Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   27   28   29   30   31   32   33   34   ...   68

63 
 
parçası  olmuşdular.  1821-1822-ci  illər  arasında  Abbas  Mirzə  Osmanlı  ilə 
savaşarkən Baqratiyon ailəsinə mənsub başqa bir şahzadə də Abbas Mirzəyə gəlib 
və  onu  qəbul  etməsini  istədi.  Abbas  Mirzənin  duz-çörəyini  dadıb  və  onun  duz-
çörəyinə  sadiq  qalacağına  and  içdi.  O,  XII  Qeorgi  oğullarından  birisi  idi.  XII 
Qeorgi Gürcüstana hökm edən son əmir idi. Bu şahzadə Gürcüstanda ruslara qarşı 
dirənənlərə  qatılmış,  ancaq  bu  tür  mübarizə  ilə  o  böyük  və  qocaman 
imperatorluğun  geri  püskürtülməsinin  mümkün  olmayacağını  anlamış  və  ölkəsini 
tərk  edib  Təbrizə  yola  düşmüşdür.  Lakin  o  zaman  Qacariyyə  ilə  Rusiya  savaş 
halında  olmadıqları  üçün  bu  işini  gizlincə  görməkdə  idi.  Əlbəttə,  bu  şahzadə  bir 
çox  yandaşları  ilə  bərabər  gəlmişdi.  Hətta  sınırdan  keçərkən  ruslar  onların 
məğlubedilməz  və  vur-qaç  savaşının  uzmanları  olan  köçərilər  olduqlarını  sanmış 
və işləri olmamışdır. 
Bu gürcü şahzadəsinin öz kimliyini gizlin saxlamasının başqa bir səbəbi də 
var  idi.  O,  Gürcüstanda  qalan  övladını  öz  zəngin  mirasından  məhrum  etmək 
istəmirdi.  Çünkü  onun  Rusiyanın  ən  sevimsiz  düşməni  Abbas  Mirzənin  yanında 
olması  bəlli  olsaydı,  ruslar  dərhal  onun  mal  varlığına  əl  qoyacaqdı.  Bu  üzdən  də 
Azərbaycan  ordusuna  qatıldığında  Azərbaycanda  çox  yayğın  olan  və  bahadurluq 
anlamı daşıyan Laçın Xan ləqəbini almışdır. Laçın Xan bir tərəfdən Azərbaycanda 
yaşaya bilməsi üçün Abbas Mirzədən xahiş etmişdi ki, onun haqqında Fətəli Şahla 
danışsın, digər tərəfdən də kimliyinin açıqlanmaması üçün ricada bulunmuşdu. 
1823-cü  ilin  yayına  dönəlim.  Abbas  Mirzə  öz  ordusunu  Çobanoğlunda 
yerləşdirmişdi. Ancaq Abbas Mirzənin məktublarının incələnməsi ilə Çobanoğluna 
hakim  olan  rahatsızlıq  və  iztirablı  halları  anlamaq  mümkündür.  Abbas  Mirzə 
mənsəb  sahiblərini  çağırmış  və  bir  məşvərət  şurası  təşkil  etmişdi.  Casusların 
Osmanlı ordusu ilə  ilgili  gətirdiyi bilgilər dəyərləndirilirdi.  Bəzi  bilgilər çox aşırı 
səviyyədə  idi.  Guya  Ərzurum  paşası  yetmiş  minlik  ordu  və  yüz  qəbzə  topla 
hücuma hazırlaşırmış. Necə qərara gəlməli idilər? Sürətlə bölgədən uzaqlaşmalımı 
idilər,  yoxsa  çox  sayda  olan  Osmanlı  ordusuna  hücummu  etməli  idilər?  Şahzadə 
hücumdan yana idi. Ancaq mənsəb sahibi komutanların çoxu hücuma qarşıydılar. 
On  il  sonra  Abbas  Mirzə  yazdığı  məktubunda  hücumun  baş  tutmasında  Laçın 
Xanın  etkili  olduğunu  yazacaqdı:  “Laçın  Xan  malını,  cavan  oğlunu  fəda  edərək 
mənim  həyatımı  qurtardı.  Mənə  zəfər  şərəfi  qazandırdı”
34
 və  “Əgər  bircə  gün  gec
 
gəlsəydi  nə  mən  olacaqdım,  nə  sən,  nə  də  ölkəmiz”.
35
 Göründüyü  kimi,  bu 
məktublarda  Şahzadənin  dərin  kədəri  və  Laçın  Xanın  onun  uğrunda  nə  qədər 
fədakarca  davranması  hiss  edilməkdədir.  Abbas  Mirzə,  bütün  oğulları  və  gürcü 
yandaşları ilə bərabər savaşa qatılmaqda qərarlı olan və qarşılığında da heç bir şey 
istəməyən gürcü şahzadəsi ilə necə davranacağını bilmirdi. Bu gürcü şahzadəsinin 
yalnız  bircə  istəyi  var  ki,  əgər  bu  savaşda  öləcək  olursa,  adı  və  kimliyi 
                                                           
34
“Əhvəlat və dəst xətthaye Abbas Mirzə Qacar Naib-us Səltəne”. 
35
Eyni qaynaq. 


64 
 
açıqlanmasın.  Başqa  bir  istəyi  də  Abbas  Mirzənin  onu  süvarilərin  komandanı 
etməsi idi. 
Savaş sırasında Laçın Xanın oğlu Aleksandr Mirzə ölür. Oğlunun ölümünə 
şahid  olan  Laçın  Xan  savaşdan  geri  çəkilmir.  Abbas  Mirzə  məktubunda  yazır  ki, 
“yurdundan sürgün olmuş və  Çobanoğlunda  ölən bu gəncin ölümünə  bütün ordu, 
hətta atlar da ağlayırdı.”
36
 
*** 
Osmanlı  ilə  savaş  və  zəfər  Azərbaycan  ordusu  üçün  böyük  özünə  güvən 
sağlamışdı.  Şahzadə  bu  savaşdan  sonra  Azərbaycan  ordusuna  olan  güvənini 
bütünləşdirmişdi.  Abbas  Mirzə,  Ərzurum  barış  anlaşmasının  həmən 
imzalanmasından  yana  idi.  Tam  bu  sıralarda  on  iki  il  sonra  Şahzadənin  ölümünə 
səbəb  olacaq  xəstəlik  baş  qaldırmışdı.  Şahzadənin  oğlu  Cahangir  Mirzə  yazır  ki, 
Abbas  Mirzə,  onu  öldürəcək  xəstəliyin  ilk  bəlirtisini  Ərzurum  müqaviləsi 
ərəfəsində  hiss  etmişdir.  Heç  şübhəsiz  ki,  bu  xəstəlik  şahzadənin  çocuqluq  
zamanında  yaxalandığı,  lakin  Abbas  Mirzənin  güclü  iradəsi  hesabına  ram  edilmiş 
və sonradan təkrar baş qaldıran xəstəlik idi. 1810-1812-ci illər arasında Şahzadənin 
özəl həkimi doktor Karmək onu ölüm ayağına qədər gətirən bir xəstəlik haqqında 
bilgi  verməkdədir.  Bu  xəstəlik  zamanı  Şahzadə  altı  ay  ayağa  qalxa  bilməmişdir. 
Doktor  Karməkin  o  zamankı  diaqnozunda  Şahzadənin  sümük  vərəminə  tutulduğu   
qeyd olunmaqdadır. Eyni zamanda Şahzadənin qaraciyər xəstəliyi də var imiş. 
Cahangir  Mirzə  və  digər  ailə  üzvləri  öz  xatirələrində  Şahzadənin  bu 
xəstəliyə  yaxalanması  ilə  ilgili  dəqiq  zaman  bəlirtməməkdədirlər.  Verilən  bilgilər 
əsasında  bilmək  olmur  ki,  Şahzadə  Osmanlı-Qacar  savaşından  öncə,  yoxsa  sonra 
bu xəstəliyə yaxalanmışdır.
37
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                           
36
 Eyni qaynaq. 
37
 Şahzadə 1248 hicri qəməridə (1833) vəfat etmişdir. 
 


65 
 
 
 
BÖYÜK SINAQ 
 
GĠRĠġ 
 
Rusiyanın  Şərqə  doğru  genişləmə  siyasəti  gec-tez  Azərbaycan  ordusu  ilə 
yeni  savaşları  başladacaqdı.  1813-cü  ildə  Rusiyanın  üstünlüyü  ilə  imzalanan 
Gülüstan  andlaşması  sadəcə,  savaşın  müvəqqəti  olaraq  durmasına  səbəb  oldu. 
Ancaq 1825-ci ildə bu atəşkəs durumunu bir neçə il də ayaqda tutmaq mümkün idi. 
Savaşın  10-15  il  ertələnməsi  Şahzadənin  öz  reformlarını  Azərbaycanda  tam 
gerçəkləşdirə  bilməsi  üçün  bir  şans  idi.  Bu  üzdən  də  Şahzadə  barışdan  yana  idi. 
Baxmayaraq  ki,  Gülüstan  müqaviləsi  onun  qüruruna  toxunmuşdu,  lakin  yenə  də 
reformlar vasitəsi ilə güclənməyi tərcih etməkdə idi. 
1826-cı ildə İmperator Birinci Aleksandrın ölümü ilə barışın davam etməsi 
üçün  uyğun  ortam  yaranmışdı.  İmperatorun  gənc  qardaşı  Birinci  Nikolay  qanlı 
dekabr  günləri  olaraq  bilinən  böyük  çatışmadan  sonra  iqtidara  gəldi.  Rusiyanın 
yeni  imperatoru  ilk  çağlarda  savaşdan  yana  deyildi.  Özəlliklə  onun  iqtidara  gəlişi 
ilə  Yermolovun  Qafqazdan  geri  çağırılacağı  sanılırdı.  Çünkü  yeni  imperator 
Yermolovu  heç  sevmirdi.  Hətta  ölən  imperator  zamanında  da  Yermolov  Qafqaza 
hakim  olmasını  Arakçeyevə  borclu  idi.  Arakçeyev,  Birinci  Aleksandra  ən  yaxın 
olan dövlət adamı idi. 
Lakin zaman keçdikcə savaş qaçınılmaz bir
 
duruma  gəlməkdə  idi.  Həm  də 
elə bir ortamda savaş qoxusu gəlməyə başlamışdı ki, Qacar
 
dövlətinin dünyada heç 
bir müttəfiqi yox idi. 
 
BÖYÜK SINAQ 
 
1824-1825-ci  illərdə  Abbas  Mirzə,  Tehranda  ona  qarşı  yönəlmiş 
müxaliflərin  çox  gücləndiklərini  müşahidə  etməkdə  idi.  Digər  tərəfdən,  Gülüstan 
müqaviləsində  sınırlar  qəti  olaraq  bəlli  edilməmişdi.  Göyçayla  Ərdəbil  arası 
tampon (neytral) bölgə kimi nəzərdə tutulmuşdu. Bu da Abbas Mirzəni çox narahat 
edirdi.  Şahzadə  sınırların  bəlli  olmasını  istəyirdi.  Lakin  onun  bu  davranışı  öz-
özlüyündə daha güclü durumda olan Rusiyanın savaşı başlatması üçün bir bəhanə 
ola bilərdi. Şahzadə bunun fərqində idi. Abbas Mirzə bilirdi ki, ona qarşı şəxsi kin 
bəsləyən  Qafqaz  hakimi  ilə  müzakirəyə  başlamaq  çətin  məsələdir.  Abbas  Mirzə 
Gürcüstana  bir  heyət  göndərib  və  Rus  seçkinlərindən  sınır  məsələsini  həll  etmək 
üçün  sərhədə  gəlmələrini  istədi.  Şahzadənin  göndərdiyi  heyət  Tiflisdə  öncə 
tərəddüdlə qarşılandı. Bu üzdən də bir neçə həftə heç bir rəsmi şəxslə görüşmədən 
bəkləmək  məcburiyyətində  qaldı.  Şahzadə  Rusiyanın  bu  şəkildə  davranacağını   


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə