Azad Yazarlar Ocağının kitabxanası


SAVAġLAR VƏ SĠYASĠ OYUNLAR



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə51/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   47   48   49   50   51   52   53   54   ...   68

104 
 
SAVAġLAR VƏ SĠYASĠ OYUNLAR 
 
GĠRĠġ 
 
Savaş  sonlarında  Rusiya  Azərbaycanın  müxtəlif  yerlərində  rus  fatehlərin 
əlində  oyuncağa  çevrilən  xanlıqlardan  öz  mənafeyi  üçün  yararlanmaq  istədi. 
Tufarqan  müzakirə  sürəcində  Fətəli  Şahdan  gec  cavab  gəldiyində,  Paskeviç  bu 
böyük ərazini də Rusiya torpaqlarına qatmaqla təhdid etdi. Abbas Mirzə böyük bir 
fədakarlıq hesabına bir neçə şəhəri də para ilə geri aldı. Paskeviç bir neçə bölgəni 
öz  əlində  saxlamaqda  idi.  Bu  bölgələrdən  istədiyi  savaş  ziyanını  aldıqdan  sonra 
çəkilməyi qərarlaşdırmışdı. 
Azərbaycanın qalan hissəsi rus ordusundan boşaldıqdan sonra Abbas Mirzə 
təkrar inzibatlı bir ordu oluşdurmağa çalışdı. Abbas  Mirzə ömrünü sərf edib təşkil 
etdiyi bütün nizam-intizam ruslar tərəfindən təxrib edilmişdi. Bir zamanlar  Abbas 
Mirzənin  ordusu  elə  bir  mövqeyə  sahib  idi  ki,  Sankt-Peterburq  belə  Azərbaycan 
ordusunda  olub-bitənlərlə  maraqlanırdı.  Abbas  Mirzə  kəsinliklə  təkrar  savaşın 
başladılmasından  yana  deyildi.  Lakin  Qriboyedovun  Tehranda  qətlə  yetirilməsi 
Rusiya-Qacar  münasibətlərini  təkrar  çıxmaza  soxmuşdu.  Bu  üzdən  Abbas  Mirzə 
biricik  çıxış  yolunu  Osmanlıya  yaxınlaşmaqda  gördü.  Molla  Şərif  adında  bir  elçi 
gizlin  bir  müqaviləni  imzalamaq  üçün  Şahzadə  tərəfindən  İstanbula  göndərildi. 
Lakin savaş ehtimalı azalmışdı. Sankt-Peterburqu rahatsız etməyə başlayan Abbas 
Mirzənin  təkrar  mövcud  etdiyi  Azərbaycan  ordusu,  ancaq  ölkə  içində  asayişi 
bərqərar etməklə məşğul oldu. Fətəli Şah isə boşalmış xəzinəsini doldurmaq üçün 
əyalətləri ən çox para ödəyən oğullarına, nəvələrinə  satırdı. Bu zaman Xorasanda 
böyük  üsyanlar  baş  qaldırdı.  Türkmən  xanlarının  Qacar  dövlətinə  qarşı  bu 
ayaqlanmaları  durdurmaq  üçün  Abbas  Mirzə  öz  ordusu  ilə  Xorasana 
göndəriləcəkdi.  Bir  az  öncə  qeyd  olundu  ki,  Həsənəli  Mirzə  bu  ayaqlanmaları 
durdura bilməmişdi. 
 
SAVAġLAR VƏ SĠYASĠ OYUNLAR 
 
Şahzadənin ömrünün son iki ilində yazdığı məktublar vasitəsi ilə onun ruh 
halları  haqqında  bilgi  əldə  etmək  mümkündür.  Bu  məktublarında  Şahzadə 
Azərbaycanın  parçalanmasının  onun  belini  bükdüyünü  yazır.  Eləcə  də  bu 
məktublar  aracı  ilə  onun  1827-ci  il  noyabr  ayı  ilə  1828-ci  il  fevral  ayı  arasında 
təhəmmül etdiyi çətinliklər haqqında bilgi əldə etmək mümkündür. 
Ölü  dəfnindən  dönərcəsinə  gənclik  xatirələri  ilə  iç-içə  olan  başkəndi 
Təbrizə  gəlirdi.  Lakin  başkəndində  umutsuz  görünmək  istəmirdi.  Bu  üzdən 
Türkmənçay kəndindən yola düşüb Həştrud  yolu ilə Təbrizə gələrkən, nə edəcəyi 
haqda düşünürdü. 


105 
 
Təbriz  rus  ordusunun  işğalında  olduğu  zaman  bütün  bəzirganlar,  din 
xadimləri, tayfa və qəbilə başçıları ruslarla iş birliyinə getmişdilər. Bu üzdən də rus 
ordusu  Təbrizi  tərk  etməyə  başladığında  onları  ümidsizlik  sarmağa  başlamışdı. 
Onlar  bu  qədər  möhtəşəm  bir  ordunun  Təbrizdən  çıxmayacağı  qənaətindəydilər. 
Bu  üzdən  də  ruslarla  iş  birliyi  edən  bir  çox  Təbriz  sakini  Rusiyaya  fərar  etmək 
qərarına gəldilər. Abbas  Mirzə xəstə olduğu üçün təxt-i rəvanla daşınırdı. Onların 
fərar  etməmələri  üçün  bir  neçə  məktub  yazıb  və  çaparlara  verdi.  Bu  məktubu 
carçılar  Təbrizin  meydanlarında  yüksək  səslə  əhaliyə  duyurdu.  Bu  məktublarda 
Abbas  Mirzə  ruslarla  iş  birliyi  edənlərin  davranışlarından  təəssüfləndiyini 
söyləyərək onların əfv edildiyini də yazırdı. Abbas Mirzə onların Təbrizdə qalıb və 
Azərbaycanın  qalxınması  üçün  bir  yerdə,  bərabərcə  çalışmalarını  istəyirdi. 
Baxmayaraq  ki,  Abbas  Mirzə  bu  xainlərə  qarşı  intiqam  hərəkətlərinin  qarşısını 
bütünü  ilə  ala  bilmədi,  lakin  bilgisi  dairəsində  verdiyi  sözü  tutdu.  Ancaq 
Şahzadədən  xəbərsiz  bəzi  intiqamalma  hərəkətləri  də  olur  və  ruslarla  iş  birliyi 
edənlər məhkəməsiz-filansız öldürülürdülər. 
Şahzadə  Təbrizə  girdiyində  şəhərdə  önəmli  bir  dəyişikliyin  olmadığını 
sezdi.  Çünkü  şəhərin  könüllü  və  dirənişsiz  təslim  olması  üzündən  ruslar  heç  bir 
təxribat  törətməmişdilər.  Yalnız  Şahzadənin  sarayında  qiymətli  əşya  nə  varsa, 
hamısı aparılmışdı. Digər tərəfdən, Abbas Mirzə Xoyu və Urmunu da para ilə geri 
almaq zorunda idi. Bu üzdən Azərbaycanın müxtəlif yerlərində olan mal varlığında 
qənaət  edilmə  əmri  verdi.  Abbas  Mirzə  bu  borcları  ödəyə  bilmək  üçün  hər  kəsi 
çalışmağa çağırdı. Bəzi din xadimləri və onların yandaşları tacirlər Laçın Xandan 
şikayətlənirdilər  ki,  evində  bir  çox  altun  və  gümüş  saxlamaqdadır.  Laçın  Xan 
dədələrinin yadigarı olan bir neçə çox qiymətli əşyaları Gürcüstandan gələrkən özü 
ilə  gətirmişdi.  Abbas  Mirzə  məktublarında  onun  özü  qədər  bu  məğlubiyyətdən 
dolayı  üzgün  olan  bu  dar  gününün  dostunu  riyakar  insanlar  qarşısında 
savunduğunu yazır. 
Laçın Xan, Şah tərəfindən də sevilmirdi, çünkü savaşa hazırlıq zamanı hərbi 
şurada  bu  savaşın  doğru  olmadığı,  ruslara  qarşı  savaşın  zamanı  olmadığı  haqda 
görüş bildirmişdi. Müxtəlif xanların savaşla ilgili verdikləri bilgilərin yanlış olduğu 
görüşündə  idi.  Ona  görə, Rusiya  xanların  kiçik  və  gücsüz  göstərdiklərindən daha 
çox  güclü  idi.  Bu  üzdən  də  sadəcə,  Şahın  antipatisini  qazanmamış,  xanların 
düşməni halına gəlmiş, savaşa cihad gözü ilə baxan din xadimlərinin də qəzəbinə 
tuş olmuşdu. Onun can güvənliyinin rəhni, ancaq Abbas Mirzə idi. Abbas Mirzənin 
müşaviri  Qaimməqam  savaş  öncəsi  Abbas  Mirzədən  fərqli  düşünməsinə  rəğmən 
yenə də öz vəzifəsindən alınmadı. Abbas Mirzənin başvəziri qalmağa davam etdi. 
Ancaq  yenə  də  Qaimməqam  Fətəli  Şahın  Laçın  Xana  olan  qəzəbini  təhrik  edirdi. 
Çünkü Qaimməqam onu öz rəqibi kimi görürdü. Abbas Mirzə kimsəyə Laçın Xana 
güvəndiyi qədər güvənmirdi. 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə