Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   23   24   25   26   27   28   29   30   ...   68

55 
 
1805-1826-cı illər arasında o qədər səfir Tehrana və Təbrizə gəl-get etdi ki, 
onların  hamısının  adını  saymaq  yorğunluğa  səbəb  olar.  Lakin  bütün  bu  səfirlərin 
yazdığı  xatirələr,  Abbas  Mirzə  ilə  bağlı  verdikləri  bilgilər,  bizim,  Şahzadə 
haqqında  gerçək  məlumat  sahibi  olmamıza  yardımçı  olmaqdadır.  Bu  bilgilər  o 
dönəmin  özəlliyini,  Şahzadənin  xarakterini,  ideallarını  və  təsəvvürlərini  öyrənmə 
açısından  açar  rolu  oynamaqdadır.  Bu  arada  İngiltərə,  Rusiya,  Fransa  gizlin 
servislərinin  Qacariyyənin  gələcəyi  ilə  ilgili  olaraq  mərkəzi  kəşfiyyatlarına 
verdikləri  bilgilər  və  raportlar  diqqəti  cəlb  etməkdədir.  Hər  üç  dövlətin  gizlin 
kəşfiyyatlarının  raportlarına  görə  Abbas  Mirzə  padşah  olduqdan  sonra 
Qacariyyənin  başkəndi  Tehrandan  Təbrizə  daşınacaqmış.  Bunun  üçün  isə  bir  çox 
gerçək  verilərə  dayanan  məntiqi  dəyərləndirmələri  mövcud  idi:  1.  Abbas  Mirzə 
Təbrizlə  özdəşləşmişdir.  Öz  çevrəsini  Təbrizdə  qurmuşdur.  O,  artıq  bütün 
yardımçılarını  və  iqtidar  ekipini  Təbrizdə  oluşdurmuşdur  və  bu  ekipi  ilə  ölkə 
genəlində iqtidarını tətbiq etmək  istəyəcək. 2.  Abbas  Mirzə Təbrizin gəlişməsi ilə 
bağlı  çox  işlər  görmüşdür.  Bu  işləri  özünün  gələcək  başkəndi  olaraq  düşlədiyi 
şəhər üçün görməkdədir. 3. Fətəli Şahdan sonra şah olacaq Abbas  Mirzə üçün ən 
uyğun  iqtidar  mərkəzi  Təbriz  olaraq  görünməkdədir.  Çünkü  Təbriz  mərkəzli  bir 
iqtidar sahibi olan Abbas Mirzə həm rəqiblərini asanlıqla ortadan qaldıra bilər, həm 
də Azərbaycanda başlatdığı reformunu ölkə genəlinə daşıya bilər. 4. Abbas Mirzə 
özünü  Azərbaycana  çox  borclu  bilməkdədir.  Bu  borcluluğun  qarşılığı  olaraq 
başkəndi  Azərbaycana  daşımaq  kimi  gizlin  fikrini  söhbətləri  sırasında  sezmək 
mümkündür.  5.  Abbas  Mirzənin  Azərbaycanda  gerçəkləşdirdiyi  reformlar  səbəbi 
ilə  artıq  xarici  ölkələr  də  Təbrizə  gələcəyin  baş  kəndi  kimi  baxmaqdadırlar. 
Özəlliklə  dünyanın  böyük  gücləri  Təbrizi  başkənd  olaraq  görəcəklərinə  indidən 
alışmışlar.  Çünkü  onlara  görə  başkənd  Təbriz  olacağı  təqdirdə  bu  ölkə  ilə 
diplomatik  münasibətlərin  saxlanılması  daha  rahat  şəkildə  olacaqdır.  Təbrizdəki 
reformlar  səbəbi  ilə  bu  şəhər həm  Tehrandan,  həm  də  digər  şəhərlərdən  daha  çox 
Qərb  mədəniyyətinə  yaxınlaşmışdır.  Şəhərin  qərbləşməsi  üçün  altyapı  Abbas 
Mirzə  tərəfindən  hazırlanmışdır.  Bu  da  onun  başkənd  olması  ilə  ilgili  olaraq 
uluslararası baxışın və əfkar-i ümuminin sağlanması anlamındadır. 
Təbrizi  ziyarət  edən  bir  çox  səfirlər  Şahzadənin  yanında  həddi-buluğa 
çatmış  iki  oğlunu  və  bir  də  gənc  bir  qardaşını  görməkdələr.  Şahzadə  bu  gənc 
qardaşını öz oğulları qədər çox istəyirmiş. Məlik Qasim Mirzə adında olan Abbas 
Mirzənin  bu  qardaşı  sonralar  Urmunun  hakimi  olacaqdı.  Onun  haqqında  Kont  de 
Sers çox xoş sözlər söyləmişdir. Abbas Mirzə boş zamanlarını onlara həsr edir və 
təhsilləri  ilə  maraqlanır,  müəllimlərindən  bilgi  alırdı.  Abbas  Mirzənin  kiçik  oğlu 
Cahangir  Mirzə  atasına  bir  çox  səfərlərdə  eşlik  edir,  olayları  vaqeə-nevis  kimi 
qələmə alırdı. Ondan “Tarixe no (Yeni tarix)” adında bir kitab miras qalmışdır. 
Dağlıq kəndlərdə yaşayan kəndlilər belə, Şahzadənin istiqbalına varmaqdan 
çəkinmirdilər.  İngilis  diplomat  Ker  Porter  bir  kürd  qaçaqçılarının  başçısından 
eşitdiyi  sözləri  bu  şəkildə  qələmə  almaqdadır:  “Şahzadənin  əmniyyət  və  güvən 


56 
 
sağladığı  kənd  adamları  Şahzadə  keçərkən  bütün  ailələri  ilə  bir  yerdə  onun 
istiqbalına  varır  və  ona  dua  edirdilər.  Şahzadə  bu  yoxsul  kəndlilərdən  sovqat 
almağı  yasaqladığı  üçün  onlar  Şahzadəyə  yaşıl  yarpaq  verir,  yollarına  gül 
səpirdilər. Lakin elə bu kəndlilər bilsəydilər ki, Kirmanşahın hakimi bu tərəflərdən 
keçməkdədir, qorxularından ən qorxunc dərələrdə qaçıb gizlənərdilər”.
31
 
Kürdlər  xırman  vaxtı  gizləndikləri  yerlərdən  çıxıb  Azərbaycan  kəndlərinə 
hücum edib, talan edirdilər. Abbas Mirzə bunlarla həm silahlı savaşa girir, həm də 
bir  çox  kürdləri  başqa  yerlərə  köçürüb,  onlara  tarımla  uğraşmaları  üçün  torpaq 
verirdi.  Ancaq  hərbi  birliklərə  də  onlara  diqqət  etmələrini  əmr  etmişdi.  Urmu 
kəndlərini  kürd  qaçaqçılarının  yağmalamasından  qurtaran  Abbas  Mirzəyə 
Azərbaycanın  bu  bölgəsində  ayrıca  bir  sevgi  var  idi.  Bu  bölgələr  həm  də  Avşar 
soyunun  bol  olduğu  yer  idi.  Çox  məğrur  davranan  Avşarlara  Abbas  Mirzənin 
ehtiyacı var idi. Süvariliyi bir kültür olaraq ta qədimdən özləri ilə bərabər daşıyan 
Avşarlar  Abbas  Mirzənin  istəyinə  müsbət  cavab  verib  ordunun  süvarilər  qisminə 
qatılırdılar. Abbas Mirzənin çətin günlərində də bəlli oldu ki, Avşarlar ənənələrdən 
gələn ehtiraslarını öz içlərində boğaraq Şahzadənin islahatlarına qarşı çıxmamışlar. 
*** 
1817-ci  ildə  Qafqazın  hakimi  general  Yermolov  Qacariyyəyə  bir  elçi 
göndərmə  konusunda  mərkəzi  razı  sala  bildi.  Yermolov,  Qacar  dövləti  haqqında 
hər  kəsdən  daha  çox  bilgili  olduğunu  iddia  edirdi.  Bu  üzdən  də  Rusiyanın 
Qacariyyə  ilə  olan  ilişkilərini  ən  doğru  şəkildə  yürüdəcəyini  düşünürdü. 
Yermolovun  hədəfi  Qacariyyənin  Rusiya  ilə  sınır  şəhərlərində  konsulluq  açmaq 
idi. Digər tərəfdən, Rus ordusunun Mavəra-ün Nəhrə (Çay ötəsinə) hücum etməsi 
üçün  Xorasandan  keçməsi  haqda  Şahı  ikna  etmək  istəyirdi.  Lakin  Yermolovun 
gizlin  saxladığı  ən  mühüm  amacı  Osmanlıya  qarşı  Qacariyyə  ilə  ittifaqa  girmək 
istəməsi  idi.  Onun  heç  bir  istəyi  gerçəkləşmədi.  Şah  Osmanlıya  qarşı  Rusiya  ilə 
ittifaqa girmək istəmirdi, Abbas Mirzədə də belə bir istək yox idi. Digər tərəfdən, 
Rus  ordusunun  Xorasandan  keçməsinə  nə  Şah,  nə  də  Abbas  Mirzə  razı  oldular, 
çünkü ordunun buradan keçərkən bu torpaqları işğal etməyəcəyi konusunda heç bir 
qarant yox idi. Konsulluqların açılması isə bir sürə sonraya ertələndi. 
Yermolovun  Moris  Dukutezbov  adlı  çox  önəmsiz  bir  katibi  bu  səfəri 
ayrıntıları ilə qələmə almışdır. Bu katibin yazdığından anlaşılır ki, o, Yermolovla 
Şahzadə arasındakı düşmənlikdən xəbərsiz imiş. 
Rus heyətinin yolu İrəvandan keçməkdə idi. Bu heyət 1807-ci ildən etibarən 
İrəvan  əyalətinin  elbayı  olan  Hüseyn  Xan  Sərdar  vasitəsi  ilə  Qacar  dövləti  ilə 
təmasa girməkdə idi. 
Həm  Təbrizdə,  həm  də  Tehranda  Birinci  Aleksandrın  səfirini  böyük  bir 
istiqballa  qarşıladılar.  İstiqbalın  möhtəşəm  olmasının  ən  böyük  səbəbi  Qacar 
                                                           
31
 Ker Porter. “Travels in Georgia, Persia, etc. London.” 1821. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə