Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   15   16   17   18   19   20   21   22   ...   68

39 
 
qaldığını  duyur  və  ordusunun  modernləşməsi  üçün  hər  bir  fədakarlığa  hazır 
olduğunu  göstərirdi.  Çünkü  Abbas  Mirzə  hiss  edirdi  ki,  ordusunun  mövcud 
səviyyəsi ilə Azərbaycanı rus ordusuna qarşı qoruya bilməyəcək.
 
Şübhəsiz ki, Gardanenin (Qardan) məmuriyyətinin ilk illəri Abbas Mirzənin 
ən  mutlu  illərindən  sayılırdı.  Savaş  texnikası  və  texnolojisi  ilə  bağlı  öyrəndiyi 
yeniliklər  onu  çox  mutlu  edirdi.  Abbas  Mirzə  ən  istedadlı  savaşçılarını  xəritə 
elmini  öyrənməklə  görəvləndirdi.  Özü  də  bu  xəritə  ilə  ilgili  dərslərə  qatılır  və 
böyük  bir  zövq  və  gələcəyə  olan  inancı  ilə  ordu  ınənsublarını  öyrənməyə  təşviq 
edirdi.  Ən yaxşı öyrənən və  gələcəyin hərbçi  öyrətmənləri olacaq olan zabitlərini 
ödülləndirirdi. Saatlarca yarbay Lamidən riyaziyyat öyrənirdi. 
Atəşkəsə  rəğmən  savaş  durumu  davam  etməkdə  idi.  Abbas  Mirzə  fransız 
dostları ilə Qarabağı, Ərdəbili və Aranı dolaşırdı. Bəzən Araz boyunca at çapırdılar 
və  səhər  erkəndən  Ağrı  dağının  zirvəsini  aydınladan  günəşi  seyr  edirdilər.  Bəzən 
də  Gölçə
*
  (Göyçə)  gölünün  ətrafında  istirahət  edirdilər.  Yalnız  bu  gəzintilər 
əyləncə  amacı  ilə  yapılmamaqda  idi.  Onlar  savaşın  savunma  və  hücum  yerlərini 
təsbit  edir,  topların  haralarda  yerləşəcəyini  dəqiqləşdirirdilər.  İrəvan  qalasının 
savunma sistemini gəlişdirirdilər. Bu arada Qacariyyəyə gələrkən yolda xəstələnib 
ölən  fransız  yarbay  Bernarın  Abbas  Mirzəni  yaxından  görmə  istəyini  də  zabitlər 
Şahzadəyə  söyləyirdilər.  Beləliklə  Abbas  Mirzə  ilə  fransız  hərb  uzmanları 
arasındakı  ilişkilər  gerçək  dostluq  münasibətlərinə  dönüşməkdə  idi.  Abbas  Mirzə 
Təbrizin  dışında  olan  fransız  uzmanlarla  da  ilgilənirdi.  1808-ci  ilin  yayının  son 
ayında  General  Gardane  bütün  heyəti  ilə  bərabər  Şahın  Sultaniyyədəki  ordusuna 
qatıldılar. Sultaniyyədə  yapılacaq olan  manevraya  böyük bir ordu qatılmaqda  idi. 
Bütün saray adamları və dövlət yetkililəri bu manevranı seyr etmək üçün gəlmiş və 
münasib yerlərdə çadır qurmuşdular, hər kəs öz yerini təsbit etmişdi. Qadınlar üçün 
ayrıca bir köşk nəzərdə tutulmuşdu. Şahın böyük köşkü gənc və gözəl xanımların 
rəsmləri  ilə  bərabər  savaş  səhnələri  ilə  də  süslənmişdi.  Ancaq  Şahın  sevdiyi 
mənsəb  sahibi  olan  oğullarının  rəsmləri  hər  yerdə  görünürdü.
23  
Bu  manevrada 
İsmayıl  bəy  adlı  bir  süvarinin  çox  sürətlə  hərəkət  etməsi  hər  kəsi  heyran 
qoymuşdu.  Abbas Mirzənin ordusunda  görəvli olan İsmayıl  bəy haqqında  fransız 
zabitlər  Fransaya  bilgi  vermişdilər.  Sultaniyyədəki  bu  göstəri  Qacar  ordusu 
tarixində ilk möhtəşəm və Qərb üsuluna uyğun manevra idi. 
O ilin baharında Baron Doverd adında  yarırəsmi bir elçi gəlmişdi. Bu elçi 
öncəki  il  Stipanovun  gətirdiyi  barış  anlaşmasını  təkrar  gətirmişdi.  General 
Gardanın  istəyi  üzərinə  onu  hörmətlə  qarşıladılar.  Abbas  Mirzənin  sərt  tutumu 
üzərinə  Gardan, Şaha  təklif  etdi ki,  bu  haqda  danışıqlar Parisdəki rus elçisi Kont 
                                                           
*
Qacar  dönəmi  qaynaqlarda  bu  göl  Gölçə  olaraq  yazılmaqdadır.  Bu  gün  bu  göl  Azərbaycan 
leksikonunda  Göyçə  olaraq tələffuz edilməkdədir.  Anlaşılan  odur ki,  Gölçə  səslətimi  (tələffüzü) daha 
doğrudur. “Gölçə”, yəni kiçik göl. Zamanla bu səslətim yerini Göyçə tələffüzünə buraxmışdır. (G.C). 
23
Bu şərhlər James Morier və Ker Purtere aiddir. 
 


40 
 
Tolstoy  ilə  o  zaman  Parisdə  bulunan  və  Qacar  dövlətini  təmsil  edən  Əsgərxan 
arasında yürüsün. Gardan Şaha təlqin edirdi ki, Qacariyyənin müttəfiqi olan Fransa 
imperatorluğunun  nəzarətində  yürüdülən  müzakirələr  pis  nəticə  verməz.  Şah, 
Gardanın  bu  təklifıni  bütünü  ilə  qəbul  etdi  və  qərara  alındı  ki,  bu  təklif  General 
Qudeviç vasitəsi ilə Sen-Petersburqa çatdırılsın. Petersburqdan cavab gələnə qədər 
atəşkəs haqqında da anlaşma sağlandı. 
Şahın  Fransa  imperatorluğuna  bağladığı  ümüdlərə  rəğmən  üfüq  qaranlıq 
görünməyə  başlamışdı.  Qacariyyə  ilə  ilgili  Fransadan  çox  az  xəbərlər  gəlirdi. 
Napoleon  başqa  savaşlara  hazırlaşırdı  və  Qacariyyəyə  ilgi  azalmışdı.  Digər 
tərəfdən,  Con  Molkolm  təkrar  Şahla  görüşmək  istəmişdi.  Lakin  General  Gardan 
onun Tehrana gəlməsinə etiraz etmiş və Şah da Fransa ilə olan münasibətlər uzun 
vədədə ölkənin yararınadır deyə onun etirazını qəbul etmişdi. Con Molkolm Şahın 
bu  davranışından  dolayı  Hindistanın  hökmranı  Lord  Mintodan  Bəsrə  körfəzinə 
hücum  və  Qəşəm  adasını  işğal  etməsini  istəmişdi.  Bu  xəbər  Şahı  çox  rahatsız 
etməyə  başladı.  Lakin  Napoleon  bu  adalarla  ilgili  planlar  hazırlamışdı.  Fransa 
imperatoru bu adaları Hindistana ordu yeritmək üçün üs kimi kullanmaq istəyirdi. 
Qacariyyənin  Parisdəki  nümayəndəsi  geri  döndükdən  bir  neçə  həftə  sonra 
gərgin  durum  yaranmışdı.  Gardan  heyəti  vəzirlərlə  olan  münasibətləri  vasitəsi  ilə  
Şahın  onlara  qarşı  qızğın  olduğunu  sezmişdi.  Başvəzir  Mirzə  Şəfi  daima  yumşaq 
və  dostca  davranışlarını  qoruyub  saxlayır,  Padşahın  da  sakin  olması  üçün  əlindən 
gələni  edirdi.  Bu  vəzirin  Fransa  heyəti  ilə  çox  xoş  davranması  üzündən  Gardan 
heyəti  ona  “Fransızların  atası”  ləqəbini  vermişdi.  Mirzə  Şəfi  əski  düşməni  Hacı 
İbrahim  Şirazinin  məktəbində  öyrənmişdi  ki,  daima  Hind  Kompaniyasından 
qorxub,  çəkinsin.  Çünkü  bütün  Hindistanı  və  qismən  də  Çini  ələ  keçirən  bu 
kompaniyanin arxasında İngiltərə xarici siyasəti və ordusunun olduğunu bilməkdə 
idi. Bu üzdən də necə olursa olsun sadəcə, ruslara qarşı deyil, həm də İngiltərəyə 
qarşı Fransa  ittifaqının ayaqda  durmasından  yana  idi.  Digər tərəfdən, Osmanlının 
Fransa  yetkililərinə  öz  torpaqlarından  gəliş-gediş  üçün  izn  verməməsi  də  Qacar 
dövlətinin  Fransa  ilə  irtibatını  çətinləşdirmişdi.  Çünkü  kürd  məsələsi  üzündən 
Bağdad paşası ilə aralarındakı anlaşmazlıq sürməkdə idi. 
Bu  ərəfədə  1808-ci  ilin  oktyabr  ayında  Rusiyadan  bəklənən  cavab  gəldi. 
General  Qudeviçin  elçisi  Tehrana  gəldi  və  Moskvanın  cavabını  Şaha  çatdırdı. 
Moskva, General Gardanın, danışıqlar elçilər vasitəsi ilə Parisdə yürüsün təklifini 
rədd etmişdi. Elçi bu mesajın yanı sıra Abbas Mirzəyə də Qudeviçin özəl mesajını 
gətirmiş və öncə Təbrizdən keçərkən bu mesajı Şahzadəyə vermişdi. Qudeviçin bu 
məktubu  bir  az  təhdidkar  üslubla  yazılmışdı.  Bu  da  Abbas  Mirzəni  çox 
əsəbiləşdirmişdi.  Bəlkə  də  Qafqazın  hökmdarı  Qacariyədə  olub-bitənlərdən 
xəbərdar  idi  və  bilirdi  ki,  Abbas  Mirzənin  iradəsinə  rəğmən  Şah  savaşdan  yana 
deyildir.  Şaha  görə  savaş  başlanacağı  təqdirdə  onun  büdcəsini  təmin  etmək  çətin 
olacaqdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə