Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə7/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   10   ...   42

adlanır. Hər xalqın da öz vətəni, öz dili olur. 
Vətəni
olan xalq hər şeyi
yarada bilir. Buna görə də 
vətənə
ana deyirlər, onu müqəddəs 
sayırlar
.
– Baba, bəs müqəddəs nə deməkdir?
– Ən əziz şey, toxunulmaz şey müqəddəsdir. Onu nə satmaq olar, nə
almaq, nə də başqasına 
bağışlamaq
.     
Qaçay Köçərli
1. Mətni rollar üzrə oxuyun, göy rəngdə verilmiş sözlərin tələffüzündə
diqqətli olun.
2. Mətn üzrə suallara cavab verin.
1) Elşən vətən sözünü harda eşitmişdi?
2) Elşən babasından nəyi öyrənmək istəyirdi?
3) Babası Vətənin böyüklüyünü Elşənə necə izah etdi?
4) Həsən baba necə izah etdi: kimə vətəndaş deyirlər?          
5) Elşəni daha hansı suallar maraqlandırırdı?
3. IV sinfdə B.Vahabzadənin “Vətəndaş” şeirini oxumuşdunuz. Bu şeir
yadınızdadırmı? Unutmusunuzsa, təkrar oxuyun. Həsən babanın dedik­
lərinə nə əlavə edə bilərsiniz?
4. Vətən niyə müqəddəs hesab olunur? Debata qoşulun və fikirlərinizi
əsaslandırın. Nitqinizdə atalar sözlərindən istifadə edin.
5. Vətən haqqında  bildiyiniz atalar sözlərini söyləyin, yenilərini tapıb
dəftərinizə yazın və öyrənin.
26
SÖZLÜK
tay­tuş – ровесник  
əkin sahəsi – посевной участок
biçənək – луг, сенокос
bayaq – недавно
cavabdeh – ответственный
toxunulmaz – неприкасаемый   
SÖZ EHTİYATI
qayğı göstərmək – заботиться
qurban vermək – пожертвовать
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Gözsüz yaşamaq olar, vətənsiz yox.
Qürbət görməyən adam vətən qədri bilməz.
Çap üçün deyil
Çap üçün deyil


6. Cümlənin Azərbaycan dilinə tərcüməsi ilə bağlı düzgün cavab han­
sıdır?
Сынок, город в котором мы живем, часть нашей Родины.
A) Oğlum, yaşadığımız bu şəhər bizim vətənimizdir.
B) Oğlum, yaşadığımız bu şəhər bizim vətənimizin bir hissəsidir.
C) Oğlum, bu şəhər bizim vətənimizin bir hissəsidir.
D) Oğlum, bizim vətənimizin bir hissəsi elə bu şəhərdir.
7.  Vətən haqqında əvvəlki siniflərdə öyrəndiyiniz  bayatılardan
yadınızda qalan varmı? Söyləyin və yenilərini öyrənin.
8. Hər kəs (məsələn, alim, zabit, mühəndis, həkim ...) vətən qarşısında
öz borcunu bir cür yerinə yetirir.  Bu barədə siz necə düşünürsünüz? Fikir­
lərinizi açıqlayın.
9. Bəs siz vətənə xidməti nədə görürsünüz? Bir məktəbli öz  Vətəninə
bor cunu necə ödəyə bilər? Fikirlərinizi açıqlayın.
10. Aşağıdakı sözləri cümlələrdə işlədin. Bu sözlərdən yeni sözlər dü ­
zəl də bilərsinizmi? Özünüzü yoxlayın və düzəltdiyiniz sözləri dəf tə ri nizə
yazın.
SÖZLƏR:
müqəddəs, bayaq, meşə, birlik, bağ, yoldaş, qucaq
11. Mətndə qırmızı rəngdə verilmiş sözləri köçürün. Sözlərdə dəyiş ­
mə yən hissənin altından xətt çəkin. Bu sözlərdən biri digərlərindən fərq ­
lə nir. Həmin sözü tapıb göstərin və səbəbini izah edin.
12. Şeiri düzgün intonasiya ilə oxuyun.
AZƏRBAYCAN
Dosta möhkəm sədaqətli,
Qəlbi
dağlar baş­başadır.
Qoynu 
bahar
təravətli,
O, Şəkidir, bu, Şuşadır,
Beynəlmiləl təbiətli,
Doğrudan da, tamaşadır
Bir 
diyardır
Azərbaycan.
Başdan­başa Azərbaycan.
Bir nəğmədi, bir şeirdi,
Baxdım ana torpağıma,
Dinəndə Vurğun deyirdi,
Aranıma, yaylağıma,
Füzulidi, Üzeyirdi,
Min səs gəldi qulağıma
Şəhriyardı Azərbaycan.
– Yaşa,
    
Yaşa, Azərbaycan!
Hüseyn  Arif
27
Çap üçün deyil
Çap üçün deyil


13. Şeirdə yaşıl rəngdə verilmiş sözlərin sinonimlərini  tapıb cüm­
lələrdə işlədin və mənalarını rus dilində deyin. 
14. Aşağıdakı suallar əsasında bildiklərinizi danışın. 
1) Şəkidə hansı məşhur maddi­mədəniyyət abidəsi var? 2) Şəki lətifəsi
bilirsinizmi? 3) Şəki daha nələri ilə tanınır?
15. Şeirdə adı çəkilən Füzuli kimdir? Onun haqqında qısa təqdimat
hazırlayın.
16. M.Şəhriyar harada və neçənci əsrdə yaşayıb? 
A) Şimalı Azərbaycanda, XIX əsrdə
B) İraqda və Türkiyədə, XX əsrdə
C) Cənubi Azərbaycanda, XX əsrdə
D) Şimali Azərbaycanda, XX əsrdə
17. “Heydərbabaya salam” poemasının müəllifi kimdir?
  A) N.Gəncəvi           
B) M.Füzulu       
C) H.Cavid 
         D) M.Şəhriyar      
E) M.Ə.Sabir      
18. Üzeyir Hacıbəyov Şərqdə ilk operanı M.Füzulinin hansı əsəri əsa ­
sında yazıb?
     A) “Yeddi gözəl”    
B) “Leyli və Məcnun”    
         C) “Koroğlu”     
D) “Xosrov və Şirin”
28
SÖZLÜK
qoyun – здесь: объятия
təravətli – свежий
baş­başa – рядом
SÖZ EHTİYATI
beynəlmiləl təbiətli – интернациональный характер
qulağına səs gəlmək – услышать
tamaşa – здес : красота, великолепие
ь
Çap üçün deyil
Çap üçün deyil


§ 6. ŞİRVANŞAHLAR SARAYI
1­ci hissə
Şirvanşah İbrahim bir ucu Dəmirqapı Dərbəndə, bir ucu Şəki ilə
Gəncəyə, bir ucu Beyləqana, bir ucu Xəzər dənizinə gedib çıxan böyük
bir dövlət 
qurmuşdu
. Paytaxtını da Şamaxıdan “küləklər diyarı” ad­
landırılan Badi­Kubəyə köçürmüşdü. Amma daha
yaşlaşmışdı
. Odur ki,
bir gün oğlu Xəlilüllahı yanına çağırıb dedi:
– Oğul, daha qocalmışam. Məndən sonra sən şah olacaqsan. Sənə cən­
nət kimi bir 
dövlət
qoyub gedirəm. Qədrini bil. Bir iş görəndə ağılla gör.
Dosta – dost, düşmənə – düşmən ol. Bir də Badi­Kubənin mənzərəli
yerində özünə möhtəşəm bir saray tikdir. Metronun “İçərişəhər” stansiyası
Şirvanşahlar sarayının yanındadır.
Xəlilüllah şah taxta çıxdığı günün səhəri əyanları yanına çağırdı. Saray
tikdirmək istədiyini bildirdi. Memarlardan kimi məsləhət gördüklərini
soruşdu. Əyanlar bir­birinin üzünə baxdılar. Axırda biri bu işi yalnız
Memar Əlinin görə biləcəyini söylədi.
Memar Əlini tapıb şahın 
gətirdilər. Şah dedi:
– İstəyirəm ki, şəhərimizdə dünyada tayı­bərabəri olmayan bir
tikəsən. Həyətində divanxanası, məscidi, hamamı, kəhrizi,
güllü­çiçəkli bağı, bir də çoxlu türbələri olsun. Nə deyirsən?
– Məsləhət sizindir, şah!
Xəlilüllah şah dedi: 
– Onda başla. Nə qədər qızıl­filan lazım olsa, xəzi nə dən götür. Bu iş
nə vaxta tamamlanar?
Memar Əli sarayın bir qərinəyə hazır olacağını bildirdi.
Xəlilüllah şah bu sözü eşidəndə təəccübləndi:
– Bir qərinəyə?
Sarayın gec başa gəlməsinə görə şahın narahat olduğunu  görəndə
Memar Əli  əlavə etdi: 
– Şah, siz çox 
cavansınız
. O sarayda siz hələ çox 
ömür sürəcəksiniz
.
Bu sözlər şahın 
xoşuna gəldi
, gülümsəyib dedi: 
– Sənə böyük ənam verəcəyəm. Ancaq bir şərtim var: Tikdiyin
üstündə öz adını yazmayacaqsan. 
29
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə