184
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
Müasir qlobal sistemdə etnik münaqişənin səbəbləri
Beynəlxalq təsir
etnik qrupu müəyyən etmək çətindir. Buna görə də dünyada bu
cür qrupların hansı sayda olması ilə bağlı bir-birindən fərqlənən,
geniş yayılmış təxmini rəqəmlər var. Bir mənbədə qeyd edilir ki,
dünyada 862 etnik qrup var. müasir dünyada milli xalqlar kimi iddia
edə biləcək beş min millət və ya fərqli icma coğrafiya mütəxəssisi
tərəfindən müəyyən edilmişdir. əvvəlki bölümdə müzakirə edilmiş
tərif və meyarlardan istifadə edərək və qeyri-məqbul vəziyyətdə
olan, o cümlədən kollektiv maraqlarını təşviq etmək üçün özlərini
formalaşdırmış qruplara nəzər yetirərək, tədqiqatçılardan ibarət bir
qrup 275 bu cür qrup müəyyən etmişdir.
6
Bəzi etnik münaqişələr bir dövlətin hüdudları daxilində mövcud-
dur, lakin onların əksər hissəsi artıq beynəlxalq miqyas alıb.
Bir çox hallarda bu, onunla bağlıdır ki, etnik qruplar dövlətlərin
hüdudlarından kənarda da yaşayırlar. İnkişafda olan dövlətlərdə
yaşayan etnik qrupların üçdə ikisindən çoxunun iki və ya daha çox
qonşu ölkədə soydaşları var. Bu cür vəziyyət nəticəsində hazırda
ölkə hüdudlarından kənarda yaşayan etnik soydaşları da əhatə
etmək məqsədilə vətəndə siyasi hakimiyyətə təzyiqlər yarana bilər.
etnik əlaqələr əsasında digər dövlətin və ya onun bir hissəsinin
anneksiyası irredentizm hesab edilir. “adətən, irredentist hərəkatlar
ərazi vahidinə, yəni qrup şəklində yaşadığı və hətta orada kiçik ye-
rli çoxluq təşkil etdiyi məkana müstəqil dövlət iddiasını irəli sürür.
Bəzən əldə edilməli ərazi müəyyən mədəni toplumun bir hissəsi və
ya bir vətənin ayrılmaz hissəsi hesab edilir”.
7
etnik münaqişə hətta irredentist təzyiqlər olmadan et-
nik mənsubiyyətin millətçiliklə qarışdığı, etnik qrupların öz
müqəddəratını təyin etməyə çalışdığı və beynəlxalq sistemdə yeni
dövlətin yaranmasına cəhd göstərdiyi zaman beynəlxalq xarakter
ala bilər. millətçiliyin bir tərifinə əsasən bu, “ayrı-ayrı üzvlərin öz
etnik və ya milli icmasına ilkin olaraq sadiqlik nümayiş etdirdi-
yi” və “həmin etnik və ya milli icmalar özünün müstəqil dövlətə
6. Gurr, yenə orada, səh.8.
7. david Carment and Patrick james, `Internal Constrains and Interstate ethnic
Conflict`, journal of Conflict resolution, no. 39, march 1995, səh.84.
YANVAR-MART, 2010
185
malik olmasını arzuladığı”
zaman baş verir.
8
etnik
münaqişələr həmçinin ona
görə beynəlxalq səviyyəyə
çıxır ki, münaqişə beynəlxalq
ictimaiyyətin digər üzvlərinin
iqtisadi, təhlükəsizlik və siyasi
maraqlarına təsir göstərir və ya
onlara humanitar məqsədlərə
görə müdaxilə etmək tələb olunur. Bir çox hallarda etnik azlıqların
ayrı-seçkiliyə məruz qalması, dövlət sərhədlərinin etnik qrupların
həqiqi məskunlaşma arealı ilə nadir hallarda üst-üstə düşməsi etnik
münaqişələri virtual epidemiyaya çevirmişdir.
Beynəlxalq sistem və iqtisadi müasirləşmə
darıxdırıcı olsa da, bu məfhumların böyük əhəmiyyəti var. et-
nik mənsubiyyət və etnik münaqişə beynəlxalq siyasəti öyrənən
tələbələr üçün çaşdırıcı terminlər olmuşdur. son onilliklər ərzində
ümumi qaydada hesab edilirdi ki, etnik münaqişə, əsasən, zorakılığa
səbəb olur, çünki beynəlxalq ikiqütblü sistemin strukturu əsas
dövlətlər arasında münaqişəyə qadağa qoymuşdur. lakin bu, onun
digər üzvlərinə şamil edilmir. Başqa sözlə, soyuq müharibə zamanı
bir çox hallarda belə görünürdü ki, super güclər arasında mövcud
olan antaqonizm etnik münaqişələri daha da sərtləşdirirdi. məsələn,
anqolada Birləşmiş Ştatlar və digər qərb dövlətləri ölkənin cənub
hissəsindəki Ovimbundu tayfasının sovetlərin dəstəyini alan
və hökumətə nəzarət edən mbundu koalisiyasına qarşı apardığı
mübarizədə birincinin tərəfində idi. nəticədə, ölkədəki vətəndaş
müharibəsi illər boyu davam etdi. Bu, onunla izah edilir ki, soyuq
müharibə zamanı belə hallarda super güclər elə bir beynəlxalq nizam
qurmağa çalışırdılar ki, müttəfiqlərin və ticarət tərəfdaşlarının sayı
və imkanları maksimal dərəcədə artsın, xüsusən də üçüncü dünya
ölkələri arasında etnik hərəkatlar çoxalsın və genişlənsin. daxili
etnik münaqişələrə kənar resursların daxil edilməsi daha böyük,
mütəşəkkil və zorakı etnik hərəkatların yaranması ilə nəticələndi.
Bunun fəsadları münaqişənin uzanması və ağırlaşması, bir çox
8. stephan evera, `Hypotheses on nationalism and War`, International security,
no 18, 1994, səh.6.
Son onilliklər ərzində ümumi qayda-
da hesab edilirdi ki, etnik münaqişə,
əsasən, zorakılığa səbəb olur, çünki
beynəlxalq ikiqütblü sistemin struktu-
ru əsas dövlətlər arasında münaqişəyə
qadağa qoymuşdur. Lakin bu, onun
digər üzvlərinə şamil edilmir.
186
YANVAR-MART, 2010
AZERBAIJAN FOCUS
hallarda vətəndaş müharibəsinə çevrilməsi və danışıqlar yolu ilə
məsələnin həll olunma ehtimalının azalması ilə yadda qaldı.
9
lakin görünür ki, soyuq müharibənin başa çatması dünyadakı
etnik mübarizə epidemiyasından tam qurtulmaq üçün çıxış yolu
olmadı. əksinə, soyuq müharibə və kommunizmin iflası Şərqi av-
ropa və keçmiş sovet İttifaqında zorakı münaqişələri alovlandırdı.
Bununla belə, super güclər arasında qlobal rəqabətin başa çatması
əvvəllər məhz bu rəqabətin məhsulu sayılan bir çox münaqişələrə
son qoymadı. Hal-hazırda biz görürük ki, hətta super güclərin
dəstəyi olmadan etnik münaqişələr anqola, sudan, əfqanıstan,
Burundi, Birma, İraq, türkiyə və digər yerlərdə davam edir.
10
soyuq
müharibə zamanı, ümumiyyətlə, hesab olunurdu ki, Birləşmiş
Ştatlarla sovet İttifaqı arasındakı qarşıdurma etnik münaqişələri
daha da ağırlaşdırır.soyuq müharibə artıq mövcud deyil. lakin bizə
yenə də deyilir ki, onun bitməsi etnik münaqişələri sərtləndirdi.
eyni zamanda, analitiklər müəyyən dərəcədə əmindirlər ki, iqti-
sadi tərəqqi və müasirləşmə etnik münaqişəni səngidəcək. Bununla
belə, qlobal iqtisadi inteqrasiya yeni zirvələrə çatıb və görünür, bu
proses etnik qruplar arasında mübarizənin intensivliyini daha da
artıra bilər.
Digər səbəblər
Hesab edilir ki, etnik münaqişə bir-biri ilə savaşa hazır olan qrup-
lar arasında dərin düşmənçilik və ədavətin bir formasıdır. əslində,
zorakı etnik münaqişələrin yayılmasına aid ilkin nəzəriyyələrdən
biri qədim vaxtlardan ədavətin olması ilə izah olunurdu və bu,
əsasən, avropa, afrika və asiyadakı müxtəlif müharibələri təsvir
edən jurnalistlərin ixtirası idi. əsas ideya ondan ibarət idi ki,
qanlı döyüşdə toqquşan etnik qruplar öz aralarında münaqişəli
münasibətlərin uzun tarixçəsinə malikdir. tarixən qruplar arasındakı
münasibətlərdə nisbi sakitlik mükafatlandırma və sanksiyalardan
istifadə edərək qrupların daxilində müəyyən ahəngdarlığı saxlayan
güclü mərkəzi hakimiyyət zamanı müşahidə olunmuşdur. mərkəzi
hakimiyyət zəiflədiyi vaxt etnik qruplar arasında münasibətlərdə
9. joane nagel, `ethnic nationalism: Politics, Ideology, and the World Order`,
International journal of Comparative sociology, no.34, 1993, səh.109.
10. james ray and juliet Kaarbo, Global Politics, new york, Houghton mifflin
Company, 2008, səh. 220.
Dostları ilə paylaş: |