Miladi 1750-ci ildə Şuşa şəhərinin binası qoyulmuşdur. Pənahəli xan
tezliklə şəhərin ətrafına möhkəm bir hasar
çəkdirib hər növ təcavüzə
qarşı müdafiə sistemi və möhkəm bir səngər düzəltdikdən sonra daxili
islahat və inşaat işlərinə başladı.
Bayat və Şahbulaq qalalarında olduğu kimi Şuşa qalasında da ilk
tikililər sırasında hamam və məscid var idi. Şəhər meydanında tikilən
məscidi yenidən İbrahimxəlil xan təzələdi. XIX əsrdə isə İbrahim xanın
qızı Gövhər ağa bu məscidi tamamilə söküb yenidən tikdi. Xalq
arasında bu məscidə Yuxarı məscid də deyilir. Sonralar xalqın
ehtiyacına görə daha əzəmətli Aşağı məscid tikildi. Biz memarlıq
abidələrindən danışanda bu haqda ətraflı məlumat verəcəyik.
Ümumşəhər hamam və məscidlərindən başqa,
məhəllə məscid və
hamamları da var idi.
Yuxarı məscid şəhər meydanına baxırdı, meydan və Rasta bazarla
bazarbaşına doğru 300 metr uzanırdı. Bazarbaşında divanxana binası
tikilmişdi. Divanxana Qarabağın Rusiya ilə birləşməsinə qədər işləyirdi.
Sonra rus qoşun hissələri bu binaya zəng asıb, qüllə tikib rus hərbi
kilsəsi etdilər. Həmin kilsə Sovet hakimiyyətinə qədər işləyirdi.
Əsrimizin 20-ci illərindən başlayaraq 60-cı illərə qədər kilsə binasından
(qədim divanxanadan) şəhər klubu kimi istifadə olundu. Pənah xan
Şuşanı qədim Azərbaycan memarlıq abidələri ənənələri əsasında tikmək
üçün
adamlar göndərib Təbriz, Ərdəbil və başqa şəhərlərdən ustalar
gətirmişdi. Sonralar həmin ustaların özləri də Şuşada sakin oldular.
Təbii olaraq xan Şuşaya öz adını verərək onu Pənahabad
adlandırmışdı. Şuşa şəhəri bina olan kimi xan burada zərbxana açdırıb
pul kəsdirdi. Xanlığın gümüşdən kəsdirdiyi pula da şəhərin adı
"Pənahabad" verilmişdi. Xalq arasında bu ad dəyişdirilib sadəcə olaraq,
"Pənavat" deyirdilər. Bu pul əski çar Rusiyasının gümüş pulu ilə 15
qəpik dəyərində idi.
Eyni zamanda, bu pul "təklik" və "cütlük" olmaqla
iki növ idi. Təklik 15 qəpik, cütlük 30 qəpik hesab olunurdu. Qarabağda
"Xan ərşini" adı ilə bir ölçu miqyası dəxi var idi. Bu ərşin hazırkı
metrdən 5-10 santimetr artıq olmuşdur... Eyni zamanda çəki daşı olaraq
"İstil" deyilən ağırlıq (miqyası) ölçüsü tətbiq olunurdu. Bu da təxminən
800 qram ağırlığında idi. Həmin çəki daşı haqqında xalq arasında
müxtəlif rəvayətlər vardır. Bəziləri onun ağırlığını 600 qr, bəziləri isə
bir kiloqram hesab edirlər. Amma bizim zənnimizcə 800
qram daha
doğrudur.
83
Xalq arasında yaşayan belə bir mahnı var:
Ay qurtarıb, bayrama üç gün qalıb,
Pinti arvad qovurmanı qurtarıb.
Kişi gedib istilyarım yağ alıb...
İstilyarım rusun qədim çəki daşı etibarilə üç girvənkə (funt)
miqdarında, yəni 1200 qrama bərabərdir.
Pənahabad gündən-günə, ildən-ilə inkişaf edərək abadlaşır, döyüşə-
döyüşə böyüyürdü. "Pənah xanın qalası" "Pənahabad qalası" da gələ-
gələ xalq dilində ixtisarlaşıb yalnız "Qala" şəklini alırdı:
- Hara gedirsən?
- Qalaya!
- Hardan gəlirsən?
- Qaladan.
- Keçən həftə Qalada idim.
- Sən öləsən Qalada yaman bazar var və s.
Bununla belə, bəzən qala sözünü "Şuşa qalası" şəklində də
deyirdilər. Az sonra "Şuşa qalası" "Şəhri Şişə", yaxud "Şişə" şəklində
işlənməyə başlandı. Rus dilində isə şəhərə "Şuşa" deyildi.
...Arazi-ali Qarabağın güli-sirabıdır,
Şişə şəhərindən gəlibdir bu pərivar erməni...
S.Ə.Şirvani
...Şəhri-Şişə ki, əcəb
abi-havayi barəd,
Xürrəm an ki, bəsəri-kuyi o, cayi-darəd...
Mehdiquluxan Vəfa
...Şişədə-Şirvanda vurur tək səbir...
M.Ə.Sabir
84
Şuşa şəhəri dəniz səthindən 1500 metr yüksəklikdə olan maili bir dağ
yamacı üzərində salınmışdır. Şəhərin yuxarı hissəsi aşağı hissəsinə
nisbətən 300-400 metr yüksəkdir.
Şəhərin şimal tərəfindən Xəlfəli çayı, sol tərəfindən Qarqar çayı axır.
Şəhər hər tərəfdən sıldırım qayalarla əhatə olunub, yalnız
baş tərəfdə
"İrəvan qapısı", ayaq tərəfdə "Gəncə qapısı" vardır.
Şuşa cənub tərəfdən "Cıdır düzü", "Üç mıx" təpələri, Daşaltı kəndi
və Kirs dağ silsiləsi ilə əhatə olunmuşdur. Şimaldan şəhəri "Dövtələb"
təpəsi, Xəlfəli çayı və Xəlifəli kəndi, "Mıx tökən" yamacı əhatə edir.
Qərbdə Şuşanın Zarıslı və Qala dərəsi kəndləri, məşhur Turşsu yaylası
və Sağsağanlı dağı kimi mənzərəli yerləri vardır. Şərqdən Şüşə kəndi,
Bağrıqan dağı, Topxana meşəsi və təpəciyi və Xəzinə qayası Şuşanı
əhatə etmişdir. Şuşanın şimali qərbində təxminən şəhərdən 2-3 kilometr
aralı gözəl və səfah bir meşə yerləşmişdir. Bu meşədə ayna kimi saf və
şəffaf, buz kimi soyuq olan məşhur İsa bulağı, Damlı bulaq, Soyuq
bulaq yerləşmişdir. Meşələrin heyvanlar aləmi son dərəcə zəngindir.
* * *
Şuşa şəhəri yenicə bina olunub, yavaş-yavaş şəhər halına düşürdü.
Bu zaman İranın Mazandaran və Gilan
tərəflərində Məhəmmədhəsən
xan Qacar (Ağa Məhəmməd şah Qacarın atası) hökmranlıq iddiasına
düşür.
Məhəmmədhəsən xan Pənah xanın Qarabağda istiqlaliyyətini və
şöhrətini eşidib, bunu özü üçün bir təhlükə hesab etdi. Ona görə
Mazandaran, Gilanq və Astarabaddan hədsiz qoşun toplayıb Şuşa qalası
üzərinə yürüş etdi. Şuşa qalasının tikilməsindən (1750-1751-ci illər) bir
il keçməmiş şəhərin təzə-təzə dirçəldiyi vaxtda Məhəmmədhəsən xan
Qarabağa soxulub Şuşanın 4 ağaclığında (təxminən 28 kilometrliyində)
olan "Xatun arx" adlı yerdə dayandı və burada Pənah xanın qüvvələrilə
üz-üzə gəldi.
Məhəmmədhəsən xan Xatun arxda ordugah qurub tüfəngçiləri,
topçuları, atlı və piyadaları nizamla
yerləşdirib, hamısını döyüşə hazır
bir vəziyyətə gətirdi. Digər tərəfdən Pənah xanın döyüşçüləri də onlarla
üzbəüz mövqe tutub hər bir vəziyyətə hazır oldular...
85