Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə5/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   ...   42

15. Şeirdən kim? sualına cavab verən sözləri seçib yazın. Həmin söz lə rə
artırılan şəkilçilər bu sözlərin sualını dəyişirmi? Fikirlərinizi əsas lan dı rın.
16. Aşağıdakı sözlərin mənalarını izah edin və aralarındakı münasibəti
aydınlaşdırmağa çalışın.
dost – dostluq – dostlaşmaq – dostluq etmək – dost olmaq;
tanımaq – tanış – tanışlıq – tanış olmaq – tanış etmək;   
kömək– köməkçi  – köməkləşmək  – kömək etmək – kömək olmaq; 
yol – yolçu – yoldaş – yoldaşlıq – yoldaş olmaq – yoldaş etmək; 
xəstə – xəstəxana – xəstələnmək – xəstə olmaq 
17. Aşağıdakı atalar sözündə deyilən fikirlə razılaşırsınızmı? Debata
qoşulun.
BUNLARI BİLMƏK LAZIMDIR
18. Oxuyun və əməl edin:
Ünsiyyət mədəniyyəti
Görüş salamlaşmaqdan başlayır. Belə ifadə olunur: Salaməleyküm. Bu
söz qarşıdakı adama xoş arzular diləməkdir. Mənası belədir: Sizə sülh,
əmin­amanlıq arzulayıram! Cavabı belə verilir: Əleyküməssalam. Bunun
da mənası – Mən də sizə  sülh, əmin­amanlıq arzulayıram! – deməkdir.
Salam almamaq ədəbsizlikdir. Ona görə də salam verənin kimliyindən
asılı olmayaraq, salamı almaq lazımdır.
Görüşəndə gülərüzlü olun, qarşınızdakı adamın üzünə təbəssümlə
baxın. Təbəssüm ürək açır, könül oxşayır.
18
SÖZ EHTİYATI
əli aşağı olmaq – обеднет
kefim sazdır – быт  в хорошем настроении
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Dünyada çox iş var yoldaşdan aşar,
Yaman gündə çatır dada yoldaşlar.  
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Ağac bar verəndə başını aşağı dikər.
ь
ь
Çap üçün deyil
Çap üçün deyil


Bir məsələyə də diqqət vermək lazımdır: bəzən salam alan adam salam
verənin dediyi sözü təkrar edir. Bu, düzgün deyil. Unutmayın ki, salamə­
leykümün cavabı – əleyküməssalamdır.
Qarşılaşdığınız adam istər böyük olsun, istərsə də kiçik, birinci siz
salam verin. Çünki böyüklərə salam vermək hörmət, kiçiklərə salam ver­
mək isə təvazökarlıqdır.
§4. AY AMAN!.. SEL APARDI!..
Cavidgilin evi çayın kənarında idi. O, 
uşaqlıq da
boş vaxtlarını çayın
kə na rında  ke çi rər di.  Uşaq lar la  oynayar,  isti  ha valarda  çay da  çimərdi.
Bir gün baharın əvvəl lə rində uşaqlar çayın sahi lin də oynayırdılar.
Birdən Cavidin yanındakı uşaq 
dəh şətlə
çığırdı: – Ay aman!.. Sel apardı!
Cavid bir göz qırpımında özünü çaya atır, çox 
çətinliklə
uşağı selin
ağ zından alıb sahilə çıxarır.
Uşaqların hər ikisi bərk yorulmuşdu*. Az qala yarımcan olmuşdular.
Çayda boğulan uşaq quşların, heyvanların, ağacların qənimi olan uşaq idi.
19
SÖZLÜK
diləmək – желать
əmin­amanlıq – благополучие
ədəbsizlik – невежество
təvazökarlıq – скромность
təbəssüm – улыбка
ünsiyyət – общение
SÖZ EHTİYATI
ürək açmaq – здес: радовать душу
könül oxşamaq – нравиться
Çap üçün deyil
Çap üçün deyil


Bütün uşaqlar onların başına yığışmışdılar*.
Uşaqlar bir qədər dincəldikdən  sonra 
yoldaşlarından
biri Cavidin qu ­
lağına pıçıldayır.
– Hüseyn, sən nahaq bu qansızı selin ağzından aldın*, qoyaydın boğu ­
lay dı. Axı bu bizim düşmənimizdir.
Cavid 
qəzəblənib*
üzünü həmin uşağa tutub deyir:
– Sən ondan da qansızsan. Mən onu heyvanlara, quşlara qarşı meh ri ­
ban, 
ədalətli
olmağa çağırırdım. Mən onu 
cəzalandırırdım
. Lakin onun
ölümünü heç zaman istəmərəm. Elə təbiət də onu cəzalandırmaq istəyirdi.
Şükür ki, bu cəzadan o, ucuz qurtardı. Əgər mən onun ölümünü istəsəy­
dim, elə sənin kimi qansız olardım. O, bir az 
küskün
, bir az 
acıqlı
, asta
və yorğun addımlarla evlərinə doğru gedir.
Selin ağzından qurtulan uşaq günahkar kimi başını aşağı salıb Cavidin
arxasınca gedir, onu kölgə kimi 
izləyirdi
. Ona çatıb onunla yanaşı 
addım­
ladı
. Onlar heç nə danışmadılar. Gözləri bir­birinə sataşanda, ikisi də
birdən 
qucaqlaşıb
kövrəldilər.                             
Mişkinaz Cavid
1. Mətnin məzmunu əsasında aşağıdakı suallara cavab verin.
1) Cavidgilin evi harada idi?
2) Cavid özünü niyə çaya atır?
3) Cavidin xilas etdiyi uşaq necə uşaq idi?
4) Yoldaşlarından biri Cavidin qulağına nə pıçıldayır?
5) Cavid niyə qəzəblənir? 
6) Selin ağzından qurtaran uşaq özünü necə apardı?
20
SÖZLÜK
sel – сель, поток
dəhşətlə – с ужасом
yarımcan olmaq – потерять силу 
boğulmaq – тонуть
quşların qənimi – враг птиц
ədalətli – справедливый
cəzalandırmaq – наказать
küskün – обиженный
izləmək – следить
kövrəlmək – расчувствоваться
SÖZ EHTİYATI
qansız – здесь: жестокий
bir göz qırpımında – в одно мгновение
ağzından almaq – здесь: спасать
ucuz qurtarmaq – легко отделаться
gözləri sataşmaq – посмотреть, заметить
Çap üçün deyil
Çap üçün deyil


2. Cavidin yerində olsaydınız, siz necə hərəkət edərdiniz? Fikirlərinizi
əsaslandırın.
3. Mətnin məzmununa əsasən düzgün olmayan cavabları səsləndirin:
Cavid suda boğulan uşağı niyə cəzalandırırdı?
1) Çünki o, heyvanların, quşların qənimi idi.
2) Cavid o uşağı sevmirdi, onunla oynamaq istəmirdi.
3) Cavid onu heyvanlara, quşlara qarşı mehriban, ədalətli olmağa
çağırırdı.
4) Çayda boğulan uşaq Cavidlə tez­tez dalaşırdı.
4.  Cavidin xilas etdiyi uşaq niyə günahkar kimi onun arxasınca
gedirdi? Fikirlərinizi əsaslandırın.
5. Cümlələrin tərcüməsində yol verilmiş səhvləri düzəldib köçürün:
1) В детстве свободное время он проводил возле речки – O, boş
vaxtlarını çayın kənarında keçirərdi. 2) Оба ребенка сильно устали –
Uşaqların hər ikisi yorulmuşdu. 3) Все дети собрались вокруг них –
Uşaqlar onların başına yığışmışdılar.
6. Aforizmlərdəki fikirlərlə razılaşırsınızmı? Düşündüklərinizi söy ­
ləyin.
7. Mətndə üzərində ulduz işarəsi qoyulmuş söz və ifadələri dəftərinizə
yazın. Onların  əvəzinə mətndə aşağıdakılardan  hansını işlətmək olarsa,
qarşılarında qeyd edin.
SÖZLƏR:
toplaşmaq, dostlaşmaq, əldən düşmək, mane olmaq, xilas
etmək, acıqlanmaq, üşümək, hirslənmək, qurtarmaq, əl yetirmək
21
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Yaxşılıq yerdə qalmaz.
Keçənə güzəşt deyiblər!
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Yamanlıq etməkdən uzaq ol, uzaq,
Pisliyin əvəzi pislik olacaq.
Eşitməmişsənmi bu məşhur sözü:
“Quyu qazan adam düşəcək özü”.  
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə