90
Bəlkə də sən bu sətirləri o xuyan vaxt bolĢevizm olmayacaq (o vaxt oğlu
Nəcəf 5 yaĢında idi və o, 1943-cü ildə Vətən müharibəsində həlak olub -
məsul
red.). Ancaq bu o demək deyil ki, bolĢevizm la zım deyil. Bu ona dəlalət edəcək
ki, biz onu qoruya bilməmiĢ, ona lazımi qiy mət verməmiĢ, iĢimizə pis
yanaĢmıĢıq. Açıq demək lazımd ır: biz əldə etdiyimiz hakimiyyətdən o qədər
təkəbbürlü olmuĢuq ki, boĢ iĢlərlə və çəkiĢ mələrlə məĢğul olaraq, əsil iĢi əldən
buraxmıĢıq. Hakimiyyət çoxlarını korlayır"
91
.
N.Nərimanov öz həmfikirləri ilə AK(b)P və BK-nın rəhbərliyində çox
vaxt Azərbaycan xalqının özünəməxsusluğunu, milli xüsusiyyətlərini, əhalisinin
etnik tərkibini nəzərə almayan, fraksiyaçılıq fəaliyyəti ilə məĢğul olan "sol qrup"
adlananlarla və "gənc kommunistlər"lə (əvvəllər baĢqa partiyalarda olmuĢ - məsul
red.) R.Ə.Axundov, Ə.H.Qarayev, M.D.Hüseynov və baĢqaları ilə də ixt ilafda idi.
N.Nərimanov və onun silahdaĢları eyni zamanda, daĢnak xilqətli "erməni
kommunistlərinə", o vaxt Bakı Partiya Ko mitəsində katib vəzifəsinə soxula bilmiĢ
Sarkis və Mirzoyanın Ģəxsində daĢnakçı "erməni kommunistləri"nə qarĢı barıĢmaz
mübarizə aparırdılar. Bu vəzifədə onlar maskalanmıĢ antiAzərbaycan siyasəti
yürüdür, fıtnəkarlıqla məĢğul olur, partiya üzvləri sıralarında "qatı millətçilik"
ehtiraslarını, siyasi münaqiĢə və intriqa meyillərini qızıĢdırırdılar.
N.Nərimanov V.Ġ.Leninə müraciətlərində "daĢnak kommunistlərin bütün
Zaqafqaziyada, həmçinin Azərbaycanda bu murdar hərəkətlərinə son qoymağı"
dəfələrlə xahiĢ edirdi
92
.
Zaqafqaziyada mövcud gərgin ictimai-siyasi vəziyyəti obyektiv təhlil edib
həqiqəti deyən N.Nərimanovun siyasi düĢmənləri onu "milli təmayülçülükdə"
günahlandırmağa və onun xalq arasındakı yüksək nüfuzunu ləkələməyə çalıĢırdılar.
Sarkis, ġarunovskaya və onların əlaltıları onun respublika rəhbərliyindən
uzaqlaĢdırılmasına nail oldular. Bu xainlər N.Nərimanovun 1922-ci ilin axırı - 1923-
cü ilin əvvəlində SSRĠ MĠK sədrlərindən biri seçilməsi Ģansından hiyləgərcəsinə
istifadə etdilər və o, bu vəzifədə ömrünün axırına kimi Moskvada iĢləməli oldu.
1923-cü ildə ölkədə müəyyən nailiyyətlər qazanılmasına ba xmayaraq,
iqtisadi-sosial vəziyyət ağır olaraq qalırdı. Sənayedə və kənd təsərrüfat ında
müharibədən əvvəlki istehsal səviyyəsinə hələ nail olunmamıĢdı. ZəhmətkeĢlər
iqtisadi çətinliklərlə ü zləĢirdilər. ĠĢsizlik tam ləğv edilməmiĢdi, bunun bir səbəbi
fəhlələrin Ģəhərlərə qayıtması prosesinin sənayenin bərpasından daha sürətlə
getməsi idi. Kənd əhalisinin artıqlığı da özünü göstərirdi. 1924-cü ilin yazında Bakı,
Gəncə və ġəki Ģəhərlərində əsasən ixtisassız fəhlə lərdən ibarət 22,6 min nəfər iĢsiz
var idi
93
.
Bazar iqtisadiyyatı relslərinə keçid Ģəraitində xalq təsərrüfatında mü xtəlif
sahələrin bərpa prosesi bərabər sürətdə getmirdi. Azad əmtəə mübadiləsi Ģəraitində
kəndli təsərrüfatı ilə dövlət sənayesinin bərpa olunması sürəti arasında
91
uyğunsuzluq 1923-cü ildə müvəqqəti satıĢ böhranı ilə nəticələndi. Bu böhran isə
sənaye məmulatlarının yüksək qiymətləri ilə kənd təsərrüfatı məhsullarının aĢağı
qiymətləri arasındakı fərqdə özünü göstərirdi. Qiy mətlər arasındakı bu
uyğunsuzluq "qayçı" adı aldı və o qədər kəskinləĢdi ki, sənaye malları almaq kəndli
üçün sərfəli olmadı. Respublikalarda ticarət münasibətlərinin kifayət qədər inkiĢaf
etməməsi, pul təsərrüfatının zəifliyi, sənayedə və xüsusilə ticarətdə yüksək əlavə
xərclər buna Ģərait yaradırdı. Təsərrüfat aparatını saxlamağın baha baĢa gəlməsi və
baĢqa böyük əlavə xərclər nəticəsində sənaye mallarının qiyməti çox yüksək idi.
Həm də ticarət mallarını öz əllərində cəmləĢdirmiĢ bəzi orqanlar, təsərrüfatlar,
sənaye trestləri özlərinin bazarda inhisarçı vəziyyətlərindən istifadə edərək,
qiymət siyasətini pozurdular. SatıĢ böhranının əsas səbəblərindən biri də ondan
ibarət idi ki, dövlət sənayesi və ticarəti hələ özü üçün kütləvi kəndli bazarına yol
aça bilməmiĢdi. Dövlət sənayesi ilə
kəndli təsərrüfatı arasına tacirlər və
sələmçilər girmiĢdilər, bu isə sənaye və kəndlilər arasında bilavasitə əlaqə
yaranmasına mane olurdu. Xüsusi kapital dövlət ticarətinin və kooperasiyanın
lazımi səviyyədə olma masından istifadə edərək, bütün ölkə üzrə kənddə ticarət
dövriyyəsinin 90 faizə qədərini öz əlində cəmləmiĢdi.
Əvvəllər
çarizmin
müstəmləkə
siyasətindən
ziyan
görmüĢ
Zaqafqaziyada və baĢqa milli rayonlarda yuxarıda göstərilən çətinliklərin öz
xüsusiyyətləri var idi. Bu xüsusiyyətlər ölkənin sosial-iqtisadi geriliyindən və
kənd təsərrüfatı istehsalının in kiĢaf səviyyəsinin aĢağı olmasından irəli gəlird i.
"Qayçı" özünü Azərbaycanda xüsusi kəskinliklə göstərirdi. Məsələn,
Azərbaycan kəndlisi bir pud buğda əvəzinə 1923-cü ildə cəmi 3 parça sabun və
ya 2,5 arĢın çit alırdı, ancaq 1922-ci ildə isə 5,7 girvənkə sabun və ya 5 arĢın çit
ala bilird i
94
. Kənd təsərrüfatı məhsulları və sənaye malların ın qiymətləri arasında
kəskin fərqin güclən məsi barəsində qəzalardan narazılıq məlu matları gəlird i.
Dövlətin qarĢısında bazar qanunları ilə hesablaĢaraq, onları ə lə almaq və
tənzimləmək, sosialist sənayesi və kəndli təsərrüfatı arasında qarĢılıqlı
münasibətdə xüsusi kapitalın vasitəçiliyin i məhdudlaĢdırmaq vəzifəsi dururdu.
Xüsusi kapitalı bazardan sıxıĢdırmağın əsas metodu; inzibati tədbirlər deyil,
geniĢ istehlakçı kütləsinin tələbləri üçün zəruri olan əsas ərzaqları öz əlində
cəmləĢdirmək zəminində dövlət ticarəti və kooperasiyaların iqtisadi mövqeyini
möhkəmləndirmək idi.
Ġqtisadiyyatda sosialist uklad ının mövqeyinin möhkəmləndirilməsi,
kooperasiyanın və dövlət ticarətinin xüsusi kapital üzərində qələbəsi bir sıra
Ģərtlərin olması ilə təmin oluna bilərdi. On lardan ən əsasları aĢağıdakılar idi:
dövlət sənayesi ilə elə münasibətlər yaratmaq ki, bu əlaqələrdə kooperativ və
dövlət təĢkilatları xüsusiyyətçi tacirlərə nisbətən daha əlveriĢli vəziyyətdə
olsunlar; sosialist ukladı dövlət kredit idarələrindən sözsüz olaraq maliyyə