Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

68 
 
Şahzadə  durumu  bir  şəkildə  düzəltmək  zorunda  idi.  Bu  üzdən  də  Hüseyn 
Xanla rastlandığında öncə onun əhvalını çox ciddi şəkildə sordu. Sonra da Hüseyn 
Xanın gözləmədiyi bir  mövzudan söz açdı. Abbas  Mirzə bu ziyarətin səbəbini bir 
xeyir  iş  olaraq  açıqladı.  Vəliəhd,  Hüseyn  Xanın  qızını  qardaşı  oğullarından  biri 
olan Mustafaqulu Mirzəyə istədi. Şah soyu ilə qohum olmaq Hüseyn Xan üçün bir 
imtiyaz  idi.  Hüseyn  Xan  bu  olaydan  çox  mutlu  olmuşdu.  Bu  məsələdən  sonra 
Azərbaycanın güvənliyi haqqında danışmağa başladılar. 
Şahzadə,  Arazdan  keçib  yanındakılarla  bərabər  Təbrizə  yola  düşdü. 
Təbrizdə Rusiyanın nümayəndəsi Ambruje onun yolunu gözləməkdə idi. Ambruje 
Rusiyanın  konsulundan  Şahzadəyə  bir  məktub  gətirmişdi.  “Konsul”  sözü  ilk  kəz 
olaraq  eşidilməkdə  idi.  Konsul  məktub  vasitəsi  ilə  Birinci  Aleksandrın  ölümünü 
rəsmən Şahzadəyə bildirirdi. 
Abbas Mirzə bir neçə ay Xoyda qalmaq qərarına gəldi. Çünkü Azərbaycan 
ordusunun  ən  önəmli  hissələri  Xoyda  yerləşirdi.  Şahzadənin  oğulları  bütün  bu 
hərəkətlərdə  onunla  bərabərdilər.  Abbas  Mirzə  Xoyda  hiss  etdi  ki,  oğullarının 
təhsili  üçün  diqqətsiz  davranmışdır.  Bu  üzdən  Şahzadə,  dayısı  Əmir  Xan 
Sərdardan,  onun  çocuqlarına  dərs  verəcək  uyğun  birisini  tapmasını  istədi. 
Beləliklə, Hacı Mirzə Ağası müəllim olaraq Şahzadənin ailəsinə daxil oldu. Bu kişi 
vasitəsi  ilə  Abbas  Mirzənin  çocuqları,  xüsusən  Məhəmməd  Mirzə,  cəhalət 
qaranlığına sürüklənəcəkdi. Bu mövzu üzərinə, yəni şahzadələrin təlim-tərbiyəsi ilə 
bağlı Cahangir Mirzə “Tarix-e no” (yeni tarix) kitabında bilgi verməkdədir. 
Təkrar  yay  fəsli  gəldi.  Abbas  Mirzə  hər  zamankından  daha  tez  Şahın 
xidmətinə çağırıldı. 
Artıq əski gələnəklərə xas olan bir törən yox idi. Gözə çarpan, ancaq hərbi 
hazırlıqlar idi. Şah, imperatorluğun müxtəlif yerlərindəki qəbilələrin də başçılarını 
çağırmışdı. Bunlar da öz süvariləri ilə sanki gövdə göstərməyə gəlmişdilər. Bütün 
bu gəlmələr bir intizamsızlıq oluşdurmuşdu. Lakin bütün bu dəstələr geri çəkilib və 
qara  geyinmiş  əzadarlılara  yol  verirdilər.  Başkəndin  xəbərləri  ağızdan-ağıza 
dolaşırdı. İnsanlar sel  kimi Şah Abduləzimin ziyarətinə axın edirdi. Tehranla Şah 
Abduləzimin  arası  insan  axını  ilə  dolmuşdu.  Şah  savaşdan  yana  tavır  qoymağa 
təhrik edilmişdi, lakin Azərbaycan ordusuna gərəkən yardımı və büdcəni ayırmırdı. 
Azərbaycan  ordusunun  xərcini  təmin  etmək  ancaq  Azərbaycanın  öz  üzərinə 
düşürdü.  Şahda  etimadsızlıq  da  baş  qaldırmışdı.  Azərbaycan  ordusuna  nəzarət 
edəcək  yüksək  səviyyədə  təlim  görməmiş  bir  qrup  ayırmışdı.  Bu  inzibatsız  qrup 
Azərbaycan  ordusunun  savaş  yetənəyini  artırmaq  yerinə  öz  yersiz  və  yetərsiz 
əməlləri,  müdaxilələri  ilə  azaldırdı.  Durumu  bu  şəkildə  görən  Abbas  Mirzənin 
xəyalları qaranlıqlara gömülürdü. 
Şahın qohumu olan Allahyar Xan, yenicə Asəf-əd Dövlə ləqəbini almış və 
başvəzir  olmuşdu.  O  da  savaşdan  yana  tutumunu  ortaya  qoydu.  Onun  kimi 
xarakterlər  daha  çox  din  xadimlərinin  verdikləri  fətvalara  görə  davranırdılar.  Din 


69 
 
xadimləri  fətva  vermişdilər  ki,  savaşa  qarşı  çıxan  kafirdir,  dindən  çıxmışdır  və 
ölümü caizdir. 
Abbas  Mirzə  atası  ilə  baş-başa  söhbət  etmək  üçün  fürsət  əldə  edə  bilmədi. 
Abbas Mirzə savaşdan zərərli çıxacaqlarını bilirdi. Şahzadənin dostu Laçın Xan da 
bu  sıralarda  onun  yanında  idi.  O  da  Şahın  qəzəbini  öz  üzərinə  çəkdi.  Çünkü  bu 
savaşın  yersiz  olduğunu açıqca söyləməkdən çəkinməmişdi.  Şahzadənin ona  olan 
hörmətini  bilən  saray  yetkililəri  və  reform  düşmənləri  bilirdilər  ki,  Laçın  Xan 
əslində Abbas Mirzənin baxışını ifadə etməkdədir. 
Bu  arada  və  bu  gərgin  durumda  Şahzadə  Mençikovun  Tehrana  gəldiyini 
öyrəndi.  Tam  yetkili  olmayan  Mençikov  Rusiyada  iqtidar  dəyişikliyi  xəbərini 
rəsmən  Şaha  duyurmaqla  görəvli  idi.  Yeni  iqtidar  isə  sınırlar  mövzusunda 
müzakirəyə  hazır  olduğunu  bildirirdi.  Eyni  zamanda  Şah  üçün  böyük  hədiyyələr 
göndərilmişdi.  Fətəli  Şah  öncə  tərəddüd  etdi  ki,  Rusiya  elçisinin  Sultaniyyəyə 
gəlməsinə izn versin, ya yox. Savaş duyğusu zehinlərdə tam alovlanmışdı. Şah din 
xadimləri  tərəfindən  gələn  fətvaların  təsirində  qalmasaydı  barışı  tərcih  edərdi. 
Savaş küləklərinin əsdiyi bir ortamda Mençikovu necə qəbul etmələri mövzusunda 
tərəddüd içində qalmışdılar. 
Mençikovu  qəbuletmə  məsələsi  həm  ilginc,  həm  də  gülünc  bir  şəklə 
dönüşmüşdü.  Qərara  gəlindi  ki,  orta  bir  vəziyyətdə  Mençikovu  qəbul  etsinlər: 
Mençikov  yabançılara  məxsus  qarşılama  törəni  olmadan  Şah  tərəfindən  qəbul 
edildi. Bu üzdən də Rusiya imperatorunun öz dəst-xətti ilə yazılmış məktubu dirək 
Şahın  öz  əlinə  verə  bilmədi.  Bu  səbəbdən  də  Şahın  onu  qəbul  etməsi  elçi  üçün 
önəmsizləşirdi.  Rusiya  elçisi  vəzirlərlə  müzakirə  etmək  zorunda  buraxıldı.  Abbas 
Mirzə bu arada bu məsxərə durum qarşısında gülməmək üçün özünü zorla tuturdu. 
Abbas  Mirzə  ilə  Mençikovun  müzakirələrinə  şahid  olan  Cahangir  Mirzə  yazır  ki, 
Rus Şahzadəsi ən barışcıl davranışlarda bulunmaqda idi. Hətta rus şahzadəsi Abbas 
Mirzəyə  Talış  və  Muğanın  tamamən  geri  qaytarılması  vədində  də  bulunmuşdu. 
Ortam  get-gedə  gərginləşirdi.  Bu  durumu  görən  şahzadə  Mençikov  dərhal  geri 
dönüb vəziyyəti Moskvaya bildirməyə tələsdi. 
İngilis  tarixçi  Vatson  yazır  ki,  “Mençikovun
 
gətirdiyi  bahalı  və  dəyərli 
hədiyyələr  Sultaniyyədə  qalmışdı.  Şah,  elçidən  dirək  olaraq  qəbul  etmədiyi  bu 
hədiyyələri  Mençikov  getdikdən  sonra  öz  sarayına  daşıtdırır  ki,  sonradan  Abbas 
Mirzə onların dəyərini Rusiyaya öz hesabından ödəyir.”
38
 
Abbas  Mirzə  də  dərhal  Təbrizə  geri  döndü.  Artıq  savaşın  başlanacağına 
əmin  olan  Şahzadə  ancaq  Azərbaycan  ordusunun  vəziyyətini  gözdən  keçirməklə 
məşğul oldu. 
Özəlliklə  mal-mülkləri  Gülüstan  müqaviləsindən  sonra  Rusiyanın  işğalına 
məruz  qaldığından  Təbrizə  qaçan  xanlar  bu  savaşın  həmən  başlamasından 
yanaydılar. Onlar belə hesab edirdilər ki, Qacar dövləti qalib gələcək və bunlar da 
                                                           
38
Vatson, Qacar tarixi, London, 1866, s. 208. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə