Azad Yazarlar Ocağının kitabxanası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/68
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32299
1   ...   43   44   45   46   47   48   49   50   ...   68

96 
 
yönləndirməsinə tabe idi. Təbrizin baş mollası Mir Fəttah fətva vermişdi ki, yalnız 
bir  çıxış  yolu  vardır:  Rus  fatehin  iradəsinə  təslim  olmaq!  Asəf-əd  Dövlə  də  Mir 
Fəttah  kimi  düşünməkdə  idi,  lakin  zahiri  təşrifatı  qorumaq  üçün  iki  topun  Gəcil 
darvazasında  yerləşməsinə  əmr  verdi.  Rus  ordusunun  Təbrizə  girişi  bu  darvaza 
yolu ilə mümkün idi. Bir neçə top gülləsi də düşmənə tərəf sıxışdırıldı. Lakin Mir 
Fəttah fətva vermişdi ki Təbriz dirənməməlidir. Bu üzdən öz tərəfdarlarını toplayıb 
və  Gəcil  darvazasının  ağır  ləngələrini  rusların  üzünə  açıq  qoydu.  Rus  fateh,  Mir 
Fəttah tərəfdarlarının böyük təntənəli istiqbalı ilə şəhərə daxil oldu. Asəf-əd Dövlə 
fərar  edib,  bir  tanışının  evində  gizlənmişdi.  Lakin  Mir  Fəttahın  tərəfdarları  onun 
yerini öyrənib, ruslara təslim etdilər. 
General Aristov yağmalanmanı durduruncaya qədər şəhərin bir çox yerləri, 
özəlliklə  zəngin  yerlər  bütünü  ilə  talanmışdı.  Təbrizin  təslim  olması  Şahzadənin 
ailəsinə də təsir etmişdi. Artıq bütün rəqabət hissləri sönmüş və hər kəs bir otaqda 
Şahzadə  Xanımın  çevrəsinə  toplaşmışdı.  Abbas  Mirzənin  saray  işlərinin  məsulu 
olan  Mirzə  Məhəmməd  Xan  Laricani,  Şahzadə  Xanımın  sarayına  yaxınlaşdı.  Bu 
adam  çox  təcrübəli  bir  xidmətçi  idi.  Mazəndəranla  Savadkuh  süvariləri  onun 
əmrinə  tabe  idi.  Şahzadə  Xanımın  hüzurunda  səsini  yüksəltməyə  cəsarət  edə 
bilməyən  Mirzə  Məhəmməd  Xan  ilk  dəfə  olaraq  yüksək  səslə  bağırır  və  yüksək 
gurultu ilə Xanımın qapısını çalırdı. Bütün davranışlarından qorxu hissi
 
tökülürdü. 
Şübhəsiz  ki,  bu  da  Şahzadə  Xanımı  və  çevrəsindəki  digər  ailə  üzvlərini  daha  da 
qorxudurdu.  Məhəmməd  Mirzə,  Şahzadə  Xanıma  dedi  ki,  kəcavə  hazırdı,  Sizi 
Əraka  və  Xəmsəyə  tərəf  qaçıracaqlar.  Ancaq  Abbas  Mirzənin  ailəsi  General 
Aristov  üçün  çox  önəmli  girovlar  ola  bilərdi.  Bu  üzdən  də  onların  şəhərdən  çıxa 
bilməmələri üçün heç şübhəsiz ki, öncədən planları varmış. Rus süvariləri Şahzadə 
Xanımı bütün ailə üzvləri ilə bir yerdə Təbrizin iki ağaclığında yaxaladılar. Ancaq 
onlara toxunmamaq üçün General Aristov əmr vermişdi. 
*** 
Böyük ehtimala görə ruslar Abbas Mirzənin özünü də əsir almaq istərdilər. 
Abbas  Mirzə  də  Təbrizin  düşməsindən  sonra  bu  təhlükəni  hiss  edib  Xoydakı 
qərargahını tərk etdi. Daha güvənli yerə getmək zorunda qaldı. Xoydakı qərargahın 
komutanlığını  oğlu  Bəhmən  Mirzəyə  tapşırıb,  özü  isə  hələ  güvənli  olan  Urmuya 
(Urmiyeye)  getdi.  Abbas  Mirzə  hər  gün  yeni  bir  xəyanət  xəbəri  eşidirdi.  General 
Paskeviçin  Təbrizə  girərkən  qarşısında  qurban  kəsilməsi  Şahzadənin  qüruruna 
toxunmuşdu.  Bilirdi  ki,  bütün  bunların  hamısını  Mir  Fəttah  etmişdir.  Mir  Fəttah, 
Marağa, Əhər, Ərdəbil xanlarına məktub yazmış və ilahi iradənin qarşısında təslim 
olmalarını  istəmişdi.  Abbas  Mirzənin  kafir  ölkələrlə  yaxınlaşıb  və  onlar  kimi 
davranması  üzündən  Tanrı  bu  torpağı  cəzalandırmışdır.  Tanrı  iradəsinə  qarşı 
gəlmək günahdır deyə fətvalar vermişdi. 
Abbas  Mirzə  Urmu  və  çevrəsində  çox  hörmətlə  qarşılandı.  Bu  bölgənin 
insanları Abbas Mirzənin onları kürd soyğunçulardan qurtardığını unutmamışdılar. 
Ancaq  Abbas  Mirzə  artıq  insanların  üzünə  dik  baxa  bilmirdi.  Başkəndinin 


97 
 
dirənmədən  təslim  olması  onu  çox  təhqir  etmişdi.  Bu  bölgənin  insanları  isə  onun 
istiqbalına  varıb  və  ətəyindən  öpürdülər.  İnsanların  onu  bu  şəkildə  qarşılaması 
Şahzadəni bir az da  olsa  sakitləşdirirdi.  Demək  ki,  hələ  də  xalq  arasında  hörməti 
məhfuzdur.  Lakin  o  bölgənin  də  böyük  xanları  Təbrizin  işğal  olunmasını 
eşitdiklərində  içlərində  Şahzadəyə  qarşı  olan  əski  nifrətləri  baş  qaldırdı.  Hər  kəs 
bilirdi  ki,  artıq  Şah,  Abbas  Mirzəni  sevməməkdədir.  Hər  an  onun  bütün 
rütbələrinin Şah tərəfindən alınma ehtimalı var idi. Hər kəsin ağlında gəzən bir sual 
var  idi  ki,  Abbas  Mirzənin  səlahiyyətləri  qardaşlarından  hansına  verilə  bilər?  O 
bölgənin  də  xanları  Abbas  Mirzənin  artıq  sərgərdan  və  zavallı  birisi  olduğu 
qənaətinə varmış və intiqam almaq fikrinə qapılmışdılar. Şahzadə bu kinli baxışları 
hiss  edirdi.  Onların  xəyanətlərindən  qorunmaq  üçün  özü  ilə  bərabər  kiçik  süvari 
dəstəsi gəzdirirdi. Ancaq Şahzadənin büdcəsi tükənmişdi, bu kiçik dəstədən ibarət 
olan süvariləri təmin etməkdə zorluq çəkirdi. Digər tərəfdən, ağlında belə bir fikir 
gəzirdi ki, məğlubiyyəti qəbul etməli və Paskeviçlə bir şəkildə təmasa keçməlidir. 
Bu  üzdən  Paskeviçə  bir  məktub  yazdı.  Məktubu  ona  çatdırmaq  üçün  yanında 
gəzdirdiyi  özəl  qvardiyanın  komutanı  Bijən  Xana  verdi.  Özü  isə  Səlmasın 
çevrəsində  bir  yerdə  yerləşib  cavab  gözlədi.  Bu  qərargah  nisbətən  güvənilir  idi. 
Digər tərəfdən, bəzi ordu komutanları da buraya gəldilər. Məsələn, Sərdar Hüseyn 
Xan  ayaqda  qalan  ordusu  ilə  bərabər  buraya  gəldi.  Şahzadə  Hüseyn  Xanın  oraya 
gəlməsindən  rahatsız  kimi  görünürdü.  Çünkü  savaş  zamanı  ortaya  çıxan 
müttəfiqlik  duyğusu  məğlubiyyət  üzündən  ortadan  qalxmışdı.  Keçmişdə  olduğu 
kimi  hər  şey  onları  bir-birindən  ayırırdı.  Şahzadə,  Hüseyn  Xanın  xəyanət 
etməsindən  çəkinirdi.  Çünkü  hər  şeyini  itirmiş,  Sərdar  Hüseyn  Xan,  Şahzadəni 
təslim  etməklə  çox  şeyə  nail  ola  bilərdi.  Bu  kiçik  qərargahda  diqqəti  cəlb  edən 
xaricilərin  daha  çox  gözə  dəyməsi  idi.  Şahzadə  bu  ağır  günlərində  İngiltərə 
diplomatları ilə əlaqə saxladı. 
İngiltərənin  yeni  diplomatı  Mək  Donald  özəl  qələm  müdiri  Kompbellə 
bərabər  Şahzadənin  yanında  idi.  Rus  ordusu  Təbrizə  girdikdən  sonra  İngiltərə 
dərhal  Abbas  Mirzə  ilə  təmasa  keçmək  istədi.  Çünkü  bilirdilər  ki,  sülh 
müzakirəsində  başı  əyyaşlığa  qarışmış  Fətəli  Şah  iştirak  etməyəcək,  Şahzadə 
iştirak edəcəkdir. Bu üzdən də bu barış müzakirəsi İngiltərənin bölgədəki, özəlliklə 
Hindistandakı mənafeyini təhdid etməməli idi. Çünkü Rusiyanın planlarından birisi 
də  Qacar  ölkəsi  yolu  ilə  Hindistana  girmək  idi.  Bu  səbəbdən  də  İngiltərə  sülhün 
təfərrüatını  öyrənmək  üçün  Abbas  Mirzənin  qəbuluna  həmən  bir  diplomat 
göndərmişdi. Fətəli Şah da İngiltərənin arabuluculuğuna olumlu baxırdı. 
Albay  Məkdonald  öz  xatirələrində  şöhrəti  Avropanı  saran  Şahzadəni  ilk 
dəfə necə gördüyünü anladır. Şahzadə yorğun və xəstə bir halda bir çinar ağacının 
altında  oturmuşdu.  Bulunduğu  qərargahın  mövqeyindən  dolayı  bu  yabançının 
xəyanət  edə  biləcəyinə  inanmırdı.  Bu  üzdən  də  bəzi  içini  üzən  sıxıntılarını  ona 
söyləməyi rəva bildi. Savaşdakı məğlubiyyətin üzücü təsirindən başqa, başqa özəl 
sıxıntıları  da  vardı.  Uzun  zaman  idi,  Şah  ona  yardım  etmirdi.  Bütün  qaynaqları 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə