Azərb ay can miLLİ elmlər akademiy asi folklor institutu cəlal bəYDİLİ (MƏMMƏdov)



Yüklə 162,84 Kb.
Pdf görüntüsü
səhifə5/102
tarix14.06.2018
ölçüsü162,84 Kb.
#48775
1   2   3   4   5   6   7   8   9   ...   102

Ənənəvi  mədəniyyətin  bir  başlıca  cizgisi  təbiətlə  harmoniyaya, 
uyum içində olmağa intuitiv can atmağıdır.  Məhz özü-özünü qura bilib də 
özünücə tənzimləməsi həmin prosesin başlı-başına olmadığmm bir sübutu, 
hadiso  kimi  ənənənin  təbiətin  öz  qanunlarma  uyğunluğu  və  canlıhğmın 
göstəricisidir.  Bu  baxımdan  türk  etnik-mədəni  ənənəsinin  araşdmlması 
onun  özü-özünü  tənzimləyən  bir  sistem  olduğu  qənaəti  doğurur.  Bununla 
bağlı ilk öncə qeyd etməyə dəyər ki, təbii sistemlərin keçdiyi yola yaxın bir 
yol  keçmiş  olan  türk  cəmiyyətiııin  tarixini,  məsolən,  Avropa  millətlərinin 
tarixi  kimi  və  ya  müsəlmanlığm  qəbulundan  əvvəlki  və  sonrakı  dövrlər, 
eləcə  də  digər  adlar  altmda  dövrləşdirmək  özünü  doğrultmur.  Çünki  bu 
tarixi  başqa  millətlərin  tarixlərindən  fərqləndirən  çox  sayda  özəlliktarindən 
biri həmin etnosun tarixinin coğrafl baxımdan yayğmlığıdır. Həmin yayılma 
dairasi о dərəcədə genişdir ki, hətta bir çoxlannın büsbütün yanlışlıqla dolu 
«tiirklorin  tarixi  kökləri  kimi  yurdlan  da  bəlli  deyil»  [143,  s.16]  və  b. 
şəklində  iddialanna  yol  açmışdır.  Halbuki  türk  yurdlannm  beta  bir 
yayğmlığmı  əslində  türk  etnosunun  öz  təbii  tarixini  yaşama  şəkliylə  izah 
etmək  olar  [137,  s.348].  Bu  qədər  geniş  və  rəngarəng  landşafta  yayılmağı 
türk  cəmiyyətinin,  ştibhəsiz,  günlük  həyatı  və  estetik  düşüncəsiylə  yanaşı, 
dini-mifoloji  dünyaduyumuna  da  təsirsiz  qalmamışdır.  Çünki  etnosun 
yerləşmiş  olduğu  landşaft  da  özlüyündə  etnik  sistemin  bir  parçasıdır  [204, 
s.366]. Təsadtifi deyil ki, türk xalqlan da köç dalğalanmalan zamanı çoğrafi 
şəraiti  atayurdlannı  andıran  landşaftı  seçməyə  çalışırdılar.  Etnolandşaftm 
əldə  olunmuş  tarazlığının  qorunub  saxlanması  üçün  də  gərəkdir  ki,  gələn 
nəsillər  heç  olmazsa  onlan  əhatə  edən  təbiətə  münasibətdə  əcdadlann 
əməllərini təkrarlasmlar. Tarix elmində buna ənənə deyilir [203, s.98].
Ənənədə bu mənada əcdadların həyatı yaşanır.  Din düşüncəsi  ilə də 
iç-içə  olan  həmin  ənənə  təbiətin  özündən  gələn  bir  yaradıcılıq 
ıçərisindədir.  Onda dəyişməz olan yoxdur. Yeni  kimi  görünən hər пэ varsa 
da  hamısı  köhnədən  olandır.  Bu  üzdəndir  daşıyıcılan  açıqdan-açığa 
olmasa belə,  şüuraltı  olaraq  ənənənin  və ənənəvi  olan  пэ  varsa  hamısmm 
эп  uzaq  keçmişlərdən  bu  yana  elə  beləca  də  mövcudluğuna  inanmışlar. 
Ənənəvi cəmiyyət dindənkənar yaşayış tərzi təsəwür etmir, qaynağı dindən 
gələn  dəyərlərə  böyük  qiymət verirdi.  Bu  cəmiyyəti  yaşadan  da həmin  din 
və  əxlaq  idi.  Buna  görə  də  mədəniyyəti  inamşlarla  əlaqəli  olan  belə 
cəmiyyətdə  yalnız  dinlə  mədəniyyətin  ahəngdarlığından  danışmaq  lazım 
gəlir.  Kökləıi  varlığın,  təbiətin  özündə  olan  bu  ahəngdarlığm  arxasında 
kainatı bir bütöv şəklində qavramaq kimi yüksək anlayış dayanırdı.
Millətlərin  müqəddəratında  böyük  rol  oynayan  taıixlə  bərabər 
coğrafiyamn  da  təsirinin  danılmaz  olduğu  düşünülərsə,  bu  baxımdan 
yaşadığı  torpaqlarm  belə  coğrafi  rəngarəngliyi  və yayğınlığı  da  tiirk milli 
mədəniyyətinə  əsla  təsirsiz  ötüşməmişdir.  Bununla  yanaşı,  tiırk  ulusları 
yazılmamış qanunları olan törələrində və yaşayış tərzlərindəki  sadəliyi  lıər 
bir  halda  qoruyub  saxlamış,  məhz  həmin  sadəliyin  verdiyi  çeviklik  və 
qıvraqlığm  gücünə  mürəkkəb  sıxlığa  malik  ağırlaşmış,  ləngləşmiş  başqa 
mədəniyyət  dünyalarına  qarşı  asanca  dayana  bilmişlər  [66,  s.63].  Buııu 
cəmiyyətdə,  fızikadakı  ifadə  ilə,  «fluktuasiyalar»m kifayət qədər azadlığı, 
dəyişikliklərə  hazırolma  imkanlarınm  çoxluğu  təmin  etmiş,  bu  isə  öz 
növbəsində  türk  cənıiyyəti  və  milli  mədəniyyətinin  vahid  orqanizm  kiıni 
daha böyük ölçüdə dinamikliyi və eyni zamanda stabilliyinə gətirmişdir.
Tarixi  boyunca  dağmıqmış  kimi  bir  təəssürat  oyadacaq  qədər  geniş 
coğrafı  məkanda  «öz  milli  varlığmın  böyüklüyünə  sonsuz  inam»  duyaraq 
yayılan  türk  etnosu  ayrı-ayrı  dinlərlə,  dini  inanış  sistemləri  ilə  təmasda 
olmuşdur.  Bu  mənada  fikir  dolambaclanndan  uzaq  olub  aydınlıq  sevən 
ənətıəvi  türk  düşüncəsinə'  buddizm,  manixeizm,  xristianlıq  vo  ya  islamm 
hansı  ölçüdə  təsir  göstərdiyini  söyləınək  çətindir.  Lakin  həmin  təsir  пэ 
dərəcədə olur olsun, türk  etnik-mədəni ənənəsinə və onun da bünövrəsində 
dayanan  dini-mifoloji  düşüncə  sisteminin  təməlinə  əsla  onu  sarsıdacaq 
dərəcədə  toxıına  bilməmişdir.  Ona  görə  ki,  tiirk  etnik  mədəııi  əııənəsi  öz 
təbii  halıyla  yaşayan  sistem  kimi  olduqca  stabil  və  mühafizəkar  deyibcək 
qədər dayamqlıdır.
Bütün  böyük mədəniyyətlər  öz dünyaduyımuı,  yaşama tərzinə  görə 
özünəxas  üslubunu  yaradır  və  həmin  üslublarıyla  da  dərhal  seçilib 
tanınırlar  [139,  s. 165].  Bu mənada qədiın türklər da öz mədəniyyətləri,  öz 
üslubları  ilə  tanmıb  seçilmişlər.  Bir  etnik-mədəni  sistem  kiıııi  isə  bıı 
mədəniyyətdə  folklor  həmişə  aparıcı  yerə  sahib  olubdur.  Bıı  üzdən  türk 
folklorunu öyrənmək hər an canlı  эпэпэ ilə qarşı-qarşıya olmaq deməkdir. 
Daim  yaradıcılıq  içərisində  olduğundan  yemdən  yeniyə  axıb  hər  an
1  Tiirk  təfəkkür  tərzindəki  bu  aydınlıqla  tlirk  dillərində,  о  cümlədən  Azərbaycaıı  dilində 
olan  heca  quruluşlarının  yaratdığı  simm etrik  sistem  arasında  dərin  bağlılıq  var.  Belə  ki, 
heca  m odelhrinin  çoxluğu  dildə  simmetriyalı  sistem  yaranmasına  ancaq  mane  olur.  Prof. 
F.A ğasıoğluya  görə,  ilmumtürk  dillərinin  mikroproyeksiyası  sayılan  Azərbaycaıı  dilində 
cəmi  7  heca  modeii  var  ki,  onun  da 6-sı  timumtürk  mahiyyətlidir.  Heca  modellərinin  sayı- 
nın  b e b   azlığı  bu  dilin  arxitektonikasında hecalanmanın  ritm ik-nıelodik  bölgülərini  elə  ııi- 
zanıa  salm ışdır  ki,  hecalanmadakı  qanunauyğunluq  və  heca  düzümləri  simmetriya  şəkli 
alm ışdır [32,  s.47-48].


Yüklə 162,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə