Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə50/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   46   47   48   49   50   51   52   53   ...   68

102 
 
Ruhanilərin  yeni  bir  cəhad  fətvası  ilə  ortaya  çıxacaqlarını  bəkləyirdilər.  Şübhəsiz 
ki, bu həyəcan Şahın sarayında da hiss edilirdi. Lakin Abbas Mirzənin düşmənləri 
çox böyük bir arxayınlıqla öz işləri ilə məşğul idilər. 
Bu savaşın bütün günahını Abbas Mirzənin üstünə atırdılar. Bir halda ki o, 
bu savaşa qarşı idi Şaha təkrar-təkrar əldən getmiş qalaları, topları, dağılan orduları 
xatırladaraq,  onu  Şahzadəyə  qarşı  təhrik  edirdilər.  Fətəli  Şah  keçmişdə  çox  ümid 
bəslədiyi  oğlunu  indi  aşağılayıcı  sözlərlə  təhqir  edirdi.  Fətəli  Şah  iki  səbəbdən 
dolayı  Abbas  Mirzəni  vəliəhdlikdən  məhrum  etməmişdir:  1.  Abbas  Mirzə 
Azərbaycandakı  dayanaqlarını  təkrar  örgütləndirib  Tehrana  qarşı  çıxa  bilərdi.  2. 
Xarici  güclər  ruslarla  müzakirədə  Şahzadənin  Qacar  dövlətini  təmsil  etməsindən 
yanaydılar. 
Həsənəli Mirzə elan etdi ki, rusların savaş bədəli kimi istədikləri altunların 
Tehrandan  çıxmasına  izn  verməyəcəkdir.  Digər  şahzadələr  də  Həsənəli  Mirzədən 
yana  tutum  sərgiləməkdəydilər.  Tehrana  çağırılmış  bir  çox  qəbilə  başçıları 
Həsənəli Mirzəni müqəddəs savaşın sərdarı kimi təhlil edir, alqışlayırdılar. 
Abbas  Mirzə  Tufarqanda  General  Paskeviçin  tənqidlərinə  məruz  qalmışdı. 
General deyirdi:  “Siz iki aydır  məni Tufarqana dəvət etmişsiniz, dövlətimin digər 
işləri ilə bu iki ayda məşğul ola bilməmişəm, ancaq heç bir irəliləyiş ortada yoxdur. 
Siz  ya  Rusiyanı  aldatmaq  istəyirsiniz  ya  da  artıq  sizin  bütün  səlahiyyətləriniz 
Tehran  tərəfindən  alınmışdır  və  sözlərinizin,  imzanızın  keçərliliyi  yoxdur.”
52
 Rus 
General, Abbas Mirzəyə çox hörmət etsə də, lakin heç bir səlahiyyəti olmayan bir 
şəxslə  də  müzakirələri  sürdürmək  istəmirdi.  Hər  tərəfdən  ona  bilgi  gəlirdi  ki, 
Şahzadə  Şahın  yanında  etibarını  itirmişdir.  Yanvarın  sonlarında  Paskeviç 
Şahzadəyə  Tufarqanı  tərk  edib  Tehrana  hücum  etmək  istədiyi  haqda  bir  mesaj 
göndərdi.  Abbas  Mirzə  xəstə  idi  və  ayaqlarının  ağrısı  onu  çox  incidirdi.  O, 
Paskeviçin bu hərəkətinin gətirə biləcəyi ziyanı göz önündə bulundurduğunda çox 
rahatsız  oldu.  Xəstə  halı  ilə  Paskeviçlə  görüşmək  istədi.  Şahzadə,  Paskeviçdən 
xahiş  etdi  ki,  baron  Duruzenin  əmrində  olan  ordu  Qaflan  dağını  Tehrana  doğru 
aşmasın ki, o, (Abbas Mirzə) Tehranla əlaqə saxlayıb qısa sürədə dəqiq bilgi əldə 
edə bilsin. 
Abbas  Mirzənin  Azərbaycanı,  Ərdəbil  istisna  olmaqla  bütünü  ilə  işğal 
edilmişdi.  Yalnız  Ərdəbil  qalası  Məhəmməd  Mirzənin  və  Cahangir  Mirzənin 
komutanlığı altında idi və işğal edilməmişdi. Ərdəbildə Benədəti adında İtalyan bir 
topçu  qalanın  savunmasında  mühüm  rol  üstlənməkdə  idi.  Abbas  Mirzə  rus 
ordusunun  Tehrana  yürüşünün  durdurulması  qarşısında  Ərdəbil  qalasını  təslim 
edəcəyini təklif etdi. Yurdu  əlindən çıxmış Şahzadə böyük bir ümüdsüzlük içində 
Tufarqanı  tərk  edib  və  kiçicik  qoşununun  bulunduğu  Mərhəmətabada  tərəf  yola 
düşdü.  Gorus  adlı  bir  yerdən  keçdiklərində  Tehrandan  gələn  çapar  onlara  çatdı. 
Çapar  Şahın  imzası  ilə  Şahzadəyə  bir  məktub  gətirmişdi.  Məktubda  Şahzadəyə   
                                                           
52
Eyni qaynaq. 


103 
 
müzakirələri sürdürməsi üçün tam səlahiyyət verilirdi. Həm də ruslara ödəniləcək 
olan savaş bədəli altunun ilk qisminin yola düşdüyü haqda bilgi verilirdi. 
Fətəli  Şah  anlamışdı  ki,  nə  ruhanilərin  dəstəyi  ilə  küçələrdə  bağırıb  savaş 
propaqandası aparan, İmam Rzanın yuxulara, röyalara girərək mesaj göndərdiyini 
söyləyən Həsənəli Mirzə, nə də Şeyx-ül Məlukla bir yerdə savaşın davam etməsini   
istəyən  Hüseyn  Xan  Sərdar  bir  iş  görə  biləcək  durumda  deyillər.  Özəlliklə  rus 
ordusunun  Tehrana  tərəf  yürümək  istəməsi  Şahı  ciddi  olaraq  düşündürməyə   
başlamışdı.  Fətəli  Şah  düşünürdü  ki,  Həsənəli  Mirzə  Xorasanda  Rzaquluxanın 
ayaqlanmasını  basdıra  bilməmişsə,  3-4  minlik  ordusu  ilə  möhtəşəm  rus  ordusuna 
nə edə bilər? Bu üzdən də Padşah, xəzinəsinin güvənilir baş  mühafizi  Mənuçehr 
Xanı  500.000  tümən  Abbas  Mirzəyə  çatdırmaq  üçün  görəvləndirdi.  Bu,  ruslara 
ödəniləcək ilk savaş bədəli idi. 
Abbas  Mirzə  bu  məktubu  aldıqdan  sonra  istiqamətini  dəyişdirib,  Qaflan 
dağına doğru hərəkət etdi. Ucanda olan Paskeviçə mesaj göndərdı ki, müzakirələrin 
yürüməsi üçün artıq tam səlahiyyətə sahibdir. 
Paskeviç  Tehrana  hücum edəcəyini açıqca duyurmuş və  böyük bir birimlə 
hərəkətə  başlayıb  Ucana  qədər  gəlmişdi  ki,  Abbas  Mirzənin  mesajını  aldı.  Bu 
üzdən  də  Miyananın  yaxınlığında  kiçik  bir  kənd  olan  Türkmənçaya  getdi. 
Şahzadənin də müqaviləni imzalaması üçün oraya gəlməsini istədi. Böyük bir ruhi 
gərginlik içində olan Abbas Mirzə, Türkmənçaya doğru hərəkət edirdi. Tehrandan 
gələn  altunlar  da  Türkmənçaya  yetişmişdi.  Artıq  uzun  müzakirə  üçün  bir  şey 
qalmamışdı,  rus  fatehin  əmrinə  tabe  olmaqdan  başqa  bir  çarə  yox  idi.  Rusların 
Tufarqanda hazırladıqları anlaşma bir mətn halına gətirilmişdi. Öncə Paskeviç bu 
mətni  imzaladı.  Sonra  da  Şahzadə  öz  imzasını  və  möhürünü  hazırlanmış  mətnin 
altına  atdı.  Türkmənçay  müqaviləsinə  görə  İrəvan,  Naxçıvan  və  Talış  bölgəsinin 
bir  qismi  rusların  idarəsinə  keçir  və  Astara  sınır  olaraq  müəyyən  edilirdi.  Savaş 
ziyanı  da  10.000  kron  (beş  milyon  tümən)  nəzərdə  tutulurdu.  Müqavilənin  7-ci 
maddəsi  Abbas  Mirzəni  vəliəhd  və  Fətəli  Şahın  canişini  kimi  tanıyırdı. 
Müqavilənin  ticarətlə  və  Qacariyyədə  olan  rus  vətəndaşlarının  haqları  ilə  ilgili 
maddələri də var di. 
Paskeviç  müqavilə  dolayısıyla  Fətəli  Şahı  təbrik  etmək  üçün  baron 
Duruzeni görəvləndirdi. Onun yanı sıra Tehrandakı Rus əsirlərinin işləri ilə məşğul 
olan  Kont  Tolstoy  da  Tehrana  yolçu  oldu.  Paskeviç  öz  elçiləri  vasitəsi  ilə  Şaha 
böyük hədiyyələr də göndərdi. 
Bu arada Abbas Mirzə çox ağır xəstələndi. General Paskeviç onun əyalətinə 
gedib  və  iki  top  ona  hədiyyə  etdi.  Şahzadə  savaş  alətlərindən  çox  xoşlanırdı.  Bu 
üzdən də yorğun surətinə acı bir təbəssüm qondu. 
Paskeviç  ona  600  xəstəni  özündə  barındıra  biləcək  bir  xəstəxanasının 
olduğunu söylədi. Bu zaman Abbas Mirzə dərindən bir ah çəkdi və əhvalı daha da 
dəyişdi. Şahzadənin ən böyük arzularından birisi Azərbaycan ordusu üçün Avropa 
modeli xəstəxana təsis etmək idi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə