Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   28   29   30   31   32   33   34   35   ...   68

66 
 
öncədən  təxmin  etmişdi.  Lakin  heyətə  tapşırıq  vermişdi  ki,  görüşməkdə  israrlı 
olsun. Nəhayət, Qafqazın hakimi görüşə izn vermişdi. 
Abbas Mirzə Rus rəsmilərinin sınıra gəldiyini duyduğunda öz rəsmilərini də 
Bağır  Xanın  başçılığı  altında  görüş  üçün  görəvləndirdi.  Bağır  Xan  o  zaman  
Azərbaycanda  nizam-intizamdan sorumlu olan bir görəv başında idi. Şahzadə ona 
çox  güvənirdi.  O  da  ömrünün  sonuna  qədər
 
Şahzadənin  bu  güvənini  doğrultdu. 
Özəlliklə Rus
 
rəsmilərinin can güvənliyinə Abbas Mirzə çox önəm verirdi. Çünkü 
Abbas  Mirzəni  sevməyən  hər  hansı  bir  xanın  təxribatı  iki  ölkə  arasındakı  savaşı   
tezləşdirə  bilərdi.  Şahzadə  onların  can  güvənlikləri  ilə  bağlı  çox  əndişəli  idi.  Bu 
səbəbdən  özü  də  müzakirələrin  gedəcəyi  yerə  yaxın  olmaq  istəyirdi.  Şübhə 
oyandırmasın  deyə  Qaradağa  ova  çıxmağı  bəhanə  edib  və  müzakirələrin  getdiyi 
Xudafərinə yaxınlaşdı. 
Müzakirələrdən  sonra  Rus  heyətinə  öz  hörmətini  bildirmək  amacı  ilə 
Şahzadə  onları  şikara  dəvət  etdi.  Abbas  Mirzə  Qarabağın  hakimi  General 
Mədədovu  da  şikara  dəvət  etmişdi.  Özəl  həyatında  çox  qənaətcil  olan  Şahzadə 
yabançı  müsafirlərinə  çox  əliaçıq  davranırdı.  Abbas  Mirzə  bütün  Rus  heyəti 
üzvlərinə  hədiyyələr  bağışladı.  Rus  heyəti  Abbas  Mirzəni  daha  güclü  sanırdı  və 
onun bu şəkildə barışdan yana olacağına inanmırdılar. 
Abbas  Mirzənin  sülh  uğrunda  Rus  qonaqlarına  etdiyi  bu  xidmətlər  Tehran 
tərəfindən  yaxşı  qarşılanmırdı.  Bu  müzakirələrdə  dirək  Tehrandan  gəlmiş  və 
müşahidəçilik görəvini yürüdən heyət ən çox Abbas Mirzənin rəqibləri cərgəsindən 
idi.  İntriqa  uzmanlarından  ibarət  olan  bu  heyət  üzvləri  Fətəli  Şaha  şayiə  dolu 
bilgilər göndərdilər. 
*** 
Hər il  yay  gəldiyində Fətəli Şah böyük ailəsi  və bir çox saray adamları ilə 
bərabər  Sultaniyyəyə  gəlirdi.  Artıq  iyirmi  il  idi  ki,  bu,  Sultaniyyəyə  gəlmə  bir 
gələnəyə  dönüşmüşdü.  Abbas  Mirzə  də  hər  il  Sultaniyyəyə  gəlir  və  atasının 
dərbarında  bir  neçə  həftə  qalırdı.  Şahzadə,  başqa  ordulardan  disiplininə  və 
üstünlüyünə  görə  fərqlənən  öz  ordusunu  Şahın  hüzurunda  göstəri  yapmaq  üçün 
hazırlamışdı.  Şahın  ordusu  ilə  Azərbaycan  ordusu  yan-yana  idi,  ancaq  bir-birinə 
qarışmırdı. 
1825-ci ilin  yayında  Abbas  Mirzə bir çox şeylərin dəyişdiyini hiss etdi. O, 
atasına anlatmaq istəyirdi ki, Rusiya ilə savaşa girmək bizə məğlubiyyətdən başqa 
bir şey gətirməyəcək. Lakin Şah ilginç cavablar verirdi. Məsələn, deyirdi ki, “sənin 
reformun budurmu? Cavanların əyninə fərqli paltar geyindirib, gecə-gündüz onlara 
idman  etdirirsən.  Adını  da  qoymusan  islahat!  Qərbdəki  islahatlar  da  bu  şəkildəmi 
oluşmuşdur? İnanmıram. Bu islahat ki, bizə bu günə qədər heç bir şey verməmiş, 
heç bir müşkülümüzü həll etməmişdir.” 
Şahın  zehni,  oğlunun  gətirdiyi  dəlilləri  anlamaqdan  çox  uzaq  idi.  Şahzadə 
düşmənlərinin  onunla  atası  arasında  oluşdurduqları  soyuqluğu  aradan  qaldıra 


67 
 
bilmirdi.  Atasını  anlada  bilsin,  yanlış  düşünməsini  önləyə  bilsin  deyə  rəqib 
qardaşlarının ordularına silah verirdi, onlara da yardımda bulunurdu. 
Abbas Mirzə Təbrizə döndüyündə qaçınılmaz bir savaşın eşiyində olduğunu 
hiss  edirdi.  Bu  üzdən  də  onun  başkəndi  və  eləcə  də  Xoydakı  savaş  üsləri 
aktivləşməyə  başlamışdı.  Topların  vəziyyətindən  tutmuş  əsgərlərin  özəl 
durumlarına  qədər  hər  şeyin  yoxlanılmasına  əmr  verdi.  Payız  gəldiyində  isə  sınır 
boyu gəziyə və araşdırmaya, sərhəd qalalarını yoxlamağa çıxdı. Bir daha şikar adı 
altında  hərbi  yoxlamasını gizlin saxlaya  bildi.  Bu yoxlamada  böyük oğullarını  və 
çox güvəndiyi bir neçə yaxınını da özü ilə bərabər aparmışdı. Bütün  sınır  boyunca  
gəzib  yoxlama  yaparaq,  Osmanlı  sərhədinə  yaxın  olan  Arıklı  adında  yerdə 
durdular.  Abbas  Mirzənin  oğlu  Cahangir  Mirzə  yarım  əsrdən  sonra  bu  xatirəsini 
qələmə  alacaq  və  günbatan  çağı  Ağrı  dağının  zirvəsinə  bərabərcə  baxıb  zövq 
aldıqlarını  anımsatacaqdır.  Onlar  Ordubadı,  Naxçıvanı,  Abbasabadı  yoxladılar. 
General  Paskeviçin  yazdığına  görə  Abbas  Mirzə,  Abbasabad  qalasını  avropalı 
mühəndislərin  təlimatı  ilə  yaptırmışdı.  Şahzadə  İrəvanın  güneyində  yerləşən  bu 
qalanı çox önəmsəyirdi. Qalanın qorunma və içəridə su sistemi də özünü müdafiə 
edə  biləcək  şəkildə  idi.  Şahzadə  buradakı  saxlunun  (ordu  biriminin)  durumunu 
yoxlayıb,  qalanın  komutanı  Abdulla  Xandan  bilgi  aldı.  Durumdan  razı  olduğunu 
bildirdi.  Sonra  da  Sərdarabada  keçdi.  Sərdarabad  İrəvan  xanı  Hüseyn  Xan 
tərəfindən tikilmiş geniş hasarları, möhkəm divarları ilə səciyyələnirdi. Bu hasarlar 
içindəki  tarlalarda  Bəyaziddən  və  Qarsdan  gələn  ermənilər  tarım  işləri  ilə 
uğraşırdılar. Hasarların içində həm də buğda anbarları var idi. Bu anbarlar İrəvan 
xanına  məxsus  idi.  Sərdarabad  İrəvana  yaxın  məsafədə  olduğundan  dolayı  
Şahzadə üçün  önəmli strateji anlam daşımırdı.  Abbas  Mirzə  yanındakılarla birgə 
İrəvana vardı. Bu varış Şahzadə üçün çox çətin idi, çünkü İrəvan hakiminin ondan 
xoşlanmadığını bilirdi. Ancaq bu mərkəzi də yoxlamaq zorunda idi. Digər tərəfdən, 
fikirləşirdi ki, bəlkə bir şəkildə bu savaş ərəfəsində İrəvan xanı ilə zahirən də olsa 
münasibətləri  normallaşdıra  bilər.  Hüseyn  Xan  Avropadan  gələn  hər  şeyə  nifrət 
edirdi.  Abbas  Mirzə  də  Avropa  yönümlü  olduğu  üçün  onun  bütün  reformlarına 
qarşı idi. 
Hüseyn  Xan  savaşdan  yana  idi.  Savaşın  başlaması  üçün  əlindən  gələni 
edirdi.  Cahangir  Mirzə  açıqca  yazır  ki,  “atamdan  eşitdim  deyirdi  ki,  savaşın 
başlamasının və torpaqlarımızın itirilməsinin səbəbkarı Hüseyn Xan oldu”. 
Hüseyn Xan bütün kuralları görməzlikdən gələrək İrəvana gələn Şahzadəni 
qarşılamaq yerinə xəstəliyini bəhanə edərək Arana istirahətə getmiş və əqrəbalarını 
qarşılamaya  göndərmişdi.  Şahzadə  bu  davranışın  açıq  bir  xəyanət  olduğunun 
fərqində  idi.  Lakin  bu  kəz  də  həyatın  ona  öyrətdiyi  səbir  və  dözümlə  məsələni 
böyütməmək  istədi.  Böyütməmək  istədi,  çünkü  böyük  bir  savaş  ərəfəsində 
qarşıdurmaları  basdırmaq  istəyirdi.  Savaşın  başlanacağını  Hüseyn  Xan  da  bilirdi. 
Hüseyn  Xan,  Abbas  Mirzənin  savaşdan  yana  olmadığını  da  bilirdi.  Hüseyn  Xan 
çox şeyi bilirdi və bu üzdən bu şəkildə ədəbsiz davranmağa cəsarət edə bilmişdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə