Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   31   32   33   34   35   36   37   38   ...   68

72 
 
savaşa  qatmışdı.  Buna  görə  də  sevinirdi.  Çünkü  onları  hər  zaman  savaşçı  olaraq 
görmək  istəmişdi.  Eyni  gün  bir  çapar  sürətlə  Ərdəbilə  varıb  və  Azərbaycan 
ordusunun  irəliləməsi  haqda  Şaha  bilgi  verdi.  Abbas  Mirzə  əsirlərlə  nə  qədər  xoş 
rəftar  etsə  də,  onların  Ərdəbilə  göndərilməsini  əngəlləyə  bilmədi.  Şah  əsirlərin 
Ərdəbilə göndərilməsini istəmişdi və yenə də onların başları kəsilə bilərdi. 
Abbas  Mirzə  rusların  buraxıb  qaçdıqları  iki  qəbzə  topu  gördüyündə  çox 
sevinmişdı. Mükəmməl imkanı olan bu topların ağzını düşmənə tərəf çevirdilər. 
Şahzadənin  ordusunun  bulunduğu  məkana  yaxın  bir  yerdə  Hacı  Bəylər
39
 
oturmaqda idi. Hacı Bəylər kiçik bir bölgənin xanı idi. Əslində onun sahib olduğu 
yer  İbrahim  Xanın  oğlu  Mehdiqulu  Xana  mənsub  idi.  Mehdiqulu  Xan  Təbrizə 
mühacirət etdikdən sonra Hacı Bəylər oranı qəsb etmişdi. Rusların yenilməzliyinə 
güvənərək  mühacir  xanların  ərazilərini  ələ  keçirib  və  ruslarla  iş  birliyi  yapan  bu 
xan Azərbaycan ordusunun qələbəsindən qorxuya düşmüşdü. Özəlliklə də Şeyx-ül 
Məlukun  xidmətində  olan  Mehdiqulu  Xan  qardaşları  ilə  birlikdə  öz  torpaqlarına 
geri  dönməkdəydilər.  Rusların  Qarabağdan  uzaqlaşmasını  görən  Hacı  Bəylər, 
Abbas  Mirzənin  yanında  bulunmaq  amacı  ilə  neçə  yüz  süvarisini  Şahzadəyə 
təqdim  etdi.  Özəlliklə  rus  əsir  əsgərlərinin  Ərdəbilə  göndərilməsini  öz  gözü  ilə 
gördüyü  üçün  bütün  ümidləri  suya  düşmüş  kimi  bir  halı  var  idi.  Hacı  Bəylər 
Mehdiqulu Xanın qarşısında özünü qorumaq üçün biricik qurtuluş yolu kimi Abbas 
Mirzəyə  yaxınlaşmağı  görürdü.  Abbas  Mirzə  də  Azərbaycan  ordusunun  ona  verə 
biləcəyi bilgilərə olan ehtiyacı nəzərə alaraq onunla sərt davranmadı. 
Şah, Şuşanın fəth edilməsi üçün əmr vermişdi. Ağaməhəmməd Xanın da bu 
şəhərdə ölməsi və ya öldürülməsi Şuşanın işğal edilməsi zordur fikrini yaratmışdı. 
Digər tərəfdən, Qarabağın açarı olan bu şəhərin fəthi Qacar dövləti üçün çox önəm 
daşımaqda  idi.  Ancaq geri çəkilən rus ordusunun da  bu şəhərdə  yerləşdiyi  xəbəri 
gəlirdi. Ruslar Şuşanı qorumaq üçün buraya böyük güc sövq etmişdi. 
Azərbaycan  ordusunun  Kərsidəki  qələbəsi  Şaha  çox  umutlar  təlqin  etməyə 
başlamışdı. Şah qarşıdan gələn qışı Şuşada keçirmək istəyirdi. Lakin Abbas Mirzə   
başqa  tür  düşünürdü.  O  öncə  Gəncəyə  hücum  etmək  istəyirdi.  1803-cü  ildən 
etibarən Cavad Xanın məğlubiyyətindən sonra rusların əlində olan Gəncədə böyük 
hərbi  güc  barınmaqda  idi.  Şahzadə,  Gəncənin  ələ  keçirilməsi
 
ilə  eyni  zamanda 
rusların  bölgədə  böyük  itkiyə  və  məğlubiyyətə  məruz  qalacağı  düşüncəsində  idi. 
Rusiya  Gəncədəki  hərbi  üs  vasitəsi  ilə  bütün  bölgələrə  yardım  göndərə  bilirdi. 
Abbas Mirzə bu şəhəri həmən ələ keçirmək istəyirdi. 
Şahzadənin  ağlından  keçəni  öyrənən  Hacı  Bəylər  iki  gün  boyunca  Abbas 
Mirzəni ikna etməyə çalışdı ki, Şuşanı almaq Gəncəni almaqdan daha rahatdır, indi 
Şuşanı savunacaq önəmli ordu yoxdur, ilk öncə Şuşanın alınması məsləhətdir deyə 
                                                           
39
Cahangir Mirzənin “Yeni Tarix” kitabında bu adamın adı Hacı Ağalarbəy olaraq keçər. 
 


73 
 
söylənib  durdu.  Hacı  Bəylər  Şuşa  sakinləri  ilə  də  təmasda  olduğunu  iddia  edirdi. 
Ona görə Şahzadə hücuma başladığında şəhərin içində də ayaqlanma olacaqmış.
40
 
Şahzadə  bir  tərəfdən  Şahın  iradəsi  üzrə,  digər  tərəfdən,  çevrəsinin  təlqini 
nədəni ilə öncə Şuşaya hücum etməklə razılaşdı. Ordu Şuşaya doğru hərəkət etdi. 
Şuşanın  mühasirəsinin  uzun  sürəcəyi  düşünüldüyü  üçün  böyük  sursat  və  ərzaq 
daşınmaqda  idi.  Heç  şübhəsiz  ki,  bu  hərəkətlilik  Şuşada  bulunan  rus  ordusunun 
gözündən qaçmırdı.  Günlər keçdi,  ancaq möhkəm qalalarla qorunan bu şəhərdəki 
ruslardan  Azərbaycan  ordusuna  qarşı  heç  bir  hərəkət  və  top  atəşi  görünmədi. 
Şahzadə  Şuşaya  hücum  etmək  üçün  tələsmirdi.  Düşünürdü  ki,  Şuşa  əhalisinin  də 
daxildə  uyğun  zamanda  ayaqlanması  şəhərin  fəthini  asanlaşdıracaqdır.  Bu 
səbəbdən də dayısı Əmir Xan Sərdarı gözləməkdə idi. Şuşanın fəthindən sonra ona 
qatılacaq  olan  dayısının  başçılığındakı  Xoydan  gələn  ordu  ilə  bərabər  Gəncəyə 
hücum etməyi planlamışdı. Böyük oğlunu səkkiz min
 
nəfərlik piyadənin sərkərdəsi 
olan  Əmir  Xanın  yardımçılığına  təyin  etdi.  İki  min  ordu  ilə  Şahzadəyə  qatılan 
Mərəndin  hakimi  Nəzərəli  Xana  Gəncəyə  hücum  etmək  üçün  hazır  bəkləməsinə 
əmr  etdi.  Ruslardan  qalmış  doqquz  qəbzə  topun  dərhal  təmir  edilib  işlərliyinin 
sağlanmasını istədi. 
Bu üç  kişini önəmli postlara təyin etməsi müxtəlif  səbəblər üzündən yaxşı 
nəticə  verməyəcəkdi.  Lakin  bu  sonuclar  haqda  Şahzadə  öncədən  təsbitdə 
bulunamazdı. Digər tərəfdən, tərcih ediləcək başqa güvəniləcək şəxslər yox idi. 
Hacı  Bəylərin  yaratdığı  Şuşa  əhalisinin  üsyan  umudu  yavaş-yavaş  suya 
düşürdü.  Əhalinin  ayaqlanma  məsələsindən  heç  əsər-əlamət  yox  idi.  Bu  üzdən 
Şahzadə  Şuşanın  tam  mühasirəsinin  gerçəkləşməsi  amacıyla  şəhərin  çevrəsində 
xəndək  qazılmasına  əmr  etdi.  Şeyx-ül  Məluk  Mirzə,  Yusif  Topçu,  Kəngərli 
qəbiləsinin  rəisi  Ehsan  Xan  cəbhənin  müxtəlif  yerlərində  bu  işlərdən  sorumlu 
idilər. 
Şahzadənin  çevrəsində  hər  kəs  zəfərdən  danışırdı.  Kərsi  savaşından  sonra 
rusların  savaşma  cəsarəti  olmayacağı  haqda  sözlər  dolaşırdı.  Mülkləri  Rusiyanın 
istilasında  qalmış  xanlar  bu  savaşa  daha  çox  ümid  bağlamışdılar.  Sərdar  Hüseyn 
Xan  və  İskəndər  Gürci  birlikdə  Qarakilsədə  və  Başaparanda  rusları  məğlub  edib 
geri  püskürtmüşdülər.  Rusların  etirafına  görə  Gürcüstanda  hər  an  ayaqlanma  baş 
verə bilərdi. Lənkəran təkrar fəth edilmişdi. Bakı sularında buğda yükü daşıyan iki 
gəmi ələ keçirilmişdi. Ancaq Gəncə hər an Şahzadənin fikrini məşğul etməkdə idi. 
Şahzadə bilirdi ki, Gəncə ələ keçirilməyənə qədər rusların böyük həmlə təhlükəsini 
gözləmək lazımdır. 
Cəbhədə  müxtəlif  şayiələr  gəzirdi.  Rusiya  imperatoru  bu  məğlubiyyətdən 
dolayı  çox  əsəbləşmiş  və  Yermolovu  görəvindən  almışdır.  Onun  yerinə  başqa  bir 
general təyin edilmişdir. Təzə Qafqaz hakimi imperatorun barış siyasətindən yana 
idi. 
                                                           
40
 Hacı Bəylər məsələsinə aid olan bölüm Cahangir Mirzənin “Yeni tarix” əsərindən alınmışdır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə