Azer-dili 5s Derslik 2016 Layout 1



Yüklə 3,25 Kb.
Pdf görüntüsü
səhifə4/42
tarix21.06.2018
ölçüsü3,25 Kb.
#50196
1   2   3   4   5   6   7   8   9   ...   42

Müəllimin qaşları
ça 
tıldı: – Necə yəni
Ceyhun qoymadı?
– Dirsəyi ilə onu
vururdu.
Müəllim 
eynəyini
gö zün  dən  çıxarıb  stolun
üs tü   nə  qoydu.  Uşaqlar
mü     əllimin  həyəcanlan ­
dı ğı nı  ba şa  düş dülər. 
O gəlib lap Ceyhu­
nun yanında durdu: 
– Ceyhun, Zərifə düz deyir?
Ceyhun cavab vermə di.
– Niyə cavab vermirsən, nə üçün ona mane olmusan?
– Müəllim, mən deyim? – Zərifə yenə əlini qal dır dı. – Müəllim, İlahə
sanitar olanda onun adını yazıb sizə vermişdi. Buna görə də Ceyhun qolu ­
nu İlahənin qoluna to xundurdu.
Müəllim sinifdə gəzişdi. Məsələ ciddi idi. Sinifdə 
oğlanlarla qızlar
arasında hələ də 
dostluq
yaradılmamışdı. Təcrübəli müəllimi bu 
məsələ
ciddi düşündürdü ...   
Xalidə Hasilova
         
1. Mətndən çıxardığınız nəticə barəsində danışın.
14
SÖZLÜK
qaşqabaqlı – угрюмый
səliqəsiz – неопрятный
неаккуратный
dinməzcə – тихонько
gəzişmək – прогуливаться
mane olmaq – мешать
SÖZ EHTİYATI
göz qoymaq – следить
başını aşağı dikmək – опустить голову вниз
həyəcan keçirmək – волноваться
qaşları çatılmaq – здесь: задуматься
gözləri dolmaq – прослезиться
özünü güclə saxlamaq – еле сдерживаться
Çap üçün deyil
Çap üçün deyil


2. Mətnin məzmununu aşağıdakı plan əsasında danışmaq olarmı? Özü ­
nüzü yoxlayın.
1) Yazı dərsi.
4) Müəllimin İlahəyə xəbərdarlığı.
2) İlahənin dəftəri.
5) Zərifənin müəllimə müraciəti.
3) Ceyhunun həyəcan keçirməsi.
6) Müəllimin narahatlığı.
3. Mətnin məzmunu əsasında düzgün cavabı müəyyənləşdirin.
İlahə niyə müəllimin üzünə baxmağa utanırdı?
A) Çünki o, müəllimə yalan danışmışdı.
B) Çünki o, yazısını çox səliqəsiz yazmışdı.
C) Çünki o, yazısını yazmamışdı.
D) Çünki o, yazını Ceyhundan köçürmüşdü.
4. Mətnin məzmununa əsasən yanlış variantları səsləndirin.
Ceyhun həyəcan keçirirdi, çünki ...
A) müəllimdən qorxurdu.
B) İlahənin həqiqəti müəllimə söyləyəcəyindən ehtiyat edirdi.
C) sinif yoldaşlarının həqiqəti bilməsini istəmirdi.
D) səhv hərəkət etdiyini başa düşmüşdü.
5.  Zərifənin həqiqəti söyləməsinə haqq qazandırırsınızmı? Debata
qoşulun və fikirlərinizi əsaslandırın.
6. Mətnin məzmununa əsasən düzgün cavabı müəyyənləşdirin: 
Zərifəni həqiqəti söyləməyə nə vadar etdi?
A) Ceyhunun İlahənin qoluna toxunduğunu Zərifə görmüşdü.
B) İlahənin həqiqəti söyləməyəcəyini gördükdə, o dözmədi.
C) Zərifə həqiqəti deməsə, özünü bağışlaya bilməzdi.
D) Zərifənin Ceyhundan xoşu gəlmirdi.
E) İlahə Zərifənin rəfiqəsi idi.
15
NİZAMİNİN HİKMӘT XӘZİNӘSİNDӘN
Öz adına layiq işlər gör ki, sən
Axırda utanma xəcalətindən.   
Çap üçün deyil
Çap üçün deyil


7. Mətndə qırmızı rənglə verilmiş sözlərin içərisindən kim? və nə? su­
allarına cavab verənləri seçib ayrı­ayrı sütunlarda yazın.
BUNLARI BİLİRSİNİZMİ?     
Azərbaycan dilində əşyanın adını bildirən sözlər isim adlanır.
İsimlər kim?, nə?, hara? suallarından birinə cavab verir. 
Siz artıq bilirsiniz ki, dilimizdə yalnız insan anlayışı bildirən söz ­
lər kim? sualına cavab verir. Digər canlıları və cansız varlıqları ad­
landıran sözlər nə?,  yer bildirən sözlər isə hara? sualına cavab verir.
8. Mətndə altından xətt çəkilmiş sözləri kök və şəkilçiyə ayırıb yazın.
Sözlərin hamısında eyni şəkilçinin altından xətt çəkin. Həmin sözlərin və
köklərin mənaları üzərində müşahidə aparın. 
9. Hər iki sütundan mənası uyğun gələn sözləri tapıb, qarşı­qarşıya
yazın:
göz qoymaq     
dinməzcə 
ayağa qalxmaq 
zorla              
üzünü  tutmaq  
təəccüblü
sakitcə               
baxmaq
qəribə                  
durmaq
güclə                   
baxmaq
10. Cümlələrin Azərbaycan dilinə tərcüməsi ilə bağlı səhvləri düzəldə
bilərsinizmi? Diqqətli olun və özünüzü yoxlayın: 
1) Девочка спокойно сидя с удивлением смотрела на учителя– Qız
sakitcə oturub müəllimə baxırdı. 2) Увидев учителя сердитым Илаха
ничего не  сказала– İlahə müəllimin qaşqabaqlı olduğunu gördü. 3) Учи­
телница Джейран  достала из под классного журнала одну тетрадь–
Ceyran müəllim jurnalın altından dəftər çıxardı. 4) Илаха с трудом сдер­
живала себя, чтобы не заплакать – İlahə özünü ağlamaqdan saxlayırdı.
11. Sinif iclasınızın vaxtını təyin edin və bu barədə elan yazın.
12. Şeiri oxuyun, oradakı əsas fikri müəyyənləşdirin, sonra məzmu­
nunu öz sözlərinizlə danışın.
16
Çap üçün deyil
Çap üçün deyil


YOLDAŞLIQ KÖMƏYİ
Mirmehdi Seyidzadə
13. Sərvərin, yoxsa Elmanın hərəkətinə daha çox haqq qazandırırsınız?
Siz necə hərəkət edərdiniz? Fikirlərinizi açıqlayın.
GÜLƏK VƏ DÜŞÜNƏK
14. Lətifəni oxuyun və axırıncı cümlədəki fikirlə bağlı debat təşkil
edin.
Yaxşı tanımaq olur
Bir gün Molladan soruşdular:
– Molla, deyə bilərsənmi, bu saat, bu şəhərdə sənin neçə dostun var?
Molla deyir: 
– Bu saat deyə bilmərəm. Çünki bu il taxılım yaxşı gəlib, kefim sazdır.
Dostları əli aşağı olanda yaxşı tanımaq olur.
17
Hər zaman şən, bəxtiyar,
Gülərüzlü Ənvərin
Gözlərindən bir dərin
Kədər duydu uşaqlar.
Sual verib yer­yerdən,
Soruşdular Ənvərdən:
– Nə var?
– Sənə nə olub?
– Nədəndir rəngin solub?
– Anam xəstədir bir az.
– Qorxma, heç bir şey olmaz.
– Qorxmuram, ancaq mənim
Vaxtım yox dərs öyrənim.
– Qorxma, anan sağalar
Dərsinçün də vaxt qalar.
Təsəlli verib Sərvər
Söylədi belə sözlər.
Lakin 
dinmədi
Elman,
Məktəbdən çıxan zaman
Düz Ənvərgilə gəldi.
Kömək etdi Ənvərə
Danışmadı
boş yerə. 
SÖZLÜK
gülərüzlü – приветливый
kədər – печаль
SÖZ EHTİYATI
təsəlli vermək – утешать
ATALAR SÖZÜ – SÖZLƏRİN GÖZÜ
Yaxşılıq elə, minnət qoyma!
Yaxşı dostu yaman gündə tanıyarlar.
Yoldaşın yaxşı olsa, uzun yol yaxın olar.
Hər şeyin təzəsi, dostun köhnəsi.
Çap üçün deyil
Çap üçün deyil


Yüklə 3,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə