Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   38   39   40   41   42   43   44   45   ...   68

86 
 
ayrıcalıq daşıdığını duymaqda idi. Bu hiss onda sövqi təbii şəkildə yaranmış, əmələ 
gəlmişdi.  Şahzadə  hiss  edirdi  ki,  Qacar  imperatorluğu  başqa  yerlərdə  torpaq 
itirərkən  dərin  bir  rahatsızlıq  hissi  keçirməməkdədir.  Ancaq  Azərbaycanın  başına 
gələn  ən  kiçik  fəlakət  belə  onun  ruhunu  sarsıdırdı.  Şahzadə  keçirdiyi  bu  hissləri 
fransızlardan  aldığı  ulusçuluq  fəlsəfəsi  ilə  təfsir  etməyə  çalışırdı.  Nədən 
Azərbaycan  onun  üçün  bu  qədər  ayrıcalıq  daşımaqda  idi?  Onunla  irtibatda  olan 
fransız  hərbçilər  öz  xatirələrində  Şahzadənin  1789-cu  il  Fransa  devriminin 
ulusçuluq  mahiyyəti  ilə  daha  çox  ilgiləndiyini,  bu  haqda  daha  çox  sorular 
sorduğunu    yazmaqdalar.  O,  Azərbaycan  insanına  konkret  vətəndaş  kimi  baxırdı.  
Bu  ayrıcalıq  isə  vətəndaşlıq  məfhumunu  idrak  edə  bilməyən  və  ya  mənafelərinin 
xətərə girməsi dolayısı ilə dərk etmək istəməyən din xadimlərini və digər çevrələri 
çilədən  çıxarır,  çox  rahatsız  edirdi.  Şahzadənin  Azərbaycana  bu  qədər  bağlılığı  
Fətəli Şahı belə şübhələndirirdi.  Şah düşünürdü  ki,  Abbas  Mirzənin qərblilərlə bu 
qədər  özəl  və  uzun  məşvərətlərinə  bəlkə  də  izn  verməməli  imiş.  İstər  Şahzadənin 
qərbli özəl həkiminin, istərsə də onunla irtibatda olan batılı elçilərin, hərbçilərin və 
diplomatların  verdikləri  verilərə  görə  o,  Azərbaycanın  sadəcə,  bir  vilayət  olaraq 
görünməsindən  rahatsızlıq  duymaqda  imiş.  Abbas  Mirzə  Azərbaycanın  tarixi 
statusunun dəyişilməsindən yana imiş. Şahzadə Azərbaycanı vətən olaraq görür və 
azərbaycanlılara  da  vətəndaş  kimi  baxırdı.  Bu  üzdən  də  bu  vətənin  insanlarının 
vergilərini Tehrana vermək istəmir, atasının anlamsız ağır xərcləri üçün xərcləmək 
istəmirdi. 
Şah  öz  qəlbinin  dərinliyində  Abbas  Mirzənin  xain  olacağına  inanmırdı, 
ancaq  ağlında  baş  qaldırmış  bu  şübhəni  də  söyləməkdən  geri  qalmırdı.  Şah, 
Təbrizə  varmadan  Ucan  yolu  ilə  Xoya  tərəf  sürətlə  hərəkətinə  davam  etdi.  Abbas 
Mirzə təkrar atasının gəlməməsi üçün bir daha bəzi istəklərdə bulundu, lakin Şahın 
gəlməkdə  israrlı  olduğunu  bildiyində  təslim  olmaqdan  başqa  çarə  görmürdü. 
Atasını  qarşılamaq  üçün  şəhəri  tərk  etdi.  Yenə  də  Şaha  vardığında  atından  enib 
Şahın  qarşısında  diz  çöküb  alnını
 
Şahın  atının  ayağının  altındakı  torpağa  qoydu. 
Şahın Azərbaycana gəlişi Abbas Mirzəni çox üzmüşdü. Çünkü bu gəliş keçmişdəki 
kimi yenə də məğlubiyyət üçün şərait yaradacaqdı. 
Şah  şan-şöhrəti  dünyada  dolaşan  Abbas  Mirzənin  onun  qarşısında  bu 
şəkildə  davranmasından  çox  razı  görünürdü.  Abbas  Mirzə  ayağa  qalxıb  gözləri 
atasının  gözlərinə  sataşdığında  Şahın  bütün  şübhələri  ortadan  qalxmışdı.  O 
sədaqətli gözlər yalan söyləmirdi. Şah, Şahzadəyə səmimi və gülücük dolu bir işarə 
edərək bərabərcə yola düşdülər. Bir az öncəyə qədər Şahın içini yaxan şübhələrdən 
əsər qalmamışdı. 
Sonra da uzun-uzun söhbət etdilər. Abbas Mirzə bütün durumu təfərrüatı ilə 
atasına  anlatmağa  başladı.  Şahzadələrin  öz  postlarında  böyük  səhvlərə  yol 
verdiklərini və bu üzdən də bu səhvlərdən düşmənin istifadə etdiyini söylədi. Bəlkə 
də daha uzun və günlərcə danışmaq istərdi, lakin cəbhələrdən gələn xəbərlər Abbas 
Mirzəni önləm almağa məcbur etdi. 


87 
 
Qafqaz  hakimi  İrəvanı  mühasirə  etməkdə  qərarlı  idi.  1827-ci  ilin  yayında 
bölgədə  bir  yoluxucu  xəstəlik  yayğınlaşmışdı.  Bu  üzdən  Rusiya  İrəvanın 
mühasirəsini  ertələmişdi.  Ancaq  Qafqaz  hakimi,  yardımçı  ordu  çatar-çatmaz 
İrəvanı  mühasirə  etməkdə  qərarlı  idi.  Bu  zaman  Paskeviç  qərargahını  Naxçıvana 
daşımışdı. 
*** 
Cahangir  Mirzənin  Səlyanı  və  bu  civarda  olan  kiçik  kəndləri  müvəqqəti 
olaraq ələ keçirməsi bir az ruh yüksəkliyi yaratmışdı. 
Araz və Kür çayı dənizə tökülmədən öncə bir-birinə qovuşub güclü bir çay 
oluşdururlar. Suyun dənizə qovuşduğu yerdə çayın şirin suyu ilə Xəzərin şor suyu 
arasında kiçik bir yarımada oluşmuşdur. O zaman düşmən yalnız dəniz yolu ilə bu 
yarımada ilə irtibat qura bilirdi. Bu mərkəz rusların çox önəmli üslərindən biri idi. 
Çünkü  Həştərxandan  gələn  yük  və  xüsusən  buğda  yüklü  gəmilər  burada  ləngər 
salır,  yüklərini  boşaldırdı.  Bu  yeri  işğal  edən  ruslar  oranın  Azərbaycan  ordusu 
tərəfindən saldırıya uğrayacağını zənn etmədiyi üçün zəif bir saxlunu bu mərkəzin 
qorunması üçün saxlamışdılar. Cahangir Mirzə bu mövzunu bildi və oraya hücum 
etmək  istədi.  Bir  gecə  öz  nəfərlərini  təchizatları  ilə  bir  neçə  qayığa  mindirib  o 
mərkəzə  doğru  yola  düşdü.  Cahangir  Mirzənin  nəfərlərinin  güllə  səsinə  oyanan 
neçə yüz nəfərdən ibarət olan rus saxlusu oraya böyük bir ordunun hücum etdiyini 
zənn edib dəniz yolu ilə fərar etdi. Cahangir Mirzə bir neçə həftəliyinə bu mərkəzi 
öz əlində bulundurdu. Səlyan bir il öncə Qacar ordularının geri çəkilməsi ilə ruslar 
tərəfindən  işğal  edilmişdi.  Ancaq  Səlyan  əhalisi  Cahangir  Mirzədən  və 
nəfərlərindən istiqbal etdilər. 
Şahın  şübhələri  qısa  sürəliyinə  ortadan  qalxmışdı.  Fətəli  Şah  yanında 
bulundurduğu böyük ordunu Abbas Mirzənin əmrinə vermək istəmirdi. Bu böyük 
ordu  belə  həssas  bir  dönəmdə  çox  ciddi  işlər  görə  bilərdi.  Ancaq  Azərbaycan 
ordusunun  işinə  qarışmağı  da  özünə  rəva  bilirdi.  Bununla  da  məğlubiyyəti 
qətiləşdirirdi. 
Abbas  Mirzə  barıt  və  digər  savaş  vəsilələrinin  istehsalına  nəzarət  etmək 
üçün dərhal  Təbrizə  getməli idi. Təbrizdə  də bir çox nizamsızlıqla  və  intriqalarla 
rastlanırdı.  Şahzadə  sarayının  ən önəmli adlarından biri Ələsgər Xan hər fürsətdə 
özünə  var-dövlət  toplamaqla  məşğul  olur  və  buna  görə  də  hər  tür  intriqadan  və 
fürsətdən yararlanmağa çalışırdı. Naxçıvanın iki ağaclığında yerləşən Abbasabadın 
komutanlığını  Ehsan  Xana  vermişdi.  Ehsan  Xanın  bu  işlər  üçün  bir  yetənəyi  yox 
idi. 
Abbasabad  qalası  Şahzadə  üçün  çox  önəm  daşımaqda  idi.  Çünkü  onun 
savunma sistemi fransızlar tərəfindən donatılmışdı. Düşmən ordusu Azərbaycanın 
içlərinə  tərəf  irəliləyə  bilməsi  üçün  bu  qaladan  keçməli  idi.  Abbasabad  qalasına 
yönəlik təhdidi nəzərə alan Abbas Mirzə bu qalanın savunması ilə bağlı bir dənəmə 
yapmaq  istədi.  Ümdə  nəfərlərini  xətərə  soxmaq  istəməyən  Abbas  Mirzə  bir  neçə 
piyadə  alay,  süvarisi  və  dörd  qəbzə  topla  (hamısı  bir  yerdə  10.000  nəfərlik  ordu) 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə