Azerbaijan focus


      YANVAR-MART, 2010    AZERBAIJAN FOCUS



Yüklə 1,45 Mb.
Pdf görüntüsü
səhifə10/63
tarix14.09.2018
ölçüsü1,45 Mb.
#68375
1   ...   6   7   8   9   10   11   12   13   ...   63

32
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
asiyada”  mövzusundakı  çıxışında Vaşinqtonun  xarici  siyasətinin 
əsas istiqamətlərini göstərdi.
 Politoloqlar hesab edirlər ki, məhz həmin ərəfədə aBŞ Konqresi 
xəzər və qara dəniz regionunu amerikanın milli maraq dairəsi kimi 
tanıdı, Prezident yanında xəzər regionu məsələləri üzrə xüsusi mü-
şavir postu təsis olundu. regiondakı strategiyanın hazırlanması ilə 
bir çox elmi-tədqiqat mərkəzləri məşğul olmağa başladı. məhz bu 
səfər günlərində ağ evin jurnalistlərə payladığı pres-relizində deyi-
lirdi: “Prezident əliyevin səfəri iki ölkənin əməkdaşlıq əlaqələrində 
təməl daşıdır və əməkdaşlığın genişləndirilməsində mühüm rol oy-
nayacaqdır”.
 Bu səfər həm də aBŞ-azərbaycan münasibətlərini əngəlləyən, 
stroub telbottun “əlaqələrin inkişafı yolunda özümüzün yaratdığı-
mız maneə” adlandırdığı  azadlığa dəstək aktına ədalətsiz 907-ci 
düzəlişin qüvvəsinin dayandırılması istiqamətində də ciddi addım 
kimi qiymətləndirilə bilər. səfər ərəfəsində telbott Klinton admi-
nistrasiyasının  bu  düzəliş  ilə  razı  olmadığını  bildirərək  deyirdi: 
“mən güman edirəm ki, siz bu məsələ ilə bağlı gələn həftə Prezi-
dent əliyev Vaşinqtona gələndə daha geniş informasiya alacaqsı-
nız”.
 1998-ci ildən başlayaraq aBŞ-la əməkdaşlıq azərbaycan xarici 
siyasətinin əsas strateji istiqamətlərindən birinə çevrildi. Corc Bu-
şun  prezidentliyi  dövründə aBŞ-azərbaycan  münasibətləri  daha 
da genişlənməyə başladı. Həmkarı Heydər əliyevlə görüşü zama-
nı cənab Buş ölkəsinin milli maraqlarından çıxış edərək bildirirdi 
ki, “amerika Birləşmiş Ştatları sizinlə sıx işləyərək, qlobal enerji 
təhlükəsizliyini təmin etməyə və azərbaycan xalqı üçün daha fira-
van, dinc gələcək qurmağa yardım etməyə hazırdır”.
 Beynəlxalq münasibətlərə əsaslı təsir göstərən 2001-ci ilin 11 
sentyabr  terror  hadisələrindən  dərhal  sonra  ulu  öndər                 
Heydər əliyevin bütün bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq 
terrorizmi  pisləyən  bəyanatla  çıxış  etməsi, azərbaycanın  antiter-
ror  koalisiyasında  fəal  iştirak  edəcək  dövlətlərdən  biri  olacağını 
qətiyyətlə bildirməsi aBŞ-ın respublikamıza olan etimadını daha 
da gücləndirdi. müqayisə üçün deyək ki, o zaman bir sıra dövlətlər, 
o  cümlədən  işğalçı  ermənistan  da  gözləmə  mövqeyi  tutmuş-
du. azərbaycan rəhbərliyinin rəsmi mövqeyi isə əməli fəaliyyətə 


 YANVAR-MART, 2010  
  
33 
əsaslanırdı – rəsmi Bakı əvvəlcə 
əfqanıstanda,  daha  sonra  isə 
İraqda  həyata  keçirilən  antiter-
ror  əməliyyatlarına  siyasi  və 
hərbi  dəstək  verdi. azərbaycan 
hərbi  kontingenti  bu  gün  də 
əfqanıstanda  sülhməramlı  mis-
siya yerinə yetirir. təsadüfi deyil 
ki, aBŞ Prezidenti Corc Buş bu 
faktı bir neçə dəfə məmnunluqla 
önə  çəkmiş,  ümummilli  lider 
Heydər əliyevin rəhbərliyi altında başlanmış, hazırda isə Prezident 
İlham əliyev tərəfindən uğurla aparılan antiterror siyasətini təqdir 
etmişdir. 
 Həmçinin,  xəzərin  karbohidrogen  ehtiyatlarının  işlənməsi 
və  dünya  bazarlarına  nəqli  sahəsində  ölkəmiz  üçün  son  dərəcə 
əhəmiyyətli  olan  irimiqyaslı  transmilli  layihələrin  həyata 
keçirilməsində aBŞ-ın hərtərəfli dəstəyini xüsusi qeyd etmək la-
zımdır. Belə ki, iki nəhəng enerji layihəsinin reallaşması Birləşmiş 
Ştatların dəstəyi ilə mümkün olmuşdur.
 münasibətlərdəki  pozitiv  dinamika  sonrakı  illərdə  də  inkişaf 
etdi və aBŞ İlham əliyevin azərbaycanda prezident seçkilərindəki 
uğurunu  dəstəklədi. Hələ azərbaycanın Baş  naziri olarkən aBŞ-
la  münasibətlərdə    dəyişikliyin  olmayacağını  söyləyən  İlham 
əliyev  mövqeyini  belə  açıqlayır:  “aBŞ  ilə azərbaycan  arasında 
ikitərəfli münasibətlər çox sürətlə və hərtərəfli inkişaf edir, ame-
rika  hökumətinin  dəstəyi  olmasaydı,  regionda  və  azərbaycanda 
həyata keçirilən böyük enerji layihələrinin reallaşması da mümkün 
olmazdı....xüsusilə terrora qarşı mübarizədə azərbaycan aBŞ ilə 
birlikdədir. İraqdakı son hadisələr zamanı ölkəmiz Birləşmiş Ştat-
ları birmənalı şəkildə dəstəkləmişdir. İndi biz bir koalisiyadayıq və 
ölkələrimiz  arasında  mövcud  olan  əməkdaşlığın  daha  da  inkişaf 
etdirilməsini arzulayırıq”.
 azərbaycan  Prezidenti  İlham  əliyevin aBŞ-a  2006-cı  il  ap-
relin  25-28-də  ilk  rəsmi  səfəri  son  illərdə  sürətlə  inkişaf  edən 
ikitərəfli  münasibətlərdə  yeni  mərhələnin  təməlini  qoymuş  və 
bir  sıra  uğurlu  nəticələrlə  yadda  qalmışdır.  səfərin  yekunları 
tam  əminliklə  deməyə  əsas  verir  ki,  aBŞ  azərbaycanla  möv-
“ABŞ  ilə  Azərbaycan  arasında 
ikitərəfli  münasibətlər  çox  sürətlə 
və  hərtərəfli  inkişaf  edir,  Ameri-
ka  hökumətinin  dəstəyi  olmasaydı, 
regionda  və  Azərbaycanda  həyata 
keçirilən  böyük  enerji  layihələrinin 
reallaşması da mümkün olmazdı.”
   
 
 
    İlham Əliyev


34
  
  
YANVAR-MART, 2010   
AZERBAIJAN FOCUS
 
cud  əlaqələrin  daha  da  genişlənməsində  və  strateji  tərəfdaşlıq 
münasibətlərinin  dərinləşməsində  maraqlıdır.  Bu  maraq,  ilk 
növbədə,  azərbaycanın  qərblə  Şərqi  qovuşduran  geostrateji 
tranzit  xətlərinin  təmas  məkanında  yerləşməsi,  qlobal  enerji  və 
kommunikasiya   layihələrinin reallaşdırılmasında aparıcı rol oy-
naması,  habelə    zəngin  intellektual  resurslara  malik  olması  ilə 
şərtlənir.  azərbaycanda  xarici  sərmayədarların  fəaliyyəti  üçün 
yaradılmış münbit mühit aBŞ-ın iş adamlarının da diqqətini xü-
susi cəlb edir. İndi aBŞ kapitalının iştirakı ilə azərbaycanda bir 
çox  şirkətlər  fəaliyyət  göstərir. aBŞ  şirkətlərinin azərbaycanla 
çoxşaxəli əməkdaşlığa artan marağı həm də son illərdə ikitərəfli 
iqtisadi əlaqələrdə qazanılmış nailiyyətlərlə bağlıdır. 2004-cü ildə 
iki ölkə arasında əmtəə dövriyyəsi təqribən 157 milyon aBŞ dol-
ları olduğu halda, 2008-ci ildə bu rəqəm 630 milyon dollar təşkil 
etmişdir. 
Rusiya – yaxın qonşu və strateji tərəfdaş
 müstəqillik  tariximizin  xarici  siyasətində  rusiya-azərbaycan 
münasibətlərini  bir-birindən    kəskin  şəkildə  fərqlənən  iki  dövrə 
ayırmaq  daha  doğru  olardı.  Bunlardan  biri  yeltsin,  digəri  isə         
Putin dövrü adlandırıla bilər. Putinə qədərki dövrü qısaca da olsa, 
xarakterizə etmədən ondan sonrakı dövrü dəyərləndirmək o qədər 
də doğru olmazdı.
 Postsovet respublikalarının müstəqillik paradında öndə addım-
layan azərbaycanla rusiya arasında münasibətlər tamamilə yeni, 
moskvanın alışa bilmədiyi bir müstəviyə keçmişdi. 200 ildən ar-
tıq tarixin təlqin etdiyi təkəbbür rusiyaya keçmiş təbəəsi ilə da-
nışıqlar  masasına  bərabərhüquqlu  subyekt  kimi  oturmağa  imkan 
vermirdi. rusiya bütün vasitələrlə keçmiş nüfuzunu bərpa etmək 
üçün azərbaycana təzyiqlərini artırırdı. müstəqilliyin ilk illərində 
vəziyyət  daha  da  kəskinləşmişdi.  Həmin  dövrdə  azərbaycanda 
hakimiyyətdə olan qüvvələr rusiyanın təzyiqlərini tez-tez gündəmə 
gətirməklə  artıq  xalqda  moskvaya  qarşı  soyuq  münasibət  yarat-
mışdı.  yeltsinin  komandası  isə  aqressivliyi  və  dağlıq  qarabağ 
münaqişəsində ermənistana dəstək verməsi ilə münasibətləri daha 
da gərginləşdirdi.
doğrudur,  ümummilli  lider  Heydər  əliyevin  1993-cü  ildə 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə