Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   50   51   52   53   54   55   56   57   ...   68

110 
 
Abbas  Mirzənin  Osmanlı  ilə  gizlin  anlaşması  haqda  Rusiya  bilgi  əldə  etmişdi. 
Rusiya bu gizlin anlaşmanı bir ihanət kimi yozurdu. Bu ihanəti ortadan qaldırmaq 
üçün Qacar dövləti tərəfindən önəmli bir heyətin Sankt-Peterburqu ziyarət etməsini 
bəkləyirdi.  Ancaq  bu  heyətin  başında  önəmli  bir  şəxsiyyət  durmalı  idi  ki, 
istənildiyində  Qriboyedovun  intiqamını  onu  girov  saxlayaraq  ala  bilsinlər. 
Qriboyedov  hadisəsi  Abbas  Mirzənin  səfərinin  baş  tutmasını  əngəlləmişdi.  Bu 
üzdən Abbas Mirzə öz oğlu Xosrov Mirzəni bu səfər üçün nəzərdə tutdu. Xosrov 
Mirzə  atasının  ən  yaxın  danışmanı  olmuş,  Tufarqandakı  müzakirələrdə  də  iştirak 
etmişdı.  Həlta  General  Paskeviç  ona  “Yarım  Abbas”
*
  olaraq  xitab  etməkdə  idi. 
“Yarım  Abbas”  türk  dilində,  yəni  Abbasın  yarısı  deməkdir.  Abbasın  yarısı 
deməkdə  Paskeviç  Abbas  Mirzənin  yarısı  kimi  bir  anlamı  nəzərdə  tuturdu. 
Şübhəsiz ki, rus generalın ona bu şəkildə xitab etməsinin səbəbləri var idi. Xosrov 
Mirzə zəka və siyasi davranış olaraq atasına bənzəməkdə idi. 
Gənc  Xosrov  Mirzə  öz  heyəti  ilə  bir  yerdə  Sankt-Peterburqa  yola  düşdü. 
Xosrov  Mirzəni  Gürcüstanda  çox  yüksək  səviyyədə  qarşıladılar.  Lakin  Xosrov 
Mirzə  özünü  Rusiya-Qacariyyə  dövlətləri  arasındakı  münasibətlərin  qurbanlığı 
kimi  sanırdı.  Düşünürdü  ki,  Qriboyedovun  intiqamını  ondan  alacaqlar,  ancaq  bu 
qurbanlığa  hazır  idi.  Sankt-Peterburqda  Xosrov  Mirzəni  qəbul  etmə  törəni  yaylıq 
sarayında  gerçəkləşdi.  Sankt-Peterburq,  Abbas  Mirzənin  Ucandakı  hərbi 
paradından  və  ordusunu  təkrar  döyüş  halına  gətirməsindən,  İstanbulla  gizlin 
anlaşmasından xəbərdar idi. Xosrov Mirzə öz davranışlarında özünə tam bir güvən 
örnəyini  sərgiləyərək  İmperatorla  görüşə  hazırlaşırdı.  Rus  imperatorunun  önündə 
diz  çökərək,  qılıncının  ucunu  öz  sinəsinə  tərəf  tutaraq  ona  təqdim  etdi.  Xosrov 
Mirzə  atasının  problemlərini  həll  etmək  üçün  fəda  olmağa  hazır  idi.  İmperator, 
Xosrov Mirzənin girov olaraq saxlanılmasını da düşünmüşdü. Bu üzdən də iki  ay 
müddətincə  rəhinə  kimi  saxlanılan  Xosrov  Mirzə  ilə  bir  diplomat  kimi  deyil,  bir 
çocuqmuş  kimi  davranırdılar.  Xosrov  Mirzə  iki  ay  müddətincə  qaldığı  sarayda 
oranın  memarlıq  gözəlliyi  ilə  bağlı  heyrətlərini  gizlədə  bilmirdi.  Olayların  axışı 
Rusiyanın  Avropa  və  Osmanlı  ilə  olan  münasibəti  fərqli  düzeyə  gəlmişdi.  Bu 
hadisələr  Rusiyanı  Qacariyyə  ilə  barışcıl  irtibata  girməyə  zorlayırdı.  Bu  üzdən  də 
Xosrov  Mirzənin  bu  ziyarəti  Rusiya  tərəfindən  Qacar  dövlətinin  Qriboyedov 
hadisəsi  ilə  bağlı  üzr  istəməsi  kimi  yozumlandı.  Qacar  dövləti  ilə  münasibətlərin 
normallaşdırılması qərarlaşdırıldı. 
*** 
Xosrov Mirzənin bu başarısı onun mövqeyini dəyişdirdi. Ona olan sayqı hər 
kəs  tərəfindən  artmağa  başladı.  Abbas  Mirzə  oğlunun  bu  başarısından  çox  qürur 
duymaqda  idi.  Lakin  Abbas  Mirzənin  oğulları  arasında  da  rəqabət  və  həsadət  baş 
qaldırmışdı. Bu da Abbas Mirzəyə öz qardaşlarını xatırladır və rahatsızlığına səbəb 
                                                           
*
Bu ifadə tərcümə edilməmişdir. Əsərin orijinal şəklində “yarım Abbas” olaraq getməkdədir. 
 


111 
 
olurdu.  Savaş  sıralarında  Abbas  Mirzə  tərəfindən  Naib-ül  Səltənə  (canişin)  kimi 
nəzərdə tutulan Məhəmməd Mirzə ilə öz üstün zəkası ilə fərqlənən Cahangir Mirzə 
arasında yaxın qardaşlıq münasibətləri yaranmışdı. Bu iki qardaş Ərdəbil qalasının 
təslim edilməməsi üçün bərabər və bir yerdə çalışmışdılar. Abbas Mirzə düşünürdü 
ki,  sadəcə,  yaşca  böyük  olmaq  canişin  olmaq  üçün  yetərli  deyil.  Atanın  ədalət 
haqqında bu hissi isə Məhəmməd Mirzəni rahatsız etməkdə idi. Məhəmməd Mirzə 
açıq  şəkildə  rahatsızlığını  dilə  gətirməsə  də,  lakin  Abbas  Mirzə  onun 
davranışlarından  və  arxadakı  giley-güzarından  xəbərdar  idi.  Hər  bir  şahzadənin 
ətrafında  öz  tərəfdarları  toplanmışdı.  Hər  kəsin  tərəfdarı  olduqları  şahzadələrin 
üstün məziyyətlərindən danışırdı. 
Digər  tərəfdən,  başqa  şahzadələr  də  öz  davranışlarında  sərbəst  kimi 
görünürdülər.  Yenicə  Kirmanşahın  elbayı  olmuş  Məhəmmədəli  Mirzə 
Dövlətşahinin  oğlu  Məhəmmədhüseyn  Mirzə  öz  çevrəsinin  təsirinə  qapılaraq 
Xuzistan  və  Loristanı  da  öz  yönətiminə  tabe  etmiş,  bu  iki  əyalətdə  elbay  olan 
şahzadələri öz yanına almışdı. Son savaşda başarısızlıq göstərdiyindən təhqir olan 
Şeyx-ül Məluk da şahzadələr cərgəsində idi. Şahzadələr arasında savaşlar olur və 
şəhərlər  mühasirə  edilirdı.  Məsələn,  Məhərrəm  ayının  yas  mərasimi  sıralarında 
Bürucerd  hücuma  məruz  qaldı.  Fətəli  Şah,  Məhəmməd  Hüseyn  Mirzənin 
hərəkətlərini  Xuzistanda  və  Loristanda  durdura  bilərdi.  Lakin  nə  onun  hərəkətini 
tənqid etdi, nə də onu  pisləyəcək bir hərəkətdə bulundu. Əslində Şah öz övladları 
və nəvələri arasında bu şəkildə qarşıdurmalardan xoşlanırdı. Şah, şahzədələrin bir-
birlərini  öldürməyəcək  səviyyədə  olan  savaşlarına  xoşgörü  ilə  baxırdı. 
Şahzadələrin  əyalətlər  uğrunda  savaşmaları  səbəb  olurdu  ki,  onlar  Fətəli  Şahın 
təkəlində olan  şahlığa  və iqtidara göz dikməsinlər. Şah öz sarayına şahzadələrdən 
oluşan  bir  qvardiya  təşkil  etmək  istəyirdi.  Bu  vəsilə  ilə  Şaha  daha  yaxın  olub  və 
gələcəkdə  böyük  paylar  almaq  üçün  şahzadələr  arasında  çox  ciddi  rəqabətlər 
başlamışdı. 
Rusiyanın işğalına məruz qalmayan əyalətlər də artıq şahzadələrin savaşları 
üzündən  çox  zor  duruma  düşmüşdü.  Şaha  ard-arda  şikayətlər  gəlirdi.  Digər 
tərəfdən,  şahzadələr  arasında  gedən  bu  savaşlar  Şahın  xarici  ölkələrdəki  imajını 
zədələməkdə  idi.  Ölkə  genəlinə  egəmən  ola  bilməyən  bir  şah  kimi  anlaşılmaqda 
idi.  Xarici  ölkələr,  bu  şəkildə  davam  edərsə  Qacar  imperatorluğunun 
parçalanacağını  və  müxtəlif  dövlətlərə  dönüşəcəyini  ön  görürdülər.  Bu  üzdən  də 
Şah  önləm  almaq  zorunda  qaldı.  Ən  yaxşı  sərdarlarından  biri  olan  Qulamhüseyn 
Xan Sipəhdarı öz ordusu ilə bərabər düzən sağlamaq və şahzadələrə qulaqburması 
vermək  üçün  savaş  bölgəsinə  göndərdi.  Abbas  Mirzədən  istənildi  ki,  qardaşları 
arasında  hakimlik  etsin.  Böyüklük  göstərib,  onların  ixtilaflarını  həll  etsin.  Xəstə 
durumda  olan  və  Azərbaycandan  ayrılmaq  istəməyən  Abbas  Mirzə  qardaşı  oğlu 
Şeyx-ül Məluku öz  vəkili  kimi şahzadələr arasında  arabuluculuq etmək amacı ilə 
görəvləndirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə