Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   34   35   36   37   38   39   40   41   ...   68

78 
 
etmək  Abbas  Mirzəninmi  planı  olmuş?  Yalnız  bu  şəkildə  bir  plan  dildən-dilə 
düşməmək  şərti  ilə  məqbul  və  uğurlu  ola  bilərdi.  Sonrakı  Qacariyyə-Rusiya 
münasibətlərini  çox  dərindən  etkiləyən  bu  savaşın  bir  çox  yönü  bəlirsiz  olaraq 
qalmaqdadır. Yağmurun yağdığı bir gecədə, şumlanmış torpaqlarda ansızın həmlə 
edib düşməni mühasirəyə almaq mümkün idi? 
Cahangir  Mirzənin  verdiyi  məlumata  görə  Abbas  Mirzə  son  anda  qərarını 
dəyişdirmək istəyirmiş. Lakin bu məlumat yetərli deyil və bu yanlış taktiyə bəraət 
qazandıra  bilmir. Bəzi  alaylar gecənin qaranlığında  yollarını  azıb və  başqa  səmtə 
tərəf  yürümüşlər.  Nəm  torpaq  və  zığ  irəliləməni  əngəlləyirdi.  Yolunu  azmış  bəzi 
alaylar  qarşı-qarşıya  gələrək  irəliləməni  əngəlləyir  və  bir-birinə  girərək 
intizamsızlıq  yaradırdı.  Gün  doğduğunda  istiqamətlər  bəlli  oldu.  Yorğun  düşmüş 
əsgərlər  atəş  yaxıb  və  özlərini  qurutmaq  istəyirdilər.  Yağmur  altında  islanmış 
silahlarını qurutmaq və silmək zorundaydılar. 
Rus  qərargahında  ordunun  durumu  bambaşqa  idi.  İsti  bir  yeməkdən  sonra 
yaxşıca  istirahət  etmiş  əsgərlər  təbil  səsi  ilə  meydanda  toplaşdılar.  Qısa  sürədən 
sonra Şahzadənin də ordusunda təbillərin gurultusu eşidilməyə başlandı. 
Rus  ordusu  iyirmi  mindən  artiq  inzibatlı  nəfərə  sahib  idi.  Bunların  içində 
yaxşı təlim görmüş qazaqlar da var idi. 
Rus kəşfiyyatçıları xəbər gətirdilər ki, Abbas Mirzənin ordusunu görmüşlər. 
Kəşfiyyatçılar hətta Şahzadənin ordusunun sayı haqda da bilgi verdilər. On səkkiz 
alaydan və hər bir alayın min nəfərdən oluşduğunu qeyd edirdilər. Aralıqlarla üç və 
ya dörd qəbzə top nəzərdə tutulmuşdu. Arxada ehtiyatda olan yüngül topxanalarla 
bərabər  Şahzadənin  özəl  qvardiyası  yerləşmişdı.  Təqribən  iyirmi  min  süvari  iki 
cinahda mövqe tutmuşdu.
41
 
1826-cı il sentyabr ayının 15-ci gününün sabahı idi. Uzun  intizardan  sonra 
savaş  saat  doqquzda  başladı.  Gəncə  savaşında  iştirak  edən  Cahangir  Mirzənin 
söylədiklərini olduğu kimi burada gətiririk: 
“Rus  ordusunun  saldatları  və  topxanası  Qacar  orduları  ilə  qarşı-qarşıya 
durmuşdu. Qacar dövlətinin rəmzi olan, üzərində günəş və aslan
 
rəsmi olan bayraq 
Şahzadənin başının üstündə dalğalanırdı. Baş keşikçi Məhəmməd Əmin Xan Qacar 
öz  nəfərləri  ilə  Şahzadəni  qorumaqla  görəvli  olduğu  üçün  ordunun  mərkəzində 
sakin  idi.  Rus  sərdara  Abbas  Mirzənin  bulunduğu  yer  məlum  olmuşdu.  Abbas 
Mirzənin bayraqların altında olduğu Paskeviç tərəfindən təsbit edilmişdi. Bu üzdən 
də  bütün  top  atışlarını  və  saldatların  hücumunun  o  mərkəzə  doğru  olmasını 
istəmişdi.  Bu  arada  bəlli  oldu  ki,  rus  ordusu  tutduğu  pozisyonu  dəyişdirmədən 
savunma  durumunda  qalacaqdır.  Qacar  orduları  da  ya  hücuma  keçməli,  ya  da 
bəkləməli  idi  ki,  rusların  təpkisini  öyrənsinlər.  Böyük  ehtimala  görə  on  gün  də 
                                                           
41
Qacar  ordusunun  miqdarını  Paskeviç  iyirmi  min,  Cahangir  Mirzə  isə  otuz  beş  min  olaraq  qeyd 
etməkdədir. 
 


79 
 
Qacar  ordusu  bəkləyəcək  olsaydı,  rus  ordusu  yenə  də  pozisyonunu 
dəyişdirməyəcəkdi. 
Şahzadə  orduya  hücum  əmri  verdi.  Savaş  və  hücum  təbilləri  və  zurna 
çalındı.  Piyadələr  öndə  yavaş-yavaş  ruslara  qarşı  yürüməyə  başladı.  Marağa 
alayının  on  iki  qəbzə  topu  ordunun  mərkəzində  hazır  durumda  idi.  Digər  on  iki 
qəbzə böyük top Şahzadə ilə Məhəmməd Xan Əmirnizamın dirək əmirləri altında 
idi. Şahzadədən əmr gəlmədən atış haqları yox idi. İki ordunun bu qədər bir-birinə 
yaxınlaşmasına  rəğmən  ruslar  tərəfindən  heç  bir  təpki  görünməməkdə  idi.  Abbas 
Mirzə  toplara  atış  əmri  verdi.  Topların  atışının  yanı  sıra  Mirzə  Əli  Gəraylının 
əmrindəki  süvarilər  hücuma  başlayıb  və  rus  süvarilərinin  düzənini  pozdular.  Bu 
anda  rusların  da  topları  atışa  başladı.  Ruslar  Abbas  Mirzənin  durduğu  yeri  təsbit 
edib və bütün mərmilərini o yerə atırdılar. Hədəfləri Şahzadə və ordunun qəlbi olan 
mərkəzi  dağıtmaq  idi.  Bu  zaman  Şahzadədən  mənə  bir  əmr  gəldi.  Bizim  alay 
toplarını sürətlə irəli çəkib və güllələrin ruslara çatacağı yerdə yerləşdirib və dərhal 
atışa  başlamalıydıq.  Silahlı  piyadələrimizlə  ruslarla  döş-döşə  savaşmalıydıq. 
Şahzadənin  duaçısı  olan  bu  bəndə  də  alayımla  bərabər  atlardan  enib  baş 
komandirin  əmrini  uyqulamağa  başladıq.  Mənim  alayım  sürətli  bir  hücuma 
başlayıb  saldatlarla  artıq  tam  üz-üzə  silah  və  süngü  savaşına  başlamışdı.  Rus 
toplarının  güllələri  bizim  başımızın  üstündən  keçib  Şahzadənin  bulunduğu  yerə 
isabət  edirdi.  Abbas  Mirzə  bu  durumu  gördüyündə  Asəf-əd  Dövlənin  ordusunun 
önündə rusların olmadığını öyrənib və onları köməyə çağırdı. Asəf-əd Dövlə ağır 
davrandığı  və  sürətlə  özünü  yetişdirmək  istəmədiyi  üçün  Şahzadə  savaş 
meydanının sağ tərəfinə çəkilmək zorunda qaldı. Şahzadənin savaş meydanının sağ 
tərəfinə çəkilməsinə rəğmən rus topxanaları daha sürətli və ardıkəsilməz bir şəkildə 
ordunun mərkəzini hədəf alaraq atışlarını davam edirdi. Rus toplarının atəşi altında 
düzənini  itirən  Avşar  və  Marağa  alayları  yavaş-yavaş  savaş  qabiliyyətlərini 
itirirdilər. Bu vəziyyəti müşahidə edən ruslar ön cəbhədə savaşan əsgərlərə yardım 
göndərdilər. İki min saldat Marağa topxanasını almaq üçün hücum etdilər. Hamısı 
birdən  “hura”  çəkərək  Marağa  alayını  mühasirə  etməyə  başladılar.  Marağa  alayı 
komutanının  bir  saldat  tərəfindən  öncə  qolları  kəsildi  və  sonra  ürəyinə  bir  güllə 
sıxılaraq  öldürüldü.  Sonra  da  Marağa  alayının  bayraqdarları  hədəf  alınaraq 
öldürüldülər.  Qoruyucum  mənə  xəbər  gətirdi  ki,  arxamızdakı  alaylarımız  məğlub 
edilmiş və bizim bu az sayda nəfərlərimizlə savaşmağımızın anlamı yoxdur. Əgər 
bizim  toplarımız  da  işdən  düşsə  hamımız  ruslar  tərəfindən  əsir  alınacağıq.  Mən 
tabeliyimdə olan orduya geri çəkilmə əmri verdim. Geri çəkildiyimizdə gördüm ki, 
arxada  olan  bütün  nəfərlərimiz  qaçmışlar.  Mənim  də  atımı  xidmətçim  minmiş  və 
qaçmışdır. Əgər ilk hücumda  rus süvariləri darmadağın edilməsə idi, bu savaşdan 
bir  nəfərimiz  belə  diri  çıxmayacaqdı.  Bu  savaşda  iki  qəbzə  top  düşmənə  qalsa  da 
qalanlarını  geri  çəkə  bildik.  Şahzadə  mənim  atımın  xidmətçi  tərəfindən 
qaçırıldığını öyrəndiyində iyirmi süvari ilə bir yedək atı mənim ya cənazəmi, ya da
 
canımı  savaş  meydanından  qurtarmaq  üçün  görəvləndirmişdi.  Mən  bu  yedək  at 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə