88
təsərrüfat birlikləri - trestləri yaradılmıĢdı. 1922-ci ilin martında XTġ tabeliy ində
on trest var idi
85
. Trestlərin yaradılması ilə XTġ-nin iqtisadiyyat orqanı kimi
funksiyaları da dəyiĢdi. XTġ bütün müəssisələri bilavasitə idarə edən orqandan
trestlərin təsərrüfat fəaliyyətini tənzimləyən orqana çevrildi. 1921-c i ilin
iyununda XTġ dövlət müəssis ələri idarəsinə çevrildi və yeni yaradılmıĢ
Azərbaycan SSR Sənaye və Ticarət Xalq Ko missarlığına tabe edildi.
1921-c i ilin payızından sənaye istehsalının əsas sahələri tədricən dövlət
təchizatından çıxarılır və təsərrüfat hesabına keçməklə trestləĢdirilirdi. Belə ki,
1922-c i ilin a xırlarına kimi balıqç ılıq, ipək e ma lı sənayeləri və Gədəbəy
misəritmə zavodu trestləĢdirilmiĢ və təsərrüfat hesabına keçirilmiĢdi
86
.
Azərbaycanın iqtisadi həyatının planlaĢdırılması məqsədilə 1921-ci ildə
Dövlət Plan Komitəsi və tərkibinə XTġ-nin sədri ayrı-ayrı Xalq ko missarlıqlarının
nümayəndələri daxil olan Azərbaycan Ali Ġqtisadi ġurası (AĠġ) yaradıldı. Ali Ġqtisadi
ġura respublikanın vahid təsərrüfat planını mütləq RSFSR-in planı ilə uzlaĢdırmalı
idi. Təsdiqdən sonra AĠġ maddi və təsərrüfat ehtiyatlarının qeydiyyatına,
bölüĢdürülməsinə və məqsədəuyğun istifadəsinə nəzarət edirdi.
Sənaye
müəssisələrinin,
respublikanın
bütün
təsərrüfatının
maliyyələĢdirilməsini ya xĢılaĢ dırmaq üçün 1921-ci il oktyabrın 16-da Azərbaycan
MĠK Azərbaycan Dövlət Bankının yaradılması haqqında dekret verdi. Dövlət bankına
ancaq respublikada pul dövriyyəsini nizamlamaq və qısamüddətli kreditlərin köməyi
ilə kooperativlər, artellər və baĢqa birliklərin təsərrüfat fəaliyyətinin yaxĢılaĢmasına
kö mək etmək tapĢırılmıĢdı
87
.
1924-cü ilin aprelində keçirilmiĢ pul islahatı da xalq təsərrüfatının
bərpasına kömək etmək məqsədi daĢıyırdı. Qiy mətdən düĢ müĢ kağız pullar sabit
valyuta - sovet çervonu ilə əvəz edildi.
Siyasi və iqtisadi çətinliklər. YĠS tətbiq edilərkən bütün müttəfıq
respublikaların daxili ictimai-siyasi vəziyyəti, xüsusən 1923-1924-cü illərdə olduqca
mürəkkəb və ziddiyyətli olmuĢdu.
V.Ġ.Leninin xəstəliyi kəskinləĢəndə, xüsusilə onun vəfatından sonra
"silahdaĢları" Ġ.V.Stalin, L.Trotski, Q.Zinovyev, L.Kamenev və baĢqaları
arasında partiyada liderlik, hakimiyyət uğrunda mübarizə q ızıĢdı. Hələ 1922-ci
ildən partiya MK-nın katibi olan Ġ.V.Stalin təkbaĢına hakimiyyətə yiyələnməyə,
kolleg ial rəhbərlikdən imtina etməyə çalıĢırdı. O, bu məqsədinə çatmaq üçün bəzən
liderliyə can atanlarla ittifaq yaradır, onlardan siyasi mübarizədə istifadə edirdi.
Partiya daxilində yaranmıĢ belə gərgin vəziyyət hər Ģeyə, o cümlədən bütün müttəfiq
respublikaların, həmçinin Azərbaycan SSR-in iqtisadi həyatına təsir göstərirdi.
Azərbaycan partiya təĢkilatı daxilində də mübarizə gedirdi. Partiyada
hakimiyyət uğrunda, respublika həyatının bütün sahələrinə təsirli nüfuza nail olmaq
cəhdləri, kəskin "millətçilik" və "hakim Ģovinist dövlətçilik" təzahürləri inkiĢaf
89
edirdi. Azərbaycanda rəhbərlikdə, partiya və hökumət iĢçiləri arasında da belə intriqa,
çəkiĢmə dərinləĢirdi, millətçilik və Ģovinizm mey illəri özünü göstərirdi.
Azərbaycan Kommunist Partiyasında yaranmıĢ belə vəziyyət Azərbaycanın
milli maraqlarına etinasızlıq göstərən Mərkəzin amiranə-inzibatçı cəhdləri ilə də
əsaslı surətdə bağlı idi. Milli siyasət prinsiplərini təhrif edən Stalin direktivlərinin
Zaqafqaziyada həyata keçirilməsində canfəĢanlıq edən S.M.Kirov, Q.K.Orconikidze
və onların baĢqa həmlikirləri burada Mərkəzin direktivlərini Azərbaycanın ictimai-
siyasi xüsusiyyətlərini nəzərə almadan icra edirdilər. RNərimanov və onun
həmfikirləri partiyanın elan olunmuĢ milli siyasət prinsiplərini təhrif edənlərə qarĢı
qətiyyətlə çıxıĢ edirdilər.
M.Nərimanovun bu məsələ üzrə baxıĢları, etirazları, onun 1923-cü ilin
dekabrında RK(b)P MK-ya Ģəxsən Ġ.V.Stalinə, surəti L.D.Trotskiyə, K.B.Radekə
göndərdiyi "Ucqarlarda inqilabımızın tarixinə dair" məktubunda Ģərh
olunmuĢdu
88
. Bu sənəddə, həmçinin onun bir sıra məktub və Ģifahi müraciətlərində
Stalinin, Orconikid zenin ölkədə həddən artıq "mərkə zləĢdirməyə", milli sovet
Azərbaycanının "müttəfiq respublika" bayrağı altında simasızlaĢdırılmasına
yönəlmiĢ, onun milli dövlət müstəqilliy ini heçə endirən "diktatorluq" siyasətinə
etirazı öz əksini tapmıĢdı
89
. N.Nərimanov məktubda Azərbaycanda yerli Ģəraitin
özünəməxsusluğunun nəzərə alınması zərurətini qeyd etməklə, eyni zamanda
müttəfiq respublikaların bərabərhüquqlu olmalarına riayət edilməsini tələb edir,
Zaqafqaziyada iqtisadi siyasəti həyata keçirərkən Azərbaycan xalqının mənafelərinin
pozulmasını qətiyyətlə pisləyirdi. O, Azərbaycanın Zaqafqaziya Federasiyası
tərkib ində, həmçinin bütün SSRĠ daxilində ölkəyə Gürcüstan və Ermənistandan
daha çox maddi nemətlər verməsini nəzərə almayaraq büdcə bölgüsündə Azərbaycan
Respublikasına ədalətsiz olaraq az vəsait ayrılması hallarını açıqlayırdı. Bu
ümumittifaq xəzinəsinə böyük gəlir gətirən Azərbaycan neft sənayesinin timsalında
özünü xüsusilə nümayiĢ etdirirdi. Bəzən iĢ o yerə çatırdı ki, Azərbaycan kəndlərində
ağ neftə qonĢu respublikalardakına nisbətən daha yüksək dövlət qiyməti
müəyyənləĢdirilirdi
90
. N.Nərimanov yüksək ixtisas lı milli kadrlar hazırlan masının,
respublika həyatının bütün sahələrində Azərbaycan dövlət dilinin rolunun
yüksəldilməsinin, kəndlərdə mədəni-maarif iĢlərini geniĢləndirməyin vacibliyini
xüsusi nəzərə almağı qeyd edirdi.
N.Nərimanov partiya daxilində dərinləĢən dramın dəhĢətli təhlükəsini,
"bolĢevizmin" məhkumluğunu qabaqcadan hiss edərək, 1925-ci il yanvarın 28-də
oğlu Nəcəfə ünvanladığı tamamlanmamıĢ məktubunda yazmıĢdı: "Mən sosial-
demokrat idim, lakin bu təĢkilat getdikcə daha çox idealdan uzaqlaĢır. Mən
bolĢeviklərin proqramını xüsusi inamla qəbul etmiĢəm, belə ki, mən bunda öz
məramımın - dünyada köləliyin məhvin in həyata keçməsini görürdü m.