi. 
Bir  çox  əyalət  xanları  Şahın  İngiltərə  ilə  isti  münasibət  qurmasından 
yanaydılar. Hərbi savunma işlərindən məsul olan İsmayıl bəy bu konuda ən önəmli 
şəxsiyyətlərdən idi. İnsanı şaşırdan hadisələrdən birisi də budur ki, Fransaya qarşı 
müxalifət edənlərin içində Rzaquluxan da görünməkdədir. Bu şəxs Finknayştaynda 
Qacar  dövlətini  təmsil  etməkdə  idi.  Orada  buna  ən  yüksək  düzeydə  hörmət 
göstərilmiş,  Napoleon  tərəfindən  qəbul  edilmişdi.  Şah  qəti  qərarını  vermiş  və 
İngiltərə elçisinin Tehrana gəlişini qəbul etmişdi. 
*** 
Talehin axarı Birincı Napoleonu öz arxasınca sürükləməkdə idi. Fransanın 
siyasi  həyatında böyük çalxantılar  meydana çıxmaqda idi. Bu üzdən də Napoleon 
sadəcə, müttəfiqliklə ilgili məsuliyyətini deyil, həm də çox uzaqlarda xidmət edən 
fransız  yetkililərini,  elçiləri  də  düşünəməz  duruma  gətirmişdi.  Gardan  heyətinin 


42 
 
son həftələri çox kədərli oldu. Baxmayaraq ki, General özünü Fətəli Şah qarşısında 
suçlu kimi hiss edirdi, lakin öz imperatorunu savunmaqdan da geri qalmırdı. Bütün 
gücünü ittifaqın dağılmaması üçün səfərbər etmişdi. Noyabrın sonlarında Gardanın 
istəyi  üzərinə  İsfahanda  yapılmış  30  top  arabasını  Tehrana  gətirdilər.  Gardan  hər 
olasılığa  görə  bu  top  arabaların  Şahın  rəqiblərinin  əlində  qalmamasını  istəyirdi. 
Tehranın darvazlarına yaxınlaşanda topların mühəndisi yarbay Faviye toplara atəş 
əmri  verdi.  Gardan  heyəti,  saraydakıların  Qacariyyənin  məhsulu  olan  top 
atəşlərinin  səsini  duyduqlarında  sevinəcəklərini  sanmışdı.  Lakin  heç  bir  təqdirlə 
qarşılaşmadan böyük bir etinasızlıq içində şəhərə daxil oldular. 
Azərbaycandan  çox  ümüdsüz  xəbərlər  gəlməkdə  idi.  Bir  neçə  kəndi  işğal 
edən  Qudeviç  İrəvanı  mühasirə  etməyə  hazırlaşırdı.  Lakin  İrəvanın  fransızlar 
tərəfindən  ciddi  savunma  sistemi  ilə  donatıldığını  duyub,  bu  işdən  vaz  keçmişdi. 
Bir  neçə  kiçik  savaşlar  Qacarların  xeyrinə  başa  çatmış,  bir  neçə  kəsik  Rus  başı 
Şaha  hədiyyə  olaraq  göndərilmişdi.  Şah  da  bundan  çox  sevinmişdi.  Fransızların 
hərbi  bəsirətləri  üzündən  rusların  İrəvana  girə  bilməmələri  bir  daha  Tehranda 
Gardan  heyətinə  sempati  yaratmağa  başlamışdı.  Noyabrın  sonlarında  xəbər  gəldi 
ki,  Naxçıvan  civarında  böyük  bir  savaş  başlamış  və  burada  Şahzadə  özü 
komandanlığı yürütmüşdür. Abbas Mirzə ilə bağlı savaş xəttindən gələn bir xəbər 
Şahı  çox  narahat  etmişdi.  Gələn  xəbərlərə  görə  Şahzadə  öz  canını  qorumamaqda 
imiş.  Şahzadənin  atına  güllə  isabət  edir,  at  ölür  və  Şahzadə  piyadələrlə  bərabər 
hücuma  başlayır.  Bu  anda  Şahzadəyə  xəbər  gəlir  ki,  topxananın  komutanı 
öldürülmüşdür.  Ordunun  toplarının  susması  düşmənin  üstünlüyünə  səbəb 
olmuşdur.  Bu  vəziyyəti  görən  Şahzadə  özünü  topxanaya  çatdırmağı  başarmış  və 
topların komutanlığını öz üzərinə götürmüş, düşmən səngərlərini atəşə tutmuşdur. 
Sir Harford Conz Şirazdan Tehrana doğru gəlməkdə idi. Gardan, heyəti ilə 
bərabər  ölkəni  tərk  etmək  üçün  Şahdan  izn  istədi.  Şah  onlara  etdikləri  işlərindən 
dolayı təşəkkür edib və getmələri üçün izn verdi. Heyət 1809-cu il fevral ayının 17-
də  Tehranı  tərk  edib,  mart  ayının  9-da  Təbrizə  çatdı.  Fransa  heyətinin  ölkədən 
ayrılışı  Abbas  Mirzəni  çox  narahat  etmişdi.  Digər  tərəfdən,  İngiltərə  ilə  başlanan 
müzakirələrin  gedişini  diqqətlə  izləməkdə  idi.  Onların  nə  kimi  təkliflərlə 
gəldiklərini, nələr gətirdiklərini maraq edirdi. Abbas Mirzə Təbrizdə dost olduqları 
Fransa  heyətini  çox  böyük  hörmətlə  qarşıladı.  Onlar  Abbas  Mirzənin  surətindəki 
üzgünlüyü  açıqca  sezməkdəydilər.  Şahzadə  ordusunu  toplarla  donatmış  fransız 
heyətinin  ölkədən  ayrılışına  çox  üzülürdü.  Qısa  bir  sürə  Təbrizdə  qalan  Gardan 
heyəti Xoya doğru hərəkət etdi. 
Gardan  heyətinin  ayrılışı  ilə  Fransa  və  Qacariyyə  dostluğu  sarsılsa  da 
sonradan təkrar güclənəcəkdi. Bir sürə sonra daha mücəhhəz bir heyət Qacariyyəni 
ziyarət  edəcək  və  Qacariyyədə  savaş  və  hərbi  disiplinin  gəlişməsinə  yardımçı 
olacaqdılar. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə