verilirdi. Bir çox gecələr minbaşılara və başqalarına taxıl, düyü və 30 qoyun
sərf olunardı. Bu hesabla
sərf olunan çörəyin, arpanın, yağın və şirniyyatın
miqdarını təsəvvür etmək olar"
1
.
Pənahəli xanın vəfatından sonra onunla dostluq etmiş bəzi xanlıqlar əhdi
pozdular. İbrahimxəlil xan öz daxili işlərini nizama saldıqdan sonra ona itaət
etmək istəməyən bir neçə xanlığa qarşı hərbi yürüşlər təşkil etdi. Mirzə Yusif
Nersesov Qarabağinin "Tarixi-safi" əsərində bu yürüşlərdən ikisinin qısa
təfsilatı verilmişdir. Burada deyilir: "O zamanlar Naxçıvan hakimi Kələbi xanla
İbrahim xanın arasında ədavət törəmişdi. Buna görə də İbrahim xan Dağıstan
ləzgilərindən kömək istədi və Dağıstan hakimi Ümmə xan öz qoşunu ilə
İbrahim xanın köməyinə gəldi. İbrahim xan Qarabağın atlıları və könüllüləri ilə
(çirik) birlikdə hərəkət etdi. Kəlbəli xana cəza vermək qərarına gəldi və onun
olduğu Qarababaya yetişərək dayandı. Qoşuna kəndləri və əkin yerlərini
dağıtmaq əmrini verdi. Qarababam mühasirəyə aldı.
Kəlbəli xan da qabaqcadan
İrəvan hakimindən kömək istəmişdi. O da ona bir qədər kürdlərdən və başqa
ellərdən kömək göndərmişdi. Hər iki tərəfin qoşunu bir-birinə rast gəldi.
Kəlbəli xan bir qədər geri çəkiləndən sonra Tiflis yolu ilə qaçmağa üz qoydu.
Bunu görən Ümmə xan iti gedən atını onların dalınca çapdı... İbrahim xan
könüllü qoşunu Qarababanın mühasirəsi üçün qoymuşdu. İbrahim xan çarəsiz
qalıb yüzbaşıların yanına adam göndərdi, onlara geri qayıtmaq əmri verdi.
Burada Kəlbəli xanla dostluq əsasını qoydu. Beləliklə, dostluq və məhəbbət
əlaqəsi bu gündən etibarən davam etdi.
İbrahim xan qoşunu və çəriləri götürüb Qarabağa gəldi
2
.
İbrahimxəlil xan qonşu xanlarla ümumi dil tapmadıqda onlara qarşı hərbi
yürüşdə öz müttəfiqlərindən istifadə edirdi. Mirzə Yusif Nersesov Qarabaği
daha sonra yazır: "İbrahim xan Naxçıvam zəbt etdikdən sonra öz bacarığına
daha da güvəndi. Ağa Məhəmməd xanın İranda hökmranlıq
etməyə
başlamasına baxmayaraq işi helə də tərəqqi etməmişdi. Onun bu zaman fars və
Şiraz tərəflərində olduğundan istifadə edərək İbrahim xan Xoy vilayətini özünə
tabe etmək fikrinə düşür. O, 1203-cü ildə (təxminən 1789) ləzgi, Car, avar və
Qarabağın könüllülərini və Qaracadağın qoşununu toplayıb sərhədi keçdi. Xoy
hakimi Cəfərqulu xan da öz adamları ilə İbrahim xanın qarşısına çıxmaq üçün
hərəkət etdi. Bu yürüşdə xanı bir çox ölkələrdə şöhrəti
olan Molla Pənah Vaqif
təxəllüs müşayiət edirdi... Vaqif hesab rəsm və astronomiya elmlərini də yaxşı
bilirdi. O, əvvəlcə İbrahim xana dedi ki, sabahkı döyüşdə Xoy şəhəri bizim
əlimizdə olacaqdır. Mərənd şəhəri yaxınlığında hər iki xanlığın qoşunu bir-biri
ilə döyüşə başladılar. Şiddətli döyüş nəticəsində İbrahim xan qalib gəldi. İkinci
döyüşdə İbrahim xanın qüvvələri məğlub edildi. Çoxlu əsir alındı. Əsirlər içə-
1 Bax: "Qarabağnamələr", bu nəşrin I kitabı, səh.163.
2 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.28-29.
215
risində Molla Pənah da var idi. Onları Xoy şəhərinə apardılar. Əsir alınanlar
içərisində İbrahim xanın əmisi oğlu Fərzi bəy də var idi. O, istehza ilə Molla
Pənaha
demişdi ki, Xoy şəhərini tutmaq əvəzinə bizi əsir aldılar. İbrahim xan
yeni qüvvə toplayaraq Cəfərqulu xanla danışığa girdi və öz adamlarını
əsirlikdən azad etdi. Bu hadisə münasibəti ilə Molla Pənah yazmışdır:
Fərd Vaqifəm mən bu səfərdən ki səlamət qayıdım,
Tövbə gör bir də qiyamət günü çıxsam Qaladan.
Nəticə etibarı ilə Xoy xanlığı Qarabağ xanlığı ilə dostluq ittifaqı bağladı.
1791-ci ildə Gürcüstan valisi ilə İbrahim xan arasında narazılıq baş
vermişdi. Mirzə Yusif Nersesov Qarabaği yazır ki, Ümmə xan çoxlu qoşunla
Gürcüstan tərəfə gəlib, bacardığı qədər Gürcüstan torpağını qarət edərək Sığnaq
və Gümüşxananı zəbt etdi... Qışı Axalsixdə keçirəndən sonra bahar fəslində
geri qayıdaraq yenə də Gürcüstan torpağına daxil oldu. Ümmə xan yolun
üstündə knyaz Abaşidzenin arvad-uşağı ilə yaşadığı möhkəm Adxan qalasını
mühasirə edib zor ilə zəbt etdi. Oranın əhalisini qılıncdan keçirərək, bəzilərini
də əsir etdi. Knyaz Abaşidzenin qızlarından Cavahir xanımı İbrahim xandan
ötəri göndərdi və bir qızına
da Ümmə xan özü evləndi
1
.
M.M.Xəzani "Qarabağ tarixi" əsərində Qarabağda mədəniyyət məsələlərinə
də geniş yer vermişdir. Əsərdə xanlığın mədəni həyatı, memarlıq abidələri
haqqında olan məlumat başqa "Qarabağnamə"lərə nisbətən daha genişdir.
İbrahimxəlil xanın yaşadığı evdən danışan Xəzani yazır ki, təpə üzərində
yerləşən bu imarətdən İbrahim xan qalaya düşmən
hücum edəcəyi təqdirdə onu
müdafiə imkanına malik idi. Pənahəli xanın oğlanları Mehrəli bəy və Talıbxan
bəy də belə yaraşıqlı binada yaşayırdılar. Sonralar İbrahimxəlil xanın böyük
oğlu Məhəmmədhəsən ağa üçün tikdirdiyi bina Şuşanın ən mənzərəli binası
oldu.
Pənahəli xan, İbrahimxəlil xan və Mehdiqulu xan dövrlərində Ağdamda bir
sıra xanlıq abidələri inşa olunmuşdu. M.M.Xəzani yazır ki, 3 günbəzli
məqbərələr Pənah xan və onun övladlarına aid idi. Pənah xanın bu məqbərələri
ətrafında arxlar, yollar, su anbarları və ehsan bağı deyilən sahələr ilboyu
nəzarətdə olurdu. Əsgəran qalaları və Qarqar çayının Şuşa Xəzinə qayası
ərazisindən keçdiyi yerdə sıldırım qayada qazılmış otaqlar da böyük
əhəmiyyətə malik idi. Azərbaycan ərazisində belə bir
tikintinin misli-bərabəri
yox idi. Yerin səthindən hündürdə, çox çətin və ensiz bir yola malik olan bu
otaqlar, düşmənin Şuşa qalasına hücumu zamanı, xanın ailə və xəzinəsini
mühafizə məqsədi ilə hazırlanmışdı. Ona görə də həmin tikinti
olan qayaya
Xəzinə qayası adı verilmişdir.
1 Bax: "Qarabağnamələr", bu nəşrin II kitabı, səh.30.
216