Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİ ÜZRƏ kollokvium suallarinin cavablari



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix08.10.2023
ölçüsü0,62 Mb.
#126306
1   2   3   4   5   6   7   8   9   ...   28
Az-dili-ve-nitq-medeniyyet-I-kollekvium-25-yaz-l-sual-ve-cavab1

Mövzu 2
Sual 6 – cavab 
Fonetika haqqında ümumi məlumat yazın
 
Yazılı və şifahi nitq müəyyən vahidlərdən ibarətdir: Səslər, 
hərflər, sözlər, cümlələr 
və s. 
Fonetikada öyrənilən səslər və hərflər dilin ən kiçik dil vahidləridir. 
Ümumilikdə fonetika danışıq səslərini öyrənir. Ahəng qanunu, heca, vurğu, səsartımı 
və səsdüşümü fonetikanın mövzuları sırasına daxildir. Fonetika yunan sözü olub 
"fone" (səs) və "tika" (elm) sözlərindən əmələ gəlib. 
Danışıq zamanı tələffüz etdiyimiz səslər 
danışıq səsləri 
adlanır. Danışıq səslərinin 
yaranmasında dodaqlar, dil və səs telləri daha fəal iştirak edir. Bundan başqa ağ ciyər



nəfəs borusu, qırtlaq, ağız boşluğu, dişlər, burun boşluğu, alt çənə kimi üzvlər də danışıq 
səslərinin yaranmasında iştirak edir. 
Ən fəal danışıq üzvü dildir. 
Danışıq səsləri şifahi 
nitqin vahidləridir. Yazılı nitqdə isə bu, hərflərdə öz əksini tapır. Səslər hərflərdən 
müəyyən cəhətlərə görə fərqlənir: Səslər tələffüz olunur və eşidilir. Hərflər yazılır və 
oxunur(görünür). 
 
Sual 7 – cavab 
Sait və samit səslərin təsnifatı haqqında məlumat verin. 
Azərbaycan dilində 9 sait səs var:
[a], [ı], [o], [u], [e], [ə], [i], [ö], [ü]. Dodaqların 
və dilin müəyyən vəziyyətlərə düşməsi ilə əlaqədar saitlərin müxtəlif növləri yaranır. 
Dilimizdə saitlər üç qrupa bölünür və bu baxımdan hər saitin də üç əlaməti özünü göstərir: 
1. Dilin üfüqi vəziyyətinə görə: 
2.Dilin şaquli vəziyyətinə görə: 
3.Tələffüz zamanı dodaqların aldığı vəziyyətə görə: 
Samit səslərin yaranmasında səs tellərinin iştirakı fərqlidir. 
Səs tellərinin 
iştirakına görə samit səslər iki növə bölünür: 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə